Gülsüm Hüseynova



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə71/80
tarix06.10.2018
ölçüsü4,4 Mb.
#72993
1   ...   67   68   69   70   71   72   73   74   ...   80

 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
214 
214 
kiçiltmə ədatından yaranmış düzəltmə sözdür» (60, 126).  
Təsək  sözü  eyni  formada,  eyni  mənada  və  aid  olduğu 
əşya  ilə  birlikdə  azərbaycanlılar  arasında  yaşayır.  Bu  isə 
xalqımızın  təsəvvür  və  inamlarının  nə  qədər  qədim  olduğunu 
bir daha təsdiqləyir. 
Qir «quyudan su çıxartmaq üçün işlədilən ucu əyri ağac», 
«ağacın  uca  budaqlarını  aşağı  əymək  üçün  istifadə  edilən  ucu 
əyri ağac», (koğa, «qarmaq») və s. 
Talış dilində bu sözə «qəloskonə» şəklində rast gəlinir. 
Gərənay  «dudkeş»,  «buxarının  tüstü  çıxan  yeri».  Müq. 
et:  azərb.  gərənay  «nəfəsli  musiqi  aləti».  Carçılar  çağrışır, 
gərənay  bozlar,  Ərəb  atlar  macal  tapmaz  qaşana  («Koroğlu») 
və s. 
Məzrəhə «xəlbir». 
Məfrağ  «çuğun suqabı». 
Nimdər//nimdar  «döşəkçə»,  nimdərçə//nimdarçə  «kiçik 
döşəkçə».  Həmin  söz  formalarda  «kiçik  həcm»  təsəvvürü 
yerinə  görə  həm  ayrıca  leksik  vahidlə,  həm  də  kiçiltmə 
bildirən şəkilçi ilə ifadə edilmişdir. 
Taz «nazik, uzun tir».  
Şətəl  «yun corab» (59, 178). 
Küşə  «çarığın  bağı  keçirilən  yer,  dəlik».  Müq.  et:  azərb. 
köşə «çarıq tikmək üçün göndən çəkilmiş bağ». 
Kala «2-3- litrlik şüşə qab, banka».  
Tilat  «ağzı  yeyilmiş  və  sapı  düşmüş  köhnə  bıçaq», 
«çaqqu». 
Qirabli «qaloş». 
Qalağ «bozdamacı çevirmək üçün ağac alət». 
Qafun  «yavanlıq  (pendir,  yağ  və  s.)»;  «duru,  yüngül 
xörək». 
Xudur «sulu xörək». 
Tax-tax «çox nazik bişirilmiş quru çörək» (təqlidi söz). 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
215 
215 
Kal//kol  «yumurta,  yağ  və  qoz  vurulmuş  xəmirdən 
bişirilən çörək». 
Zərdou//zərdo 
«ayranın 
qaynatdıqdan 
və 
şoru 
götürüldükdən  sonra  qalan  su  «şur  suvu»  (zərd  «sarı»,  su//o 
«su»). 
Yağlipiyaz «soğanqovurması». Müq. et: yağlı və piyaz. 
Pindirpiyaz 
«soğan  qovurmasının  üzərinə  pendir 
tökməklə hazırlanan xörək». 
Dülə  qoğal  (Ab.)  «iç  qoğal».  Bu  ad  başqa  yerdə  də  bizə 
təsadüf  edib.  Birinci  tərkib  hissəsi  dül  sözü  «ürək»,  məs.  «iç» 
deməkdir.  İkinçi tərkib hissəsinin izaha ehtiyacı  yoxdur:  Bə id 
Noruz  dülə  qoğal  boş  həmsiya  impezim  «Novruz  bayramında 
qonşularla birlikdə iç qoğal (şorqoqal) bişirərik». 
Pezirən  (Ab.)  «bişirmək».  Əsasən,  Balaxanı  və  Suraxanı 
tatlarının  dilində  qeydə  alınmışdır.  Nezilə  əyəlü,  nə  mutanı 
xurak  pezirən  «Nazilə  uşaqdır,  xörək  bişirə  bilməz».  Tat 
dilində bu söz «bürcundan» formasında işlənir. 
Tso  (Ab.)  «doşab».  Əsasən,  Balaxanı  tatlarının  dilində 
işlənir.  Saxtə  xəşilə  muxardim  boş  tşo  boş  rağan  ve  lezzəti. 
«Bərk xəşili doşabla, yağla ləzzətlə yeyərdik». 
Halə  «gəlinin  otağında  bəylik  yatağın  üstünə  salınan 
bəzəkli örtük. Müq. et: 
   
 
Yax lampanı lalə kimi, 
   
 
Sərin nurlu halə kimi 
   
 
Gəlinmizin otağında (M.Müşfiq). 
Simsor//simşər «simsar», «yaxın adam». 
Mənə eş ye simsor gərəyi. «Mənə də bir simşar gərəkdir» 
və s. 
B.Millerin  lüğətində  bu  söz  semsar  şəklində  «köhnə 
paltar satan» mənasında verilmişdir (229, 291). 
Nosi-nosi  «novruz  payı»  (Ab.).  Əyəlun  müamarund  bə 
nosi-nosi  xonçə  muxastund.  «Uşaqlar  gəlib  xonçadan  novruz 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
216 
216 
payı istəyərdilər». 
Nuhəvar,  tirəçu  (Qon.  k.)  «yelləncək».  İmi  bə  hamin  bə 
Qonaqkənd  bəraftəni  boş  əyalun  ə  tütdar  tirəçi.  «Biz  yayda 
Qonaqkəndə  gedəndə  uşaqlarla  tut  ağacından  yelləncək 
asardıq» və s. 
Küfarə,  borley  (yə)  (Q.)  «beşik».  Ə  küfarə  tə  bə  qabr 
elm  vamurind  (Həzrəti  Əlinin  kəlamı).  «Beşikdən  qəbrədək 
elm öyrənin» və s.  
Ləbbadə    (Ab.)  «uzun  üst  paltarı»,  «plaş».  Poy  ləbbadə 
xaştənə dəkünü. «Qoy plaşını geyinsin» və s.  
Cannığ  «sırıqlı»,  «canlıq».  Tat  dilinin  Lahıc,  Məlhəm, 
Quba  ləhcələrində  geniş  işlənir.  Əği  cannığ  na  ımbı  «Bundan 
sırıqlı olmaz» və s. 
Çaxçur//carcur  «qadın  şalvarı».  Tat  dilində  bu  söz 
çaxçür//çaxçur  kimi  işlənərək,  «corab»  mənasını  bildirir.  Ye 
cift  çaxçur  boft  be  man.  «Mənim  üçün  bir  cüt  corab  toxudu» 
və s. 
Düriyə  «ikiüzlü  naxışlı  gecə  papağı»;  (dü//di  «iki»  + 
ru/rü «üz») tərkib hissələrindən əmələ gəlmişdir. 
Həfsər  (Kil.)  «yeddibaşlı».  Mürəkkəb  söz  olub,  həf  (t) 
«yeddi» və sər «baş» sözlərinin birləşməsindən yaranmışdır. Ə 
pişe  anu  ye  dər  bu,  dərə  vakart  vind  ki,  incə  ye  həfsəri  döü 
nişte.  «Qarşısında  bir  qapı  var  idi,  açdı,  gördü  ki,  bir 
yeddibaşlı div oturub və s. 
Cora//coru  (Ab.)  «süpürgə».  Quba,  Qon.  k.,  Xaç. 
ləhcələrində coru, Lahıc ləhcəsində isə cezi formasında işlənir. 
Əyal boş coru vozi saxtən «Uşaq süpürgə ilə oynayır» və s. 
İnqarçu  (Q.)  «çəngəl».  Bərey  arsi  inqarçu-kardəhanə 
xub-xub  şustim.  «Toy  üçün  çəngəl-bıçaqları  yaxşı-yaxşı 
yuduq» və s. 
Nühəvar (Q., Qon. k.) «çörək yaymaq» (nü (n) «çörək» + 
həvar  «yaymaq»).  Mu  nün  həvardənüm  «Mən  lavaş  yayıram» 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə