Həqiqət işığında



Yüklə 2,87 Kb.
Pdf görüntüsü
səhifə13/59
tarix26.11.2017
ölçüsü2,87 Kb.
#12904
1   ...   9   10   11   12   13   14   15   16   ...   59

 
41 
yorulmaq  bilmədən  kitablardan  ayrılmırdı.  Vaxtının  hər 
dəqiqəsindən  səmərəli  istifadə  etməyi  bacarırdı.  Hətta,  elə  anlar 
olurdu ki, vaxtının azlığından gileylənirdi də . O elə hey tələsirdi... 
   Həqiqət  sadə  geyinməyi  xoşlayırdı.  Bər-bəzəkli,  zinətliləri, 
özünü  yuxarıda  tutan  qızlardan  zəhləsi  gedərdi.  Hər  dəfə  axşam 
dərsdən  çıxandan  sonra  avtobus  dayanacağında    üst-başı  zərgər 
dükanını xatırladan bir qızla rastlaşırdı. O qız həmişə Həqiqətdən  
aralı  dayanardı.  Bəlkə  də  bununla  demək  istəyirdi  ki,  “sən  hara, 
mən hara.” 
   Bir  gün  axşam  Həqiqət  dərsdən  çıxıb  həmişəki  dayanacağına 
gəldi. Az keçməmiş “özündən razı xanım” da gəlib Həqiqətdən bir 
az  aralı  dayandı.  Qız  da  universitetdə  oxuyurdu,  yolları  biriydi, 
amma    indiyə  kimi  qız  Həqiqətlə  bir  kəlmə  də  olsa 
danışmamışdı.Barmaqlarında,  qulaqlarında  və  boynunda  qızıl 
zinət  əşyaları  parıldayırdı.  Onsuz  da  bu  cür  ədalı  qızları  heç 
zaman xoşlamazdı. Bu vaxt qıza bir oğlan yaxınlaşdı. O, qıza nə 
dedisə,  qız  yavaş-yavaş  Həqiqətə  yaxınlaşdı.  Həqiqət 
dayanacaqdan  təqribən  15-16  metr  aralı  məsafədə  dayanmış 
“Moskviç”  markalı  maşındakıların  oğlanın  hərəkətlərinə 
baxdıqlarını gördü. Demək, oğlan tək deyildi. Başa düşdü ki, onlar 
qızı  soymaq  istəyirlər.  Qız  artıq  Həqiqətlə  üzbəüz  dayanmışdı. 
Bununla  oğlana  qandırmaq  istəyirdi  ki,  o  tək  deyil.  Bu  zaman  
Həqiqət ani olaraq əks istiqamətdə gedən boş bir taksiyə əl elədi. 
Taksi  sürücüsü  bunu  gördü  və  qarşıda  dövrə  vuraraq  gəlib 
dayanacaqda  dayandı.  Həmin  anda  da  oğlan  yetirib  əlindəki 
düyməli  bıçağı  şaqqıldadaraq  hər  ikisinin  arasında  dayandı. 
Həqiqətin  beyni  ildırım  sürətilə  işlədi.  O  belə  çətin  məqamlarda  
dərhal  qərar  qəbul  etməyi  bacarırdı,  ona  görə  də  heç  kimin 
gözləmədiyi  bir  çətinliklə  oğlanın  bıçaq  tutmuş  əlinin  altından 
güclü  bir  zərbə  vurdu.  Bıçaq  oğlanın  əlindən  sıçrayıb  asfaltın 
üstünə  düşdü.  Bu  an  Həqiqət  cəld  qızın  qolundan  yapışıb  taksi 
maşınına  itələdi.    Özü  də  onun  arxasınca  minib  sürücüyə:  “tez 


 
42 
sür!”  dedi.  Bir  az  keçmişdi  ki,  taksi  sürücüsü  narahat  halda 
dilləndi: 
-  Onlar arxamızca gəlirlər. İndi mən nə edim? 
-  Necə  edirsənsə  et,  onları  azdır.  Nə  qədər  lazımdır  pulunu 
artıqlamasıyla verəcəyəm,- deyə Həqiqət sürücünü arxayın saldı. 
   Növbəti  döngələrin  birində  sürücü  ani  çətinliklə  maşının 
əyləcini  basdı  və  geri  verib  qaranlıq  bir  dalanda  mühərriki 
söndürərək gözlədi. Onları izləyənlər ötüb keçdilər.  
-    Daha  tapa  bilməzlər,-  deyə  sürücü  mühərriki  yenidən  işə  saldı 
və əks istiqamətdə yoluna davam etdi. 
   Hamı  rahatca  dərindən  köks  ötürdü.  Həqiqət  dönüb  qızdan 
harada yaşadığını soruşdu. Qız qorxusundan həm titrəyir, həm də 
ufuldayırdı. 
-  Nə olub sızıldayırsan?- Həqiqət soruşdu. 
- Maşına itələyəndə dizim qapının tininə dəydi. İndi bərk incidir,- 
deyə qız mızıldandı. 
   Bir azdan qızın dediyi ünvana çatdılar. 
-  Düşün!- Həqiqət qıza bildirdi və əl atıb çantasını açmaq istədi. 
   Bu vaxt qız əlini onun çantasının üstünə qoydu: 
-   Siz zəhmət çəkməyin, - dedi. 
   O, öz əl  çantasını açıb oradan saymadan bir büküm  pul  çıxarıb 
sürücüyə verdi və: 
- “Zdaçi” lazım deyil- dedi. 
   Sonra  üzünü  Həqiqətə  tərəf  çevirərək:  Axı,  mən  tək  gedə 
bilmərəm. Qorxuram - dedi. 
   Həqiqət  onun  maşından  düşməsinə  kömək  etdi.  Qızın  ayağı 
doğrudan  da  bərk  əzilmişdi.  Həqiqət  qızın  qoluna  girərək  onu 
evlərinə kimi gətirdi... 
   Həmin  gündən  etibarən  Həqiqət  dəsrdən  çıxandan  sonra  evə 
getmək  üçün  yolunu  dəyişməli  oldu  və  bir  daha  o,  ədalı  qızla 
rastlaşmadı... 
   Zaman yenə öz yeknəsəq axarında idi. 


 
43 
   Həqiqət  yorulmadan  çalışırdı.  Elmin  müxtəlif  sahələriylə 
maraqlanır,  eyni  zamanda  qəzetlərlə  də  mütəmadi  əməkdaşlıq 
edirdi. O zaman Həqiqətdə detektiv və fantastik janra meyl daha 
güclü olsa da, ancaq sonralar o, bu sahələrə daha müraciət etmədi. 
Özünün  dediyinə  görə  detektivlər  onda  ikrah  hissi  oyadırmış. 
Buna görə də o, tədricən bu sahədən uzaqlaşır... 
 
             
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
44 
                         
Tarixçi  Həqiqət  
   
 
 “Hansı insan daha çox düşünərsə, elmin  
   dərinliklərinə daha çox baş vurmağa çalışırsa və 
   bunun sayəsində əxlaq və mənəviyyatı daha da 
   zənginləşirsə, onun əzabı, iztirabı da bir o qədər  
   dərinləşir, artır.” 
                                                                                                                                                                                                                                                                 
                                                                        Müəllif                                                                                                                                                         
                                                                                                                             
    O, tarix fakultəsinin axşam şöbəsini bitirsə də, tarixçi olmadı.                                                                                                             
    Həqiqət  Bakı  Dövlət  Universitetinin  əyani  aspiranturasına 
imtahan  verib  qəbul  olundu.  Özünün  dediyi  kimi  üç  illik 
aspirantura  həyatı  onun  üçün  cəhənnəmdən  əzablı  oldu.    Cüzi 
təqaüd  onu  qane  etməsə  də,  dözüb  oxudu.  Gələcəyin,    xoş  
günlərin  ümidi  ilə  hər  əzaba  qatlaşdı.  Təyinatla  Naxçıvana 
göndəriləndə etiraz edərək Bakıda qalmağa üstünlük verdi. 
    Söz düşəndə təəssüf edir:“Bəlkə o zaman Naxçıvana getsəydim, 
indi evim də olardı. Bu günki kimi yataqxanada yaşamazdım”. 
    Həqiqət  1998-ci  ildə  Azərbaycan  Neft  Kimya  İnstitutunun 
(indiki ADNA) fəlsəfə kafedrasına baş müəllim təyin olundu. 
    Akademik Ziya Bünyadovun təklifi ilə Həqiqət xanım “Qurani-
Kərimdə  dünyanın  təbii  elmi  mənzərəsinin  fəlsəfi  təlimi”  kimi 
mürəkkəb  bir  mövzu  üzərində  çalışmağa  başlayır.  Bu  mövzunu 
işləmək  nə  qədər  çətin  və  məsuliyyətli  olsa  da,  Qurani-Kərimə 
olan məhəbbət Həqiqət xanımı daha gərgin işləməyə sövq etdi. 
Abasqulu Ağa Bakıxanovdan sonra 150 il susub qalmış bir sahəni 
Səma mexanikası baxımından tədqiq edib işləmək çətin olsa da, o 
ilk  növbədə  akademik  Ziya  Bünyadovun  ona  bəslədiyi  etimadı 
doğrultmaq üçün bütün gücünü səfərbər etdi. 
 


Yüklə 2,87 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə