9
27 may 2018-ci il, bazar
Azərbaycan Xalq Cümhuriyyətinin
iqtisadi inkişaf yolu
AXC-nin həyata keçirdiyi islahatlar xalqın
güzəranını yüksəltməyi nəzərdə tuturdu
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin
yaradılması xalqımızın tarixinə şanlı hadisə kimi daxil olmuşdur. Cəmi
23 ay ərzində mövcud olan və müsəlman Şərqində ilk dünyəvi, demokratik
dövlət kimi tarixə düşən AXC xalqımızın qədim dövlətçilik ənənələrini
yaşadaraq, həmin dövr üçün mütərəqqi hesab edilən dövlət təsisatlarını
yarada bildi. Gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmiş
AXC demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi
quruculuq və sair sahələrdə gördüyü işlərlə Azərbaycan xalqının tarixində
parlaq səhifə yazmışdır.
AXC-nin həyata keçirdiyi islahatlar,
xüsusən sosial-iqtisadi sahədə görülən işlər
əhalinin yaşayışına müsbət təsir etmişdi.
Çünki AXC hakimiyyətdə olduğu sosial-iqti-
sadi sahədə bir sıra demokratik qərarlar qəbul
etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti
Ensiklopediyasında qeyd olunduğu kimi,
bu qərarlardan bir hissəsi mövcud dönəmin
çətinliyi, Çar Rusiyasının müdaxilələrindən
dolayı gecikmiş, yaxud həyata keçməmişdir.
İstiqlalın görkəmli lideri olan Məhəmməd
Əmin Rəsulzadə sosial ədalətsizliyin ara-
dan qaldırılmasının başlıca vəzifə olduğunu
bildirərək, Cümhuriyyətdə iqtisadi islahatların
nə qədər vacib olduğunu “Fikri, milli və siyasi
istiqlalların kökü iqtisadi istiqlaldır” fikri ilə
ifadə etmişdir.
Xalq Cümhuriyyəti bolşevik fikrindən
fərqli olaraq özəl mülkiyyəti, yəni fabrik,
zavod, torpaq, istehsal əraziləri üzərində
özəl mülkiyyəti dəstəkləmiş və bunun əksinə
siyasətin “insanların şəxsi təşəbbüs qüvvəsini
zorla əlindən almaq” kimi qiymətləndirmişlər.
Bununla bərabər, AXC özəl mülkiyyətə hədd
qoymaq və istifadə edilməyən özəl mülkiyyəti
yeni sahiblərinə vermək prinsipini də müdafiə
etmişdir. Başqa sözlə “hər kəs əkib-becərə
bildiyi qədər torpaq (özəl mülkiyyətə) sahəsinə
sahib olmalıdır” deyən AXC, bu qərarla in-
sanlar arasındakı maddi uçurum fərqini aradan
qaldırmağa çalışmışdır.
Bununla bərabər AXC dövlət mülkiyyətini
də müəyyən etmiş və bu mülkiyyət dövlət,
bələdiyyə mülkiyyəti şəklində ayrılmışdır.
Bəhs olunan mülkiyyətə - yeraltı qaynaqlar,
dəmir yolu, su, teleqraf, işıq və sair bunun kimi
sosial rifahı yüksəltməyə xidmət edən sahələr
daxil edilmişdir.
AXC-nin iqtisadi
inkişaf strategiyası
Cümhuriyyətin iqtisadi vəziyyəti yaxşı-
laşdırmaq üçün birbaşa müdaxilələrindən ən
önəmlisi yeni pul vahidinin dövriyyəyə bura-
xılması və gömrük fəaliyyətinin yaxşılaşdırıl-
ması olmuşdur. “Bakı bonu” adlı yeni kağız
pullar milli valyutanın möhkənləndirilməsi,
onun alıcılıq qabiliyyətinin yüksəldilməsi
məqsədini güdürdü. Bəhs edilən zamanda
keçmiş dövrlərdən qalma yüksək inflyasi-
ya da diqqətçəkici idi və AXC bu məqsədlə
maliyyə, vergi, bank-kredit sistemi, 1919-cu
ilin sentyabrında isə AXC Dövlət Bankını
yaratdı. Dövlət ayrıca xammal ixracatında
yaranmış çətinlikləri ortadan qaldırmaq və
xəzinə gəlirlərini yüksəltmək üçün ixrac olunan
hər xammal üçün 25 faiz gömrük rüsumu da
nəzərdə tutmuşdu. 1920-ci ilin fevral ayında
qəbul edilmiş yeni gömrük qaydaları daxili
bazarı tənzimləmək, idxal və ixrac disbalan-
sını ortadan qaldırmaq məqsədini güdmüşdür.
AXC hətta, 200-dən çox ölkəyə gömrüksüz
idxal olunan mal siyahısını müəyyənləşdirmiş
və xarici sərmayədarları ölkəyə çəkmək üçün
onlara endirimli Bakı bonları təklif etmişdir.
Göründüyü kimi, AXC-nin maliyyə və gömrük
siyasətində təktərəfli deyil, həm daxili, həm də
xarici bazarı nəzərə alacaq şəkildə müəyyən
edilmiş, ixracatı xammaldan hazır məhsullara
yönəltmək üçün xarici sərmayədarlara cəlbedici
təkliflər irəli sürülmüşdür. Cümhuriyyətin
gömrük siyasətindəki diqqətəlayiq qərarlardan
biri də gömrük qadağalarının əsaslandırılması
olmuşdur. Yəni, hər hansı bir məhsulun xaricə
satılması və ya idxal edilməsinə qoyulmuş
qadağalarda məhsulların əhali üçün nə qədər
gərəkli olduğu diqqətə alınmışdır. Nəticədə, ilk
olaraq konyak, üzüm və digər spirtli içkilərin
ixracatına icazə verilmişdir (Cümhuriyyətdən
öncə qadağan edilmişdir). Əhalinin gəlirlərini
yüksəldən yeni qanunu hökumət, “əhali üçün
spirt ancaq texniki və tibbi məqsədlər üçün va-
cibdir. İxracatına icazə verilən konyakın spirt-
lilik dərəcəsi 85 faiz, digərləri isə 40-45 faizə
qədərdir. Bundan dolayı bu məhsulların xaricə
satışı heç bir mənfi təsiri ortaya çıxarmır” fikri
ilə əsaslandırmışdır.
Cümhuriyyətin ixrac olunan mallar qar-
şılığında xəzinəyə qarşılıqsız 25 faiz ödəməsi
qərarı isə gəlir əldə etmək, həm də riski ortadan
qaldırmaq məqsədi güdürdü. Çünki, bəhs olu-
nan illərdə qonşu ölkələrin əksəriyyəti xarici
ticarətdə “əmtəə mübadiləsi”nə (malın malla
dəyişimi) üstünlük verirdilər. Azərbaycanın
azad ticarətə (valyuta qarşılığında) keçmiş ol-
ması mal qıtlığı yaradacaq, ölkədə hər şey ixrac
ediləcəkdi. Bu isə valyuta bolluğu yaradacaq
və ancaq qiymət artımını qaçılmaz edəcəkdir.
Bundan dolayı 25 faizlik gömrük rüsumu zəruri
addım idi.
Yuxarıda da bəhs edildiyi kimi,
Cümhuriyyət dönəmində inflyasiya yüksək
idi və günü-gündən yüksələn qiymətləri
insanların yaşam standartlarını endirirdi. Bu
məqsədlə AXC 1918-ci il 3 iyun, 21 sentyabr,
13 oktyabr, 1919-cu il 10 fevral, 21 aprel,
1920-ci il 5 yanvar tarixli qərarlarla hökumət
qulluqçularının maaşı (iki il müddətində 6
ayrı qərarla) artırıldı. Bundan başqa, həmin
illərdə “Qulluqçulara müavinət verilməsi”,
“Maaşlara müvəqqəti əlavələr” kimi qanunlar
da qəbul edilmişdir. Nəticə etibarilə 1919-cu
il iyun tarixli qərarla minimum əməkhaqqı
yüksəldilmişdir.
Milli hökumətin maliyyə siyasəti
XIX-XX əsrin əvvəllərində Azərbaycan
Rusiya imperiyasının tərkib hissəsi olduğundan
onun iqtisadi həyatı bilavasitə həmin ölkə ilə
sıx bağlı idi. Digər qonşu ölkələrdə sənaye
inkişaf etmədiyindən Azərbaycan ehtiyac
duyduğu sənaye və fabrik məmulatlarını əsasən
Rusiyadan əldə edirdi. Lakin həmin dövrdə
çarizmin Rusiya imperiyası ərazisində yürütdü-
yü mürtəce hakim millətçilik siyasətinin təsiri
altında böyüməkdə olan rus sənaye kapitalı bü-
tün Cənubi Qafqaza, o cümlədən Azərbaycana
öz sənayesini yaymağa və inkişaf etdirməyə
ixtiyarı olmayan, Rusiyaya özünün müxtəlif
növ xammalını göndərərək oradan fabrik
məmulatlarını idxal etməyə möhtac qalan bir
müstəmləkə kimi baxırdı. Yeri gəlmişkən, qeyd
edək ki, XIX əsrin sonu XX əsrin əvvəllərində
Azərbaycandan Rusiyaya əsasən neft və neft
məhsulları, həmçinin pambıq, balıq, düyü,
şərab, meyvə, xam ipək, gön-dəri, xalça və s.
göndərilir, oradan isə taxıl, kartof, çay, qənd,
bitki yağları, manufaktura malları, dəmir, meşə
tikinti materialları, sement, aptek, kimyəvi mal-
lar gətirilirdi.
Rusiya ilə əmtəə mübadiləsi başlıca olaraq
Vladiqafqaz dəmir yolu vasitəsilə həyata
keçirilirdi. Neft və neft məhsulları isə əsasən
dənizlə Həştərxana daşınırdı. Məsələn, 1916-cı
ildə Bakı rayonundan aparılan və ümumi həcmi
408,8 milyon pud olan neft məhsullarının
366,4 milyon pudu Xəzər dənizi vasitəsilə
daşınmışdır ki, bu da Xəzər dənizi vasitəsilə
daşınan bütün əmtəə mallarının 89,6 faizini
təşkil etmişdir.
Azərbaycandan Rusiyaya kənd təsərrüfatı
məhsulları da əsasən dənizlə və dəmir yolu
vasitəsilə daşınırdı. Azərbaycanı Rusiya və
digər xarici ölkələrlə əlaqələndirən əsas yol-
nəqliyyat xətləri - Qara və Xəzər dənizləri,
Vladiqafqaz və Zaqafqaziya dəmiryolları,
eləcə də Volqa çayının su-nəqliyyat xətti
olmuşdur. Qışda Volqa çayında naviqasiya
dayandırıldıqdan sonra isə Volqa çayının su-
nəqliyyat xəttini Vladiqafqaz dəmir yolu xətti
əvəz edirdi.
Azərbaycan Rusiya və Qərbi Avropa
ölkələri ilə əlaqəni Qara dəniz vasitəsilə
(əsasən Batum və Poti vasitəsilə) yarada bilirdi.
Zaqafqaziya dəmir yolu xətti Qara və Xəzər
dənizlərini əlaqələndirməklə yanaşı Vladi-
qafqaz dəmir yolu ilə də qovuşaraq fasiləsiz
dəmir yolu xətti yaradırdı. Zaqafqaziya dəmir
yolu xətti özunun yolayrıcıları (Culfa-Təbriz)
vasitəsilə İranla, (Gümrü-Sarıqamış) vasitəsilə
isə Türkiyə ilə əmtəə mübadiləsini mümkün
edirdi. Beləliklə, Azərbaycan Şərqlə, eləcə də
Şərqin Qərblə ticarət əlaqələrində böyük tranzit
yolu rolunu oynayırdı.
Cümhuriyyət hökuməti tərəfindən ölkədəki
maliyyə məsələlərinə də diqqət yetirilirdi.
Hökumətin 3 mart 1919-cu il tarixli qərarı ilə
Bakı bonunun Zaqafqaziya bonuna sərbəst
dəyişdirilməsinin elan edilməsi maliyyə
nazirinə tapşırıldı. Daha sonra hökumətin 26
may 1919-cu il tarixli qərarı ilə Azərbaycan
Dövlət Bankı təsis edildi. Hökumətin 26 may
1919-cu il tarixli digər qərarı ilə Maliyyə
Nazirliyinə 250 manatlıq pul nişanının burax-
masına icazə verildi.
Ölkənin iqtisadi inkişafı ilə bağlı
məsələlər Azərbaycan Parlamentində də
müzakirə edilərək müvafiq qanunlar qəbul
edilirdi. 1919-cu il dekabrın 11-də Azərbaycan
Respublikası ərazisindən xarici ölkələrə xam-
malın ixrac edilməsinin yeni şərtləri haqqında
Azərbaycan Parlamenti tərəfindən qanun
qəbul edildi. Həmin qanunda göstərilirdi ki,
Azərbaycan Respublikasının ərazisindən xam-
malı, yəni pambıq, ipək, barama, həmçinin
tam emal edilməmiş gön, dəri və başqa
xammalı sərbəst surətdə ixrac etmək istəyən
şəxs və təşkilatlar bütün xammalın 25 faizini
pulsuz olaraq xəzinəyə təhvil verməlidir. Bu
şərti yerinə yetirmiş eksportçu təşkilatlar və
şəxslər müəyyən etdikləri xammalı şərbəst
surətdə xaricə ixrac edə bilərlər.
Cəmi iki ilə yaxın yaşamış AXC zəngin
dövlət quruculuğu təcrübəsi, iqtisadi islahatla-
rı ilə milli dövlətçilik tarixində silinməz izlər
qoymuşdur. Az bir zamanda atılan sosial-iq-
tisadi addımlarla əhalinin rifahı yüksəlmişdir.
AXC xalqın qəlbində azadlıq və istiqlal duy-
ğularını gücləndirməklə respublikanın gələcək
müstəqilliyi üçün etibarlı zəmin yaratmışdır.
Rövşən ATAKİŞİYEV,
“Xalq qəzeti”
Azərbaycan Xalq Cümhuriyyəti hökumətində
9 nazirlikdən biri də Daxili İşlər Nazirliyi (DİN) idi.
İlk daxili işlər naziri, eyni zamanda, Baş nazir olan
F.X.Xoyskinin bu iki vəzifəni öz üzərinə götürməsi
isə o vaxtkı ağır, mürəkkəb şəraitdə həmin nazirliyin
olduqca məsuliyyətli qurum olması ilə bağlı idi.
Daxili İşlər Nazirliyi ilk gündən ölkədə
daxili sabitliyi və hüquq normalarına riayət
etmək, milliyyətindən və dinindən asılı olma-
yaraq, bütün vətəndaşların həyatını, əmlakını
və hüquqlarını qorumaq, cinayətkarlıqla
mübarizə aparmaq, Milli Ordu, təhlükəsizlik
qüvvələri ilə bərabər ərazi bütövlüyümüzin
və suverenliyimizin qorunmasında təcavüzkar
qüvvələrə qarşı mübarizə aparmaq kimi
məsələləri qarşıya mühüm vəzifə kimi qoy-
muşdu.
Azərbaycan Xalq Cümhuriyyəti ölkədə
anarxiyanın və xaosun hökm sürdüyü bir
şəraitdə məhz DİN vasitəsilə cinayətkar
ünsürləri təcrid etməklə qısa bir zamanda
dövlət icra aparatının fəaliyyətinin bütün gücü
ilə bərpasına nail oldu. Bu dövrdə DİN qarşı-
sında duran başlıca vəzifələrdən birini – idarə
orqanlarını milliləşdirmək, hərbi təlim görmüş
adamlardan ibarət kadr ehtiyatı hazırlamaq
vəzifəsini uğurla reallaşdırdı.
Burada bir tarixi faktı da xatırlat-
maq istərdim. 1918-ci il iyunun 23-də
AXC hökuməti Nazirlər Şurasının sədri
F.X.Xoyskinin məruzəsi üzrə “Mövcud Rusiya
və Zaqafqaziya qanunlarının müvəqqəti sax-
lanması və hökumət tərəfindən bunun müvafiq
nəşri haqqında” qərar qəbul edilib. Elə həmin
gün “Azərbaycan Cümhuriyyəti Daxili İşlər
Nazirliyinin hazırlığı haqqında” hökumət
tərəfindən icbari qərar qəbul olunub. 1918-ci
il iyunun 23-də daxili işlər naziri B.Cavanşirin
əmri ilə peşəkar hərbçi kadrlardan biri, pol-
kovnik İbrahim ağa Vəkilov Gəncənin birinci
qubernatoru təyin edilib.
Xatırladaq ki, o dövrdə çar üsul-
idarəsindən qalma quberniya idarəçiliyinə
qubernator, onun müavini, qəza müfəttişləri,
tərcüməçilər, xüsusi işlər üzrə məmurlar və
s. vəzifələr daxil idi. Quberniyanın inzibati,
o cümlədən polis aparatı və bütün hökumət
idarələri, həmçinin mülki hakimiyyət quber-
natorun səlahiyyətində və şəxsi nəzarətində
idi. Gəncə qubernatoru kimi görülən işlər
barədə daxili işlər naziri B.Cavanşirə vaxtaşırı
raport göndərən İ.Vəkilov bu vəzifəyə təyin
edildikdən sonra gənc müstəqil hökumətin
əleyhinə olan qüvvələrə qarşı qətiyyəti və
təsirli tədbirlər həyata keçirirdi. İ.Vəkilov Go-
ranboyda, onun ayrı-ayrı kəndlərində sığınacaq
tapan daşnak tör-töküntülərinə divan tutub,
onları tərksilah edirdi.
1918-ci il iyunun 24-də AXC hökuməti
“Hökumət müəssisələrinin öz vəzifələrini tərk
etmiş qulluqçuları haqqında” müvafiq qərar
qəbul etdi. Qərarda Daxili İşlər Nazirliyinə
çarizmin devrilməsindən (fevral, 1917) sonrakı
dövrdə Azərbaycanın hökumət idarələrində
xidmət edən, lakin üzürsüz işə çıxmayan
qulluqçulara, o cümlədən DİN orqanların-
dakı əməkdaşlara iyulun 1-dən işə çıxmaq
təklif olundu, eyni zamanda, bu qərarla yeni
yaradılacaq müstəqil polisin tərkibinə daha çox
azərbaycanlı kadrların yerləşdiriləcəyi haqqın-
da xəbərdarlıq edildi. Qərarda, həmçinin əhalisi
1 milyon 64 min 647 nəfər olan Yelizavetpol
quberniyasının Gəncə, Zəngəzur, Cəbrayıl,
Cavanşir, Qazax, Şuşa, Cavad, Nuxa və Ərəş
qəzalarında yeni əsaslarla dövlət hakimiyyəti
orqanlarının (o cümlədən, polisin) yaradılacağı
bildirildi.
Azərbaycan hökumətinin 24 iyun 1918-ci
il tarixli qərarına uyğun olaraq, Gəncə şəhər
milisi şəhər
özünüidarəsinin
tabeçiliyindən
çıxarılaraq, yerli
ümumi inzibati
hakimiyyətin
sərəncamına keçi-
rildi. Hökumətin
1918-ci il 25
iyun tarixli qərarı
ilə Azərbaycan
ərazisindəki bütün
dəmir yollarının mühafizəsi də Daxili İşlər
Nazirliyinə tabe edildi. Azərbaycan hökuməti
1918-ci il 27 iyun tarixli başqa bir yeni qərarı
ilə Göyçay qəza milisinə 35 min rubl kredit
ayırdı.
Xatırladaq ki, 2 iyul 1918-ci il tarixdə isə
müstəqil Azərbaycan polisinin yaranmasını
hüquqi cəhətdən özündə təsbit edən dövlət qa-
nunvericilik aktı imzalandı. Bununla da Gəncə
quberniyasında müstəqil polisin yaradılması re-
allaşdırıldı, eyni zamanda, sənəddə yeni ştatlar
və əmək haqqının artırılması öz ifadəsini tapdı.
Həmin vaxt polisin yaradılması üçün sosial
baza da var idi. Belə ki, vaxtı ilə Bakıda və
Azərbaycanın digər yerlərində xidmət edən
sabiq polis və burjua milisi əməkdaşları
ölkənin paytaxtı sayılan Gəncəyə top-
laşmışdılar. F.Xoyski və B.Cavanşir ilk
müstəqil polis orqanlarını yaradarkən,
həm də digər millətlərdən olan sədaqətli
və peşəkar kadrlardan da istifadə etməyi
düşünmüşdülər.
Qərara görə, quberniyanın şəhər və
qəzalarında polis rəisləri, onların böyük
və kiçik köməkçiləri, sahə və şəhər polis
pristavları və milis nəfərləri vəzifələri təsis
olundu. Beləliklə, 2 iyul 1918-ci ildə yeni
ştat tarifi üzrə Gəncə şəhər polisi polis-
meyster, böyük və kiçik köməkçidən, 7
pristavdan, onların 7 köməkçisindən, 36
nəfər polis, 80 nəfər piyada milis və 20 atlı
milis nəfərindən ibarət yaradıldı.
AXC Daxili İşlər Nazirliyi ilk dövrlərdə
hələlik həm polis, həm də milis təşkilati for-
malarından istifadə edirdi ki, bu da o dövrün
saxlanmaqda davam edən inzibati orqanlarının
təşkili və təcrübəsinin labüd zəruruliyi ilə
əlaqədar idi. F.X.Xoyski Azərbaycan poli-
sinin ilkin yaranması və təşəkkülü prosesi-
ni xarakterizə edərək, 1918-ci il dekabrın
7-də Azərbaycan Parlamentinin açılışında
hökumətin hesabat məruzəsində deyib:
“Fəaliyyətimizin ötən ilk 6 ayı ərzində müm-
kün olan hər şeyi etdik ki, ölkəni anarxiya və
xaos vəziyyətindən çıxaraq, biz qayda-qanunu
bərpa etdik, polisi təsis etdik”.
Azərbaycan Xalq Cümhuriyyəti
hökumətinin qərar və sərəncamları üzrə
Daxili İşlər Nazirliyi, onun mərkəzi aparat-
ları və yerli polis orqanları təşəkkül taparaq,
ölkədə bir inzibati hakimiyyət vahidi kimi
rolunu getdikcə artırırdı. 1918-ci il iyunun
30-da Azərbaycan hökumətinin “Şəhər
özünüidarəçiliyində Daxili İşlər Nazirliyinin
və polisin səlahiyyətlərinin artırılması haq-
qında” qərarı bu məsələdə mühüm rol oynadı.
Belə ki, həmin qərarla DİN-ə şəhərlərdə
mövcud özünüidarə sisteminin bərpası üçün
tədbirlər görmək tapşırılmışdı, Ağdaş, Salyan,
Bərdə, Qazax qəzalarında və digər bölgələrdə
özünüidarə sistemi olmayan yerlərdə isə ayda
300 manat məvaciblə rəis, xidmət müdiri və
mühafizəçi ştatları yaradılmışdı.
Daxili işlər naziri B.Cavanşirin başçılıq
etdiyi mərkəzi icraedici-inzibati təşkilat – DİN,
onun yuxarı və aşağı vəsilələri, orqanları
tədrici inkişaf yolu keçməklə, yeni struktur
dəyişikliklərinə məruz qalır, təkmilləşirdi.
Məsələn,1918-ci il iyulun 15-də Azərbaycan
Nazirlər Şurasının qərarı və daxili işlər naziri
B.Cavanşirin müvafiq əmri ilə DİN-in yanında
birbaşa hökumətə tabe olmaqla Fövqəladə
Təhqiqat Komissiyası (FTK) yaradıldı və ona
əslən Gəncədən olan nüfuzlu bir şəxs –Moskva
Universitetinin məzunu, hüquqşünas Ələkbər
bəy Xasməmmədov (1893-1925) sədr təyin
edildi. Yaxud, hökumətin 1918-ci il 31 avqust
tarixli başqa bir qərarı ilə DİN-in Xüsusi
İstintaq Komissiyası fəaliyyətə başladı, bu qu-
ruma 1918-ci ilin mart soyqırımı, Zəngəzurda
və Qarabağda azərbaycanlılara və ümumən
müsəlmanlara qarşı erməni quldur dəstələri
tərəfindən törədilən cinayətləri təhqiq etmək
tapşırıldı.
O dövrdə Azərbaycan Cümhuriyyəti
Daxili İşlər Nazirliyinin səlahiyyətlərini
genişləndirməyi, təsir dairəsini gücləndirməyi
də diqqət mərkəzində saxlayırdı. 1918-ci il
avqustun 11-də Azərbaycan hökuməti və Daxili
İşlər Nazirliyinin vətəndaşların Milli Orduya
çağırışı ilə əlaqədar birgə yeni bir sərəncam
imzalaması da bunun nəticəsi idi. Beləliklə,
həmin sərəncamın müvafiq bəndinə əsasən,
hərbi xidmətə çağırış prosesinin icrası daxili
işlər nazirinə tabe edildi.
Bu gün Azərbaycanda mövcud olan ictimai-
siyasi sabitlik respublikamızın müstəqillik tarixi-
nin ən mühüm nailiyyətlərindən biridir. Təbii
ki, sabitliyin əldə olunması o qədər də asan başa
gəlməmişdir. Ölkəmiz öz dövlət müstəqilliyini
bərpa etdikdən sonra çox böyük çətinliklərlə
üzləşmişdi. Həmin dövrün çətinliklərinin əsas
hissəsi məhz Azərbaycan polisinin üzərinə
düşürdü. Qarabağ müharibəsinin ilk illərində
Azərbaycanın nizami ordusu yox idi, ona görə
də ön cəbhədə torpaq uğrunda polis vuruşurdu,
şəhidlər verirdi. Qanunsuz silahlı dəstələrlə polis
mübarizə aparırdı.
Ulu öndər Azərbaycan polisinin
bu dövrdəki xidmətlərini çox yüksək
qiymətləndirmişdir: “Azərbaycan polisi
şanlı bir tarix keçibdir. Xüsusən, 1988-ci
il hadisələri başlanandan sonra, Qarabağ
müharibəsində Azərbaycan polisinin 932 nəfər
əməkdaşı şəhid, 681 nəfəri isə əlil olubdur.
Eyni zamanda, 67 nəfər polis əməkdaşı Milli
Qəhrəman adına layiq görülübdür. Bu, böyük
rəşadət, qəhrəmanlıq və dövlətçiliyə sədaqət
nümunəsidir.”
Ölkə daxilində hakimiyyət uğrunda gedən
mübarizənin yaratdığı vətəndaş qarşıdurması,
xarici qüvvələrin dəstəklədiyi Ermənistanın
Azərbaycana qarşı təcavüzü yeni yaranmış
respublikanı uçuruma doğru sürükləyirdi. Belə
bir zamanda, dövlətçilik, müstəqillik təhlükə
altında qalanda xalqın təkidli tələbi ilə ulu
öndər Heydər Əliyevin hakimiyyətə qayıdışın-
dan, yəni 1993-cü ilin iyun ayının 15-dən sonra
xaosdan qurtuluşa keçidin əsası qoyuldu,
ölkənin ictimai-siyasi həyatında və krimi-
nogen durumda köklü müsbət dəyişikliklər
baş verdi. İntensiv surətdə həyata keçirilən
tədbirlərdən biri də hüquq-mühafizə, o
cümlədən daxili işlər orqanlarının sıralarının
saflaşdırılması, dövlətə, xalqa sədaqətli şəxsi
heyətin formalaşdırılması, peşə borcunu,
qanunun aliliyini hər şeydən üstün tutan
əməkdaşların xidmətə cəlb edilməsi idi.
Ulu öndər 1994-cü il aprelin 29-da
nazirliyin rəhbər heyətinin iştirakı ilə
keçirilən müşavirədə xidməti fəaliyyətdə
yol verilmiş nöqsan və çatışmazlıqları açıq
şəkildə qeyd edərək, onların tez bir zamanda
aradan qaldırılması üçün dəyərli tapşırıq və
tövsiyələrini verdi. Onun şəxsi nəzarəti ilə
qısa müddətdə bu vəzifələr reallığa çevrildi.
Ümummilli liderin 1994-cü ilin avqust ayında
imzaladığı “Cinayətkarlığa qarşı mübarizənin
gücləndirilməsi, qanunçuluğun və hüquq
qaydasının möhkəmləndirilməsi tədbirləri
haqqında” fərman isə bu sahədə fəaliyyətin
təşkilati-hüquqi bazasının və gələcək uğurla-
rın möhkəm təməlini qoydu. Eyni zamanda,
mötəbər beynəlxalq təşkilatların, Avropa
ekspertlərinin rəyləri nəzərə alınmaqla “Polis
haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haq-
qında” qanunlar, “Azərbaycan Respublikasının
Daxili İşlər Nazirliyi haqqında” və “Daxili
işlər orqanlarında xidmət keçmə haqqında”
əsasnamələr qəbul edildi.
Ümummilli lider Heydər Əliyev
tərəfindən daxili işlər orqanlarının fəaliyyəti
ilə bilavasitə bağlı olan, o cümlədən insan
hüquq və azadlıqlarının həyata keçirilməsi
mexanizmlərini tənzimləyən 34 qanun,
100-dən çox fərman və sərəncam imzalandı.
Nazirlik sistemində islahatlar aparılaraq yeni
qurumlar yaradıldı.
Məhz Heydər Əliyevin rəhbərliyi altında
hüquq-mühafizə orqanları respublikada tüğ-
yan edən mütəşəkkil cinayətkarlığa, sabit-
lik üçün təhlükə doğuran zərərli meyillərə
qarşı uğurlu mübarizəyə, qanunsuz silahlı
birləşmələrin zərərsizləşdirilməsinə başladılar.
Vətəndaşlarımızın dinc, rahat yaşamaları üçün
lazım olan şərait yarandı, onların dövlətə,
hüquq-mühafizə orqanlarına inamı daha da art-
dı, ictimai-siyasi, həmçinin kriminogen durum
nəzarətə götürüldü.
Sabitliyin bərqərar edilməsi isə, öz
növbəsində, islahatların aparılmasına, iqti-
sadiyyatın bərpasına və inkişaf etdirilməsinə
əlverişli zəmin yaratdı. Xarici neft şirkətlərinin
Azərbaycana inamını artırdı və həmin ilin sent-
yabrında respublikamızda iqtisadi tərəqqiyə yol
açan “Əsrin müqaviləsi” imzalandı.
Lakin həyat göstərdi ki, Heydər Əliyevin
milli maraqlarımızın təmin edilməsindəki
qətiyyətli mövqeyi və yorulmaz fəaliyyəti
ölkənin xaricində və daxildə olan
düşmənlərimizi olduqca narahat edir. Onlar
necə olursa-olsun Azərbaycanı bu yoldan
döndərmək üçün müxtəlif vasitələrə əl atmağa
başladılar.
Məqsəd respublikadakı mövcud ictimai-
siyasi sabitliyi pozmaq, süni qarşıdurmalar
yaratmaq və son nəticədə ölkəni müstəqil
inkişaf yolundan döndərmək idi. Ancaq ümum-
milli liderimiz 1994-cü ilin oktyabr və 1995-ci
ilin mart aylarında baş verən dövlət çevrilişinə
cəhdlərin qarşısını öz zəkasının, müdrikliyinin
gücü, onu dəstəkləyən xalqının əzmi və iradəsi
ilə aldı. Müstəqilliyimiz qorunub saxlandı,
silahlı yolla hakimiyyətə gəlmək cəhdlərinə
birdəfəlik son qoyuldu.
1992-ci illə müqayisədə 2002-ci ildə
ölkədə qeydə alınan cinayətlərin açılma-
sı 67 faizdən 94,8 faizə yüksəlmiş, ümumi
cinayətlərin sayı 30,9 faiz, o cümlədən qəsdən
adam öldürmələr 2,7 dəfə, quldurluq və soy-
ğunçuluqlar 3,7 dəfə, oğurluqlar 5,2 dəfə, odlu
silahın tətbiqi ilə törədilən cinayətlər 7,2 dəfə,
nəqliyyat vasitələrinin oğurluğu 25 dəfə, habelə
bağlı qalmış cinayətlər 13 dəfə azalmışdı. 10 il
ərzində daxili işlər orqanları tərəfindən əllərdə
qanunsuz saxlanılan 30 mindən artıq silah
yığılmışdı.
Hələ hadisələrin ən qaynar dövründə
–1994-cü il aprelin 29-da DİN-in rəhbər
işçilərinin iştirakı ilə keçirilən müşavirədə ulu
öndər Heydər Əliyev vurğulamışdı ki, “Daxili
İşlər Nazirliyinin hər bir əməkdaşının sosial
müdafiəsini təmin etməliyik. Bu əməkdaşlar
ilk növbədə öz vəzifə borclarını şərəflə yerinə
yetirməlidirlər, ikinci növbədə isə onların
mənafeyi müdafiə olunmalıdır”.
Göründüyü kimi, ölkənin müqəddəratının
həll olunduğu bir vaxtda belə Heydər Əliyev
daxili işlər orqanları əməkdaşlarının qayğısına
qalır və onların himayədarı olduğunu konkret
qərarları ilə sübut edirdi. Onun xüsusi qayğısı
sayəsində, 1993-cü illə müqayisədə 2003-
cü ildə nazirliyin büdcəsi 6 dəfə artmış, bu
dəyişikliyin əsas qayəsini əməkdaşların sosial
sosial müdafiəsinin gücləndirilməsi, xidmət
şəraitinin yaxşılaşdırılması, yeni informasiya
texnologiyalarının tətbiqi və sair təşkil edirdi.
Bundan başqa, Daxili İşlər Nazirliyinin 300-
dən çox əməkdaşı və hərbi qulluqçusu ölkənin
yüksək dövlət mükafatları ilə təltif edilmiş, o
cümlədən “Milli Qəhrəman”
adına, orden və medallara
layiq görülmüşdü.
Bütün bunlar yalnız
Heydər Əliyevin po-
lad iradəsi, fenomenal
peşəkarlığı, qətiyyəti və
yüksək idarəçilik bacarığı
sayəsində mümkün olmuş-
dur. Daxili işlər orqanla-
rının fəaliyyətini düzgün
istiqamətə yönəldən, onu
xalqa və dövlətə xidmət
üçün səfərbər edən ulu
öndərimiz nəticədə istəyinə
çatdı: daxildən saflaşan,
təmizlənən daxili işlər
orqanları və Daxili Qoşunlar
Prezidentin inamını doğrultdu və ölkədə həyata
keçirilən uğurlu islahatların təhlükəsizliyinin
təminatçılarından biri oldu.
Respublika daxili işlər orqanlarının
əməyini daim yüksək qiymətləndirən ulu
öndər Heydər Əliyev 2002-ci ildə polisin peşə
bayramında şəxsən iştirak edərək xidməti
fəaliyyətlə bağlı dəyərli fikirlər söylədi. Eyni
zamanda, nöqsanları göstərib tövsiyələrini
verdi, vəzifələri müəyyənləşdirdi və nitqini bu
sözlərlə bitirdi: “Daxili İşlər Nazirliyi, polis
Azərbaycan dövlətçiliyinin keşiyində durub,
bundan sonra da duracaqdır. Bir daha deyirəm,
mən Azərbaycan Prezidenti kimi, Ali Baş Ko-
mandan kimi sizə etibar edirəm, sizə inanıram,
sizə arxalanıram”.
Heydər Əliyev ideyalarına ən çətin
məqamlarda sadiq olan Azərbaycan poli-
si bu gün möhtərəm Prezidentimiz, Silahl
Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin
rəhbərliyi altında ağır, məsuliyyətli və həm
də şərəfli vəzifələrinin öhdəsindən bacarıqla
gəlir, dövlət başçısının onlara göstərdiyi qayğı
və etimadı vicdanlı və layiqli xidmətləri ilə
doğruldurlar.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev polis orqanlarının fəaliyyətinə
yüksək qiymət verərək qeyd etmişdir ki,
“Azərbaycan polisi çox mühüm funksiyanı icra
edir. Hər bir müstəqil dövlət üçün onun daxili
işlər orqanları xüsusi əhəmiyyətə malikdir.
Azərbaycanda ictimai-siyasi sabitliyin, asayişin
qorunmasında polisin rolu çox yüksəkdir”.
Ülviyyə VAHİDQIZI,
“Xalq qəzeti”
Məqalə İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan
edilmiş “Azərbaycan Xalq Cümhuriyyəti dövrünün iqtisadiyyatı” mövzusunda
müsabiqəyə təqdim edilir.
Yazı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində Azərbaycan polisinin
100 illik yubileyinə həsr olunmuş müsabiqəyə təqdim edilir.
Azərbaycan polisinin
yaranma tarixi və təşəkkülü