Hacı Əhməd-Cabir Hacı İsmayıl oğlu



Yüklə 50,87 Kb.
Pdf görüntüsü
səhifə91/99
tarix18.04.2018
ölçüsü50,87 Kb.
#39398
1   ...   87   88   89   90   91   92   93   94   ...   99

 
340 
isə rəqs edir, kişilər papiros çəkmək üçün dəhlizə və ya 
eyvana çıxa bilərlər. 
Təzə,  duza  və  sirkəyə  qoyulmuş  tərəvəzlər  stolda 
saxlanılmaqla bütün  qəlyanaltılar  yığışdırılır.  Əgər  isti 
xörəklər  bir  neçə  çeşiddə  hazırlanıbsa,  onda  əvvəlcə 
balıq  xörəyi,  sonra  ət  xörəyi  və  nəhayət  axırda  plov 
verilir. Lakin qidalı qəlyanaltıdan sonra plov və ya isti 
xörək  verilməsi  daha  yaxşıdır.  Plovdan  sonra  dovğa 
vermək  məsləhətdir.  Əgər  xörək  süfrəsindən  sonra 
desert  süfrəsi  açılması  nəzərdə  tutulursa,  onda  isti 
xörəklərin sayı minimuma endirilir. 
Desert  yeməklər  və  isti  içkilər  verməzdən  qabaq 
stoldan 
bütün 
yemək 
qalıqları 
və 
qab-qacaq 
yığılmalıdır.  Sonra  stola  tort,  pirojna,  konfet  qoyulur 
və yalnız bundan sonra isti içkilər (çay, qəhvə) verilir. 
Əgər stol tam yığışdırılmayıbsa, desert üçün boşqablar 
üst-üstə  stolun  bir  tərəfinə  qoyulur.  Əsas  yeməkdən 
sonra  stol  tam  yığışdırılmışsa,  onda  hər  adama  isti 
içkinin sol tərəfindən bir kiçik boşqab qoyulur. 
Desert  kimi  verilən  xörəklər  (kisel,  kompot)  stə-
kanlarda  ağzı  enli  iri  badələrdə,  bəzi  xörəklər  (sucuq, 
firni)  xırda  nimçələrdə  verilir.  Şirin  xörəkləri  qonaq-
lara  sağ  tərəfdən  verirlər.  Meyvələr  təmiz  yuyulub, 
silinib  iri  vazalara  yığılır.  Alma,  armud,  üzüm  və 
gavalı qarışıq halda,  portağal və  naringi ayrıca  vazada 
süfrəyə  qoyulur.  Giləmeyvələri  xırda  boşqablarda  və 
kremankalarda  (ayaqlı  xırda  dəmir  vaza)  verirlər. 
Çiyələk, moruq və başqa giləmeyvələr toz-şəkərlə, süd 
və  qaymaqla  verilə  bilər.  Bu  zaman  şəkər,  süd  və 
qaymaq ayrıca qabda süfrəyə qoyulmalıdır. 
Qəhvə  və  çay  süfrəsinin  hazırlanmasının  da 
özünəməxsus  xüsusiyyətləri  var.  Qəhvə  süfrəsinə 


 
341 
qonağı axşam saat 17-dən 19-a kimi, çay süfrəsinə isə 
saat  20-yə  qədər  dəvət  etmək  olar.  Stola  zərif  çalarlı 
gülləri  olan  süfrə  salınır.  Qəhvə  stolunu  güllə  və  şam 
yandırılmış  şamdanla  bəzəmək  olar.  Çay  və  qəhvə 
süfrəsinə  xırda  buterbrod,  piroq,  biskvit,  keks,  tort, 
peçenye, konfet, şirin badam, qoz, qovrulmuş fındıq və 
yerfındığı,  müxtəlif  meyvə  və  giləmeyvələr  qoyulur. 
Süfrəyə həmçinin qutuda şokolad konfeti, şəkər kirşanı 
ilə  çiyələk,  qaymaq  və  dondurma,  çay  yanında  bal, 
müxtəlif  mürəbbələr,  qəhvə  yanında  süd  və  qaymaq, 
hər iki halda isə limon vermək olar. 
Qəhvə  içməzdən  əvvəl  qonaqlara  isti  qəlyanaltı  və 
ya salat təklif edilə bilər. Qəhvə süfrəsinə müxtəlif şirə-
lər,  mineral su qoyulması  məsləhətdir.  Çay  yanında isə 
müxtəlif içlikli blinçiklər, qədaib (omlet) vermək olar. 
Çay və qəhvə süfrəsinin servizləşdirilməsi menyu-
dan  asılıdır.  Hər  adam  üçün  desert  boşqab  qoyulur. 
Desert  üçün  bıçaq  və  çəngəl  boşqabın  yanına,  meyvə 
üçün  priborlar  isə  boşqabın  arxasına  qoyulur.  Zövqlə 
qatlanmış  kətan  dəsmal  boşqabın  içinə  və  ya  yanına 
qoyulur.  Çay  stolunda  samovar  varsa,  onu  ev 
sahibəsinin sol tərəfində yerləşdirirlər. Dəm çayniki və 
nəlbəkili  fincanlar  samovarın  yanına  düzülür.  Çay  və 
qəhvə süfrəsi arxasında ən çoxu 3 saat oturmaq olar. 
Uşaq  şənlikləri  üçün  ziyafət  süfrəsi  hazırlamaq 
xüsusi  diqqət  tələb  edir.  Uşaqlar  bayram  süfrəsini, 
xüsusən ad günü keçirməyi xoşlayırlar. Valideynlər ad 
gününə  uşağın  xahişi  ilə  yoldaşlarından  hansının 
çağırılmasını soruşmalı və onların valideynlərinə xəbər 
verməklə  ad  gününə  dəvət  etməlidirlər.  Uşaqların  ad 
gününü günorta vaxtı keçirmək daha əlverişlidir. 
Uşaqlar  üçün  ziyafət  süfrəsinə  güllü  süfrə  salınır. 


 
342 
Hər  uşaq  üçün  süfrə  arxasında  ayrıca  yer  nəzərdə 
tutulur. Boşqaba və ya onun arxasına uşağın (qonağın) 
adı yazılmış kiçik vərəq qoyulur. Ad günü qeyd olunan 
uşağın  stolu  lentlə  bəzənir,  çəngəl  və  ya  çay  qaşığına 
qırmızı  lent  bağlamaq  olar.  Stola  kiçik  vazada  gül 
qoyulur.  Otağı  şarla  və  rəngli  kağızlardan  hazırlanmış 
lentlərlə bəzəmək olar. 
Uşaqlar üçün süfrəyə buterbrodlar, salat, yumurta, 
xiyar  və  pomidordan  hazırlanmış  formalı  qəlyanaltılar 
verilir.  Süfrəyə  elə  xörəklər  verilməlidir  ki,  onları 
bıçaq  işlətmədən  çəngəllə  yemək  mümkün  olsun. 
Uşaqların süfrəsində lazımi qədər şirə və sərinləşdirici 
içkilər  olmalıdır.  Əsas  yeməkdən  sonra  südlü  kokteyl, 
dondurma,  meyvə-giləmeyvə  və  yaxud  çayla  şirniyyat 
vermək  olar.  Tortun  üstünə  uşağın  yaşı  qədər  şam 
düzülüb  süfrəyə  verildikdə  yandırılır.  Əgər  uşaqların 
ad  gününə  yaşlılar  da  dəvət  olunubsa,  onlar  üçün 
ayrıca stol olmalıdır. 
Uşaqlar kiçik yaşlarından qida qəbulu mədəniyyə-
tini  və  süfrə  arxasında  özünü  aparmağı  öyrənmə-
lidirlər.  Əsas  məsələ  ondadır  ki,  uşaqlar  yeməyi  yaxşı 
çeynəməli, səliqə ilə yeməyi, çörəyi kənara tökməmək 
şərtilə  aşxana  priborlarından  düzgün  istifadə  etməyi 
bacarmalıdırlar.  Uşaqlarda  çörəyə  qənaətcil  münasibət 
aşılanmalıdır.  Çörəyi  xırdalamağa,  ovmağa,  dişlənmiş 
tikəni stolda yeməmiş saxlamağa icazə verilməməlidir. 
Qonaq  qəbul  etməyi  və  onlar  üçün  menyu  tərtib 
etməyi  də  bacarmaq  lazımdır.  Bu  işdə  hər  kəsin  öz 
təcrübəsi  olur.  Bayram  və  ziyafət  süfrələri  xüsusi 
ciddiliklə  hazırlanmalıdır.  Müxtəlif  xörəklərlə  stolu 
doldurmaq  məsləhət  görülmür.  Xörəklərin  sayı  çox 
olduqda onların hazırlanma miqdarı azaldılmalıdır. Bir 


Yüklə 50,87 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə