Həqiqət olduğu kimi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/51
tarix26.11.2017
ölçüsü2,8 Kb.
#12909
1   ...   13   14   15   16   17   18   19   20   ...   51

 
54 
olmamışdı ki,  sonradan  yaranaydı.  Elə Müaviyənin özünü – 
qardaşı öldükdən sonra – Əbu Bəkr Şama vali göndərmiş və 
öz hökumətinə şərik etmişdi. Müaviyə də öz növbəsində Əbu 
Bəkrin ona etdiyi yaxşılıqları xatırlayırdı. Əgər o olmasaydı, 
Müaviyə  heç  yuxusunda  da  bir  gün  xilafətə  yetişəcəyini 
görməzdi. 
Daha  sonra  Müaviyə  bu  qrupla  –  böyük  məkrlərini 
həyata  keçirməkdə,  sünnəni  məhv  edib  Əhli-beyti  aradan 
götürməkdə  –  şərik  olmuşdur.  Onlar  bu  işi  öz  aralarında 
bölmüşdülər.  Sünnəyə  od  vurdular,  Əhli-beyti  aradan 
aparmaq  istədilər  və  Müaviyə  bu  işi  sona  çatdırdı.  Müaviyə 
öz  işini  yerinə  yetirmək  üçün  camaatı  Əhli-beytə  lənət 
göndərməyə məcbur etdi. Onun xəyanəti əsasında xəvaric Əli 
(ə)-a qarşı qiyam etdi və onu şəhadətə çatdırdı. İmam Həsən 
ibni  Əlini  şəhid  etdi.  Özündən  sonra  oğlu  Yezid  də  Əhli-
beytin övladlarını aradan götürdü. 
Müaviyə  və  Aişə  bir-birilə  düşmən  olmamışlar.  Elə 
onun  dediyi  söz:  “Necə  arxayın  oldun  ki,  mən  qardaşımın 
intiqamını  səndən  almaq  üçün  evdə  adam  gizlətməmişəm”, 
zarafatdan başqa bir şey deyildir. O, qardaşı Məhəmməd ibni 
Əbi Bəkri sevmirdi. Çünki Məhəmməd ibni Əbi Bəkr Əli (ə)-
ın dəstəsindən olub ona qarşı vuruşmuşdu. 
Onların  arasında  Əli  (ə)-la  düşmənçilikdə  çox  böyük 
yaxınlıq və birlik vardır. Onlardan heç biri digərinin əleyhinə 
iş  görməmişdi.  Hətta  Əli  (ə)  şəhadətə  çatdığı  zaman  Aişə 
şükür səcdəsi etmişdi. 
Əli  (ə)-dan  sonra  da  onun  övladları  ilə  düşmənçilik 
edirdi.  İş  o  yerə  çatmışdı  ki,  imam  Həsən  (ə)-ı  öz  cəddinin 
yanında  dəfn  etməyə  qoymadı.  Çığıra-çığıra  evindən  bayıra 
çıxıb  qatıra  mindi  və  Bəni  Üməyyədən  Haşimin  qarşısında 
ona  kömək  etmələrini  istəyib  dedi:  “İstəmədiyim  bir  adamı 
evimə  gətirməsinlər.”  Yeni  bir  müharibə  başlamaq  istədi. 
Yaxınları  ona  dedilər:  Qırmızı  dəvə  günü  bizə  bəs  deyildi, 
indi də istəyirsən torpaq rəngli dəvə gününü ona artırasan?! 
Şübhəsiz,  o,  Bəni  Üməyyənin  dövləti  zamanında 
yaşamış,  Əli  (ə)-ın  və  Əhli-beytin  minbərlər  üstündən 
lənətlənməsini  eşitmişdi.  Bu  işdən  acığı  gəlməmiş,  qarşısını 


 
55 
da  almamışdı.  Hətta  gizlində  həvəsləndirməsinin  olması  da 
mümkündür. 
Əhməd  ibni  Hənbəl  öz  “Müsnəd”ində  yazır:  Bir  nəfər 
Aişənin  yanına  gəlib  Əli  (ə)-la  Əmmarın  dalınca  pis  sözlər 
deməyə  başladı.  Aişə  dedi:  Mən  Əlinin  barəsində  bir  söz 
demirəm.  Amma  Əmmarın  haqqında  Peyğəmbərdən 
eşitmişəm  ki,  buyurdu:  Əgər  onu  iki  işi  görməyə  məcbur 
etsələr, onların ən çətinini seçəcəkdir
.

Beləliklə,  Aişə  kimi  bir adamdan  təəccüblü  deyildir  ki, 
Peyğəmbərin  sünnətini  aradan  aparsın,  Osmanın  səfərdə 
namazın  tamam  qılınması  bidətini  yaşatsın  və  Müaviyə  və 
Bəni  Üməyyədən  olan  rəhbərləri  sevindirsin.  Onlar  onu 
böyük sayır, dinlərini  ondan öyrənib  səfərdə  və vətəndə ona 
itaət edirdilər. 
Həmçinin  Aişə  onlara  “böyük  kişilərə  də  süd  vermək 
olar”
2
 fətvasını verirdi. Yəni kişilər arvadların döşündən süd 
əmməklə onlara məhrəm olurlar. 
Malikin  “Müvəttəə”  kitabında  yazdığı  məsələyə  diqqət 
etdikdə,  adamın  tükləri  biz-biz  olur.  O  deyir:  Aişə  kişiləri 
bacısı  Ümmü  Gülsümün  və  qardaşı  qızlarının  yanına  süd 
əmməyə  göndərirdi.  Bu  süd  əmmədən  sonra  Aişə  onların 
qarşısına  hicabsız  çıxmağı,  halal  bilir

və  onlara  məhrəm 
olmasını güman edirdi. 
Təsəvvür  edin,  müsəlmanlardan  biri  qəflətən  görür  ki, 
arvadı başqa bir kişi ilədir. O kişi onun arvadının döşləri ilə 
oynayıb  ondan  süd  əmir.  Bu  vaxt  arvadı  ərinə  deyir:  “Ona 
süd  verirəm  ki,  mənim  uşağım  olsun.”  O  yazıq  da  təslim 
olmalı, Aişənin bidətini qəbul etməlidir. Bu iş nə qədər onun 
üçün çətin olsa da itaət edib dözməlidir. 
                                                 
1
 “Əhməd ibni Hənbəlin Müsnədi”, 6-cı cild, səh. 113. 
2
  Biz  bu  komediya  barəsində  “Düz  danışanlarla  birlikdə”  kitabının 
“Aişənin  Peyğəmbərin  sair  zövcələri  ilə  olan  fərqləri”  fəslində 
danışmışıq. 
3
 “Müvəttəi Malik”, 2-ci cild. səh. 606, “rizaətul-kəbir” babı. 


 
56 
Mən bütün təhqiq alimlərinin fikrini bu böyük müsibətə 
cəlb edirəm. Elə bir müsibət ki, haqqı batildən ayırmaq üçün 
təkcə özü kifayətdir. 
Bu  bəhsdən  məlum  olur  ki,  Əhli-sünnət  Allaha  Onun 
göndərmədiyi  əsl  üzərində  itaət  və  ibadət  edirlər.  Heç  cür 
axtarış da aparmırlar. Əgər bu bidətləri başa düşsələr, nifrət 
edər və öz xoşları ilə onları boşlayarlar. 
Mən  şəxsən  özüm  görmüşəm  ki,  bəzi  əhli-sünnət 
alimləri  “böyük  kişilirin  süd  əmməsi”  hədisini  eşitdikdə 
təəccübə  gəlmiş,  onu  indiyə  qədər  bilməmələrini  qeyd 
etmişlər. 
Bəli, bu, əhli-sünnə və camaatın arasında vardır. Şiələrin 
dəlil  gətirdikləri  rəvayətlərin  çoxusu  onların  “Sihah” 
adlandırdığı  kitablarda  vardır.  Amma  onlar  eşitməmiş  və 
onları oxuyanları da kafir saymışlar. 
 ٍطوُل  َةَأَرْمِاَو ٍحوُن  َةَأَرْمِا  اوُرَفَك  َنيِذَّلِ ل  ًلََثَم ُ َّللّا  َبَرَض
 اَيِنْفُي  ْمَلَف اَمُهاَتَناَخَف  ِنْيَحِلاَص اَنِداَبِع  ْنِم  ِنْيَدْبَع  َتْحَت اَتَناَك
  َنيِل ِخاَّدلا َعَم َراَّنلا  َلَُخْدا َليِقَو اًئْيَش ِ َّللّا َنِم اَمُهْنَع
 
“Allah  kafirlər  üçün  iki  nümunə  qeyd  etmişdir: 
Nuhun övrətini və Lutun övrətini ki, iki layiqli bəndənin 
nəzəri  altında  idilər  və  onlara  xəyanət  etdilər.  Və  o 
ikisinin  onlara  onlara  heç  bir  faydası  olmadı  və  onlara 
deyildi ki, başqaları ilə birlikdə cəhənnəmə gedin.”
1
 
9-XALİD İBNİ VƏLİD 
Xalid  ibni  Vəlid  ibni  Müğeyrə  Bəni  Məxzumdandır. 
Əhli-sünnət  və  camaat  onu  “Seyfullah”  (Allahın  qılıncı) 
adlandırırlar!  Atası  çox  varlı  adamlardan  olmuşdur.  Onun 
var-dövlətinin  sayı-hesabı  olmamışdır.  Hər  cür  sərvətə  – 
qızıl,  gümüş,  bağ,  ticarət,  qulam,  kənizə  –  malik  olmuş  və 
heç  kəsin  onunla  rəqabət  etməyə  qüdrəti  çatmamışdır.  Elə 
                                                 
1
 “Təhrim” surəsi, 10-cu ayə. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə