Gülsüm Hüseynova



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə73/80
tarix06.10.2018
ölçüsü4,4 Mb.
#72993
1   ...   69   70   71   72   73   74   75   76   ...   80

 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
220 
220 
sistemində  Azərbaycan-tat  dil  əlaqələri  əsas  yer  tutur.  İran 
ərazisində  bu,  başqa  İran  dilləri  ilə  olan  əlaqələri  özündə 
birləşdirir.  Dağıstan  ərazisində  yaşayan  tatların  dili  Dağıstan 
dilləri və rus dili ilə qarşılıqlı əlaqələr şəraitindədir.  
Tat-Azərbaycan  dil  əlaqələri  çox  qədim  tarixə  malikdir 
və  bu  məsələ  haqqında  tat  dilinin  ilk  tədqiqatçıları  da  fikirlər 
söyləmişlər.  
Mövcud  tədqiqatlardan  görünür  ki,  Xəzərətrafı  ərazidə 
yayılmış tat dili ilə digər İran dillərinin dialekt və ləhcələrinin 
fərqləndirilməsində  dilçilər  arasında  fikir  müxtəlifliyi  özünü 
göstərir.  Tat  dilinin  İran  dilləri  ailəsində  tutduğu  yer,  bu  dilin 
onun  ayrı-ayrı  ləhcələrinin  fərqləri  məsələsi  də  dilçilər 
arasında  mübahisə  obyektidir.  Lakin  nəzərə  çarpan  fərqlər  dil 
əlaqələri  müstəvisində  nəzərdən  keçirilməmiş,  dil  əlaqələrinin 
təsiri ilə bağlı fərqlərə fikir verilməmişdir.  
Dil  əlaqələri  prosesində  başqa  dilin  təsirinə  ən  tez  və  ən 
çox  məruz  qalan  dilin  leksik  sistemidir.  Hər  bir  dil  əlaqədə 
olduğu dildən sözlər alır. Tat dilinin bütün ləhcə və şivələrində 
Azərbaycan  dilindən  və  ya  Azərbaycan  dili  vasitəsi  ilə  digər 
dillərdən alınmış sözlər müəyyən çoxluq təşkil edir.  
Tat  və  Azərbaycan  xalqlarının  uzunəsrlik  tarixi  əlaqələri 
nəticəsində  bu  xalqların  dillərində  qarşılıqlı  şəkildə  söz 
alınması  prosesi  baş  vermişdir.  Bu  alınmaların  xarakteri 
keyfiyyət  etibarilə  bir-birindən  fərqlənir.  Azərbaycan  dili 
leksik  səviyyədə  ümumən  tat  dilinə  təsir  etdiyi  halda,  tat  dili 
daha  çox  qonşuluqda  yaşayan  bu  və  ya  digər  dialekt 
nümayəndələrinin məhəlli şivələrində iz buraxmışdır.  
Ümumiyyətlə,  Azərbaycan  klassiklərinin,  eləcə  də,  şair 
və  yazıçılarının  əsərlərində,  o  cümlədən,  Mikayıl  Müşfiqin, 
Cəfər  Cabbarlının,  Sabirin,  Rəsul  Rzanın  və  başqalarının 
əsərlərində  müasir  tat  dilində  işlənən  bir  sıra  sözlər  qeydə 
alınır.  


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
221 
221 
Azərbaycanda 
müxtəlif 
xalqların 
nümayəndələri 
yaşadığından, tatların məskən saldıqları ərazilərdə bu xalqların 
nümayəndələri  ilə  də  dil  əlaqəlri  baş  vermişdir.  Məsələn,  tat-
qrız  dil  əlaqələri  nəticəsində  bir  sıra  tat  sözləri  qrız  dilinə 
keçmişdir.  
Azərbaycan  tatlarının  dilinin  leksik  tərkibini,  əsasən, 
ümumiran  mənşəli  sözlər  təşkil  edir.  Qeyd  olunmalıdır  ki,  bu 
leksik  vahidlərə  tat  dilinin  digər  ləhcələrində  də  ya  heç  bir 
dəyişikliyə  uğramadan,  ya  da  müəyyən  fonetik  və  semantik 
dəyişikliklərlə  rast  gəlmək  olur.  Ləhcədə  alınma  leksik 
vahidlər  də  xüsusi  yer  tutur.  Bunlar,  əsasən,  Azərbaycan 
dilindən  və  Azərbaycan  dili  vasitəsilə  digər  dillərdən  keçən 
sözlər və terminlərdir. 
Tat  dilinin  leksik  tərkibinin  bir  hissəsini  müxtəlif 
şivələrin  özünəməxsus  leksikası  təşkil  edir,  bu  spesifika  tat 
şivələrini  bir-birindən  fərqləndirir.  Ayrı-ayrı  tat  şivələrindən 
toplanmış  materiallar  əsasında  müəyyən  sayda  spesifik  söz  və 
terminlər  qeydə  alınmışdır.  Tat  mənşəli  leksikaya  daxil  olan 
söz  və  terminlər,  əsasən,  təsərrüfatın  müəyyən  sahələri  ilə 
bağlıdır.  
Tat  dilinin  ayrı-ayrı  ləhcə  və  şivələrinin  leksikası  ilə 
bağlı  aparılmış  araşdırmalar  göstərir  ki,  hər  bir  ləhcədə,  bir 
çox  hallarda  hər  bir  şivədə  işlənən  sözlər  arasında  fərqlər  və 
oxşarlıqlar var.  
Azərbaycan  tatlarının  dilinin  lüğət  tərkibini,  ilk  növbədə 
dörd  əsas  qrup  (spesifik  sözlər;  ümumiran  mənşəli  sözlər; 
alınma sözlər; hibrid sözlər) ayırmaq mümkündür.  
Azərbaycan  tatlarının  dilinin  başqa  türk  dilləri  ilə 
əlaqələri də qədim tarixə malik olmuşdur.  Ona görə də bu dilə 
keçmiş  türk  mənşəli  sözlərin  az  olmayan  bir  qismi  ümumtürk 
mənşəlidir.  Həmin  alınmaları  türkizmlər  kimi  qruplaşdırmaq 
mümkündür.  Tat  dilindəki  digər  alınma  sözləri  aşağıdakı 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
222 
222 
qruplara  bölmək  olar:  1)  müasir  Azərbaycan-türk  dilindən 
alınmalar;  2)  rus  dilindən  alınmalar;  3)  ərəb-fars  dillərindən 
alınmalar;  4)  başqa  dillərdən  (Dağıstan  dilləri,  ivrit  və  s.) 
alınmalar. Alınmalar tat dilinin birbaşa və dolayısı ilə təmasda 
olduğu  dillərdən  aldığı  söz  və  terminlər  hesabına  yaranmış 
leksik layı əhatə edir.  
Tat  dilindəki  vəlg  (yarpaq),  pustə  (qabıq),  künküro 
(soğansuyu),  guştoy  (bozbaş),  ruşir  (çiyə,  südün  üzü),  so 
(səhəng),  şirəng  (səhəngdən  kiçik  suqabı),  şirdüş  (sərnic), 
gülpoy  (sacayaq),  nalin  (döşək),  sərmizi  (süfrə,  stolüstü), 
kəndü  (un  saxlamaq  üçün  qab),  tirəçu  (oxlov),  ardəvic  (ələk; 
ard  «un»,  vic  «ələməkdən»),  rusmu,  varə  (sap),  sərçin  (ülgüc; 
sər  –  baş,  çin  –  qırxmaq),  guştəncin  (qıymakeş),  dürəş  (biz), 
dürəzi (zivə, paltar asılan ip), corü (süpürgə), xiyə (kürək), tou 
(otaq),  şiləsər  (eyvan),  lanbun  (ikinci  mərtəbənin  qarşısındakı 
dam),  goudun  (tövlə;  go  «inək»,  dun  «heyvan  saxlamaq  üçün 
yer»),  ələ  (toyuq  hini),  guşəbun  (damın  qırağı),  dərpəncərə 
(pəncərə  qapısı;  dər  «qapı»,  pəncirə  «pəncərə»),  qiroblü 
(qaloş),  şitəl  (corab),  qilində  (boyunbağı),  gülğün  (qığılcım), 
zin (tələ), şavar (şərq küləyi), təkərd (dolu; atmosfer hadisəsi),  
kulak  (qar),  xür  (duman),  vərəzə  (yoxuş),  pişin  (günorta), 
aftənüş  (günbatan),  aftəxis  (gündoğan),  hami  (yay),  vasal 
(yaz), bürg (qaş), nuxum (dırnaq), kürdə (böyrək), pişni (alın), 
müq.  et:  azərb.  qabaq  «alın»;  zohuz  (yaşıl)  və  s.  sözlər 
spesifik  leksik  layda  yer  tutur.  Onlardan  mürrəkəb  söz  kimi 
formalaşanlarda tərkib hissələrindən birinin ümumiran mənşəli 
söz olması halları qeydə alınır.  
Azərbaycan  tatlarının  dilində  elə  söz  və  terminlərə  də 
rast gəlmək olur ki, onlar digər İran dillərində müxtəlif fonetik 
variantlarda  işlənsələr  də,  tat  dilindəki  mənanı  ya  heç  vermir, 
ya  da  həmin  mənanı  qismən  özündə  əks  etdirir.  Tat  dilində 
təsərrüfatın müxtəlif  sahələri ilə  bağlı külli miqdarda  sırf sahə 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə