Hacı Əhməd-Cabir Hacı İsmayıl oğlu



Yüklə 50,87 Kb.
Pdf görüntüsü
səhifə92/99
tarix18.04.2018
ölçüsü50,87 Kb.
#39398
1   ...   88   89   90   91   92   93   94   95   ...   99

 
343 
nəfər  üçün  nahar  süfrəsinə  orta  hesabla  300  q  həlim 
(bulyon)  və  ya  duru  xörək,  ət  və  ya  balıq  –  150  q, 
tərəvəz  və  ya  yarmadan  qarnir  (löküt)  –  200  q,  şirin 
xörək  –  200  q,  meyvə-giləmeyvə  –  150-200  q  veril-
məlidir. 
Çalışmaq lazımdır ki, stol arxasında oturmaq rahat 
olsun.  Aşxana  priborları  biri  digərindən  təxminən  60 
sm  aralı  qoyulmalıdır.  Bütün  qab-qacaq  təmiz,  quru 
olmalıdır.  Boşqabı  və  buludları  alt  tərəfdən  və  baş 
barmağı  qırağından  tutmaqla  götürmək  lazımdır. 
Çalışmaq lazımdır ki, barmaq xörəyə dəyməsin. Içkilər 
olan qabı altdan və ya tutacağından tutub götürürlər. 
Ev sahibəsi kiçik məclislərdə qonaqlara özü qulluq 
edir.  O,  özündən  solda  oturanlara  birinci  xörək  çəkir, 
onlar  isə  çəkilmiş  xörəyi  başqalarına  ötürürlər.  Böyük 
məclislərdə  xüsusi  xörəkpaylayanlar  olur,  lakin  ev 
sahibəsi  ayrıca  süfrəyə  nəzarət  etməklə  nə  lazım 
olduğunu  və  ya  nəyin  çatışmadığını  öyrənir.  Süfrə 
başında adam çox olduqda kişilər qadınların boşqabına 
xörək qoyurlar. 
Məclisdəkilərin hamısına xörək paylanandan sonra 
ev  sahibəsi  və  ya  masabəyi  onları  yeməyə  dəvət  edir. 
Yeməyə 
“Bismillahir-rəhmanirrəhim” 
deməklə 
başlamaq lazımdır. 
Əgər  məclisdə  qonaq  çoxdursa,  hamıya  xidmət 
edilməsini gözləmədən yeməyə başlamaq olar. Üstünü-
zə xörək  qırıntıları  düşməsin  deyə,  qarşınızdakı  salfeti 
dizinizin  üstünə  sərin.  Stol  arxasından  qalxmazdan 
əvvəl  salfeti  boşqabın  sağ  tərəfinə,  boşqab  götürül-
müşsə ortaya qoymaq lazımdır. Bu zaman salfeti səliqə 
ilə bükmək tələb olunmur. 
Duru  xörəklər  dərin  boşqabda,  həlimlər  və 


 
344 
püreyəbənzər şorbalar isə iri fincanlarda süfrəyə verilə 
bilər.  Duru  xörəyi  soyutmaq  üçün  onu  üfürmək 
məsləhət  görülmür.  Isti  xörəyi  qaşıqla  qarışdırmaqla 
soyutmaq  və  az-az  yemək  məsləhətdir.  Duru  xörəyi 
birbaşa içmək də olar. Duru xörəyin içində ağıza bütöv 
qoyula  bilməyən  tikələr  olmamalıdır.  Lakin  bəzi 
xörəklərdə  iri  kartof,  tərəvəz  və  ya  xəmir  tikəsi 
olduqda, onları ehmalca qaşıqla doğrayıb az-az yemək 
lazımdır.  Axıra  yaxın  boşqabı  özünüzdən  əks  tərəfə 
əyməklə  xörəyinizi  tam  yeməyə  çalışın.  Duru  xörək 
yeyildikdən  sonra  dərin  boşqab  və  xörək  qaşıqları 
süfrədən yığışdırılır. 
Quru ət, quş və balıq xörəklərini çəngəl və bıçaqla 
yeyirlər.  Əgər  boşqabın  yanında  bir neçə  çəngəl-bıçaq 
qoyulmuşsa, əvvəlcə boşqaba daha yaxın olanı istifadə 
edilməlidir.  Çəngəl-bıçaq  boşqaba  maili  şəkildə 
tutulmalıdır. Yemək zamanı çəngəli sol, bıçağı isə sağ 
əldə  tutmaq  lazımdır.  Boşqabdakı  ət  tikəsini  birbaşa 
doğramaq  və  sonra  çəngəllə  yemək  düzgün  deyil. 
Bıçaq  və  çəngəllə  yeyərkən  ancaq  çəngəldən  istifadə 
edilən vaxt belə onların hər ikisini həmişə əldə tutmaq 
lazımdır.  Bunun  üçün  lazımi  tikəni  bıçaqla  azacıq 
çəngələ tərəf yönəltmək kifayətdir. 
Çəngəllə  doğramaq  mümkün  olan  xörəyi  (kotlet, 
lüləkabab,  küftə  və  s.)  bıçaqla  kəsmək  düzgün  deyil. 
Çörək  və  badə  götürmək  istədikdə  çəngəlin  qabarıq 
tərəfi  yuxarı,  bıçağın  isə  tiyəsi  sola  olmaqla  boşqaba 
çarpaz  şəkildə  qoyurlar.  Çalışmaq  lazımdır  ki,  çəngəl 
və bıçaq yerə düşməsin. 
Quş ətini də bıçağın və çəngəlin köməyi ilə yemək 
olar. Lakin quş ətini, xüsusən tabakanı əllə yemək daha 
yaxşıdır (rahatdır) və bu qəbahət sayılmır. 


 
345 
Balığı  xüsusi  balıq  bıçaqları  ilə  də  yeyirlər.  Balıq 
bıçağından  sümüyü  və  tıxları  ayırmaq  üçün  istifadə 
edilir.  Əgər  ağzınızdan  balığın  tıxını  çıxarmaq  istəyir-
sinizsə,  onu  ehtiyatla  çəngəllə,  oradan  da  boşqaba 
qoymaq lazımdır. 
Ətin  və  quşun  yanında  verilən  salatları  və 
qarnirləri  böyük  boşqabdan  qaşığın  və  çəngəlin 
köməyi ilə götürüb balaca boşqaba qoyurlar. 
Çörəyi  ümumi  qabdan  əllə  götürüb  kiçik  tikələrə 
qopararaq  yeyirlər.  Çörək  dilimini  süfrə  arxasında 
dişləyib yemək yaxşı deyil. 
Yağı  çörəyə  çəkmək  üçün  sol  əllə  çörək  dilimini 
tutur və sağ əldəki bıçaqla yağ götürüb yaxırlar. Stolda 
xüsusi  yağ  bıçağı  olmazsa,  başqa  bıçaqdan  istifadə 
edin. Yağı, mürəbbəni və ya cemi əvvəlcə qarşınızdakı 
desert  boşqaba  qoyub  sonra  çörəyə  çəksəniz  yaxşıdır. 
Pendiri,  halal  kolbasanı  boşqabınıza  çəngəllə  qoyub 
çəngəl-bıçaqla yeyin. 
Pendiri 
süfrəyə 
verməzdən 
qabaq 
bükücü 
materiallardan  təmizləmək  və  doğramaq  lazımdır. 
Pendiri  xüsusi  çəngəllə  götürüb  boşqaba  qoyurlar. 
Oradan da pendiri çörək diliminə bıçaqla çəkirlər. 
Kolbasanı  süfrəyə  verməzdən  qabaq  qabığını 
təmizləyir,  dilimlərə 
doğrayırlar.  Əgər  kolbasa 
təmizlənmədən stola verilmişsə, qarşınızdakı boşqabda 
çəngəllə kolbasanı tutaraq bıçaqla qabığını kəsib kənar 
etmək  lazımdır.  Təbii  bağırsaqlarda  hazırlanmış  nazik 
qabıqlı sosiska və ovçu kolbasasının qabığı soyulmur. 
Qaraciyər  paştetini  çəngəl  və  ya  çay  qaşığı  ilə 
yeyirlər. 
Bütün  konservlərdən  fərqli  olaraq  qara  kürünü 
süfrəyə  bankada  da  vermək  olar.  Çörək  diliminə 


 
346 
əvvəlcə  nazik  kərə  yağı,  sonra  limon  şirəsi  ilə 
isladılmış bıçaqla kürü çəkmək lazımdır. 
Kompotu süfrəyə xüsusi kompot qablarında, badə-
lərdə  və  ya  stəkanlarda  verirlər.  Əgər  kompot  üçün 
stola əvvəlcədən qaşıq qoyulmayıbsa, kompotla birlik-
də  nəlbəkiyə  qoyub  verirlər.  Kompotdan  meyvələrin 
tumunu  ağızdan  ehmalca  qaşığa,  oradan  da  nəlbəkiyə 
qoyurlar.  Kompotla  dolu  stəkan  və  ya  piyalə  sol  əllə 
tutulmalıdır. Kompotun şirəsini birbaşa içmək olar. 
Tort və piroq süfrəyə doğranmış halda verilir. Tort 
tikələrini  öz  boşqabınıza  qoyub  desert  qaşıqla, 
pirojnaları  xüsusi  çəngəllə  yeyin.  Tez  ovulan  quru 
pirojnaları əllə götürüb yemək olar. 
Peçenyeni  tikə-tikə  sındıraraq  yeməli.  Çox  yağlı 
və kiçik peçenyelər pirojna çəngəli ilə yeyilir. 
Çayı tələsmədən, kiçik udumlarla içmək lazımdır. 
Çayı  çox  soyutmaq  məsləhət  görülmür,  çünki  soyuq 
çay dadsız olur. Çay stoluna müxtəlif mürəbbə, konfet, 
peçenye, tort, qoz və fındıq qoymaq olar. Çay və qəhvə 
süfrəsini  ət  və  balıq  xörəkləri  və  qəlyanaltılarla 
doldurmaq  olmaz.  Təzə  meyvələri  süfrəyə  verməzdən 
əvvəl yaxşı yuyub səliqə ilə vazalara yığırlar. Alma və 
armudu  boşqabda  4  və  ya  8  dilimə  bölüb,  özəyini 
çıxarır və yaxud qabığını soyur və dilimləyib yeyirlər. 
Gavalını  əllə  yarı  bölüb  çəyirdəyini  çıxarırlar. 
Xırda  gavalını  barmaqla  sıxıb  partladır,  bıçaqla 
çəyirdəyini kənar edirlər. Albalının, gilasın və üzümün 
tumunu,  həmçinin  qalınqabıq  üzümün  qabığını  nəzərə 
çarpmadan  çıxarıb  boşqabın  bir  qırağına  qoyurlar. 
Gilas  və  albalını  süfrəyə  saplaqlı,  hətta  bir  neçə 
yarpaqla birlikdə verdikdə gözəl görünür. 
Portağalı  sol  əllə  tutub  qabığını  6-8  dilimə  bölür 


Yüklə 50,87 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə