Filasofiya az: filosofia qxd



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə17/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

siyasi
mədəniyyət
(ictimai münasibətlərin dəyişməsinin subyekti olan
şəxsiyyətin sosial inkişaf dərəcəsini səciyyələndirən cəmiyyətin,
qrupların və fərdin fəaliyyətinin məqsədləri, vasitələri,
nəticələri), 
hüquq mədəniyyəti
(ictimai münasibətləri tənzim-
ləyən norma və qaydalar sistemi) və mədəniyyətin digər növləri
fərqləndirilir. Belə hesab edilir ki, mədəniyyət maddi
mədəniyyət (texnika, texnologiya, maddi dəyərlər və sair) və
mənəvi mədəniyyət (elm, incəsənət və mədəniyyət, fəlsəfə,
əxlaq, maarif və sair) növlərinə bölünür. Lakin qeyd etmək
lazımdır ki, maddi mədəniyyət hansı dərəcədə mənəvidirsə, yal-
nız həmin dərəcədə mədəniyyət hesab edilə bilər. Mənəvi
mədəniyyət mənəvi istehsalı da əhatə edən daha geniş
anlayışdır.
Mədəniyyət yalnız zahirən nisbətən dəyişməz qalır, daxilən o,
sonsuz dəyişir, öz mənəvi sərvətini inkişaf etdirir. Əvvəlki nəsil-
lərin yaratdığı və hər bir cəmiyyətin sosiomədəni prosesinə daxil
edilmiş dəyərlərin məcmusu mədəni irs adlanır. Mədəni irs real
qərarlaşmış mədəniyyətin dəyərləridir: əxlaqi və dini ideallar,
estetik təsəvvürlər, əxlaq normaları, abidələr. Bu dəyərlərə eti-
nasız münasibət, keçmişə, əvvəlki nəsillərin yaratdığı hər şeyə
26
R a m i z   M e h d i y e v
downloaded from KitabYurdu.org


münasibətdə kəskin tənqidi mövqe tutmaq cəmiyyətin keçmişini
bu gününü, eləcə də onun gələcəyini qiymətdən salır.
Cəmiyyət keçmişdə yalnız baxışların qeyri-mükəmməl,
hərəkətlərin səhv olmasını düşünürsə, o, özünün taleyinə də
marağı itirir. Keçmişlə əlaqəni kəsmək və “heçdən” yenilik yarat-
maq barədə çağırışlar hiddət doğurur. 
Keçmişə münasibətdə düzgün mövqe tutmaq üçün “siviliza-
siyanın mənəvi irsi” anlayışına daxil olanların qeyd-şərtsiz
dəyərinin əsaslarını müəyyən etmək lazımdır. Burada əsas
məsələ sivilizasiyanın topladığı sərvətlərə münasibətdə şüurlu
mövqe tutmaqdır. İrs barədə yalnız o yerdə danışmaq olar ki,
orada həmin irsi başa düşsünlər, tarixi yaradanlara rəğbət və hör-
mət bəsləsinlər. Varlıq barədə təsəvvür yaradan və təkcə bunun
hesabına müxtəlif dövrlərdə yaşamış insanları əlaqələndirən
aktın xarakteri vacibdir. Bu, konkret həyati nümunələr əsasında
qaynaqların, abidələrin, dünya incəsənət incilərinin emosional
təsirində özünü göstərir. 
Mədəni irsə münasibətdə şüurlu varislik cəmiyyətin mənəvi
zənginləşməsinin rəhnidir. Mədəni varislik ziddiyyətli prosesdir.
Varislik prosesində miras kimi mənimsənilmiş dəyərlər nəinki
dirçəldilir, həm də inkişaf etdirilir, təkmilləşdirilir, yeni nəsillərin
mədəni simasına uyğunlaşdırılır. 
Mədəniyyəti insan fəaliyyətindən ayırmaq olmaz. İnsan
mədəniyyəti yaratmaqla həm də özünü yaradır; mədəniyyət
insanı yaratmaqla həm də özünü yaradır.

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə