Həqiqət işığında



Yüklə 2,87 Kb.
Pdf görüntüsü
səhifə14/59
tarix26.11.2017
ölçüsü2,87 Kb.
#12904
1   ...   10   11   12   13   14   15   16   17   ...   59

 
45 
                                 
                        
Yazıçı  Həqiqət 
  
     
“Düşünən zəka mövcud olan hər şeyin yeganə meyarıdır.” 
                                                                                 
                                                                  ( 
xvııı 
əsr maarifçiləri) 
 
 
    Həqiqət xanımım yazıçılığa meyli çox kiçik yaşlarında olub. O 
nə  yazırdısa,  ürəyinin  hökmü  ilə  yazırdı.  Çalışardı  yazılarında 
həyati  reallığı  daha  çox  əks  etdirsin.  Onun  yazıçılığa    həvəs 
oyanmasında  dünya  ədəbiyyatının  korifeylərinin  əsərlərini 
mütaliyə  etməsi  böyük  rol  oynamışdı.  Hələ  orta  məktəbdə 
oxuyarkən Robindranat Taqor, Drayzer, Cek London, Lev Tolstoy, 
Dostoyevski,  Rəşad  Nuri  Güntəkin  kimi  yazıçıları  sevə-sevə 
oxuyardı.Özünün  dediyi  kimi  yazıçılığının  ilk  rüşeymləri  uşaq 
vaxtı  oxuduğu  “Ələddinin  sehirli  çırağı”  əsasında  yazdığı  kiçik 
həcmli yazıları olub. Həqiqət xanım təbiət vurğunu idi. Ona görə 
də  təbiət  haqqında  yazdığı  sərbəst  mövzuları  müəllimləri 
tərəfindən həmişə yüksək qiymətləndirilərdi. Həqiqət həmişə sinif 
yoldaşlarından  fərqli  olaraq  mücərrəd  fikirli  inşalar  yazmağa 
üstünlük  verirdi.  Onun  yazılarındakı  dərin  düşüncə,  geniş  dünya 
görünüşü  ədəbiyyat  müəlliməsi  Tamara  xanımı  heyrətləndirərdi. 
Buna  görə  də  o  Həqiqətin  inşalarını  qırmızı  qələmlə  “sadə 
yazmalı”,  yaxud  sual  işarəsi  qoymaqla  yazıya  münasibətini 
bildirərdi.  Həqiqət  heç  cür  anlamırdı  ki,  müəlliməsi  onun 
fikirlərini nə üçün mürəkkəb hesab edir, niyə onun düşüncələrinə 
qəribə yanaşır. 
   Bir dəfə Həqiqət bu barədə Tamara xanıma sual verir. 
   Müəllimə gülümsünüb: 


 
46 
- Yaxşı, məndən inciyirsənsə, daha o qeydləri aparmaram - deyir. 
Müəlliməsinin  cavabından  Həqiqət  utanır.  Çünki  Tamara  xanım 
onun dəftərində qırmızı qeydlər aparsa da, ona həmişə beş yazırdı. 
Buna  baxamayaraq,  Həqiqət  müəlliməsini  böyük  məhəbbətlə 
sevirdi.  Tamara  xanım  hərdən  xəstələnib  dərsə  gəlməyəndə 
məktəb Həqiqətə kimsəsiz, boş görünərdi. 
   İllər  keçdikdən  sonra  Həqiqət  başa  düşür  ki,  müəlliməsi 
qoyduğu qırmızı sual işarəsi üzərində onu düşünməyə sövq edib, 
yazdığının məsuliyyətini anlamağa çalışıb. 
   O iradlar olmasaydı, Həqiqət özlüyündə tamam arxayınlaşırdı və 
bəlkə  də  indiki  kimi  yaxşı  yazıçı  ola  bilməzdi.  Həqiqət  xanım 
həddindən artıq təvazökar olduğundan özünü hələ püxtələşməmiş 
yazıçı  hesab  edir.  Baxmayaraq  ki,  onun  40-dan  çox  elmi,  bədii-
publisistik kitabları çıxıb. 
   Həqiqət  xanım  indinin  özündə  də  gecə-gündüz  istirahət 
bilmədən yazıb, yaradır... 
 
 
 
 
 
 
                                            
 
 
 
 
 
 
 
 
 


 
47 
                      Şairə  Həqiqət 
 
 
 Həyatda ən çox iztirab çəkən ən yaxşı işlər görür, 
   ən böyük xarüqələr yaradır.” 
                                                                                                                      
 
   Həqiqət  xanım  orta  məktəb  illərində  şairə  kimi  də  tanınmışdı. 
Tədris  hissə  müdiri  Camal  Əliyev  ona  “şairə  qızım”  deyərdi 
həmişə. Həiqiqət həm də məktəbdə divar qəzetinin redaktoru olub. 
Onun müavini isə indi şair kimi tanıdığımız, Azərbaycan Yazıçılar 
Birliyinin mətbuat katibi Ədalət (Əsgəroğlu) Məmmədov  idi. 
   Həqiqətin ilk şeiri “Vətən”, ikinci şeiri isə “Ana” olub. Həqiqət 
xanım  o  vaxtlar  rübailər  də  yazırdı.Onun  rübailəri  Məhsəti 
Gəncəvinin rübailərindən rişələnib.Gördüyü hər bir gözəllik onun 
üçün  yeni  bir  şeir,  yeni  bir  rübai  demək  idi.  Təəssüf  ki,  Həqiqət 
xanım  rübailərini  qoruyub  saxlaya  bilməyib.O,  rübailərinin 
çoxunu ay işığında yazıb. 
            
                            Budur yavaş - yavaş açılır səhər, 
                            Meh əsir, titrəyir şehli çiçəklər. 
                            Qüssədən, ələmdən yata bilmirəm
                            Qəlbimdən daş kimi asılıb kədər. 
 
    Bəli, Həqiqətin rübailəri də dərddən, kədərdən yoğrulub sanki. 
    O  qızılgülün  dərilməsini  heç  xoşlamazdı.  Kiminsə  əlində 
qızılgül görəndə Həqiqət o güllərə baxıb bərk kövrəlirmiş: 
 
 
                               Bu qönçə güllərə kim qıyıb görən? 
                               Kim onu budaqdan qoparıb erkən? 
                               Daşdır o ürək ki, yoxdur duyğusu, 
                               Baxıb qönçələrə yaş tökürəm mən. 


 
48 
 
   Dumanlı  havalarda  Həqiqət  rəhmətlik  anasının  öz  əlləri  ilə 
əkdiyi  gül  kollarının  yanında  dayanıb  onların  vəsfəgəlməz 
gözəlliyinə heyranlıqla tamaşa edirdi: 
 
                                  Firuzə göylərə duman çəkib tül, 
                                  Duvaqlı gəlindir sanki qızılgül. 
                                  Həsrət nəğməsini niyə oxumur
                                  Qızılgül eşqiylə alışan bülbül? 
 
   Anasının  vəfatından  sonra  Həqiqətin  çəkdiyi  acılar  onun 
rübailərində daha çox əks olunub: 
 
                                Qəbrini qucuyub ağlayan mənəm. 
                                Sinəsi kədərdən çağlayan mənəm. 
                                Gəlin örpəyini hələ örtməmiş, 
                                Başına qara şal bağlayan mənəm. 
 
   Şairənin fikrincə, rübai insanı mənən sakitləşdirir, ona toxtaqlıq 
verir. Həqiqət xanım yazdığı rübailərlə özündə təskinlik tapırdı. 
 
 
                             Haçan olacaqsan bəs şən ürəyim? 
                             Dərd, kədər əlindən şişən ürəyim. 
                             Nədən çırpınırsan yenə ümidsiz, 
                             Gözümün bulağın deşən ürəyim. 
    
 
 
 
 Yaxud: 
 


Yüklə 2,87 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə