Gülsüm Hüseynova



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə68/80
tarix06.10.2018
ölçüsü4,4 Mb.
#72993
1   ...   64   65   66   67   68   69   70   71   ...   80

 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
205 
205 
deyil.  İran  Azərbaycanında  Tatkəndi,  Tatlar,  Tatqışlaq,  Tatxa 
kimi  toponimlər  qeydə  alınır.  A.Qurbanov  qeyd  edir  ki,  dildə 
hər  bir  xüsusi  ad  –  onomastik  vahid  ictimai-tarixi  inkişafın 
məhsuludur.  Xüsusi  adlar  keçmişin  izlərini  özündə  mühafizə 
edib,  müasir  zamana  kimi  gətirib  çıxaran  real  faktlar,  tarixin 
canlı izləridir (94, 3). 
Azərbaycanın  xüsusi  adlar  sistemində  tat  etnonimi  ilə 
bağlı  bir  sıra  onomastik  vahidlər  yer  tutur.  T.Əhmədov  bu 
məsələ  ilə  bağlı  olaraq  yazmışdır:  «Tat  toponimlərinə  tatların 
müəyyən  yerlərdə  kompakt,  əsasən,  isə  azərbaycandilli  əhali 
ilə 
qarışıq 
şəkildə 
Dərbənd-Quba-Dəvəçi-Siyəzən-Xızı-
Abşeron  zonalarında  ara-sıra  təsadüf  olunur.  Bu  qrup 
toponimləri  fərqləndirən  cəhət  tərkiblərində  ən  çox  dahar 
«qaya»,  o  «su»,  di  «kənd»,  təng  «dar»,  sər  «üst,  baş»,  xar 
«yer»  və  s.  söz  və  terminlərin  işlənməsidir:  Xaruşə, 
Gəndov/Gəndo, Nügədi və s.» (46, 69). 
A.Qurbanov  Azərbaycan  onomalogiyasının  əsaslarını 
sistemli  şəkildə  araşdırmış,  bu  sahənin  prinsip  və 
xüsusiyyətlərini,  nəzəri  əsaslarıni,  tədqiqi  yollarını  hərtərəfli 
aydınlaşdırmış, onomalogiya ilə bağlı dilçilər qarşısında duran 
vəzifələrin  tam  spektrini  açmışdır.  Tədqiqatçı  başqa  dillərə 
məxsus  onomastik  vahidlərə  də  yer  ayırmış,  bu  sahədə 
tədqiqatların 
əhəmiyyətini 
qeyd 
etmışdır: 
«Dilimizin 
leksikasına  başqa  lüğəvi  vahidələrlə  bərabər,  bir  sıra 
onomastik vahidlər də  daxil olmuşdur. Onların dilimizə keçmə 
tarixi  olduqca  müxtəlif  dövrlərə  təsadüf  edir.  Dilimizin 
onomastik  sistemini  müəyyən  dövrlər  üzrə  araşdırıb  tədqiq 
etmək,  başqa  dillərə  məxsus  xüsusi  adların  mənşəyini 
müəyyənləşdirməklə,  çox  mühüm  elmi  nəticələrə  gəlmək  olar. 
Müasir  Azərbaycan  dilçiliyi  bü  barədə  hələ  öz  sözünü 
deməmişdir» (27, 316).  
Azərbaycan 
onomastik 
vahidlərinin 
arasında 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
206 
206 
Azərbaycanda  yaşayan  başqa  xalqların  dillərində  olan  bir  sıra 
onomastik  vahidlər  qeydə  alınır.  Bu  onomalogiyanın,  demək 
olar  ki,  bütün  şöbələrində  (antroponimiya,  etnonimiya, 
toponimiya,  hidronimiya,  zoonimiya)  əksini  tapır.  Azərbaycan 
dilində  başqa  dillərdən  alınmalar  antroponimiyada  daha  geniş 
yayılmışdır.  Başqa  dillərə  aid  onomastik  vahidlərin  tədqiqi 
prosesində  dillərin  qarşılıqlı  əlaqəsi  nəticəsində  xüsusi  adda 
izlərini  saxlayan  bir  sıra  linqvistik  və  ekstralinqvistik 
hadisələri  üzə  çıxarmaq  olur.  Alınma  və  ya  tərkibində  alınma 
ünsür olan onomastik vahidlərin tədqiqi bu cəhətdən də xüsusi 
əhəmiyyət  kəsb  edir.  Qeyd  olunduğu  kimi,  Azərbaycan 
onomastikasında  tat  dili  ilə  bağlı  bir  sıra  vahidlər  aşkar  edilir. 
«Bakı  ətrafında  bir  sıra  tatdilli  toponimlər  mövcuddur. 
Məsələn:  Şubanı,  Zuğulba,  Zirə,  Dübəndi,  Gürgan,  Şüvəlan, 
Biləcəri,  Balaxanı,  Bilgəh,  Kürdəxanı  və  s.  İsmayıllı  rayonu 
ərazisində  rast  gəlinən  bəzi  yer  adları  da  İran  qrupu  dillərinə 
aid 
toponimlərdəndir. 
Məsələn: 
Ərəkit,  Qərçə,  Uştal, 
Mücühəftəran, 
Keşxurt,  Kənzə,  Balik,  Güyüm,  Əhən, 
Duvaryan, Qoydan, Ximran, Bilistan, Bəhliyan, Kirk, Mingə və 
s.» (97, 318). 
Tat dilinin onomastikası iki aspektdən tədqiq oluna bilər. 
Birinci  aspekt bilavasitə  tat dilinə  məxsus  onomastik vahidləri 
ayırıb,  ayrı-ayrılıqda  antroponimlər,  toponimlər,  hidronimlər 
və  s.  üzrə  qruplaşdırmaqla,  araşdırmağı  tələb  edir.  Bu  cəhət, 
dünyada  yayılmış  dillərdən  biri  olan  tat  dilinin  tədqiqi,  dünya 
dillərinin  inkişaf  xüsusiyyətlərini  öyrənmək,  ümumiyyətlə  dil 
sistemində  gedən  proseslərə  aydınlıq  gətirmək,  dillərarası 
əlaqələrin  xüsusiyyətlərini  müəyyənləşdirmək  baxımından 
əhəmiyyət daşıyır. İkinci aspekt  Azərbaycan ərazisində tat dili 
ilə  bağlı  müşahidə  olunan  onomastik  vahidləri  araşdırmaqla 
əlaqəlidir.  Məsələyə  bu  şəkildə  yanaşma  Azərbaycan-tat  dil 
əlaqələrinin öyrənilməsi üçün aktual məsələlərdəndir. Bununla 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
207 
207 
yanaşı,  xüsusi  adların  mənşəyi  məsələsinə  aydınlıq  gətirmək, 
fərqli  fikir  və  mülahizələrin  daim  müqayisəli  şəkildə,  tarixi-
coğrafi  faktlar,  etimoloji  təhlil  zəminində  işlərin  aparılmasını 
tələb edir.  
Onomastik  vahidlər  arasında  toponimlərin  xüsusi  yeri 
var.  Toponimlər  təkrarlanan  ola  bilir.  Təkrarlanan  toponimləri 
bir-birindən  fərqləndirmək  məqsədilə  fərqləndirici  sözdən 
istifadə  edilir.  Bir sıra  toponimlərin tərkbində xalqın,  etnosun, 
tayfanın  adı  durur.  Azərbaycanda  təkribində  «tat»  sözü  olan 
bir neçə toponim var: Tatlar (Kəlbəcər, Ağdaş), Tatlı (Ağstafa, 
Samux).  Qeyd olunan toponimlər sırasında  Tatoba  (Lənkəran), 
Tatoni  (Lerik),  Tatyanoba  (Masallı)  toponimlərinin  də 
verilməsi  hallarına  da  rast  gəlirik.  Lakin  sonuncuların  «tat» 
etnik  qrupu  ilə  bağlılığı  yoxdur.  Bu  toponimlərin  tərkibində 
işlənmiş  tat  sözü  talış  dilindən  olub,  «isti»  mənasındadır. 
Yaşayış  məskənindəki  isti  su  bulaqları  da  bu  fikri  təsdiqləyir. 
Tatlar  və  Tatlı  toponimlərinin  izahı  ilə  bağlı  fərqli  fikirlər 
müşahidə  olunur.  Kəlbəcər  və  Ağdaş  rayonlarındakı  Tatlar 
kəndlərinin adı «İrandangəlmə» tatlar nəslinin adı ilə bağlanır. 
Tatlı  (Qazax)  kəndinin  adı  isə  «əkinçi,  biçinçi,  oturaq  həyat 
keçirən»  mənasında  izah  olunur  və  onun  tat  etnik  qrupu  ilə 
bağlılığının olmadığı göstərilir (25, 458).  Burada bir məsələyə 
aydınlıq  gətirmək,  onun  üzərində  dayanmaq  lazım  gəlir. 
Q.Qeybullayev  əsərində  M.Kaşqariyə  istinadla  qeyd  edir  ki, 
türklər  farsca  danışanları  «tat»  adlandırmışlar.  Tədqiqatçıların 
fikirlərinə  görə  isə,  «tat»  sözünün  ilkin  mənası  «iranlı», 
«iranca  danışan»,  «oturaq  həyat  keçirən»,  «əkinçi»  olmuşdur 
(174, 
181). 
Ağstafa 
və 
Samux 
ərazisindəki 
Tatlı 
toplonimlərinin  izahında  da  bu  fikir  əsas  götürülmüşdür. 
Əlbəttə, ilkin məna bu cür qəbul olunsa belə, sözün «tat» etnik 
qrupu  ilə  bağlılığını  inkar  etmək  olmaz.  Çünki  tatlar  həm  İran 
dillərindən birində danışmış, həm İrandangəlmə olmuş, həm də 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə