Filasofiya az: filosofia qxd


Fəlsəfə və cəmiyyət. Bəşəriyyət qlobal problemlər qarşısında



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə22/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

Fəlsəfə və cəmiyyət. Bəşəriyyət qlobal problemlər qarşısında.
Tarix insanların təbiəti dəyişmək və onu öz maraqlarına tabe
etmək məqsədilə ona təsir qabiliyyətini necə inkişaf etdirməyin
və təkmilləşdirməyin şahidi olmuşdur. İbtidai insanlar özlərinin
həyat qabiliyyətini saxlamaq üçün zəruri məhsulları (bitkilər,
quşlar, balıqlar və s.) təbiətdən hazır şəkildə alırdı. Lakin heyvan-
darlıq və əkinçilik inkişaf etdikcə insan özünün yaşayış mühitini
əhəmiyyətli dərəcədə dəyişərək təbiətə məqsədyönlü şəkildə
təsir göstərməyə başlayır. Təbiətə antropogen təsirin artmasına
baxmayaraq, insan uzun bir tarixi dövr ərzində cəmiyyət-təbiət
sistemində hələ asılı vəziyyətdə olmuşdur. 
İctimai şüur insanların təbiətə münasibətində baş verən dəyişik-
likləri güzgü kimi əks etdirirdi. İnsanın təbiətə təzyiqinin artması
onun təbiətdən təcrid edilməsinin dərinləşməsi, onların arasında
münasibətlərin qarşıdurma münasibətlərinə çevrilməsi ilə
müşayiət olunurdu. İnsan təbiətə təsir göstərərkən getdikcə daha
mükəmməl vasitələr tətbiq etməklə yanaşı, təbii qüvvələr
qarşısında qorxu hissi keçirirdi. Qədim cəmiyyətlərin rəvayət və
mifləri bu gerçəkliyi fantastik şəkildə olsa da, dəqiq əks etdirirdi. 
Antik dövrdə filosoflar təbiət-cəmiyyət münasibətlərinin elə iza-
hını təklif edirdilər ki, orada təbiət harmoniyanın idealı kimi çıxış
edirdi. Həmin dövrdə insan ilə təbiət arasında münasibətlər
barəsində qədim yunan filosofu Diogenin aşağıdakı sözlərini
36
R a m i z   M e h d i y e v
downloaded from KitabYurdu.org


səciyyəvi hesab etmək olar: “İnsanın sərvəti onun onlarsız keçinə
biləcəyi əşyaların sayı ilə müəyyən edilə bilər”. Sərvətə məhz bu
cür yanaşdıqda insanın təbiətə münasibəti etik, dəyərli və har-
monik ola bilər. 
Orta əsrlərdən başlayaraq təbiətə hökm etmək meyilləri güclən-
miş və XX əsrin ortalarında ən yüksək həddə çatmışdır. Həmin
dövrdə insanın getdikcə artan ekspansiyasının, təbiət üzərində
öz hakimiyyətini artırmağa, bütün problemlərini elmi-texniki
tərəqqi yolu ilə həll etməyə yönəlmiş, nəzarət edilə bilməyən
cəhdlərinin mənfi cəhətləri kifayət qədər dəqiq cizgilər kəsb
etmişdi. Orta əsrlərdə xristian teologiyası antik fəlsəfənin təbiətə
münasibətdə mövqeyinə yenidən baxmış, insanı təbiətin fövqünə
qaldırmış, təbiəti ona tabe etdirmişdir. Amerikalı tədqiqatçı
L.Uayt “Bizim ekoloji böhranın tarixi kökləri” adlı məqaləsində,
onun ardınca D.Medouz “Artımın hüdudları” adlı əsərində və
C.Forrester “Dünya dinamikası” kitabında belə bir fərziyyə irəli
sürürlər ki, xristianlıq və onun “Törəyib artın, yer üzünü insanla
doldurun və ona sahib olun…” nəsihəti (Varlıq, 1,28) müasir
insanın təbiətə münasibətini, Qərbdə təbiətşünaslığın və
texnikanın mövcud səviyyəsini mümkün etmiş ümumi ekoloji
məqsədləri müəyyən edən mənəvi paradiqmaların mənbəyi
olmuşdur. Onların fikrincə, iqtisadiyyatın, texnologiyanın və
əhalinin eksponensial artım etikasının məsuliyyəti xristianlığın
üzərinə düşür. Müasir elm xristian natu ral teologiyasının mənəvi
irsi ilə yaşayır, onun davamı və eks plikasiyasıdır, müasir texnika
isə insanın fövqəltəbiiliyi və onun təbiət üzərində qanuni hökm-
ranlığı haqqında xristian ehkamının həyata keçirilməsi kimi başa
düşülə bilər. Beləliklə, müasir ekoloji böhranın təqsiri bir növ
xristianlığın üzərinə qoyulur və belə nəticə çıxarılır ki, əziyyət
çəkən bəşəriyyət xristianlıqdan üz döndərməli və kömək üçün
başqa dinə üz tutmalıdır. Qlobal tarazlıq fəlsəfəsinin və müvafiq
etikanın tərəfdarları üçün Şərq dinlərinin daha məqbul olması
göstərilir. 
Göründüyü kimi, qlobal problemlər fenomeninin şərhində və
həllində etikaya, insani keyfiyyətlərə müraciət üstünlük təşkil
37
F ә l s ә f ә
downloaded from KitabYurdu.org


edir. Burada, məsələn Roma klubunun fəaliyyətinə xas olan yeni
dəyər və məqsədlər axtarışı əlamətdardır. 
İnsan ilə təbiətin vəhdətinin pozulması nəticəsində yaranmış
problemlər elmdə qlobal problemlər adlanır. Qlobal problem-
lər həm bütövlükdə dünyaya, həm də onun regionlarına və ya
ölkələrə aid olan planetar miqyaslı ümumbəşəri problemlər
kompleksidir. Lakin qlobal problemlərin planetar xarakteri
onların müxtəlif regionlarda spesifik şəkildə təzahürünü istis-
na etmir. 
Ağır nəticələr doğura biləcək böhranlı vəziyyətin uzanması
müasir dövrün bəzi qlobal proseslərinin inkişafının səciyyəvi
əlamətidir. Təbii fəlakət xarakteri daşıyan böhranlar bəşəriyyətə
qədimdən məlumdur. Bu cür böhranlar lokal xarakter daşıyır və
zaman etibarilə məhdud olurdu, insan isə həmin böhranların
səbəbkarı deyil, yalnız onların qurbanına çevrilirdi. İndiki
böhranlar isə əksinə, insanın özünün fəaliyyətinin nəticəsidir.
Bunlar antropogen böhranlardır. Xammal böhranı, enerji, ərzaq,
ekoloji, demoqrafik və başqa böhranların hamısı maddi xarakter-
li hadisələrdir. Lakin elə böhranlar da olur ki, onlar insanın
mənəvi aləminə təsir göstərir. Onlardan ən təhlükəlisi identiklik
böhranıdır. Bu halda insan dünyada özünün missiyası haqqında
aydın təsəvvürünü itirir. Bu problemlərdən təcrid olunmuş şəkil -
də, onların dinamika və təsirini nəzərə almadan müasir
cəmiyyəti anlamaq qeyri-mümkündür. 
Belə bir məntiqi sual yaranır: müasir elm sistemində elə me -
xanizmlər varmı ki, onlar ekoloji, energetik, xammal və ya
demoqrafik xarakterli qlobal problemlərin həllinə kömək etsin?
Bu suala cavab axtararkən iki məxsusi məqamı nəzərə almaq
zəru ri dir: 1) qlobal problemlərin inkişaf dinamikası, o cümlədən
daxili mürəkkəbliklərin qarşılıqlı şərtlənməsinin artması elmin
müva 
fiq imkanlarının genişlənməsini xeyli qabaqlayır; 2)
müasir elmi biliklərin yığılıb qalmış potensialı qlobal problem-
lərin şərhində tətbiq edilən elmdən xeyli üstündür. Bu, bir
daha ona dəlalət edir ki, əvvələn, müasir elmi biliklərin nəti -
cələrindən sosial praktikada istifadə dərəcəsini gücləndirmək və
38
R a m i z   M e h d i y e v
downloaded from KitabYurdu.org


ikincisi, elmin ümumbəşəri istiqamətini genişləndirmək, yəni
dünyada qlobal inkişaf problemlərinin tədqiqinə istiqaməti
gücləndirmək lazımdır. 
Qlobal problemlərin həlli yollarının axtarışı müxtəlif elm
sahələrinin nümayəndələrinin səylərinin cəmləşdirilməsini tələb
edir. Lakin təkcə əhalinin sayı ilə əlaqədar qlobal problemlər
barəsində konsepsiyaların sadalanması nəzəri tədqiqatların və
yanaşmaların elmi və sosial diapazonunun nə qədər geniş
olduğunu göstərir: 

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə