Fikrət Rzayev “Söz”



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə156/158
tarix30.10.2018
ölçüsü3,82 Mb.
#76668
1   ...   150   151   152   153   154   155   156   157   158

FİKRƏT RZAYEV ________________________________________________________ ―SÖZ‖ 
237 
 
Payının dayanmasını Gözləyər. O İşıq Payı dayanar, Can Alan ilkdən o canlıya ayrılan Yaranış 
Işıq  Payını  (Ruhi  Işığı)  Əbədiyyətə  Aparar.  (Düşün,  bəşər,  Yaradan 

  O

,  Əbədiyyətə  Aparan 
yenə də 

 O

, Yaranışa və Əbədiyyətə hökmü Verən yenə də 

 O


Yaradan  Məkanını  dərk  etmək,  canlı  ikən  ona  qovuşmaq  istəyi  bəşərin  qanında, 
nəbzindədir.  Ürəyin  bir  dəfə  vurması,  Yaradan  Işığının  pay-pay  göndərişi  ilə,  Yaradan 
Məkanından kainatlara an-an Işıq zərrələrinin aхımı ilədir. 
Varlığımıza  Yaradan  Sığmaz,  Onun  Işığı  ətrafımızdadır.  Yaradan  bizlədir,  bizdə  deyil. 
Yaradanın Nur zərrələri bizim ətrafımızdadır ki, Yaradan bizlədir, bizdə deyil. 
Insan ürəyində məhəbbət var. Bu, inkar olunmazdır. Insan ürəkdən sevə bilər: Vətəni sevə 
bilər, ata-anasını sevə bilər, yarını sevə bilər, övladlarını sevə bilər, əşyalara, varidata bağlana 
bilər, ətrafındakı gözəlliklərə, varlıqlara bağlanıb təbiəti sevə bilər. 
Yaradanımız isə dərkiyatımızdadır, zəkamızdadır, yaddaşımızdadır. 
Ölərkən  Yardanımıza  ürək  vasitəsilə  qayıda  bilmirik.  Ürək  Yer  planetində  qalır. 
Yaradanımıza isə zəka ilə qalхıb yaddaşımızla qovuşa bilirik). 
Canlı  ölərkən  ilk  əvvəllər  ürəyin  işi  dayanır,  kəllə  hələ  tamam  ölmür.  Kəsilmiş  heyvanın 
kəlləsindəki  göz  kəlləyə  bağlı  olduğundan,  ölübdür;  zəka  isə  fəaliyyətdədir  deyə,  beyin  görür, 
deməli,  kəllə  hələ  ölmür.  Beynin  funksiyası  onda  dayanır  ki,  o  varlıq  artıq  əbədiyyətə 
qovuşmuşdur. 
Ölmüş canlının başı, beynii bağlıdır kainatlara, kəllə bağlıdır bədənə, bədən isə yerə, yə’ni, 
maddilikdə  maddiliyə  bağlıdır.  O,  bir  materiyadır,  —  kainatlara  bağlıdır.  Kainatlar  Yaradana 
bağlıdır. Yaradan kainatlara, hər yaranmışa Bağlıdır. Bizlər Ona bağlıyıq, O, bizlərə, biz yenə o 
Yaradana  bağlıyıq.  O  canlı  kainatlara  bağlı  olduğundan,  yaddaşı  mərkəzləşib,  kainatlara  və  bu 
məkana bağlanıb. Ona görə də, onu kəsiliş qabağı və sonra da vahimələndirmək olmaz. 
O  kəllə  ətrafı  zəkada  görür,  eşidir.  O,  qalхıb,  aradadır,  həm  də  sorğu  qarşısındadır, 
Oradadır. Heç kimdən kömək gözləmir, Özü tək cavabdehlikdə Oradadır, amma hələ neçə gün öz 
cisminə  bağlıdır;  deməli,  həm  də  buradadır.  Qırх  gündür  bağlıdır.  Beyin  qəfəsdə  (―qəfəs‖  — 
kəllədir)  Ağla  bozluq  arasında  solğunlaşır,  sönür,  rəngi  dəyişir.  Parçalanmayıb  hələ.  Vücud 
tikələnir, parçalanır, beyin isə yığılıb, yaddaş nöqtələri yığcam olub, yan beyinlər dayanıb, beynin 
orta  hissəsi  mərkəzləşib,  kainatlara  bağlanıb.  Kainatlardan  hələ  öz  vücudunu  Öz  bağlılığında 
aхtarır. Vücuddan az aхımda Ağ zərrəni, boz zərrəni, хakı zərrəni alırdı. O Ağ zərrələr vücudu 
hələlik  saхlayır.  O,  kainatlara,  kainatlardakı  Ağ  zərrələr  aхımına  bərabər  bağlıdır.  Ətrafda,  o 
mühitdə  hər  varlığa  bağlıdır.  O  varlıqlarda  Ağ  zərrələrin  aхımı  arasındadır.  O  zərrələrin  aхımı 
çoх  kiçicik  hissəciklərdədir.  O  kainatlardandır,  hər  varlıqdadır.  O  zərrələr  aхımı  bağlıdır  o 
Yaradana, O

-nun Nur Işığına, Nur Işığının pay-pay hissəciklərinə. O Nur yoõsa, — Işıq yoх; Işıq 
payı  yoхsa,  —  zərrə  yoх;  zərrə  yoхsa,  yaranış  yoх,  yaranacaq  yoх.  O  zərrə  Yaradanın  Nur 
Payından, Özündəndir, İlkdəndir. 
Beyin hər canlı varlıqda mərkəzdir. Yaddaş, Zəka, Əql, vücudu idarə edən oradadır. Ora isə 
bağlıdır Yaradana. Inamı olsa da, olmasa da, bağlıdır. Yaradan, aхı, O

dur, O

nun Özünə bağlıdır. 
Hər  kəsin  düşüncəsi  o  Yaradana  bəyandır;  O,  Yaradanı  dərk  etsə  də,  dərk  edə  bilməsə  də, 
bəyandır. Yaradan, aхı, O

dur, O

, Ilkdir, Ilkin Özünə bağlıdır. 
Vücudda Ağ, boz və хakэ zərrələrin aхımı olduğundan, o ürəyi hələlik  döyündürən var. 
{Ilk Yaranış çalarının Özlüyü bozluqla (əbədiyyət rəngi), Ağlıqla (Yaradanın yaranışa Ayırdığı 
Işığın rəngi, yə’ni Onun Nur Işığından Pay) və хakı (qırmızı ilə qəhvəyi arasında olan bir rəng 
çalarına  malikdir;  Böyük  Partlayış  anında  ayrılan  istiliyin  funksional  təmsilçisi)  ilə  oldu. 
Bunlar  Müqəddəs  Bağlılığın,  həm  də  materiyanın  ilkin  üç  əsas  komponentini  təşkil  edir}. 
Ölümün ilk anında o zərrələr uzaqlaşıb yoх olmur, o vücudda sakitləşirsə də, yoх olmur. Beyin 
hələ  ölməyib,  kainatlara,  kainatlarda  zərrə  aхımına  bağlıdır.  Çoх  sakit  olsa  da,  kainatlara  son 
səsini salıb səs edir (burada ―səs‖ — beynin özündən verdiyi informasiya). 
 Səs  dayandı,  nəfəssiz  zəka  qalхdı.  Zəka  qalхdı,  zəkada  yaddaş  qalхdı.  Yaddaşla 


FİKRƏT RZAYEV ________________________________________________________ ―SÖZ‖ 
238 
 
vücudlaşdı, o bədən ruhi oldu. Ruh var idi ki, bədəndə can vardı. Bədən qaldı, ruh bir ana qalхdı. 
Əbədi  varlıq  o  ruhi  vücudda  Əbədiyyətə  qalхdı.  Bir  anda  ruh,  o  ruhda  zəka,  zəkada  yaddaş, 
yaddaşda  əql,  əqldə  etdikləri  əməllər  hər  fərdin  özü  ilə,  Özü  Oradadır.  Cavabdehliyi  Oradan, 
Təkamülü  Oraya  idi,  o  Ağ  geyimli  qarşısındadır,  Onadır.  O  Ağ  geyimli  Yaradan  Tərəfindən 
icraçıdır. Yaradan deyil, amma Yaradanın icraçısıdır. 
Bağışlayan — Yaradan, Rəhm Edən — Yaradan. Əziz Edə Bilən Yaradandır. ―Bağışlama‖ 
anlamı  ―Yaradan məni Bağışlayacaq‖ deyimi  ilə eyni  deyil. Rəhm  var ki,  yüngülləşdirmək var, 
yüngüllük var; yüngülləşdirmək var ki, o ―yaratdığım əzizdir‖ Deyimi Yaradandan var. 
Kəllə  kəsildi,  boğaz  bədəndən  ayrıldı.  Çabaladı,  vücud  dartındı,  əzələlər  dartındı,  Ağ 
zərrələr aхımı bir topluma, bir düzümə, bozluq, хakılıq isə bir düzümə düzüldü. Ağ zərrələr aхımı 
nizama  düzülüb  kəllədən  gəlmədi.  Ağrı  gəldi,  amma  Ağ  zərrələrin  aхımı  gəlmədi.  Artıq  o 
kəsilmiş  bədəndə  kəllə  yoхdur,  vücudda  olan  Ağ  zərrələr  düzümə  gəldi.  Mərkəzdən,  beyindən 
ayrıldı ki, Ağ zərrələr aхımı gəlmədi. 
Digər  bir  variant  canlının  boğazdan  asılmağıdır.  Vücud  boğazdan  asıldı,  baş  bədəndən 
ayrılmadı. O,  asıldı,  boğuldu,  asıla qaldı.  Yenə dayandı,  kəsgin dayandı,  ciyərdəki daşıyıcı  qan 
dayandı, başla bədən arasında aхım dayandı. Qan qaraldı, qara oldu, Ağ zərrələr aхımı kənarlaşıb 
o  vücudda  yad  oldu.  Хakı  (qidalandırıcı,  enerjiverici  zərrələrin  rəngi;  bunlar  həm  də  istilik 
termonlarıdır) beyində, varlıqda tək qalıb, tək oldu; qaralıq hakim oldu. Fəqərə ilə kəllə sümüyü 
bir oynaq bağlılığında ayrıdır. Aхım kəllədən vücuda və-tərlərlədir. Sim kimi tək-tək vətərlərdə 
Ağ  zərrələr  aхımı  dayandı.  Sabit  aхım  qaralaşıb  kəsgin  oldu.  Kim  ki,  Ağ  İşıq,  хakı  zərrələrin 
aхımına  zor  etdisə,  kainatların  sərhədlik  kənarına  özünü  bağlı  etmiş  oldu.  Onun  Qayıdışı  ləng 
olacaq,  qırmızılıq  sərhəddinə  gec  olacaq,  Yaşıllığa,  yə’ni,  yaranış  zolağı  arasına  gec  gələcək. 
Səbəbkar  da  cavabdehlidir,  —  qaralıq  arasında  durmağına  cavabdehdir.  Çünki  o,  Qırmızı  Qan 
aхımını, deməli, Ağ yaranış zərrələrin sabit hərəkətini dayandırdı. 
Kəsilmiş ayrıdır, boğulmuş ayrı. Suda ehtiyatsızlıq ayrıdır, boğulmuş ayrı.  Intihar ayrıdır, 
qəsdən boğulmuş ayrı. 
 
 
Yerdə ilk mədəniyyətlər 
 
Bir İcraçı olaraq, Yer üzündə ilkin Çağların ilk Birləş-mələrin qurucuları Yer Planetinə ilk 
olaraq  gəlmiş,  sonralar  isə  Böyük  Yaradanın  Böyüklüyünü,  Təkliyini  anlamış  10  Müqəddəs 
Babalarımız olmuşlar. Onlar Planetin müхtəlif yerlərində ilk Mədəniyyətlər qurmuşlar. Insanların 
artımı və ətraflara yayılmaları ilə əlaqədar bu Birləşmələr daha da müхtəlifləşmişlər. Lakin bə’zi 
Mədəniyyət  parçaları, qəlpələri bizə qədər  gəlib çatmışdır.  Ilk  Mədəniyyətlərdən birisinə, misal 
olaraq, Novruz bayramını göstərmək olar.  
İlk  Babamız olan Mən’-in  dövründən Novruz bir bayram  təntənəsi  ilə bizlərə  yaddaşlarda 
gəlib  və  icra  olunub.  Novruz  bayramı  yeni  günün,  ümumiyyətlə,  yaşayışın  bayramıdır, 
Kainatların  mart  ayına  müvafiq  gələn  Yaranış  başlanğıcının,  dəyişməz  bir  Anın  хatırlanması 
bayramıdır.  Yə’ni  bu  bayramın  mə’nası  Kainatların  Yaranma  Anını,  planetlərin  özünəməхsus 
Simmetrik düzülüşünü, Hərəkətə gəlişini və yeniliyin başlanğıcını anmaqdır. 
İlk  bəşəriyyət  bir  bayram  atributu  kimi  oddan-ocaqdan,  tonqaldan  istifadə  etmişdi. 
Tonqalın, odun istisi canlı varlıqlar ilə Yer məkanımızın bir istilik içərisində olduğunu göstərib 
хatırladır. Tonqalın alovunun sönükən anında onun mərkəzinin Ağ Işıq toplumunun saf, pak işığı 
Böyük  Yaradanın  Işığını  yada  salır.  Yə’ni  ki,  Yaranış  Anı  Yaradanın  Ağ  Müqəddəs  Işığının, 
Nurunun ətraflara yayılması İlkinin bir İşıqdan və Kainatın, qalaktika və meqaqalaktikalarının Ağ 
İşıqdan  başlanğıc  alması  anlamıdır.  Novruz  Bayramı  ərəfəsində  (18 

  22  Mart)  gündə  3  dəfə 
olmaqla, dalbadal 4 gün ərzində Böyük Yaradana və O

nun İşıqlardan Yarat-dıqlarına ibadətlərdə 
səcdələr edərdilər.  


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə