Gulistani Irem cur cdr



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə30/70
tarix01.08.2018
ölçüsü7,74 Mb.
#60562
1   ...   26   27   28   29   30   31   32   33   ...   70

 
121 
şaş fikrinə düşdü. Onlar, Çərkəzistan və Dağıstan ölkələrində pəri-
şan bir halda dolanan və yuxarıda adı çəkilən Əbubəkr mirzə ibni-
Bürhan mirzəni Şirvana dəvət etdilər. Şirvan qoşunundan qalan iki-
üç min ləzgi və qarabörk onu başına toplaşıb iğtişaşa başladılar. 
Əbubəkr mirzə Osmanlı sultanının hüzuruna bir adam göndərib, 
onun himayəsi altına keçdiyini bildirdi və  Şirvan ölkəsini almaq 
üçün ondan kömək istədi... Sultan Murad xan da Şirvan, Bakı  və 
Azərbaycan vilayətlərini fəth etməyi qərara aldı. Bu fikirlə Lala paşa 
adı ilə şöhrət tapmış öz lələsi Mustafa paşanı hicri 986-cı (=1578) 
ildə 100000-dən artıq qoşunla bu vilayətləri almağa göndərdi. 
Mustafa paşa Axısqa hüdudunda, onu dəf etməyə gələn İrə-
van və Qarabağ bəylərbəylərini məğlub etdi. Gürcüstana gəlib Tif-
lis qalasını aldı və Şirvana doğru hərəkət etdi. İsa xan Şəkidə qala 
bilməyib özünü bir guşəyə  çəkdi. Lala paşa arxayınlıqla  Şirvana 
gəldi. Dağıstan əmirləri və ləzgi tayfaları ona kömək edirdilər; Şir-
van əhalisi də onun itaətində idi. Ağıllı və işbilən Şirvan bəylərbəyi-
si Aras xan, qalanı müdafiə etməyə özündə iqtidar görməyib, köç-
külfəti və tərəfdarları ilə bərabər köçüb Kür çayının kənarında yer-
ləşdi. 
Lala paşa Osman paşanı Şirvana bəylərbəyi təyin edib, Qaytas 
paşanı da Ərəşdə hakim qoydu. Hər vilayətə bir hakim təyin edib 
Şamaxı,  Ərəş  və Bakı qalalarını möhkəmləndirdi. Rum ordusuna 
kömək etmək üçün Əbubəkr mirzəni  Şirvanda qoydu. Şirvan 
vilayətinin ona verilməsi haqqında Xandigardan xahiş edəcəyini 
ona vədə verdi. Özü isə, müharibə edə-edə Gürcüstan yolu ilə Rum 
ölkəsinə qayıtdı. 
İran tərəfindən də, dövlət başçılarının məsləhətilə, Sultan Mə-
həmmədin böyük oğlu və  vəliəhdi Həmzə mirzənin Azərbaycana 
və  Şirvana hərəkət etməsi lazım görüldü. Şahzadənin ordusu 
Qarabağa yetişdikdə, Kürün Muğan tərəfində yerləşmiş olan Aras 
xan və Şirvan əmirləri səy etdilər ki, şahzadə gəlincəyə qədər Şa-
maxının üzərinə yürüyüb rumlularla vuruşsunlar; bəlkə başqalarının 
 
122
köməyi olmadan Şirvanı  ələ keçirsinlər. Bu məqsədlə başlarındakı 
cəmiyyətlə Şamaxı üzərinə yürüdülər. 
Lala paşa Şirvan səfərinə təyin olunduğu zaman Xandigar tə-
rəfindən Cici ibni-Çingiz xan nəslindən olan Krım valisi Məhəmməd 
Gəray xana təklif edilmişdi ki, tatar qoşunu ilə Dərbənd yolundan 
Şirvana hərəkət etsin. Buna görə, qardaşı Adil Gəray sultan 20000 
tatar qoşunu ilə bu ölkəyə  hərəkət etmişdi. Osman paşa onun 
gələcəyi günü bildiyindən,  şəhərdən çıxıb, düşmənə qarşı döyüşə 
hazırlandı. Aras xan və  əmirlər də, səflərini düzəldib, müharibəyə 
girişdilər. Bu zaman tatar qoşununun padişahları görünüb, dağları 
və çölləri tutdular, qızılbaş qoşunu bu halı görüb qorxuya düşdü, 
vuruşa-vuruşa qayıtmaq istədi. Lakin rum, tatar, ləzgi və  Şirvanın 
qarabörk tayfası onları araya aldılar. Aras xan bir çox əmirlər və 
əsgərlərlə bərabər öldürüldü. Qılınc ağacından qurtaranlar yarım-
can aradan çıxdılar və Kür çayından keçincəyə qədər atlarının cilo-
vunu çəkmədilər. 
Bu hadisədən sonra, Osman paşa Şamaxıya gəldi. Adil Gəray 
sultan və Əbubəkr mirzə, Aras xanın ordusunu qarət etmək qəsdi-
lə, Kür çayı kənarına hərəkət etdilər. Həmzə mirzə bu xəbəri aldıq-
da Talış əmirlərinə və o ətrafdakı əhaliyə əmr verdi ki, ordusu gə-
lincəyə qədər, Kür çayı kənarlarını və Aras xan ordusunu qorusun-
lar. Məmurlar, tatar və ləzgi qoşunu yetişdikdə, qızılbaş yaralılarını 
keçirmək üçün mühafizə etdikləri körpünü dağıtdılar. Lakin buna 
baxmayaraq, onların bir hissəsi özlərini suya vurub keçdilər, şiddət-
li müharibə başladı. Bu əsnada məlum oldu ki, onların başqa bir 
hissəsi də,  şirvanlıların bələdçiliyi ilə çayı ayrı bir yerdən keçib 
qızılbaş  əsgərlərinin arxasını tutmuşdur. Buna görə  İran qoşunu 
məğlub oldu, canını qurtarmaq üçün hərə bir tərəfə üz qoydu. 
Tatar və  ləzgi  əsgərləri, keçməkdə olan ordunun başı üstünü 
aldılar. Ordu dağıldı, qadınlar və uşaqlar bir neçə ildən bəri topla-
nılan külli mal və təchizatla bərabər onların əlinə keçdi. Onlar hə-
min gün çayı keçib Şirvan tərəfinə qayıtdılar. 


 
123 
Lakin bu əsnada İran vəziri mirzə Səlman, qızılbaş əmirləri və 
əsgərləri ilə Qarabağın Qaraköpək (ona Təxti-Tavus da deyirlər) 
adlı yerindən sürətlə  hərəkət edərək, Qoyun-Ulamidən keçib, 
Şamaxı qalasını mühasirəyə almışdı. O, tatar və  ləzgi qoşununun 
qayıtmasından xəbərdar olduqda, qalanın yanında bir dəstə əsgər 
qoyub özü onların qarşısına çıxdı. 
Adil Gəray sultan, əhvalatdan xəbərdar olmaqla bərabər, 
qızılbaş döyüşlərində göstərdiyi  şücaətə görə onları saymayıb, 
Osman paşaya kömək etmək üçün Şamaxıya gedirdi. Ağsu çayı 
kənarında, Molla Həsən yurdunda iki dəstə üz-üzə  gəldi. Adil 
Gəray sultan yanında olan 12000 tatar, 4 və ya 5 min ləzgi və qara-
börk ilə  cəsarətlə döyüşə hazırlandı. Qızılbaş qoşununun çarxçısı 
Əmir Həmzə xan Ustacallı, bir dəstə ilə irəlilədi, vuruşma qızışdı. 
Şamaxı qalasını mühafizəyə təyin edilən dəstə də tatarlar ilə vuruş-
manı o işdən yaxşı bilib, əmirlərdən icazəsiz müharibə meydanında 
hazır oldular. Tatar qoşunları, qızılbaşların ardı-arası  kəsilməyən 
hücumlarına baxmayaraq, səbr göstərib səhərdən axşama qədər 
cəsarət və mərdanəliklə vuruşurdular. Axırda, Adil Gəray sultan öz 
qoşununda zəiflik nişanələri gördü. Onları  cəsarətləndirmək üçün 
özü döyüş meydanına girdi. Vuruş zamanında Baba xəlifə onu nizə 
zərbəsilə yerə  sərdi. Adil Gəray sultan, ad və sanını bildirərək, 
ölümdən xilas olub əsir düşdü. 
Bu hadisədən sonra, tatar tayfası qaçmağa başladı. Bir çoxları 
qırıldı, sağ qalanlar da dağlara və meşələrə dağıldılar. Aras xan 
ordusunun malları,  əsirləri və toxunulmamış yüklü dəvə qatarları 
yenə qaliblərin əlinə keçdi. 
Osman paşa köməkdən məyus olunca, Şamaxı qalasını bura-
xıb Dərbənd tərəfinə getməkdən başqa bir çarə tapmadı. Onu tə-
qib etmək üçün göndərilən bir dəstə,  Şabrana qədər gedib,onun 
topxana və  əsləhəsindən bir qədərini qənimət alaraq qayıtdılar. 
Osman paşa Dağıstan xalqının köməkliyilə Dərbəndə gəlib dayan-
dı. Mirzə Səlman və əmirlər, Şirvanı mühafizə etmək üçün bir dəstə 
əsgər təyin edib, geri qayıtdılar. 
 
124
Adil Gəray sultanı əvvələr çox ehtiramla padişahlıq imarətində 
saxlayırdılar. Axırda,  əmirlər və dövlət başçıları, qalalardan birinə 
getməyi ona təklif etdilər. O isə buna razı olmayıb müqavimət 
göstərmək istədi və əlbəyaxa vuruşmada öldürüldü. 
İran dövlətinin Adil Gəray sultan ilə gözəl rəftar etməsi xəbəri 
Krıma yetişdikdən sonra anası, Krım xanı  tərəfindən göndərilən 
məktub və bir çox hədiyyələrlə İrana hərəkət etdi. Şamxal mülkü-
nün Kafir Qumuq kəndində, oğlunun ölüm xəbəri ona çatdı. O ye-
rin  əhalisi mala tamah edərək, Adil Gəray sultanın anasına çox 
əziyyət verdilər, nəyi vardısa hamısını qarət etdilər. Bu hadisədən 
sonra o qadın, onları Kafir Qumuq deyə adlandırdı. Bu ad indi də 
qalır. Özü də orada vəfat etmişdir. Qəbri kəndin kənarında bir təpə 
üzərində Tatarsin adı ilə mövcuddur. 
Şirvan əyaləti şah tərəfindən Zülqədər Məhəmmədqulu xəlifə-
yə tapşırıldı. Bundan əlavə  hər bir nahiyəyə xüsusi bir əmir təyin 
edildi. Osman paşa və Dağıstan hakimləri tərəfindən himayə edilən 
Şəki və Şabran əhalisi, Əbubəkr mirzənin başına toplanaraq qızıl-
baş əmirlərini Şirvanda rahat və asudə qoymurdular. Lala paşa da 
Ərzrumda gələcək il üçün səfər tədarükü ilə məşğul idi. Buna görə, 
şahın ordusu paytaxt olan Qəzvindən Təbrizə köçdü. Bu zaman, 
Məhəmmədqulu xəlifədən bir məktub yetişdi. Bu mək-tubda 
deyilirdi: Adil Gəray sultanın qardaşları Qazi Gəray sultan və  Səfi 
Gəray sultan tatar qoşunu ilə  Dərbəndə varid olmuşdular. Bunlar 
ya Xandigarın fərmanı üzrə, ya da qardaşlarının intiqamını almaq 
üçün gəlirlər. Buna görə  qərara alındı ki, mirzə  Səlman qoşun 
əmirləri və əyanları ilə Şirvana hərəkət etsin. Bunlar hələ Qarabağa 
çatmamışdılar ki, Qazi Gəray sultan külli qoşunla Şirvana yola düş-
dü. Məhəmmədqulu xəlifə onları qarşıladı, Samur çayı  kənarında, 
iki qoşun üz-üzə  gəlib aralarında  şiddətli müharibə oldu. Mə-
həmmədqulu xəlifə, qoşun əhlindən bir çoxu ilə bərabər öldürüldü. 
Sağ qalanlar qaçıb  Şirvandan getdilər. Bunların malları  və  əhli-
əyalları, bir dəqiqə qətl-qarətdən əl çəkməyən tatarların əlinə keç-
di. Qənimətin çoxluğundan yükləri ağırlaşan bir dəstə tatar qoşu-


Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə