Gülsüm Hüseynova



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə72/80
tarix06.10.2018
ölçüsü4,4 Mb.
#72993
1   ...   68   69   70   71   72   73   74   75   ...   80

 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
217 
217 
və s. 
Başdığ//başdüğ  «başlıq».  Toy  ərəfəsində  qız  evinin 
oğlan evindən aldığı pul, heyvan. 
Xırş  «ağuz  (doğmuş  inəyin  ilk  südü)»  (Lah.).  Mərəgö 
bizəndəni  xırşirə  bədi-şündənim.  «İnək  doğanda  ağuzunu 
qaynadırıq». Talış dilində hış formasında işlənir. 
Övərə  «evdə  çimmək  üçün  istifadə  edilən  yer».  Bu  sözü 
təşkil  edən  komponentlərdən  birincisi  -ö  İran  dillərində  olan 
ab  «su»  sözünün  fonetik  variantı,  ikincisi  vərə  isə  «yer» 
mənasını  verən  leksik  vahiddir.  Göstərilən  mənada  övərə 
sözünə  digər  İran  dillərində  təsadüf  olunmamışdır.  Bə 
qədimiyə  xunahona  bə  həmmeyi  övərə  bire.  «Qədimi  evlərin 
hamısında çimmək yeri olmuşdur» və s.  
Xiş barundan «yer şumlamaq». Bə marta mohi bə Löyic 
xori  xiş  barundənund,  gəndim  başundənund.  «Mart  ayında 
Lahıcda yeri xışla əkirlər, buğda səpirlər».  
Dağar/dəğər  «dağar,  dağarcıq».  Həm  tat,  həm  də 
Azərbaycan 
dialektlərində 
eyni 
mənada 
«qoyun-keçi 
dərisindən hazırlanmış taxıl qabı» mənasında işlənir. 
Vəçanüm  «dilənçi»  (Q.).  Sekinə  xalə  bə  dər  amarə 
vəçanumə  dəst  bə  tihi  rahə  nə  dərəbü  «Səkinə  xala  qapıya 
gələn dilənçini əliboş yola salmazdı» və s. 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
218 
218 
NƏTİCƏ 
 
Tatlar  irandilli  xalq  olub,  Xəzəryanı  ərazilərdə,  əsasən 
İranda,  Azərbaycanın  şimal-şərq  rayonlarında,  Abşeron 
yarımadasında,  Dağıstanın  cənub-şərqində,  Dərbənd  və 
Mahaçqala 
şəhərlərində 
məskunlaşmışlar. 
Azərbaycan 
ərazisində tatlar, əsasən, respublikanın İsmayıllı, Xızı, Şamaxı, 
Quba,  Dəvəçi  və  Abşeron  ərazilərində  daha  sıx  şəkildə 
yaşayırlar.  
Yazısız dillərin tarixinin öyrənilməsi üçün başqa material 
olmadığından,  dialekt  və  şivələrin  lüğət  və  nitq  nümunələri 
müstəsna 
əhəmiyyət 
kəsb 
edir. 
Dialekt 
faktlarına 
əsaslanmaqla,  dilin  öz  inkişafı  boyu  onda  baş  vermiş 
dəyişikliklər  və  ona  təsirləri  üzə  çıxarmaq  olur.  Daha  qədim 
dövrlərdə baş vermiş dəyişikliklər haqqında təsəvvürləri isə bu 
dili  qohum  dillərlə,  xüsusən  də,  yazılı  abidələri  olan  dillərlə 
müqayisə etməklə, üzə çıxarmaq mümkündür. 
Aparılan  tədqiqatlara  əsaslanmaqla,  belə  demək  olar  ki, 
elmə  iki  tat  dili  məlumdur.  Bunlardan  btirincisi  «məxsusi  tat 
dili»,  ikincisi  isə  dağ  yəhudilərinin  istifadə  etdiyi  «yəhudi-tat 
dili»  adlandırılır.  Hər  iki  dil  mənşəcə  hind-Avropa    dillərinin 
İran  qrupuna  daxildir.  Tarixi-dialektoloji  təsnifata  görə,  «tat» 
və «yəhudi-tat» dilləri cənub-qərbi İran dillərinə aid olub, fars 
və tacik dillərinə yaxındır.  
Tat  dili  ilə  yəhudi  tatlarının  dili  arasında  quruluş 
yaxınlığı ilə  yanaşı, əhəmiyyətli dil fərqləri də var.  Bu, həmin 
dillərin  daşıyıcılarının  ünsiyyət  prosesində  bir-birini  tam  başa 
düşməməsinə  səbəb  olur.  Tat  dili  Azərbaycan,  dilinin,  yəhudi 
tat dili isə daha çox ivritin təsirinə məruz qalmışdır.  
Tat  dilinin  tədqiqi  XIX  əsrin  axırları,  XX  əsrin 
əvvəllərindən başlanmışdır.  
Azərbaycanda  yaşayan tatların dilindəki ləhcə fərqlərinin 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
219 
219 
müəyyənləşdirilməsi  və  həmin  ləhcələrin  sərhədinin  təyin 
edilməsi  üçün  fonetik,  leksik-qrammatik  fərqlərlə  yanaşı,  dini 
fərqlər  də  əsas  götürülmüşdür.  Tat  ləhcələrinin  ilkin 
təsnifinina  görə,  bu  dilin  1)  şimal  (sünni)  şivələri  –  Quba, 
Dəvəçi,  Qonaqkənd  rayonları  və  Xızı  rayonunun  Qızıl  Qazma 
kənd  sovetliyi  ərazisində  yayılmış  şivələr;    2)  mərkəzi  (şiə) 
şivəsi  –  Xızı  rayonunun  Ərüsküş  və  Dağquşçu  kənd  sovetliyi 
ərazisində  yayılmış  şivə;  3)  cənub  (şiə)  şivələri  –  Xızı 
rayonunun  digər  ərazilərində  və  Siyəzən  rayonu  ərazisində 
yayılmış  şivələri  var.  Bu  təsnifata    Abşeron  və  Lahıc  şivələri 
daxil edilməmişdir. Sonralar tat dilinin Azərbaycanda yayılmış 
ləhcələrinin  cənub  qrupuna  Abşeron,  Balaxanı,  Suraxanı, 
Lahıc  və  Məlhəm  (Şamaxı)  tatlarının  ləhcələri  də  əlavə 
edilmişdir.  
Azərbaycan 
ərazisində 
yaşayan 
tatlar 
dini 
mənsubiyyətlərinə  görə  aşağıdakı  3  qrupa  bölünür:  1) 
müsəlman tatlar; 2) yəhudi tatlar; 3) xristian tatlar. 
Dini 
mənsubiyyətinə 
görə 
fərqlənən 
qrupların 
ləhcələrində  oxşar  cəhətlərlə  yanaşı,  fərqli  xüsusiyyətlər  də 
mövcuddur.  
Tat  dilinin  həmin  bölgülər  üzrə  öyrənilməsinə  əsas 
yaradan  amil  tədqiqatçıların  eyni  qrupa  mənsub  dil 
daşıyıcılarının  kompakt  şəkildə  yaşadıqları  ərazilərdən 
materiallar toplaması olmuşdur.  
Tat 
dilinin 
İran 
dilləri 
arasındakı 
yerini 
müəyyənləşdirilməsi,  onun  İran  dillərinin  dialekt  və  ləhcələri 
ilə  müqayisəli  şəkildə  öyrənilməsi  üçün  dəqiq  elmi  təsnifat 
prinsiplərinə  əsaslanmalıdır.  Mahiyyət  etibarilə  geniş  dil 
materialını  əhatə  edən  bu  cür  tədqiqatlar  tat  dili  ləhcə  və 
şivələrinin  hərtərəfli  öyrənilməsi  zəminində  həyata  keçirilə 
bilər. 
Azərbaycan  ərazisində  yaşayan  tatların  dil  əlaqələri 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə