Filasofiya az: filosofia qxd


Fəlsəfə, mifologiya və din



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə10/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

Fəlsəfə, mifologiya və din.
Qeyd etdiyimiz kimi, fəlsəfə dünya -
görüşü formalarından biridir, lakin birincisi deyildir. Fəlsəfə üç
min il bundan əvvəl, ilk böyük filosofların yaşayıb-yaratdığı
dövrdə meydana gəlmişdi. O dövrdə şüurun hakim formaları
mifologiya və din idi.
Fəlsəfənin genezisinin, onun sosial funksiyalarının və ictimai
şüurda tutduğu yerin dərk edilməsi yolunda fəlsəfənin mifo logi -
yaya və dinə münasibətinin başa düşülməsi böyük əhəmiyyət
kəsb edir. Elmin son nailiyyətləri ilə əlaqədar bu məsələnin təhlili
tarixi-fəlsəfi prosesin bəzi adi sxemlərindən müəyyən qədər
kənarlaşmağı nəzərdə tutur.
Mifoloji şüur dini və ya fəlsəfi şüurdan daha qədim şüur
tipidir. O, sinkretikdir və dinin, bədii yaradıcılıq başlanğıcının,
əxlaqi norma və məqsədlərin elementlərinin bölünməmiş
vəhdəti kimi çıxış edir. Mifoloji şüurda təxəyyüldə can-
landırılan, fantastik anlayışlar reallığa çevrilir, həqiqətdə
mövcud olanlar kimi qəbul edilir. 
Mifoloji və dini şüurun nisbəti məsələsi maraq doğurur. Əlbəttə,
mifoloji şüur dini şüurun bir sıra cəhətlərini və xüsusiyyətlərini
ehtiva edir: dünyanın fantastik inikası, mifik, illüzor obrazlara
reallıq kimi münasibət, xaosu mifoloji vasitələrlə kosmosa “çevir-
məklə” mövcud ictimai münasibətlərin sakrallaşması. İnsanın
11
F ә l s ә f ә
downloaded from KitabYurdu.org


özünü və ətraf aləmi dərk etmək kimi ümdə tələbatı həm dində,
həm də mifologiyada ifadə olunur. Lakin dinin əsas əlaməti föv -
qəl təbiiliyə inamdırsa, bu əlaməti mifoloji şüura tətbiq etmək çə -
tindir. Çünki mifoloji şüurda təbii aləmin fövqəltəbiiliyə zidd ol -
ma 
sı yalnız potensial imkan kimi verilmişdir. Təbii ilə föv 
-
qəltəbiinin tamamilə və ya qismən eyniləşdirilməsi, onlardan
birinin digərinə çevrilməsi mifologiyanın xüsusiyyətidir. Məhz
bu xüsusiyyət mifologiyanın fövqəltəbiiliyinə baxmayaraq, insan
məntiqinə tamamilə uyğun olmaq xüsusiyyətini qoruyub saxla-
mağa imkan verir. Y.E.Qolosovker göstərir ki, mifik qəhrəman
müəyyən düşüncənin təcəssümüdür və onun mifdə təsvir edilən
bü tün hərəkətləri bu düşüncənin müxtəlif təzahürləridir: məsə -
lən, Düşüncənin qızı olan Afinanın Zevsin başından, düşüncə
mənbəyindən, yəni Zevsin düşüncəsindən doğulması təbiidir;
Tesey Poseydonun mağarasının dibinə düşmüş, ancaq ölmə miş -
dir, lakin Nikomed onu qayadan dənizə atanda Tesey batır, çünki
o artıq öz mənasını itirmiş və lazımsız olmuşdu. 
Dinlə bağlı halda isə Allaha inam xüsusi məna kəsb edir. Dinə
görə, o cümlədən islam dininə görə, Allaha inam insanın yara dıl -
dığı andan ona xas olan təbii qabiliyyət, həqiqi həyat və davranış
tərzidir. 
Quranın 30-cu surəsinin 30-cu ayəsində deyilir: “Üzünü Allahın
fitri olaraq insanlara verdiyi dinə (islama) tərəf tut... Doğru din
budur”. Quranın bu ayəsindəki “din” (“fitrə”) anlayışını mütə -
xəssislər insanın Allahı bütün varlığın yaradıcısı kimi tanımaq,
Onun tək olmasını qəbul etmək və bu təkallahlılıq əsasında
Allahın adlarının və atributlarının məcmusunun inikası olan
dünyanı dərk etmək kimi fitri qabiliyyət hesab edirlər. Onun
mahiyyəti prinsip etibarilə dərkedilməz və transsendentdir.
Allahın transsendent olması o deməkdir ki, O, hər bir anlayışın,
dilin və təcrübənin fövqündədir. Allah hüdudsuz olduğuna görə,
elə bir yer yoxdur ki, O, orada olmasın. Eyni qayda ilə əgər O,
hüdudsuzdursa, onun yaratdıqlarından nəyisə eyni zamanda
yaşamadan Onu təcrübədə dərk etmək üsulu yoxdur. İnsan
özünü də eyni əsasla dərk edir, həqiqəti yanılmadan, doğrunu
12
R a m i z   M e h d i y e v
downloaded from KitabYurdu.org


yalandan fərqləndirir. Allah bu qabiliyyəti insanda lap əzəldən
cilovlana bilməyən heyvani instinktlərdən, nəzarət edilə bil 
-
məyən, kamilliyə doğru aparan düz yoldan sapdıran arzulardan
qorunma vasitəsi kimi proqramlaşdırmışdır. Bu vəzifənin yerinə
yetirilməsi üçün O, insana hər şey vermişdir – biliyin nur saçdığı
zəka, böyük quruculuq imkanları.
Lakin insanlar heç də həmişə bu dinə sadiq olmamışlar. Dünya
yaranandan insanlar nəsil-nəsil öz biliklərinin ilkin mənbəyindən
uzaqlaşmış, yanılmış, süni tanrılarda müdafiə axtarmış və Allahı
bu fərdi obyektlərlə eyniləşdirərək çoxallahlı bütpərəstlərə
çevrilmiş, miflər yaratmışlar. Hər dəfə insanlar məhv olmaq həd-
dinə lap yaxınlaşanda Allah onların yanına peyğəmbərlər və
özünün kəlamlarını – müqəddəs yazılar şəklində vahid mən-
bədən yaranan və vahid məqsədə xidmət edən nəsihətlərini
göndərmişdir. 
Təkallahlılıq ənənələrini ilk dəfə tam bərpa edən İbrahim
peyğəmbər olmuşdur. Bütün monoteist dinlər – iudaizm, xris-
tianlıq və islam bu ənənədən qaynaqlanır. Bütün bəşəriyyət üçün
rəhbər göstəriş olan Allah kəlamının universal xarakteri üç
səmavi kitabda – “Tövrat”, “İncil” və “Quran”da daha dolğun
əksini tapmışdır. Eyni zamanda, Müqəddəs kitab təkcə bəşər tari -
xi nin universal faktı olmayıb, həm də silsilə şəklində reallaşan və
Tanrının Məhəmməd peyğəmbərə göndərdiyi ən mükəmməl
səviyyəyə çatmış bir hadisədir. 
Beləliklə, dini şüur insanın mövcud olduğu ən qədim dövrlərdə
yaranmışdır. Dini öyrənmədən dünyagörüşünün spesifik for-
ması olan fəlsəfənin genezisini aydınlaşdırmaq mümkün deyil -
dir. Rasionallığın xüsusi forması olan dini şüur həmişə mövcud-
dur və ətraf aləmi dərk etməyin mifoloji, fəlsəfi və elmi üsullarını
tamamlayır. Dünyanı qavramağın və anlamağın dini üsulu fəlsə-
fi və elmi qurumlar yaranmaqla nəinki yox olmur, hətta dünya və
həyat haqqında təfəkkür elementlərindən biri kimi onlara
qovuşur. Fəlsəfə öz yaranışında dindən bəhrələnir və dini
təfəkkür hüdudlarında kristallaşmağa başlayır.
13
F ә l s ә f ә
downloaded from KitabYurdu.org


İlahi nüfuza əsaslanan din, hazır cavabların zəkanı qane edib-
etməməsindən asılı olmayaraq, həmişə bu cür cavablar təklif
edir. Müqəddəs dini kitablar hazır həqiqətlərin toplularıdır.
Dindar adamın malik olduğu biliklər idrak vasitəsilə deyil, çox
güman ki, insanın qəlbində olan mənəvi göz, Allah qarşısında
xof, sevgi və qorxu, Ona sədaqət vasitəsilə əldə edilir, o, Allahı
heç vaxt öz zəkası ilə dərk edə bilməz. 
Din vahid Allahın, bütün canlıları yaradanın, dərk edilə bil 
-
məyən, transsendent olanın mövcudluğunu, Onun mələklərinin,
peyğəmbərlərinin, müqəddəs kitablarının, məhşər gününün və
ölümdən sonrakı həyatın həqiqiliyini qəbul etməyə sövq edir,
ehkamların və qanunların müqəddəs nüfuzundan çıxış edərək
insanın hisslərinin, fikirlərinin və davranışının tərzini for-
malaşdırır. Bunun sayəsində din bütün dövrlərdə çox güclü
sosial tənzimləmə vasitəsi, əxlaqi ənənələrin mühafizəçisi olmuş-
dur. Din bəşər övladının vahidliyi şüurunu formalaşdırır. Dinin
mənəvi dəyərlərinin əhəmiyyətinin dərk olunması bəşəriyyəti
idarə edir. 
Fəlsəfə ilə din arasında yaxınlıq ondan ibarətdir ki, onların hər
iki si dünyagörüşü qəbilindən olan oxşar məsələləri həll edirlər.
Fəlsəfə özünün ayrı-ayrı cəhətlərinə, eləcə də ayrı-ayrı konsep-
siyalarına görə, xüsusən, təkcə adi müdrikliyə deyil, həm də ali
müdrikliyə can atmaq baxımından dinlə çox oxşardır. Onlar icti-
mai şüurun formaları olmaqla ayrılmaz şəkildə bağlıdırlar. Fəl -
səfə din zəminində yaranmışdır. Aristotel Allahı əbədiyaşar bir
varlıq, bütün hərəkətin qeyri-maddi forması və hərəkətsiz mən-
bəyi kimi təsəvvür edirdi. O deyirdi: “Əbədi, hərəkətsiz və hissi
şeylərdən təcrid olunmuş bir varlıq mövcuddur... Allah canlı,
əbədi, ən yaxşı varlıqdır”. Quran da Allahı təxminən eyni şəkildə
səciyyələndirir: “Allah təkdir, daim canlı, hər yerdə mövcud olan
Ondan qeyri ilahi varlıq yoxdur”. Orta əsr mütəfəkkirləri ilahi
zəkanın təzahürünü hər yerdə görürdülər, kəşf edilmiş hər bir
yeni qanunauyğunluq onları buna inandırırdı. 
Fəlsəfə və din dünyagörüşünün ictimai-tarixi formalarıdır.
Onların məqsədi insanların şüuruna və davranışına təsir göstər-
14
R a m i z   M e h d i y e v
downloaded from KitabYurdu.org


mək yolu ilə dünyanı onlara izah etməkdir. Lakin onların izah
metodları fərqlidir. 
Fəlsəfə ictimai şüurun elmi sahəsinə aiddir, onun özünün spesi-
fik kateqoriyalar aparatı vardır və bəşəriyyətin vahid məcmu
inkişaf təcrübəsinə əsaslanır. Buna baxmayaraq, onu mifologiya
və din ilə eyniləşdirmək olmaz. Onun mövzusu mifoloji şüur
üçün əlçatmaz olan və problemin qoyuluşu baxımından dini
şüur üçün heç də həmişə məqbul olmayan problemlər axtarışın-
dan ibarətdir: Ruh nədir? Qəlb, materiya, şüur, varlıq nədir?
Bütün bu suallar “dünya-insan” sistemində ən ümumi problem-
lərə aiddir. Fəlsəfə problemlərin həlli üçün öz variantını təklif
etməklə, bir tərəfdən bütövlükdə dünya haqqında və insanın bu
dünyaya münasibəti haqqında informasiya mənbəyi, digər
tərəfdən idrak prinsipləri kompleksi kimi çıxış edir. 
Quranda ruhun mahiyyəti və keyfiyyəti barədə soruşanlara belə
cavab verilir ki, ruh Allahın əmri ilə yaranmışdır, insanlara isə
yalnız bir qədər bilik bəxş edilmişdir. Din insanları ruhun
“fövqəlşüuri başlanğıc” kimi mövcud olmasına inanmağa
çağırır, elm isə müxtəlif eksperimentlər yolu ilə ruhun fiziki çəki -
sini müəyyən etməyə çalışır. Fəlsəfə isə nəzəri mühakimələr və
rasional dəlillər vasitəsilə ruhun əsaslandırılmış anlayışını ver-
məyə səy göstərir. Bu halda fəlsəfə yeni yanaşmalara və yeni
suallara yer saxlayır. 
Ayrı-ayrı filosoflar və fəlsəfi məktəblər “ruh” anlayışını müxtəlif
şəkildə izah edirlər: təfəkkür; şüur; intuitiv şəkildə dərk edilən
fövqəlşüuri başlanğıc; zəkada həyata keçirilən özünüdərk və
şüurun vəhdəti; ruhun zəkalı hissəsi; mənəvi yaradıcılıq.
Nöqteyi-nəzərlərin və yanaşmaların variantlılığı və azad
düşüncə fəlsəfi fikrin səciyyəvi əlamətləridir. 
Bununla bərabər, həyat təcrübəsi inandırıcı şəkildə göstərir ki, fəl -
səfəni mifologiya və dinə qarşı qoymaq düzgün deyildir. Fəl səfə,
mifologiya və din bir-birini inkar etmir, dünyabaxışı kimi bir-biri-
ni qarşılıqlı tamamlayır. Əgər din ona əməl edənlərə dini biliklər,
yaxşılıq və ədalət haqqında universal fikirlər verirsə, fəlsəfə bu
15
F ә l s ә f ә
downloaded from KitabYurdu.org


dəyərlər haqqında dolğun təsəvvürlər yaradır. Lakin bu halda
unutmaq olmaz ki, hər hansı dünyabaxışı sisteminin əsa 
sı 

müəyyən anlayışlar və terminlər aparatı təşkil edir. Bu aparatı
bilmədən həmin sistemin ideya-nəzəri konstruksiyalarının və ya
prinsiplərinin çoxunun, bəlkə də əksəriyyətinin real məzmunu nu
adekvat şəkildə başa düşmək mümkün deyildir. Fəlsəfəni düz gün
başa düşmək üçün onun anlayışlarını və kateqoriyalarını bilmək,
onların məzmununu və həcmini konkretləşdirmək lazımdır.

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə