Filasofiya az: filosofia qxd



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə2/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

ISBN 978-9952-34-504-9
© R.Ə.Mehdiyev, 2010-cu il.
2
R a m i z   M e h d i y e v
downloaded from KitabYurdu.org


MÜQƏDDİMƏ
Fəlsəfə ruhun bədəni tərk edərək xəyalən olsa da, mütləq
dünyaya qayıtmaq cəhdidir. Müxtəlif insanların ruhları Həqiqət,
Xeyir və Gözəllik aləminə eyni dərəcədə yaxın olmadığına görə,
onların hafizələrində mütləq aləmin rəngarəngliyi müxtəlif şəkil -
də iz qoymuşdur. Fəlsəfi sistemlərin çoxluğu, həmçinin onların
arasında ziddiyyətlər buradan irəli gəlir. 
Deyə bilərik ki, fəlsəfə mənəvi təfəkkür mədəniyyətinin ayrıca
bir hissəsidir. O, fəlsəfəni öyrənən insanı praktiki həyat proqra -
mı, həyatın ali mənasının dərk edilməsi, əxlaqi ideallar ilə
silahlandırmağı qarşısına məqsəd qoymuşdur. İ.Kant fəlsəfənin
fəal praktiki xarakterini vurğulayaraq yazırdı: “Ümumiyyətlə,
müdriklik bilikdən daha çox fəaliyyət tərzindən ibarətdir...”
Fəlsəfə mükəmməl müdriklik ideyasını təcəssüm etdirir, insan
zəkasının ali məqsədlərini göstərir. Filosofluğun mahiyyəti ali
mənəvi dəyərləri əsaslandırmaqdır. 
Fəlsəfə dünyanı əvvəlcə dərk edən, sonra isə onu qiymətləndirən
insanın mənəvi istiqamətləndirilməsi funksiyasını yerinə yetirir. 
İnsanda insaniyyətlik, bütövlükdə insanın nə demək olduğu fəl-
səfəni maraqlandıran məsələlərdir. Onu öyrənənlərə insan
haqqında həqiqəti dərk etmək imkanı yaradır. Onu sadəcə olaraq
insana yönəlməsi deyil, insana məhz subyekt, şəxsiyyət kimi
istiqamətlənməsi səciyyələndirir. 
Fəlsəfə biliyin ən humanist nəzəri formasıdır. O, insanla xüsusi
dildə danışır, ona kim olduğunu, insani ləyaqət və vəzifənin
nədən ibarət olduğunu, onun cəmiyyətə, təbiətə, başqa insana,
bütün Kainata münasibətdə bir insan kimi hüquq və vəzifə 
-
lərinin nədən ibarət olmasını izah edir.
3
F ә l s ә f ә
downloaded from KitabYurdu.org


Biliyin dünyagörüşü sistemi olan fəlsəfənin əsas vəzifəsi insan
mənəviyyatını, ali humanist əqidələr sistemini inkişaf etdir 
-
məkdir. 
Fəlsəfənin öyrənilməsi onun tarixini, ən görkəmli nümayən 
-
dələrinin baxışlarını, əsas anlayış və kateqoriyaları bilməyi
nəzərdə tutur. 
Bu dərs vəsaitində fəlsəfə tarixinin, müasir fəlsəfə elminin prob-
lemlərinin və ona müvafiq olaraq, anlayış və kateqoriyaların qısa
şərhi verilmişdir. 
Ümid edirik ki, bu dərs vəsaiti ali məktəblərin tələbələri üçün
faydalı olacaq və onlara fəlsəfə kursunu mənimsəməkdə kömək
edəcəkdir.
4
R a m i z   M e h d i y e v
downloaded from KitabYurdu.org



Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə