32
İşləmək və yazmaq, daxilə qapılmaq isə məni öz mehriban,
əziz dostlarımdan, tanışlarımdan ayırır. Lakin bu ayrılma
həqiqi ayrılma deyildir, bu, ancaq fiziki aralanmadır.
Yazdıqca, öz iç dünyama çəkildikcə, mən dostlarıma daha çox
yaxınlaşıram. Onlara daha möhkəm tellərlə bağlanıram.
Onları könül evimin daimi sakinləri hesab edirəm, həmişə
olduğu kimi, onlarla ruhi təmaslarımdan sərvətlənirəm.
Könlümü hər dəfə təzə çiçəklərlə bəzəyirəm.”
Bəli, 12 yaşlı qızcığaz öz hissləriylə baş-başa qalanda,
daxilində heç kəsin duymadığı ecazkar qüvvələr yaranırdı, özünə
inam hissi artırdı, qəlbində ilham pərisi qanadlanırdı. Buna görə
də Həqiqət ilk şeirini 5-ci sinifdə oxuduğu zaman yazmışdı.
“Vətənim” adlanan bu şeirdə balaca qızcığazın qəlbində neçə
böyük hisslərin- Vətənə bağlılıq, ülvi duyğular, bəşəri düşüncələr
olduğunun şahidi oluruq:
Sənin şöhrətin, adın, öz şöhrətimdir mənim!
Yolunda can verərəm, lazım gəlsə, Vətənim.
Bu azad qoynunda biz, hərbə lənət deyirik,
Alnı açıq, üzü ağ, gələcəyə gedirik.
Təbəssümlü dodaqlar, sülh söyləsin həmişə,
Ürəkdən alqış deyək hər yeni yüksəlişə.
Bəxtiyar körpələrin gülüşünə qərq olaq,
Müharibə deyənin başında yumruq olaq!
Əsgər qardaşım, sənin qüvvət gəlsin qoluna,
Həmişə sədd olasan düşmənlərin yoluna.
Sən, sərhədçi qardaşım, Vətən keşiyindəsən,
Namuslu xidmətinlə həmişə yüksələsən.
Əziz, mehriban anam, xeyir- dua ver mənə,
Həmişə səcdədəyəm, sənə, bir də Vətənə.
33
Həqiqət 5-ci sinifdən sonra dünya ədəbiyyatına maraq
göstərməyə başladı. Onun ən çox sevdiyi yazıçı Robindranat
Taqor idi. O, yazıçının üslubuna o qədər vurulmuşdu ki, sanki bu
yazıçını yaxından tanıyırdı. Bundan əlavə, Həqiqət Drayzerin,
Cek Londonun əsərlərini, Lev Tolstoy, Rəşad Nuri Güntəkin kimi
yazıçıları sevə-sevə oxuyurdu. Bu zaman Həqiqətdə yazıçılığın ilk
rüşeymləri cücərirdi. O, təbiət vurğunu olduğu üçün bu haqda
daha çox yazırdı. Ədəbiyyat müəlliməsi Tamara xanım
şagirdlərinə evdə inşa yazmağı tapşıranda həqiqət çox sevinərdi.
Çünki sinifdə ən gözəl inşanı o yazardı. Əgər onun yoldaşları bir
səhifə yarım inşa yazırdılarsa, Həqiqət üç-dörd səhifə yazardı. O,
mövzu üzərində düşünə-düşünə işləyərdi, cümlələri düşündürücü,
mücərrəd olardı həmişə.
Həqiqətin inşası Tamara müəlliməni heyrətləndirirdi. Qızın
düşüncə qabiliyyətinə, söz ehtiyatına, mücərrəd təfəkkürünə
heyran qalırdı. Buna görə Həqiqətin inşasını həmişə başqalarına
nümunə göstərirdi Tamara müəllimə. Bu qız mühakimə yürütmək
bacarığıyla bütün sinif yoldaşları arasında seçilirdi. Ədəbiyyat
müəlliməsi Tamara Ağakişiyeva Həqiqəti başqalarına göstərib
deyərdi: “ Bu qız ya şairə olacaq, ya da yazıçı. Çünki onun güclü
hissiyyatı var.”
Həqiqət coğrafiyaya da maraq göstərirdi. Amma bu sahədə
oxuduğu dərslik onu təmin etmirdi. Ona görə də coğrafiya
müəllimindən əlavə məlumatlar tələb edirdi. O məktəbdə həm də
divar qəzetinin redaktoru idi. Təşkilatçılığına, işgüzarlığına və
hərtərəfli qabiliyyətə malik olduğuna görə müəllimləri bu çəlimsiz
qızcığazı çox sevirdilər. Onlar bu qızın gələcəyinə böyük ümid
bəsləyirdilər. Məktəbdə çoxu Həqiqəti “balaca şairə” deyə
çağırırdı. O, 6-cı sinifdə ən yadda qalan “Anam” şeirini yazdı.
Anasına ithaf etdiyi bu şeiri oxuyanda istər-istəməz kövrəlirsən,
34
xəyal səni uşaqlıq illərinə aparır və bu yaşda olan qızın daxilən
keçirdiyi yüksək hisslərə heyran qalmaya bilmirsən:
Gəl yenə xəyalən mən olum uşaq,
Sübhədək danışaq, hey pıçıldaşaq.
Külək vıyıldayıb səs salan kimi,
Köksünə sığınım tez qucaqlaşaq.
Dünya bizim olsun, səninlə mənim,
Əlini boynumdan açsan, səksənim.
İnciyib dodağım titrəyən kimi,
Oxşa: gözəl qızım, tezcə küsənim.
Layla çal, məst olum, yenə uyuyum,
İlıq nəfəsini çöhrəmdə duyum.
Alnımdan öpərək mənim astaca,
Söylə: şirin olsun, ay qızım, yuxun.
Analı günlərim, qayıt yenidən.
Ötən hər anımı qurban verim mən.
Fərəhdən sığmayıb bu gen dünyaya,
Öpüm gözlərindən, öpüm əlindən.
Anamı, anamı istəyirəm mən,
Hər nurlu qadını izləyirəm mən.
Qapıya baxıram gözümdə həsrət,
Gizlicə anamı gözləyirəm mən.
O zaman yaxşı oxuyan şagirdləri Şuşaya aparırdılar. Həqiqət də
onların arasında idi. Bir illiyə o, anasından ayrı düşdüyünə görə
çox darıxır və evə xəbər göndərir ki, gəlib onu aparsınlar. Ondan
soruşanda- Həqiqət niyə təhsilini Şuşada davam etdirmədin?-
Dostları ilə paylaş: |