Filasofiya az: filosofia qxd



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə16/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

Fəlsəfə və kulturologiya.
Kulturologiya mədəniyyət haqqında
elm, onun elmi əsasıdır. Bu elmin predmeti ümumbəşəri və milli
mədəni proseslərin qanunauyğunluqları, insanların maddi və
mənəvi həyatının ən mühüm hadisələridir. 
Kulturologiya mədəni proseslərin və insanların tələbatının
yaranmasının və formalaşmasının ilkin şərtlərini və amillərini
öyrənir, mənəvi dəyərlərin istehsalını, mənəvi məhsulların böl-
güsünü, mübadiləsini, istehlakını, qorunub saxlanmasını və
gələcək nəsillərə çatdırılmasını, dəyər oriyentasiyalarının,
müəyyən ideyaların, təsəvvürlərin, estetik zövqlərin yaran-
masını tədqiq edir. 
Kulturologiya həm də müxtəlif cəmiyyətlərdə mədəni həyatı
öyrənir və beləliklə, müxtəlif konkret mədəniyyətlərin tarixi
tiplərinin nailiyyətlərini və xüsusiyyətlərini aydınlaşdırmağa
çalışır. Kulturologiyanın ən mühüm vəzifəsi dünya mədəniyyə-
tinin tarixi və nəzəriyyəsi məsələlərini öyrənmək, müasir dövrün
sosiomədəni meyillərini və proseslərini təhlil etməkdir. 
Fəlsəfə ilə kulturologiyanı yaxınlaşdıran onların öyrəndiyi prob-
lemlər, tədqiqat metodları, bu və ya digər sosiomədəni hadisə -
lərə yanaşmalardır. Onların hər ikisi elmi biliyin müstəqil for-
maları olmaqla bu prinsipdən çıxış edirlər ki, cəmiyyətin məqsə-
di mədəni-tarixi prosesin subyekti olan insanın inkişafıdır.
Bununla əlaqədar həm fəlsəfənin, həm də kulturologiyanın
cəmiyyətin mənəvi həyat problemlərinə maraq göstərməsinin
səbəbi aydındır. 
Mədəniyyət fenomeninin elmi baxımdan dərk edilməsi müəyyən
metodoloji əsasların hökmən tətbiq edilməsini nəzərdə tutur.
Başqa sözlə desək, mədəniyyətin tədqiqi bu və ya digər fəlsəfi
fikir, nəzəriyyə və ya sistem çərçivəsində həyata keçirilməlidir.
Beləliklə, fəlsəfə mədəniyyətin artıq qərarlaşmış formalarının
dərk edilməsinə yönəlmiş xüsusi bilik formasıdır. 
Fəlsəfə cəmiyyətin mənəvi həyatı ilə bağlı problemlərə güclü
maraq göstərir. Keçən əsrin 60-cı illərinin ortalarından başla-
yaraq, kulturologiyanın fəlsəfə zəminindən ayrılması, onun
24
R a m i z   M e h d i y e v
downloaded from KitabYurdu.org


müstəqil elmi bilik sahəsi kimi yaradılması çox cəhətdən bunun-
la bağlıdır. Bununla əlaqədar kulturologiyanın predmetinin
ayrılmasının əsası aydınlaşdırılmalıdir ki, bu da kulturo 
-
logiyanın bütövlükdə cəmiyyətin mənəvi həyatı ilə bağlı prob-
lemlərə və xüsusən “mənəvi istehsal” anlayışının ehtiva etdiyi
proseslərin məzmununa münasibətinin müəyyən olunmasını
nəzərdə tutur. Lakin bir tərəfdən “mənəvi istehsal” anlayışının
yetərincə araşdırılmaması, digər tərəfdən mədəniyyətə çoxsaylı
təriflər verilməsi onların qarşılıqlı münasibətinin xarakteris-
tikalarında mühüm fikir ayrılıqlarına gətirib çıxarır. 
Latınca “cultura” sözündən yaranmış “mədəniyyət” (“kultura”)
termini ilk dəfə Romada məşhur siyasi xadim, natiq və filosof
Mark Tulli Siseron (e.ə. 106-43-cü illər) tərəfindən “becərmə”
mənasında işlədilmişdir. Bu onu göstərir ki, əvvəllər mədəniyyət
dedikdə, insanın təbiətə məqsədyönlü təsiri nəzərdə tutulurdu.
Sonralar “mədəniyyət” anlayışı şəhər həyat tərzi ilə assosiasiya
edilməyə başlanmışdır. 
Mədəniyyət çox vaxt ideyaların, normaların, dəyərlərin məc-
musu kimi interpretasiya edilən mənəvi istehsalın xüsusi
sahələri ilə bu və ya digər şəkildə əlaqələndirilir. Bəzi
mütəfəkkirlərin fikrincə, mədəniyyət insanın sosial ünsiyyət
şəbəkəsində yaranan tələbatının təmin edilməsi üsullarının və
məhsullarının məcmusudur. Digərləri belə hesab edir ki,
mədəniyyət hissiyyat, emosiyalar, mənəvi temperament və bu
hissləri tənzimləyən idrak sahəsidir. Çox vaxt mədəniyyəti insan
fəaliyyətinin inkişafının universal vasitəsi kimi insanın təbiət
üzərində - həm xarici qüvvələr, həm də təbiətin özünün üzərində
hökmranlıq həddi hesab edirlər. 
Mədəniyyətə təqribən 400 tərif verilmişdir. Bəs ona universal
tərif vermək olarmı? Mədəniyyətin fəlsəfi problemlərini öyrənən
bir sıra mütəxəssislərin fikrincə, bütövlükdə mədəniyyət bir
kompleksdir, ona görə də kompleks yanaşma tələb olunur. Bu
halda həmin kompleksin hər bir elementinin öz rolu vardır.
Bütövlükdə mədəniyyət həm ona daxil olan elementlərin məc-
musu, həm də onların təşkili deməkdir. 
25
F ә l s ә f ә
downloaded from KitabYurdu.org


“Mədəniyyət” anlayışını çox vaxt “sivilizasiya” anlayışı ilə
eyniləşdirirlər. Doğrudur, mədəniyyət və sivilizasiya bir çox
cəhətdən fərqlənmir, bir-birinə keçir, qarşılıqlı asılılıqdadır,
amma eynilik təşkil etmirlər – sivilizasiya mədəni proses üçün
ilkin şərait yaradır, mədəniyyət isə yeniliyin yaradıcısı olmaqla
sivilizasiyanın inkişafı üçün şərait yaradır. Mədəniyyət siviliza-
siyanın təsbit etdiyi sosial normaların təcəssümünü, gerçək-
ləşdirilməsini nəzərdə tutan müstəqil maddi və mənəvi
fəaliyyətdir. Eyni bir sivilizasiya çoxsaylı mədəniyyətlər yaradır.
Məsələn, orta əsrlərdə ərəb, fars və Azərbaycan mədəniyyətləri
islam sivilizasiyasının məhsullarıdır; türk sivilizasiyası türk,
qırğız və Azərbaycan mədəniyyətlərini, eləcə də digər türkdilli
xalqların mədəniyyətlərini əhatə edir. 
Əmək, məişət, təfəkkür, qarşılıqlı münasibətlər mədəniyyəti
haqqında da danışılır. Sözün daha geniş mənasında 

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə