Hacı Əhməd-Cabir Hacı İsmayıl oğlu



Yüklə 50,87 Kb.
Pdf görüntüsü
səhifə96/99
tarix18.04.2018
ölçüsü50,87 Kb.
#39398
1   ...   91   92   93   94   95   96   97   98   99

 
359 
Qidalanma  rejiminin  də  öz  növbəsində  4  prinsipi 
vardır: 
1.  Günün  eyni  vaxtında  qida  qəbulu.  Üç  dəfə  – 
səhər saat 9-da, günorta saat 14-də və axşam saat 19-da 
qida qəbul edilir. 
2.  Gün  ərzində  qidanın  düzgün  bölünməsi.  Bu, 
insanın  həyat  tərzindən,  iş  üslubundan  və  gündə  neçə 
dəfə  qida  qəbul  etməsindən  asılı  olaraq  miqdarca 
bölünür. 
3. Hər dəfə qida qəbulunda səmərəli qidalanmanın 
təşkili. Başqa sözlə, çalışmaq lazımdır ki, səhər, nahar 
və  şam  yeməyinin  tərkibində  zülal,  karbohidrat,  yağ, 
mineral maddə və vitaminlər mütləq olsun. Bu baxım-
dan azərbaycanlılar səhər pendir, qaymaq, süd, yumur-
ta və s. məhsullarla qidalanırlar. Nahar və şam yeməyi 
üçün  ət,  toyuq,  balıq  və  süd  məhsullarından,  kartof, 
tərəvəz əlavə etməklə qidalı xörəklər hazırlayırlar. 
4.  Qida  payının  gün  ərzində  fizioloji  cəhətdən 
bölünməsi.  Qida  qəbulu  arasında  müəyyən  fasilənin 
olması. 
Səhər  yeməyi  –  sutkalıq  qidanın  kalori  cəhətdən 
20-dən  30%-ə  qədərini  təşkil  edir.  Səhər  çox  dadlı 
yeməklər – xörəklərdən  nümrü  qayqanaq,  ballı qayqa-
naq, südlü düyü sıyığı, həlimaşı və s. bu kimi xörəklər 
yemək, isti çay, kakao və qəhvə içmək yaxşıdır. 
Ikinci  qəlyanaltı  və  ya  ikinci  səhər  yeməyi 
sutkalıq  qida  payının  10-dan  25%-ə  qədərini  təşkil 
edir.  Bu  zaman  salat,  buterbrot,  çayla  peçenye  və  s. 
yemək olar. 
Nahar  –  bir  qayda  olaraq  sutkalıq  qida  payının 
40-50%-ni  təşkil  edir.  Iş  günü  qurtardıqdan  sonra 
nahar  etmək  məqsədəuyğundur.  Naharda  xörəkləri 


 
360 
aşağıdakı  ardıcıllıqla  yemək  məsləhətdir:  soyuq 
qəlyanaltı,  duru  (sulu)  isti  xörək,  quru  (ikinci)  isti 
xörək və şirin təam. 
Duru  xörək  ət,  düyü,  yarma  və  ya  makarondan 
hazırlandıqda, quru xörək ev və ov quşlarından, balıq-
dan  hazırlanmalı,  yanında  tərəvəz  və  kartofdan  qarnir 
verilməlidir.  Əksinə,  duru  xörək  kartof  və  ya 
tərəvəzdən  hazırlandıqda  quru  xörək  üçün  yarma  və 
makarondan qarnir (löküt) verilməlidir. 
Insan  naharda  quru  xörək  yedikdən  sonra  doyur, 
lakin  xörəklərdən  sonra  şirin  təam  yedikdə  fizioloji 
cəhətdən  daha  çox  ləzzət  almış  olur.  I.N.Pavlov  bu 
barədə yazır: “Qidaya tələb nəticəsində məmnuniyyətlə 
başlanmış  yemək,  məmnuniyyətlə  də  qurtarmalıdır, 
tələbin  ödənilməsinə  baxmayaraq  bu  tələbin  son 
obyekti  özünə  qətiyyən  həzm  işi  tələb  etməyən  şəkər 
olmalıdır”. Bu baxımdan hələ qədimdən Azərbaycanda 
nahar  və  şam  yeməyi  şərbət  və  ya  şirniyyatla  başa 
çatdırılır. 
ġam yeməyi – yüngül olmalı və sutkalıq kalorinin 
ən çoxu 15-20%-ni təşkil etməlidir. Şam  yeməyi asan 
həzm  olunan  və  sinir  sistemini  oyatmayan  karbohid-
ratlı-südlü yeməkdən ibarət olub yatmazdan ən azı 1,5-
2 saat əvvəl qəbul olunmalıdır. 
A l t ı n c ı   Ģ ə r t .   Yeyinti  məhsullarını  qəbul 
etdikdə,  daşıdıqda,  saxladıqda  və  bişirdikdə  sanitariya 
qaydalarına  əməl  etmək,  qidanı  zərərsizləşdirmək, 
bununla  da  qida  ilə  zəhərlənmənin  və  infeksiyanın 
qarşısının  alınmasını  təmin  etmək.  Bu  prinsipə  əməl 
olunması  əvvəla  Azərbaycan  kulinariyasında  istifadə 
olunan qab-qacaqdan başlanır. 
 


 
361 
Azərbaycanın  milli  xörəkləri  qədimdən  mis 
qazanlarda  hazırlanır.  Indi  yenə  də  Azərbaycanın  bir 
çox  rayonlarında  və  kənd  yerlərində  xörəyi  mis 
qazanlarda  bişirirlər. Bu  zaman xörək daha  dadlı  olur. 
Bəzi  milli  xörəkləri  mis  qazan  olmadan  hazırlamaq 
mümkün  deyildir.  Keçmişdə  olduğu  kimi  indi  də  mis 
qazanları  və  qabları  vaxtaşırı  qalaylayırlar  ki,  xörəyə 
və  eləcə  də  orqanizmə  həddindən  artıq  mis  düşməsin. 
Çünki  qida  məhsullarında  misin  miqdarı  5-8  mq/kq-
dan  çox  olmamalıdır,  qalayın  isə  120-150  mq/kq-a 
qədər olmasına standart üzrə yol verilir. 
Milli xörəklərin bir qismi, məsələn, piti aşxana və 
restoranlarda  xüsusi  gil  qablarda  (piti  qablarında) 
bişirilir və onun içərisində də süfrəyə verilir. 
Müasir  dövrdə  qidanın  zərərsizləşdirilməsi  böyük 
əhəmiyyət  kəsb  edir.  Ekoloji  vəziyyətin  pisləşməsi, 
meyvə-tərəvəzin  yetişdirilməsində  gübrələrdən  və 
müxtəlif  pestisidlərdən  istifadə  olunması  onların 
tərkibində  nitratların  və  nitritlərin,  ksenobiotiklərin 
normadan  çox  olmasına  səbəb  olur.  Bütün  bunlar 
müasir qidalanmada nəzərə alınmalıdır. 
Y e d d i n c i   Ģ ə r t .   Qəbul  olunmuş  qida 
insanda  doyma  hissi  yaratmalıdır.  Bu  qidanın  zəngin 
tərkibə  malik  olmasından  asılıdır.  Lakin  bəzən  insan 
lazımi qədər qida qəbul etməsinə baxmayaraq doymaq 
bilmir.  Bu,  əsasən  zülal  və  yağla  kasıb  olan  xörəklə 
qidalandıqda,  eləcə  də  tələsik  yedikdə  müşahidə 
olunur.  Ona  görə  qəbul  edilən  qida  aramla  yeyilməli, 
yaxşı çeynənməlidir. 
Qida  qəbulu  səhər  yeməyində  30-35  dəq,  nahar 
yeməyində  45-50  dəq,  şam  yeməyində  35-40  dəq 
müddətində başa çatmalıdır. Qəlyanaltı və quru (ikinci) 


 
362 
xörəklər  yeyildikdə  arabir  mineral  su,  spirtsiz  içki, 
meyvə  şirəsi  və  kəmşirin  şərbət  içilməlidir.  Uzun 
müddət  süfrə  arxasında  oturmaq,  3-4  saat  müddətində 
aramsız qida qəbulu orqanizm üçün ziyandır. 
Yapon 
alimlərinin 
apardıqları 
tədqiqatlar 
nəticəsində  müəyyən  edilmişdir  ki,  uzunömürlülüyün 
və sağlamlığın əsas sirri aşağıdakılardan ibarətdir: 
1. Gündəlik qidada daha çox təzə tərəvəzin olması 
və onların çiy şəkildə qəbulu. Daha çox  yerkökü, kahı 
və göyərti tərəvəzləri yemək məsləhət görülür. 
2. Yağlar orqanizm üçün lazımdır, lakin daha çox 
günəbaxan, 
qarğıdalı 
və 
zeytun 
yağı 
yemək 
məsləhətdir.  Çünki  həmin  yağlarda  polidoymamış  yağ 
turşuları  daha  çoxdur.  Inək  yağını  (kərə  yağını)  isə 
məhdud  şəkildə,  çox  az  yemək  lazımdır.  Ət  və  pendir 
də çox az, minimum miqdarda yeyilməlidir. 
3. Hər gün səhər gimnastikası ilə məşğul olmaq və 
hər  gün  bir  neçə  saat  şəhər  kənarında,  eləcə  də  ağac, 
kol və ot çox olan parklarda gəzmək lazımdır. 
4.  Emosiyalara  uymamaq,  hər  xırda  şey  üçün 
hirslənməmək,  həmişə  gülərüz  olmaqla,  fərəh  hissi  ilə 
yaşamaq  lazımdır.  Müəyyən  edilmişdir  ki,  insan  kədər-
ləndikdə,  orqanizmin  immun  sistemi  infeksion  xəstəlik-
lərə qarşı müqavimət yaradan hüceyrələri əmələ gətirmir. 
5.  Insan  normal  şəraitdə  və  müddətdə  yatmalıdır. 
Yuxu ürəyin ritmini nizamlayır, arterial təzyiqi azaldır, 
hormonal  ifrazat  sisteminin  fəaliyyətini  yaxşılaşdırır. 
Yaralar da yuxuda yaxşı sağalır. 
6.  Yaşadığınız  evin  havasını  tez-tez  dəyişin,  hətta 
bir az soyuqdan üşümək orqanizm üçün xeyirlidir. 
7.  Az  yeyin.  100  ildən  çox  yaşayan  insanlar 
həmişə az yemişlər, doymamış süfrədən qalxırlar. 


Yüklə 50,87 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə