Gülsüm Hüseynova



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə69/80
tarix06.10.2018
ölçüsü4,4 Mb.
#72993
1   ...   65   66   67   68   69   70   71   72   ...   80

 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
208 
208 
oturaq həyat tərzi keçirmiş, əkinçiliklə məşğul olmuşlar. 
Qərbi  Azərbaycan  ərazisində  Tatluqışlaq  adında  yaşayış 
məskəninin  adının  Tatlu  tayfasının  adından  götürülm əsi  və  bu 
tayfanın  orta  əsrlərdə  Anadoluda  yaşamış  Ulu  Yeruk  tayfa 
birləşməsinin  Tatlu  qolundan  olması  haqqında  fikir  var  (27, 
382).  Yuxarıda  İran  Azərbaycanı  ərazisində  Tatqışlaq 
toponiminin  olması    haqqında  məlumat  vermişdik.  Bu 
toponimin  tərkibində  «tat»  və  «qışlaq»  tərkib  hissələri  var. 
Qərbi  Azərbaycan  ərazisində  mövcud  olmuş  «Tatluqışlaq» 
şəklində  olan  toponimin  də  tərkibində  «tatlu»  və  «qışlaq» 
tərkib  hissələri  mövcuddur.  Hər  ehtimala  görə,  bu  iki  toponim 
eyni  əsaslar  zəminində  formalaşmışdır.  Nəzərə  almaq  lazımdır 
ki,  Kəlbəcər  rayonundakı  Tatlar  kəndi  Qərbi  Azərbaycan 
ərazisindən  köçənlər  tərəfindən  salınmış  yaşayış  məskəni 
olmuşdur.  Yeri  gəlmişkən  onu  da  demək  vacibdir  ki, 
ermənilərin  monomillətçilik  siyasəti  yalnız  türklərə  qarşı 
çevrilməmişdir.  Qərbi  Azərbaycanda  yaşamış  başqa  xalqların 
nümayəndələri də zaman-zaman erməni daşnaqlarının zülmünə 
məruz qalmış, onlar da yaşadıqları ərazilərdən zorla çıxarılmış, 
ermənilərin törətdikləri qırğınların qurbanı olmuşlar.  
Tərkibində  tat  dilinə  aid  sözlər  olan  bəzi  onomastik 
vahidləri nəzərdən keçirərkən onların bir qisminin  Azərbaycan 
toponimikasında  əsaslı  şəkildə  yer  tutması  aydın  olur.  Bu 
toponimlərin  bəzilərində  türk  mənşəli  tərkib  hissələr  də 
işləkliyi ilə seçilir.  
Əhən  –  İsmayıllı  rayonunda  kənd  adı,  yaşayış  məskəni. 
Niyaldağ  silsiləsinin  ətəyində,  Lahıc  çökəkliyində  yerləşir. 
Əhalisi  Lahıc  kəndindən  çıxanlardır.  Əhən/ohun  tat  dilində 
«dəmir»  deməkdir.  Kəndin  adı  əhalinin  dəmirçiliklə  məşğul 
olması ilə əlaqəlidir. 
Niyaldağ  –  İsmayıllı  rayonunun  ərazisində  olan  dağın 
adıdır.  Yazılı  mənbələrdə  dağın  adı  X  əsrdən  məlumdur.  O, 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
209 
209 
İranın  Lahıcan  mahalındakı  eyniadlı  oronimlə  bağlıdır.  Bu 
mahaldan köçürülmüş tatlar yeni yaşayış məskənlərindəki dağı 
eyni  adla  adlandırmışlar.  Niy  tat  dilində  «doqquz»  mənasında 
olan  sözlə  yal  sözünün  birləşməsindən  əmələ  gəlmişdir. 
Tədqiqatçılar  bu  sözün  türk  dillərindəki  naal/nial  sözündən 
olub,  «yaşıl,  göy,  ot,  bitki»  anlamında  olan  sözdən 
götürülməsini,  iki  saitin  arasına  türk  dilləri  üçün  səciyyəvi 
olan  «y»samiti  artımı  ilə  əlaqələndirərək  türk  mənşəli  olması 
fikrini irəli sürmüşlər (25, 386). 
Nügədi  –  Quba  rayonunda  kənd  adıdır.  Tat.  nügə/nüə 
«yeni»  və  di  «kənd»  sözlərindən  yaranmışdır  («Yenikənd»). 
Bu  model  üzrə  əmələ  gəlmiş  toponimlərə  irandilli  əhalinin 
yaşadığı başqa ərazilərdə də rast gəlmək olur. Məsələn, Nüvədi 
toponimi  Lerik  rayonunda  kənd  adını  bildirir.  Eyni  adlı  kənd 
erməni 
işğalına  qədər  Zəngilan  rayonunda  olmuşdur. 
Azərbaycanın Ağsu və Şamaxı rayonlarında nüydü adlı kəndlər 
var. 
Novxanı – Abşeron rayonunda kənd adıdır. Tat. dilindəki 
nou  «yeni»  və  xanı  (<xana)  tərkib  hissələrindən  əmələ 
gəlmişdir. (Yəni, yeni evlər, yeni məskənlər) və s. 
Abşeron  ərazisində  bu  model  üzrə  düzəlmiş  başqa 
yaşayış məntəqələri də var. 
Balaxanı.  Bala  və  xana  sözlərindən  təşkil  olunmuşdur. 
T.Əhmədov  toponimin  tərkibindəki  bala  komponentini 
«yüksək  yer,  təpə»  kimi  izah  edir.  Müəllif  xana  komponenti 
haqqında  yazmışdır:  «İran  dillərində  müstəqil  leksik  vahid 
kimi  «ev,  mənzil»  mənasında  işlənən  xana  sözü  Azərbaycan 
dilinə  keçərək,  onun  toponimiyasında  bir  sıra  mürəkkəb 
oykonimlər  formalaşdırmağa  xidmət  edən  topokomponent 
funksiyasını  yerinə  yetirir. Müəyyən  hallarda  bu formant  yerli 
dialekt  və  şivə  xüsusiyyətlərindən  asılı  olaraq,  xanə/xanı 
variantlarında da tələffüz olunur» (46, 180). 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
210 
210 
Bizə  belə  gəlir  ki,  xana  ünsürünün  xanı  şəklinə 
düşməsində  müvafiq  toponimlərin  rusca  variantının  təsiri 
olmuşdur. 
Həşəxonə//Həşəxunə//Xəşəxunə. Abşeron  yarımadasında 
Qala  yaşayış  məskəni  ərazisində  yerləşən  kəndin  adıdır.  İlk 
vaxtlar  burada  səkkiz  ev  olmuşdur.  Toponimin  tərkibindəki 
«həş» (haşt/həşt «səkkiz») də buna işarə edir. 
Ümumiyyətlə,  «xana»  sözü  Azərbaycan  dilinin  lüğət 
tərkibində  əsaslı  şəkildə  yer  almış  və  bir  sıra  onomastik 
vahidlərin  əmələ  gəlməsində  iştirak  edir.  Xana  sözü  ilə  əmələ 
gələn  bəzi  onomastik  vahidlərin  izahında  maraqlı  bir  məsələ 
ilə üzləşmək olur. Bu İran mənşəli xanə və gah (yer) sözlərinin 
birləşməsindən  alınan  toponimlərin  izahında  üzə  çıxır.  Belə 
toponimlərin  yaranma  tarixi  başqadır.  Əvvəllər  müqəddəs  yer 
kimi  qəbul  olunmuş  ərazidə  tikilmiş,  salınmış  tikililəri 
«xanəgah» adlandırmışlar. Bu məsələdə V.V.Bartoldun izahına 
əsaslanaraq,  «xane»  sözünün  «zahidlərin,  asketlərin  hücrəsi» 
mənasında qəbul etmək olar (245, 58-75). 
Gəndob/Qəndob/Gəndo
Bizcə, 
aşağıdakı 
tərkib 
hissələrindən ibarətdir:  «gənd»  və  «ob».  Ümumi mənası  «şirin 
su, qənd kimi şirin su» formasında izah oluna bilər. 
Aragird.  Bu,  mikrotoponim  olub,  Lahıcda  məhəllə  adını 
bildirir.  M.Ə.Əfəndiyevin  fikrincə,  Lahıcın  üç  məhəlləsindən 
birinin  adı  olan  bu  söz  türkmənşəlidir.  Dağların  arasında 
olduğuna görə «araya girdi» kimi izah edilir (316, 45-46). Gird 
sözünü  İran  dilləri  materialı  əsasında  «dəyirmi,  dairəvi» 
mənasında  izah  etmək  də  mümkündür.  Məhəllənin  dağların 
arasındakı dairəvi formada olan yerdə yerləşməsi belə bir əsas 
yaradır. 
Tat  dili  ilə  bağlı  olan  bəzi  toponimlərə  aid  izahlardan 
aydın  olur  ki,  yad  dil  toponimləri  ilə  toponim  yaradıcılığında 
istifadə  olunmuş  alınma  sözlərdən  düzələn  toponimlərin 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə