Filasofiya az: filosofia qxd



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə14/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

Fəlsəfə və sinergetika.
Son illər elmdə sinergetika adlanan yeni
istiqamət diqqəti cəlb edir. Sinergetika mürəkkəbliklər, müəyyən
qaydanın xaos şəraitində necə yaranması və sonra necə dağıl-
ması haqqında elmdir. Qədim yunan dilindən götürülmüş “si -
ner 
getika” termini açıq sistemlərdə çox sayda altsistemlərin
qarşılıqlı təsirinin tamlıq effektidir.
20
R a m i z   M e h d i y e v
downloaded from KitabYurdu.org


Sinergetika ilə sıx əlaqədar olan fəlsəfi prinsiplər sırasına, ilk
növbədə, özü hərəkət edən materiyanın hissələrinin qarşılıqlı
təsiri prinsipi aid edilməlidir. Sinergetika metodundan istifadə
edilməklə universal evolyusionizm həm canlı və sosial ma 
te 
-
riyanı qarşılıqlı əlaqədə nəzərdən keçirməyə, həm də qeyri-üzvi
materiyanı inkişaf etməkdə olan dünyanın, o cümlədən bəşər si -
vi lizasiyasının bütöv kontekstinə daxil etməyə imkan verir. O,
insana kosmik təkamül obyekti kimi baxmağa zəmin yaradır.
Sinergetika mürəkkəb quruluşlu dinamik sistemlərdə ele-
mentlərin qarşılıqlı təsir mexanizmlərinə tətbiqən sistemli yanaş-
manı inkişaf etdirir. Həmin elementlərin özünütəşkili məhz bu
cür qarşılıqlı təsir nəticəsində yaranır. 
Sinergetika komponentlərin nizamlanmasına və davamlı struk-
tur yaradılmasına gətirib çıxaran konkret qarşılıqlı mexanizmləri
açıqlamağa çalışaraq yeni özünütəşkil konsepsiyası irəli sürür.
Obyektlər əvvəlcə özlərini tam müstəqil aparır və onların
hərəkətində heç bir qarşılıqlı nizamlama müşahidə olunmur. Bu
cür başlanğıc vəziyyət “xaos” və ya “nizamsızlıq” anlayışları ilə
xarakterizə olunur. Sonra kənardan müəyyən təsirlər nəticə sin də
obyektlər arasında qarşılıqlı fəaliyyət yaranır, onlar uzlaş dı rıl mış
hərəkətdə işlənməyə başlayır və sistem bəzi hallarda nizamlılıq
kəsb edir, digər hallarda nizamlılığın pozulması nəticəsində
davamsız vəziyyətə düşür. Bu halda nəzərə almaq lazımdır ki,
nizamlanmış strukturlar yaranması və sistemin özünütəşkili
tədrici, rəvan proses deyil, qəflətən baş verən sıçrayış şəklində
prosesdir. Məsələn, mayeni aşağıdan qızdıranda temperaturun
müəyyən qradiyent qiymətindən başlayaraq konveksiya
sayəsində həmin mayedə özünütəşkil prosesi baş verir, bu isə
həmin hadisəni kəşf etmiş alimin şərəfinə Benar oyuqları
adlanan nizamlanmış struktur yaranmasına gətirib çıxarır. 
Sinergetikanın fəlsəfi mənası ondan ibarətdir ki, o, cansız biolo-
ji sistemlərdən canlı sistemlər yaranması proseslərinə yeni
mövqe dən baxmaq imkanı verir. Bunun sayəsində biz ulduz -
ların, pla 
netlərin, insan birliyinin həyatının necə yaranması
sualına cavab tapırıq. 
21
F ә l s ә f ә
downloaded from KitabYurdu.org


Sinergetikada əldə edilmiş ideyalar və nəticələr materiyanın öz-
özünə hərəkətindən ibarət fundamental prinsipin təbii-elmi təs-
diqidir. 
Sinergetika “xətti” təfəkkürdən elmin inkişafının yeni mərhələ -
sinə müvafiq olan qeyri-xətti təfəkkürə keçməyə imkan verir. O,
öyrəndiyi obyektlərin əksəriyyətini qeyri-xətti qanunlarla idarə
edilən açıq, qeyri-taraz sistemlərə aid edir. Bu sistemlərin hər biri
özünütəşkil qabiliyyətinə malikdir, davranışları isə onların
əvvəlki təkamül tarixi ilə müəyyənləşir. 
Sinergetika müxtəlif elmlər arasında əsas prinsiplərin intensiv
mübadiləsi üçün şərait yaratmışdır. Sinergetikanın inkişafı ilə
əlaqədar fəlsəfənin və riyaziyyatın qarşılıqlı yaxınlaşması mü şa -
hi də olunur. Bu isə fəlsəfi və riyazi metodların inteqrasiya gücü -
nü artırır. Sinergetika elmi biliyin təşkilinin elə səviyyələrini
aşkar etməyə imkan verir ki, orada fəlsəfə inteqrasiyanın zəruri
amillərindən biri kimi çıxış edir. Alimlər inteqrativ amillərin
aşağıdakı iyerarxiyasını aşkar etmişlər: fəlsəfə - qanun – metod –
prinsip – nəzəriyyə - ideya – metanəzəriyyə - konkret elm –
metaelm – qonşu elm – kompleks elm – dünyanın elmi mənzərəsi
– fəlsəfə. Bu iyerarxiyada fəlsəfə ən ümumi inteqratordur.

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə