Hacı Əhməd-Cabir Hacı İsmayıl oğlu



Yüklə 50,87 Kb.
Pdf görüntüsü
səhifə93/99
tarix18.04.2018
ölçüsü50,87 Kb.
#39398
1   ...   89   90   91   92   93   94   95   96   ...   99

 
347 
və  soyurlar.  Soyulmuş  portağalı  dilimləyir,  tumlarını 
bıçaqla  çıxarırlar.  Portağal  dilimləri  bütöv  olduqda 
(zədələnmədikdə) başqalarına təklif oluna bilər. 
Naringinin  qabığı  nazik  olduğundan  əllə  soyub 
dilimləyirlər.  Tumlarını  nəzərə  çarpmadan  çıxarıb 
boşqaba qoyurlar. 
Qarpız  və qovunu  dilimləyib iri  boşqabda  süfrəyə 
verirlər.  Desert  boşqabda  qarpız  çəngəllə,  qovun  isə 
çəngəl-bıçaqla yeyilir. 
Şaftalını  sol  əllə  götürüb  dairəvi  formada  bıçaqla 
kəsib  2  yerə  ayırır  və  bıçaqla  çəyirdəyini  çıxarırlar. 
Yarı  bölünmüş  şaftalını  dişləyib  yeyirlər.  Ərik 
şaftalıdan  kiçik  olduğu  üçün  onu  yarı  bölüb  birbaşa 
yemək olar. 
Bananı  sol  əllə  tutub  bıçaqla  yarısına  qədər  soyur 
və  dilimləyib  yeyirlər,  o  biri  yarısını  axıra  qədər 
tədricən  soyaraq  az-az  yeyirlər.  Ingiltərədə  bananı 
soyub  desert  boşqaba  qoyur,  sonra  çəngəllə  yeyirlər. 
Bananın  qabığını  başqa  meyvələr  kimi  qarşınızdakı 
boşqaba qoymalısınız. 
Ananasın  qabığını  süfrə  başında  təmizləyib 
dilimləyirlər  ki,  ətri  otağa  yayılsın.  Kəsilmiş  dilimlər 
şəffaf  boşqabda  stol  boyu  qonaqlara  təklif  edilir. 
Ananas dilimləri desert boşqaba qoyulub meyvə bıçağı 
və çəngəllə, yaxud çay qaşığı ilə yeyilir. 
Yapon  xurmasını  (Korolyok  sortu)  bıçaqla 
boşqabda  iki  yerə  bölüb  çay  qaşığı  ilə  yeyirlər.  Tumu 
qaşıqla kənar edilir. 
Giləmeyvələri  pay  şəklində  boşqablara  qoyub 
süfrəyə  verirlər,  əks  halda  onlar  (əsasən,  moruq  və 
çiyələk)  əzilir.  Giləmeyvələrin  üstünə  şəkər  səpilir  və 
çay  qaşığı  ilə  yeyilir.  Ziyafət  və  şənlik  məclislərində 


 
348 
giləmeyvələri çalınmış qaymaqla süfrəyə vermək daha 
yaxşıdır. 
Qoz  və  fındıq  süfrəyə  ləpələnmiş  və  ya  qabıqlı 
verilir.  Qabıqlı  qoz  xüsusi  qozsındıranla  sındırılır, 
ləpəsi  əllə  götürülüb  yeyilir.  Fındıq  ləpəsini  və 
yerfındığını qovrulmuş halda süfrəyə vermək yaxşıdır. 
Kişmiş süfrəyə verilməzdən əvvəl soyuq su ilə 1-2 
dəfə  yuyulmalı,  süzgəcdən  suyu  süzüldükdən  sonra 
otaq temperaturunda sərilib  qurudulmalıdır.  Kişmiş və 
digər  quru  meyvələr  ümumi  qabdan  xörək  qaşığı  ilə 
götürülüb desert boşqaba qoyulur, əllə yeyilir. 
Əgər  stol  arxasında  bir  meyvəni  yarı  bölüb 
yeməlisinizsə,  onda  yoldaşınıza  yaxşı  və  iri  tikəni 
təklif  etməlisiniz.  Özünüzə  saplaqlı,  özəkli  və 
çəyirdəkli hissəsini saxlamalısınız. 
Meyvə-giləmeyvə süfrə arxasında elə  yeyilməlidir 
ki,  kənardakıların  əhvalı  və  iştahı  pozulmasın.  Alma, 
armud, şaftalı, ərik və iri gavalıları baş, şəhadət və orta 
barmaqla  bütöv  və  ya  yarım  dilim  şəklində  tutub 
dişləyib  yemək  olar.  Meyvə  yeyildikdən  sonra  ağız 
kağız salfetka ilə silinir. 
Böyük  məclisdə  masabəyi  salfeti  stolun  üstünə 
qoyub,  stol  arxasından  qalxdıqda  nahar  bitmiş  hesab 
edilir.  Yalnız  bundan  sonra  qonaqlar  öz  salfetlərini 
stolun üstünə qoyub qalxa bilərlər. 
Ümumiyyətlə, 
yeyib 
qurtardıqdan 
sonra 
“Əlhəmdülillah”  deyib  çəngəl-bıçağı  paralel  şəkildə 
dəstəyi  sağa  olmaqla  boşqabın  üstünə  qoyurlar. 
Çəngəlin dişləri yuxarı olmalıdır. 
Stol  arxasından  durarkən  kişilər  yanlarındakı 
qadınlara  ayağa  qalxmaqda  kömək  edir,  onların 
stolunu kənara çəkirlər. 


 
349 
Səmərəli qidalanmaın islami prinsipləri 
 
Müasir  elmdə  əsas  tutulan  səmərəli  qidalanmanın 
prinsipləri  14  əsr  öncə  Islamda  təlqin  olunan 
buyuruqlarda və Peyğəmbərimizin (s.ə.v.) hədislərində 
deyilmişdir.  Hədislərdə  qidalanma  haqqında  çox  dərin 
elmi  əsası  olan,  lakin  14  əsr  öncə  insanlara  izah 
edilməsi  qeyri-mümkün  olan  fikirlər  günah  və  savab
halal və haram baxımından söylənilmişdir:  
“Acmamış süfrəyə oturmayın”,  
“Çox yemək pis şeydir”,  
“Ümmətim üçün ən çox qorxduğum şeylər köklük, 
çox yatmaq və tənbəllikdir”,  
“Yeməyi  qəbul  etməzdən  əvvəl  və  sonra  əlləri 
yuduqda yeməyə xeyir-dua verilir”,  
“Qonşusu ac olan dindar doyunca yeməz”,  
“Insan  oğlunun  mədəsini  doldurmasından  daha 
zərərli  bir  şey  yoxdur.  Adəm  nəslinə  belini 
doğruldacaq  bir  tikə  loxma  bəsdir.  Əgər  çox  lazım 
olarsa, onda mədənin üçdə birini yemək, üçdə birini su 
və üçdə birini tənəffüs üçün ayırın”. 
“Üç şey rədd olunmaz – biri süd, biri yumurta, biri 
də  yağ”.  Bu  yağ  yerdən  çıxan  yağdır,  yəni  bitki 
yağıdır. 
əl-Muminun surəsində buyurulur: “Sina dağından 
çıxan  bir  ağac  da  yaratdıq  ki,  o  yeyənlər  üçün 
zeytun və (çörəyin üstünə yaxılan, xörəyə qatılan) yağ 
bitirər”. (əl-Muminun, 23/20). 
Peyğəmbərimiz  (s.ə.v.)  də  bu  xüsusda  “Zeytun 
yağı yeyin və ömür sürün” kəlamını buyurmuşdur. 
“Kişi  həzm  edəməyəcəyi  qədər  yeyərsə,  zərər 
görər. Süfrədən doymadan qalxmaq lazımdır”.  


 
350 
Yeməyi aramla yemək, xırda tikələr şəklində ağıza 
qoyub  lazımınca  çeynəməklə  doyumluq  hiss  etmək 
mümkündür.  Bu  zaman  qida  yaxşı  həzm  olunur. 
Bəziləri  belə  hesab  edirlər  ki,  düzgün  qidalanma  daha 
çox  və  dadlı  yeməklər  qəbul  edilməsinə  əsaslanır. 
Yağlı, şirin və unlu məmulatla qidalanmaqla kökəlmək 
insan orqanizminə ziyandır. 
əl-Əraf  surəsi  31-ci  ayədə  buyurulur:  “…yeyin-
için,  lakin  israf  etməyin,  çünki  Allah  israf  edənləri 
sevməz”,  kəlamı  da  səmərəli  qidalanmaya  bir 
nəsihətdir.  
Kök  bir  adama  işarə  ilə  Peyğəmbərimiz  (s.ə.v.) 
buyurmuşdur:  
“Kaş  ki,  qarnın  belə  kök  olmayaydı,  sənin  üçün 
daha xeyirli olardı”.  
“Çox  yeməklə  sağlıq  və  sağlam  olmaq  bir  arada 
ola bilməz”.  
“Mədəni  yemək  və  içməklə  tikəbasa  doldurmaq-
dan çəkinin. Çünki belə yemək bədəni pozar, xəstəliyə 
səbəb  olar.  Eyni  zamanda  Allah piylənmiş  kök bədəni 
olanları sevməz”. 
Bir başqa hədisdə buyurmuşdur:  
“Çox  yeyib-içməklə  qəlblərinizi  öldürməyin.  Zira 
qəlb  bir  əkin  tarlası  kimidir,  çox  su  basınca  toxumu 
kəsər və çürüdər”.  
“Qəlbin daralması toxluqdandır”. Həzrəti Ömər də 
köklüyə qarşı belə deyir:  
“Kökəlməkdən  çəkinin.  Çünki  köklük  vücudu 
boğur, xəstəlik gətirir”. 
Müasir dövrdə insanların rahatsızlığına səbəb olan 
amillər  –  yağlı  diyet,  duzlu  diyet  və  köklükdür.  Insan 
həmişə  öz  qidasına  fikir  verməli,  nə  yediyini,  necə 


Yüklə 50,87 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə