Filasofiya az: filosofia qxd



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə12/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

empirik
və 
nəzəri
metodları
fərqlənir. Empirik tədqiqatın əsası müşahidə və eksperimentdir.
Müşahidə
hadisələrin öyrənilməsi üçün müstəqil üsul
eksperi-
ment
isə həmin hadisələrin nəzarət və idarə edilə bilən şəraitdə
sınaqdan keçirilməsi deməkdir.
Elmi idrakda fəlsəfi metodlar xüsusi yer tutur. Əgər çıxış nöqtəsi
kimi idrak prosesinin hissi-predmet əsaslarını və deməli, prakti-
ki əsasını, subyekt ilə obyektin qarşılıqlı təsirini götürsək, elmi
idrakın metodoloji problemlərinin təhlilini və sistem-
ləşdirilməsini kifayət qədər səmərəli şəkildə həyata keçirmək
18
R a m i z   M e h d i y e v
downloaded from KitabYurdu.org


olar. Bu qarşılıqlı təsirin təkamülü elmi idrakın inkişafını
əhəmiyyətli dərəcədə şərtləndirən amildir. Bu halda
müşahidələr və ölçmələr vahid prosesin – daxili ziddiyyətlərə
malik olan idrak fəaliyyəti kimi eksperimental tədqiqatın ayrı-
ayrı məqamları, cəhətləri hesab edilir. Bu səbəbdən nəzəriyyənin
idrak statusu onun anlayışlar aparatının qnoseoloji alternativliyi
vasitəsilə üzə çıxır, yəni eksperimental fəaliyyətin ziddiyyətli
xarakteri nəzəriyyədə idrak prosesinin ziddiyyətliliyinin mən-
tiqi-qnoseoloji ifadə forması kimi antinomiya yaranmasına
gətirib çıxarır. Beləliklə, antinomiya subyekt ilə obyektin
qarşılıqlı təsirinin nəzəriyyədə spesifik inikasıdır, çünki subyek-
tin rolu artıq hissi məlumatların sadəcə qeydə alınmasından
ibarət olmur. Əksinə, o, həqiqi biliyin formalaşmasının mühüm
ilkin şərti olur.

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə