Hacı Əhməd-Cabir Hacı İsmayıl oğlu



Yüklə 50,87 Kb.
Pdf görüntüsü
səhifə98/99
tarix18.04.2018
ölçüsü50,87 Kb.
#39398
1   ...   91   92   93   94   95   96   97   98   99

 
367 
bunlardan qozmeyvəlilər, günəbaxan, paxlalılar zülalla 
yanaşı  yağla  da  zəngindir.  Baxmayaraq  ki,  bu  məh-
sullardakı  yağ  doymamış  yağ  turşuları  ilə  zəngin  yağ-
lardır,  onlar  qidanın  həzmini,  xüsusən  zülalların 
mənimsənilməsini 
ləngidir. 
Ona 
görə 
də 
bu 
məhsullardan  gündə  100  q-dan  çox  yeyilməməlidir  və 
əsasən  tərkibi  mikroelementlər  və  vitaminlərlə  zəngin 
olan göyərti,  şalğam,  yerkökü,  kələm  yarpağı,  kahı  ilə 
birlikdə yeyilməlidir. 
8.  Heyvani  zülalların  (ət,  balıq,  quş,  qaraciyər, 
böyrək,  süd,  pendir,  kəsmik)  həzm  olunması  və 
mənimsənilməsi  orqanizmdə  daha  çox  C  vitamini 
olmasını tələb edir. Odur ki, aşağıdakı  qaydalara əməl 
olunmalıdır. 
 8.1.  Süd  və  kəsmik  istisna  olmaqla,  heyvanat 
məhsullarını həftədə 1-2 dəfə qəbul etmək lazımdır. 
8.2. Əti tərkibi C vitamini ilə zəngin olan salatlarla 
birlikdə yemək lazımdır. 
8.3.
 
Tərəvəzləri həmişə zülallı qidadan 3 dəfə çox 
yemək lazımdır. 
Yadda  saxlayın  ki,  C  vitamininə  gündəlik  tələbi 
ödəmək  üçün  2  ədəd  portağal,  1  ədəd  limon  və  1 
stəkan alma şirəsi içmək kifayətdir. 
9.  Turşudulmuş  süd  (qatıq,  kefir)  və  kəsmik  hər 
gün qəbul edilməlidir. Onları ayrıca və  ya azacıq bitki 
yağı əlavə etməklə yemək olar. Turşudulmuş süd məh-
sullarının  pəhrizi  və  müalicəvi  əhəmiyyəti  də  vardır. 
Bu  məhsullardakı  süd  turşusu  mədə-bağırsaqda  olan 
çürüdücü mikroorqanizmləri məhv edir. 
10.  Mikroelementlər  və  vitaminlər  meyvə-tərə-
vəzin tərkibində, təbii halda daha yaxşı mənimsənilir. 
11. Bişirilmiş, qızardılmış və pörtülmüş tərəvəzlər 


 
368 
də  ət  kimi  orqanizmə  ziyandır. Onlar  turşuluğu  artırır, 
mədədə  turşu-qələvi  tarazlığını  pozur  və  orqanizmdə 
xəstəlik  törədən  mikroorqanizmlərin  inkişaf  etməsinə 
kömək  edən  seliyin  əmələ  gəlməsinə  səbəb  olur. 
Bişmiş  məhsulların  tərkibində  vitaminlər və  mikroele-
mentlər,  fermentlər  olmadığından  insan  orqanizmini 
həyat  enerjisi  ilə  təmin  edə  bilməz.  Bütün  süni 
məhsullarda,  tibbi  preparatlarda  fermentlər  yoxdur. 
Fermentsiz isə həyat ola bilməz. 
12.  Dərmanları,  süni  preparatları,  sintetik  qida 
əlavələrini  yalnız  məcburi  hallarda  qida  rasionuna 
əlavə etmək olar. 
Beləliklə,  səmərəli  qidalanmada  son  illərin  elmi 
nəaliyyətlərinə  əsasən  yuxarıda  qeyd  edilən  şərtlərə 
əməl  olunarsa,  insan  özünü  həmişə  sağlam,  gümrah 
hiss  edər  və  iş  qabiliyyəti  artar.  Çünki  sağlam  və 
səmərəli qidalanma həyatın əsas amilidir. 
Azərbaycan  uzun  ömürlülər  diyarıdır.  Alimlər 
bunu  ilk  növbədə  əlverişli  iqlim  şəraiti,  xalqın  həyat 
tərzi  və  hər  şeydən  əvvəl  sağlam  və  zəngin  tərkibli 
qida məhsulları və səmərəli qidalanma ilə izah edirlər. 
Bütün 
bunlar 
insanın 
həyat 
fəaliyyətinə, 
iş 
qabiliyyətinə 
müsbət 
təsir 
edən 
və 
ələlxüsus 
uzunömürlülüyü müəyyən edən amillərdir. 
 
 


 
369 
SÖZ SONU 
 
Kitabda  qida  məhsulları  və  qidalanma  haqqında 
islami dəyərlərdən, “Qurani-Kərim”-də qida məhsulla-
rına aid buyurulan ayələrdən, Peyğəmbərimizin (s.ə.v.) 
və  imamların  hədislərindən,  bu  sahədə  dəyərli  əsərlər 
yazan müəlliflərin məlumatlarından  geniş,  səmərəli  və 
yaradıcılıqla istifadə olunmuşdur. 
Kitabın 
yazılmasında 
“Qurani-Kərim”-in  41 
surəsinin 128 ayəsində mövzuya aid Allah kəlamlarına 
istinad edilmiş  və  kitabın müvafiq  bölmələrində  yazılı 
olaraq təfsir olunmuşdur. 
Burada  əsas  qida  məhsulları,  qida  maddələri 
haqqında  qısa  məlumat  verilməklə,  müsəlmanın 
qidasında  istifadə  olunan  məhsulların  halal  və  haram 
olması  Quran  ayələri  əsasında  yazılmışdır.  Müsəlman 
gündəlik  qidasında  Allahın  buyurduğu  “Ey  insanlar! 
Yer  üzündəki  Ģeylərin  təmiz,  halal  olanlarını 
yeyin…”  ayəsini  əsas  tutmalıdır.  Donuz  əti,  Allahdan 
başqasının  adına  kəsilən  heyvanlar,  leş,  ölü  heyvan, 
qan,  spirtli  içkilər  (sərxoşluq  verən  hər  şey),  narkotik 
maddələr  və  digər  insan  orqanizminə  zərərli  olan 
məhsullar müsəlman üçün haram sayılır. 
“Susuz  həyat  yoxdur”  başlığı  ilə  yazılan 
məlumatlardan  göründüyü  kimi,  insan  gün  ərzində 
bütün  qidalarla  2800-3000  ml  su  qəbul  etməlidir  və 
bunun 1000-1200 ml-ni su, çay və digər spirtsiz içkilər 
təşkil  etməlidir.  Bu  bölmədə  canlı  suyun  istifadə 
olunması,  su  və  inanclar,  “Qurani-Kərim”-dəki  su 
haqqında  buyurlan  (35  surənin  65  ayəsi)  ayələr,  zəm-
zəm suyu haqqında geniş məlumat verilmişdir. 
Insanın qidasında anadan olduğu ilk gündən vacib 


 
370 
həyat məlhəmi sayılan süd haqqında islami fikirlər hələ 
14 əsr öncə “Qurani-Kərim”-in ayələrində deyilmişdir. 
Kitabda  südün  təkamülü,  ana  südünün  möcüzəsi  və 
körpə uşaqların qidasında fizioloji, bioloji və müalicəvi 
əhəmiyyəti,  süd  və  süd  məhsullarının  kimyəvi  tərkibi 
və qidalılıq dəyəri və pəhrizi əhəmiyyəti haqqında elmi 
cəhətdən əsaslandırılmış məlumatlar vardır. 
Ət  və  balıq  insan  qidasında  ən  əhəmiyyətli  və 
əvəzedilməz  məhsuldur.  Fizioloji  normaya  əsasən 
insan  gündə  ən  azı  190-200  q  ət,  50-55  q  balıq 
yeməlidir.  Kitabda  ət  və  balıq  yeyilməsinin  islami 
şərtləri geniş izah edilmişdir. Burada halal və haram ət 
məhsulları,  toyuq  və  digər  quş  ətləri,  yumurta  və 
dəyərli  qida  mənbəyi  olan  balıq  haqqında  islami 
dəyərlər ətraflı şərh edilir. 
Insanların  qidalanmasında  bitki  mənşəli  məhsul-
ların,  o  cümlədən  taxıl  bitkiləri,  çörək,  meyvə-tərəvəz 
və  onların  emalı  məhsullarının  fizioloji  əhəmiyyəti 
vardır.  Çünki  bitkiçilik  məhsullarının  tərkibində  insan 
orqanizmində asan həzm olunan şəkərlər, üzvi turşular, 
mineral  maddələr,  vitaminlər  və  digər  bioloji  fəal 
maddələr  vardır.  Bu  baxımdan  kitabda  Quran  mey-
vələri,  o  cümlədən  zeytun, xurma,  əncir  haqqında  ma-
raqlı  məlumatlar  verilmişdir.  Ayrı-ayrı  meyvə-tərə-
vəzlərin  yeyilməsi  haqqındakı  hədislər  də  oxuculara 
əhəmiyyətli dərəcədə maraqlı olacaqdır. 
Kitabda  arı  balı,  onun  əmələ  gəlməsi,  tərkibi, 
müalicəvi  əhəmiyyəti  və  balın  insan  orqanizminə 
şəfası təsnifat şəklində oxuculara çatdırılır. 
Xörək duzu, şəkər və sirkə haqqındakı məlumatlar, 
yemək-içməyin  ədəbi  və  bunlar  haqqında  hədislər 
oxucuda maraq yaradan dəlillərdir. 


Yüklə 50,87 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə