Filasofiya az: filosofia qxd



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə13/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

Fəlsəfə və ideologiya.
Fəlsəfə ictimai elm olmaqla, ideologiya ilə
müəyyən dərəcədə əlaqəlidir və onun təsirinə məruz qalır.
Onların qarşılıqlı əlaqəsinin ilkin qnoseoloji zəmini gerçəkliyin
inikasına istiqamətliliyidir. Lakin fəlsəfənin ideologiya ilə
əlaqəsi fəlsəfənin yalnız bir cəhətidir və bu cəhəti
mütləqləşdirmək fəlsəfəni ideologiya ilə əvəz etmək arzusu
demək olardı. İdeologiyada qiymətləndirmə funksiyası idrak
funksiyasını müəyyən qaydada istiqamətləndirən və səmt 
-
ləndirən üstün funksiyadır. Fəlsəfədə isə idrak funksiyası üstün-
lük təşkil edir.
İdeologiya dedikdə, adətən, ictimai varlığın, eləcə də onun
şərtləndirdiyi ictimai münasibətlərin mürəkkəb və dəfələrlə
dəyi 
şikliyə məruz qalmış inikası olan ictimai şüur, baxışlar,
ideyalar, nəzəriyyələr sistemi, müəyyən sosial qrupun fəaliyyə -
tinə rəhbərlik başa düşülür. Beləliklə, ideologiyaya sosial gerçək-
liyin bu və ya digər sosial qrupların maraqları prizmasından
inikası və qiymətləndirilməsi kimi tərif verilir. Cəmiyyətin
müəyyən hissəsinin ideoloqları mövcud təfəkkür materialını əsas
götürərək ideya və nəzəriyyələr işləyib hazırlayır, onları
cəmiyyətin özlərini təmsil etdiyi hissəsinin maraqlarına uyğun
gələn sosial qaydaların əsaslandırılmasına və əksinə, onların
19
F ә l s ә f ә
downloaded from KitabYurdu.org


mülahizələrinə görə sosial aləmdə yeri olmayan qaydaların tən-
qidinə və dəyişdirilməsinə yönəldirlər. 
İdeologiya obyektivlik prinsipini deyil, partiyalılıq prinsipini
rəhbər tutur. Partiyalılıq isə ideoloji nəzəriyyələrin sosialyönüm-
lü olmasını nəzərdə tutur və heç də həmişə biliyin maksimum
doğruluğuna nail olmağa istiqamətləndirmir, bəzən isə elmə
kənardan zorla qəbul etdirilən süni konstruksiya kimi çıxış edir. 
Fəlsəfə ilə ideologiya arasında müəyyən əlaqə olduğuna görə,
onun məzmunu da müəyyən mənada sosial baxımdan şərtlən-
miş olur. Məsələn, baxmayaraq ki, həm Hegel, həm də Marks
rasionalist idilər, Hegel zəkanı fəlsəfənin mərkəzi hesab edir,
Marks isə fəlsəfəni cəmiyyətə tərəf yönəldərək, onun prinsipləri-
ni proletariatın sosial-qrup və sinfi maraqları baxımından tətbiq
edirdi. Bertran Rasselin (1872-1970) fəlsəfəsi də Leninin (1870-
1924) fəlsəfəsi kimi ateist fəlsəfədir, amma dini dünyagörüşün
B.Rassel tərəfindən burjua tənqidi, Lenin tərəfindən isə marksist-
proletar tənqidi arasında böyük fərq vardır. 
Fəlsəfə cəmiyyətin və dövrün xarakterinin güclü təsirinə məruz
qalmışdır. Hegel fəlsəfənin bu xüsusiyyətini nəzərdə tutaraq onu
zamanın mənəvi məhək daşı, dövrün mənlik şüuru adlandırırdı. 
Fəlsəfənin ideoloji əsasları onun sosial əhəmiyyətini artırır,
insanların ictimai həyatında fəlsəfənin yerini gücləndirir, lakin
onun həqiqi dünyabaxışı və nəzəri əhəmiyyətini azaltmır. Elmi
fəlsəfə öz dövrünün ictimai-tarixi şəraitinin təsirinə məruz qalır,
lakin bununla bərabər öz problemlərini müstəqil şəkildə, ideolo-
ji pərdələnməyə əl atmadan və bilərəkdən sanksiyalaşdırılmış
“sosial sifariş” olmadan təhlil və həll etmək üçün nə
mümkündürsə edir. 

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə