Həqiqət işığında



Yüklə 2,87 Kb.
Pdf görüntüsü
səhifə22/59
tarix26.11.2017
ölçüsü2,87 Kb.
#12904
1   ...   18   19   20   21   22   23   24   25   ...   59

 
78 
çətin suallar qarşısında qoymuşdur.  Günəş sisteminin mərkəzi və 
ən  böyük  kütləli  cismi  Günəşin  özüdür.  Onun  kütləsi  Yerin 
kütləsindən  333000  dəfə  və  bütün  başqa  planetlərin  hamısının 
birlikdə  götürülmüş  kütləsindən  750  dəfə  çoxdur.  Son 
hesablamalar günəşin 5 milyard yaşı olduğunu sübut edir. 
   Müəllif  qeyd  edir  ki,  astronomiyaya  görə  yaşadığımız  dünya 
günəş  sistemləri  dünyasıdır  və  bizim  günəş  sistemimizin  əhatə 
etdiyi  məsafə  Pluton  planetindən  daha  uzaq  bir  məsafəyə  qədər 
yanmış qazla dolu olmuş və o yanmış qazlar hazırda bizim Qərb 
adlandırdığımız  tərəfdən  Şərqə  tərəf  fırlanmağa  başlamışdır. 
Sürətli  və  aramsız  fırlanma  nəticəsində  qazlar  küryə  oxşar  hala 
düşmüşdür.  Bu  maddənin  tərkiblərinin  ekvatorda  hərəkəti  o  biri 
hissələrin  hərəkətindən  daha  sürətli  olmuş  və  mərkəzəqaçma 
qüvvələri  ilə    mərkəzdənqaçma  qüvvələri  arasında  tarazlıq 
yaranmışdır.  Yarımmaye  və  yarımdonmuş  hala  düşmüş  kürəyə 
oxşar bu maddələrin hissələri müstəqil bir halqaya çevrilmiş və əsl 
maddədən ayrılmışdır. Bu proses bir neçə dəfə təkrar olunaraq bir 
neçə  başqa  halqa  yaratmışdır.  Halqalar  soyumuş,  sıxılmış  və 
kürəyə  bənzər  bir  hala  düşmüşlər.  Onlar  eyni  zamanda  həm  öz 
oxu,  həm  də  Günəş  ətrafında  fırlanmağa  başlamış  və  onların 
toplusundan  planetlər  yaranmışdır.  Yalnız  bəzi  halqalar  öz  ilkin 
halında  qalmışdır.  Saturn  planeti  bu  qəbildəndir.  Müəllif  bu 
barədə Qurani-Kərimə də müraciət etməyi unutmur. 
   Qurani-Kərimdə  yaradılışın  dördüncü  günü  Günəşin  Allah 
tərəfindən xəlq edildiyini  bildirir: 
  “Dördüncü gün Allah dedi ki, göydə gündüzü gecədən ayıran, 
vaxtı,  günləri,  illəri  göstərən  parlaq  cisimlər,  qəndillər  olsun, 
göyün  qəndilləri  yeri  işıqlandırsın.  Belə  də  oldu.  Allah-  təala 
göydə işıq saçan iki qəndil yaratdı, gündüzü idarə edən böyük 
qəndili,  gecəni  idarə  edən  kiçik  qəndili  və    ulduzları” 
( “Peyğəmbərə  40 sual” B. 1993.səh. 106). 


 
79 
   Günəşlə  əlaqədar  Qurani  -Kərimdə  ayələr  çoxdur,  hətta  ayrıca 
“Əş-şəms”  (“Günəş”)  surəsi  də  vardır.  “Quranda  göstərilir  ki, 
Allahın  əmrinə  görə  Yerə  Günəşin  işıq  göndərməsindən  başqa 
gündüzü  və  gecəsi  olur.  Günəş  özünə  təyin  olunan  yerə  doğru 
gedir:  Ay  öz  hədəqəsində  cərəyan  edir,  üstəlik  nur  payını 
günəşdən  alır:  bu  günəşə  ziya,  Aya  isə  nur  adı  verilməsindən 
məlum olur.”  “Günəşi işıqlı ( Ziya), ayı nurlu etdik”. ( 10/5) 
  “And  olsun  Günəşə  və  onun  işığına,  nur  olmaqda  ona  tabe 
olduğu zaman Aya.” ( 91/1,2). 
   Kitabın  sonunda  müəllif  qeyd  edir  ki,  1996-cı  il  astronomiya 
elmində  böyük  kəşflər  ili  oldu.  Dünyadan  590  km  uzaqlıqda 
saatda  28  km  sürətlə  hərəkət  edən  NİVVEE  teleskopunun 
göndərdiyi  fotoşəkillər  kainatın  başlanğıcına  baxa  bilməyimizi 
təyin edən məlumatlar kimi qiymətləndirildi. Dünyada ilk qitənin 
3  milyadr  il  əvvəl  yarandığı  fikri  də  ilk  dəfə  həmin  ildə  ortaya 
çıxdı. Yer kürəsinin nüvəsində 2400 km. genişliyindəki maye ilə 
əlaqədar  bəyanət  verildi.  Maye  dəmirdən  kürəni  su  üstündə 
hərəkət  edən  top  kimi  fırlandığı  müəyyən  edildi.  Güclü  cazibə 
qüvvəsi ilə bir çox daşları və quyruqlu ulduzları özünə çəkib Yeri 
qoruyan  qaz  nəhəngi  Yupiterin,  atmosferin  qaz  təbəqələri  ilə 
örtülü  olan  Uranın,  buz    təbəqələri    və  ammonyakdan  ibarət 
halqası  ilə  seçilən  Saturun  planetinin,  dünyadan  3  min  işıq  ili 
uzaqlıqda  yerləşən  Ağ  cırtdan  günəşin,  saatda  1600  km.  sürətlə 
əsən  metan  qaz  fırtınası  əks  olunmuş  Neptunun  və  cüt  ulduzun 
foto şəkillərinin alınması gələcək elmi kəşflərə böyük ümid verdi. 
   Elmi  kəşflər,  fərziyyələr,  elmdə  intibah  yaradan  tədqiqatların 
hamısı  Kainatın  qaranlıq  guşələrinə  işıq  saçan  məhz  insan 
zəkasının böyüklüyüdür. 
   Həqiqət  Kərimovanın  1998-  ci  ildə  “Təbib”  nəşriyyatı 
tərəfindən çap etdirdiyi “Sədrə fəlsəfəsindən incilər” kitabı Şərq 
fəlsəfəsi  ilə  məşğul  olan  filosoflar  üçün  qiymətli  mənbədir. 


 
80 
Kitabda İran alimi Sədrəddin Şirazinin həyat və fəaliyyətinin qısa 
poetik izahı verilmiş, fəlsəfi baxışları əks olunmuşdur. 
   Molla  Sədrə  “  İlahi  müdrikliyin”  dərk  edilməsində  intuitiv 
nurlanmaya üstünlük verən, onu ilahi nurlanma hesab edən islam 
filosoflarındandır.  Onun  əsas  ideyası  “  Nur”un  “  vücud”la  tam 
eyniyyətini dəlillərlə açıb göstərməsidir. 
   Molla  Sədrənin  bu  cür  düşüncə  tərzinə  malik  olması  onun 
işraqilik  fəlsəfəsindən  və  işraq  fəlsəfəsinin  tərəfdarı  Mir  Əbul- 
Qasim  Fədərəskinin  hinduizmidən  sufiliyə  uyğunlaşdırılan 
tərcümələrindən  bəhrələndiyinə  əsas  verir.  Məhz  buna  görə  də 
işraqiliyin  sufizmlə  qarışığı  Sədrəddin  Şirazinin  fəlsəfi 
baxışlarında mühüm yer tutur. 
   İşraqilik  təliminin  banisi  Şəhabəddin  Sührəverdinin  və  şiə 
ilahiyyatçı-filosofu  Mir  Damədin  terminologiyasına  Molla 
Sədrəddinin müraciət etməsi bunu bir daha təsdiq edir. 
  “Əsalətül-vücud”  (  varlığın  əsl  olması)  görümünü  ilk  dəfə  irəli 
sürüb  fəlsəfi  baxımdan  sübut  edən  Sədrəddin  Şirazi  təbiətdə  və 
bütün  gerçək  aləmdə  daimi  hərəkətin  baş  verdiyini  təsbit  edən 
nəzəriyyə  irəli sürmüş, Allahın hərəkətsiz olduğunu söyləmişdir. 
Hərəkətin  cövhərdən  doğması,  zəkanın  dörd  səyahəti,  Quran 
ayələrinin ekzoterik (zahiri) və ezoterik (batini) tərəflərinin şəhri, 
ilahiyyatla  fəlsəfənin  birləşdirmək  cəhdi,  esxotoloji  məsələlər 
Sədrə fəlsəfəsinin ən ümdə məsələlərindəndir. 
   Həqiqət  xanım  Kərimova  filosof-  publisist  qələminin  işığı  ilə 
elmin  hər  sahəsinə  və  özü  də  müraciət  etdiyi  elmin  daha  çox 
qaranlıq  qalan  tərəflərinə  nüfuz  edərək  cəsarətli,  heyrətləndirici 
fikir söyləyir. 
   Hindistanda vedanta fəlsəfəsi, müsəlman ölkələrində sufizm, ruh 
və  materiya,  materiya-  antimateriya,  insan  bədəni  ətrafında 
yaranan  qravitasiya  sahəsinin  mövcudluğu,  Qurani-  Kərimdə  adı 
çəkilən  “  Bərxəz  aləmi”  və  bir  çox  məsələlər  Həqiqət  xanımın 
tədqiqat  obyektləridir.  Həqiqət  xanım  bütün  bunları  səma 


Yüklə 2,87 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə