35
cavabında deyir: Anam üçün çox darıxıram. Mənimçün onu
həyatda heç nə əvəz edə bilməz. Ona görə Həqiqət “Anam” şeirini
Şuşada olarkən yazmışdı. O eyni zamanda kövrək qəlbində dağ
şəlalələritək axıb-coşan arzularını, sevincini əsən küləklə bütün
dünyaya səpələnməsini və bu ülvi arzulardan, yer üzərində kədəri
silib aparan uşaq gülüşlərini tərənnüm edən “
Nikbinlik” şeirini də
yazdı. Balaca şairə insanların qəlbindəki kin- küdurətin, paxıllıq
hisslərinin, qəmin, kədərin, bədbinliyin və ümumiyyətlə, bütün
qeyri- insani xislətlərin yox olmasını, bunun əvəzində insanlara
mənəvi qida verən gözəl nəğmələrin, bəşəri duyğuların bərqərar
olmasını arzulayır. Bu yaşda olan qızın necə böyük xeyirxah ürək
sahibi olduğuna heyran qalmaya bilmirsən.
Gəl tutaq əl-ələ gəzək hər yanı,
Sevincə qərq edək bütün dünyanı.
Bürüsün çəməni, çölü səsimiz,
Yayılsın ellərə nəğmələrimiz.
Açıb kitab kimi sən ürəyini,
Vərəqlə, oxuyum hər diləyini.
Qalxaq qayaların ən qəlbisinə,
Səs verək çayların zümzüməsinə.
Hərdən asta–asta əsəndə külək,
Coşsun ürəyimiz dağ selləri tək.
Həqiqət onuncu sinifdə oxuyarkən məktəbdə yazıçı Vidadi
Babanlı ilə görüş keçirilirdi. Həmin görüşdə yazıçının “
Vicdan
susanda”, “Gəlin” əsərləri haqqında məktəbin müəllim və şagird
kollektivi çıxış edərək Vidadi Babanlının bu əsərlərini çox yüksək
qiymətləndirir, yazıçını o ki var, tərifləyirlər. Həqiqət isə Vidadi
Babanlının yaradıcılığı ilə yaxın tanış idi və o yazıçının bütün
əsərlərini oxumuşdu. O, gözləyir ki, kimsə gəncləri daha çox