Gülsüm Hüseynova



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə70/80
tarix06.10.2018
ölçüsü4,4 Mb.
#72993
1   ...   66   67   68   69   70   71   72   73   ...   80

 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
211 
211 
sərhəddini  müəyyənləşdirmək  üçün  bu  cür  tədqiqatların 
əhəmiyyəti  böyükdür.  Biz  belə  bir  fikirlə  razılaşırıq  ki,  yalnız 
o  toponimləri  başqa  dil  toponimləri  adlandırmaq  olar  ki, 
onların yaranmasında iştirak edən bütün vahidlər kənar dilə aid 
edilsin.  Əgər  toponimin  tərkibində  Azərbaycan  dilinin  öz 
sözləri  və  ya  əvvəllər  alınmış  və  mənimsənilmiş  sözlər, 
Azərbaycan  dilinin  qrammatik  formaları  iştirak  edirsə,  onları 
Azərbaycan toponimləri sırasına daxil etmək lazımdır.  
Tat  dilində  işlənən  şəxs  adları  da  müəyyən  sistem  təşkil 
edir.  Qeyd  etmək  lazımdır  ki,  bu  dilin  antroponimlər 
sistemində 
Azərbaycan 
dilindən 
alınmalar,  eləcə  də, 
Azərbaycan  dili  vasitəsi  ilə  alınma  adlar  daha  çoxdur.  Şəxs 
adları,  əsasən,  iranmənşəlidir  (Yovər,  Gülzor,  Gülşən, 
Gülsüm).  Dildə  ərəb  mənşəli  adlar  (Mənsur,  Nayilə,  Rosim, 
Sefullo və s.) da az deyil. Şəxs adları quruluşca sadə, düzəltmə 
və  mürəkkəb  sözlər  olur.  Sadə  şəxs  adları:  Əhəd,  Okif,  Lola, 
Mohir və s. 2. Düzəltmə şəxs adları: Hisniyə, Mihbora və s. 3. 
Mürəkkəb şəxs adları: Əliağa, Allahyor, Ağaboji, Şobikə və s. 
 
Tat dilinin etnoqrafik leksikası. 
 
Tat  dilinin  etnoqrafik  terminləri  sırasında  yemək  və 
xörək  adları  (nun  «çörək»,  nimik  «duz»  öü  «su»,  şir  «süd», 
şirəvo  «südlü  sıyıq»,  vürü  «umac»,  qurqut  «qovrulmuş 
yarma»,  tüvəlos 
«quymaq»,  siyə  həlva 
«qara  halva» 
(səmənidən  hazırlanır),  tara  həlva  «un  halvası»,  duğ  «ayran», 
duvavo 
«dovğa»,  həsi  «əriştə»,  kolanun  «göyərtidən 
hazırlanmış çörək», darungərgi «zoğal qurusundan hazırlanmış 
qiymə»,  ruğananun  «fəsəli»,  xoyəkərg  «yumurta»,  xoyəginə 
«şirin  qayğanaq»,  sərəpö  «xaş»  (baş-ayaq),  aş  futolı  «əvəlik 
aşı»,  qilinpiyoz  «kartof-soğan  qızartması»,  nun  tari  «kartof 
supu»,  həlisə  «ətli  hədik»,  mixləmə  «qayğanaq»  və  s.  paltar, 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
212 
212 
ayaqqabı və parça  adları: (şe  «köynək»,  ru  şey  «üst köynəyi», 
zir şey  «alt köynəyi»,  zir şalvar  «alt şalvarı»,  ostin  «köynəyin 
qolu»,  püstin  «şuba»,  kisə  «cib»,  çarşö  «çarşab»,  çaxşür 
«corab»,  olat  «paltar»,  ləçəy  «ləçək»,  şalvor  «şalvar»,  çit  «çit 
parça»,  külmaxmar  «gülməxmər»,  qeyiş  «qayış, toqqa»,  paltok 
«palto»,  dəsmol  «dəsmal»,  sədəf  «düymə»),  məişətdə  istifadə 
olunan  əşyalar  və  qab-qacaq  adları:  (bilmə  «boşqab»,  bəsti 
«güyüm»,  satıl  «mis  su  qabı»,  qaqala  «saxsı  banka»,  ləif 
«yorğan»,  nolin  «döşək»,  abgərdun  «abgərdən»,  nəəlbəki 
«nəlbəki»,  məştəfə  «aftafa»,  aşpəlö  «aşsüzən»,  ərsin  «ərsin», 
istikon  «stəkan»,  qəməti  «ət  baltası»,  müqayisə  et:  azərb. 
qəməlti  «böyük  çörək  bıçağı»,  korda  «bıçaq»,  qeyçi  «qayçı», 
qaşuğ  «qaşıq»,  qacqun  «qazan»,  bolış  «balış,  yastıq»,  xolinçə 
«xalça»,  miz  «stol»,  ustul  «stul»,  qəndob  «qəndqabı»,  qəfədon 
«çaynik»,  dəmkeş  «dəmkeş»,  bisg  «kabab  şişi»,  kirsin  «kətil» 
xüsusi  yer  tutur.  Etnoqrafiyaya  aid  bu  terminlərin  bəzilərinin 
izahı vacibdir. 
Ş.Musayev  yazılı  abidələrdə  klassiklərimizin  əsərlərində 
etnoqrafiyaya  aid  terminlərin  işləndiyini  qeyd  etmiş  və 
nümunələr  vermişdir.  Bu  nümunələr  arasında  tat  dilində 
istifadə edilən ümumiran mənşəli terminlər də var (111, 46). 
Loşbəbər  «üstündə  xəmir  yaymaq  üçün  taxta»,  «yayan». 
Əsasən,  Bakı  dialektində  işlənir.  Abşeron  ləhcəsində  bu  sözə 
xəmobər  şəklində  işlənir.  Sarə  xəmovərə  avard  ləreymu.  «Sara 
yayanı bizə gətirdi». 
Sənət  sahələrində  hazırlanan  əşyaların  məişətdə  istifadə 
olunması  onların  adlarını  bildirən  sözlərin  etnoqrafik 
leksikanın vahidləri kimi araşdırılmasına da imkan verir  (105, 
29). 
Kündəgir  «xəmir  kündələyən»  (Naxçıvan).  Bu  söz  iki 
tərkib  hissəsindən  ibarətdir:  kündə  +  gır  (giriftan//giriftən 
felindən) və s. 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
213 
213 
Beybut  «qatlanmayan  iri  bıçaq».  Tat  dilinin  Lahıc 
ləhcəsində beybut sözü mənasında qeydə alınmışdır. 
Kirsin  «qışda  qızışmaq  üçün  evin  ortasında  xüsusi 
düzəldilmiş ocaq». Şamaxı şivəsində bu söz geniş işlənir. 
Çömçə  ağac  və  metal  emalı  prosesində  hazırlanan 
məmulatdır.  Çömçə  sözü  müasir  Azərbaycan  dilində  və  başqa 
türk  dillərində  geniş  işlənir:  azərb.  çömçə,  türk.  çömçe  və  s. 
Orta  əsr  türkcəsində  və  əski  qıpçaqcada  çömçə  lekseminin 
işlənməsi  və  onun  fars  dilindən  (çamçə)  alınması  göstərilir 
(323,  99).  Türk  dilində  o,  kepçe  sözü  ilə  paralel  işlənir.  Qeyd 
etmək lazımdır ki, kepçə sözü tat, talış və fars dillərindəki keçə 
«qaşıq» (255, 252) sözü ilə mənşəcə eyni ola bilər.  
Qəmçı  «qamçı».  Bu  söz  Azərbaycan  ədəbi  dilindəki 
qamçı  variantı  ilə  yanaşı,  dial.  qəmçi  variantına  da  malikdir. 
Onun fonetik siması yəqin ki bununla bağlıdır.  
Ovsar «dəvə yüyəni, noxtası». Azərbaycan ədəbiyyatında 
bu söz müvafiq materiallarla təmsil olunmuşdur: 
   
 
Ağ dəvə düzdə qaldı, 
   
 
Ovsarı bizdə qaldı. 
   
 
Neçə arzum, həsrətim 
   
 
Dərdli Təbrizdə qaldı. 
Yaxud: Bir dəvənin ovsarını tuta-tuta. 
Dəsgirə  «cəyəndən  toxunma  səbət,  zənbil»  (dəst  «əl»  + 
gir «tut»). 
Təsək «təsək» (gecə papağı). Qədim pəhləvi dilində təsik, 
ümumiyyətlə,  paltar,  bundan  əmələ  gəlmiş  təşkuk  sözü  isə 
«müqəddəs  paltar»  mənasını  daşımışdır.  M.Hacıyev  göstərir 
ki,  «tatlar  da  gecə  yuxusundan  qabaq  başlarındakı  papağı 
çıxarıb  təsək  qoyardılar  ki,  gecə  yatanda  pis  yuxular 
görməsinlər,  onların  açıq  başına  bəd  ruhlar  qonmasınlar. 
Onlar,  deməli,  təsəkdə  bir  müqəddəslik,  bir  nicatvericilik 
görmüşlər  (o)  tas//təs  (başın  ortası,  qafası)  sözündən  və  ək 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə