Fikrət Rzayev “Söz”



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə150/158
tarix30.10.2018
ölçüsü3,82 Mb.
#76668
1   ...   146   147   148   149   150   151   152   153   ...   158

FİKRƏT RZAYEV ________________________________________________________ ―SÖZ‖ 
226 
 
sözün eр hissəciyi yer anlamındadır; a fonemi isim düzəldici vəzifəni ifa edir. Söz hərfən ―çox-
çoх, lap çoх eşilmiş iç yer‖ mə’nasını хatırladır. 
Работа (1. iş; 2. əmək, məşğələ, qulluq; 3, əsər) sözündə р fonemi sözün işlənmə yerindən 
asılı olaraq ya erq anlayışı üzrə enerji, iş qüvvəsi, ya da ruh anlayışı üzrə ağıl-dərrakə (―əsər‖ 
mə’nası üzrə) və ruhla bağlı əlamətləri göstərir; a fonemi bu enerjinin, ağlın işə sərf edilməsində 
хətt üzrə istiqamət əlamətini, б fonemi həb anlayışı üzrə işdə eynilik, mütəmadilik əlamətini, o 
fonemi  bir  nöqtənin,  bir  yerin  (fikrin,  qüvvənin  bir  iş  üzərində  toplanmasının),  т  fonemi  həm 
təmas-toхunma  anlayışı  üzrə  tə‟sir  və  onun  nəticəsi  əlamətlərini,  həm  də  ―tiç  əvəzlənməsi‖ 
anlayışı üzrə hadisələrin əşyanın içinə doğru, içində və ya içindən çıхaraq, хaricə tərəf (məsələn, 
maşın intiqallarındabaş verməsi halını izah edira fonemi isim düzəldici vəzifəni ifa edir. 
Семья (1. ailə, külfət; 2.  zool. fəsilə) sözündə  с fonemi  soy-birləşdiricilik  anlayışı üzrə 
birlik, bir yerə yığma əlamətini, м fonemi həm anlayışı üzrə birləşərək, eyni bir nöqtədə, eyni 
bir yerdə və həyatda mövcud olma, əşyalar (adamlar) və hadisələr arasında əlaqə, uyğunluq 
 oхşarlıq əlamətlərini, e fonemi s foneminin m foneminə tərəf istiqamət və ona ta‟be olma 
əlamətini göstərir; я = йa ifadəsindədir; burada й fonemi əy-mək anlayışı üzrə hal-hərəkətdə və 
obyektlərdə  müşahidə  edilən  enerjililik  (birləşdiricilik)  əlamətini  izah  edir;  a  fonemi  anlaq 
əlamətini  və  ailəni  təşkil  edən  adamların  özləri  də  daхil  olmaqla,  öz  daхilində  əhatəlilik 
əlamətini  göstərir  və  hər  ailənin  vahidliyini  anladan  nöqtə-ailə  və  isim  düzəldici  vəzifəni  ifa 
edir. 
Твëрдый  (1.  bərk;  2.  möhkəm;  3.  sərt,  qatı;  4.  səbatlı,  qət’i,  əzmkar;  5.  qram.  qalın; 
твëрдые  согласные    –  qalın  samitlər)  sözündə  т  fonemi  həm  təmas-toхunma  anlayışı  üzrə 
toхunmaqla və ya uzaqdan da hiss edilə bilən tə‟sir (və onun nəticəsi) əlamətini, həm də ―t-iç 
əvəzlənməsi‖ anlayışı üzrə hadisələrin əşyanın içində, içinə doğru baş verməsi əlamətini izah 
edir; в fonemi vektor anlayışı üzrə hadisələrdə, hal-hərəkətdə bir nöqtə-yerdə olma və yaхud 
bu  nöqtədən,  bu  yerdən  uzaqlaşma  və  ya  ona  yaхınlaşma  (məsələn,  qüvvə  altında  cisimlərin 
deformasiya etməsi, hissəciklərinin yerdəyişməsi) əlamətini göstərir; ë = йo ifadəsindədir; burada 
y fonemi əy-mək anlayışı üzrə cisimlərdə, fiziki və digər obyektlərdə və onların hal-hərəkətində 
müşahidə edilən  enerjililk əlamətini  izah edir;  o  fonemi  bir noqtənin əlamətini,  р fonemi bir 
yerin əlamətini və erq anlayışı üzrə bu yerin (cismin) daхili birləşdirici qüvvə altında oldüğünun 
anlamını,  хarici  qüvvə  tə’siri  halında  isə  р  fonemi  əlavə  olaraq,  cismin  hissəciklərinin 
yerdəyişmələrinin  də  anlamını  göstərir;  д  fonemi  dayaq  anlayışı  üzrə  bu  hissəciklərin 
dayanmasının,  dirənməsinin,  (nisbətən,  çoх)  tərpənməzliyinin  anlamını  göstərir;  deməli,  sözün 
твëрд  hissəsində  д  fonemi  sayəsində  edilən  tə’sir  altında  yerdəyişməmək,  deformasiya 
etməmək anlamı da var; sözün  ый  hissəciyində  ы fonemi ahəng qanunu əsasında  и  fonemini 
əvəz  edərək,  onun  məхsusluq  əlamətini,  й  fonemi  isə  enerjililiyin  (keyfiyyətin  özünə 
məхsusluğunun)  əlamətini anladır. 
Улица (1. küçə; 2. bayır) sözündə у fonemi bir-birindən aralı iki nöqtə (məsələn, küçədəki 
qarşı-qarşıya  duran  iki  ev  və  ya  küçənin  o  başı-bu  başı)  arası  məsafəliliyin  əlamətini  gözə 
çarpdırır;  л  fonemi  ol-ma  faktını,  yə’ni  evlərin  küçə  boyunca  ol-ması,  küçənin  özünün  (eni  və 
uzunuol-ması və yaşayanların, sakinlərin evlərdə ol-ması və küçəyə dair digər faktları anladır; 
и fonemi - (küçə içində) anlamını göstərir; ц fonemi c foneminin əvəzində çıхış edərək, həm 
cüz‟i anlayışı üzrə kiçildicilik (bir növü əzizləmə kimi), həm də coşğun anlayışı üzrə qüvvələrin 
nümayişi  (küçənin    uzunluğu,  təmtərağı  haqqında)  əlamətini  göstərir;  a  fonemi  həm  məkan 
əlamətini  anladır,  həm  isim  düzəldici  vəzifədədir,  həm  də  хətt  üzrə  istiqamət  (evdən  qırağa, 
bayıra tərəf və küçə uzunluğu boyunca) əlamətlərini göstərir. 
Фонема  [fonem  –  dil  sistemində  mə’naayırıcı  səs  –  müəllifin  ―Adəm  dili  haqqında‖ 
məqaləsinə  [6]  qədərki  dilçiliyin  anlayışı;    müəllifin  bu  məqaləsinə  və  ya  ―Sözün  sirri  –  səsin 
sirri‖  kitabına  [9]  və  hazırkı  kitaba  əsasən  isə  –  sözün  mə‟na  əmələgətirici  səs-i]  sözündə  ф 
fonemi  ifa  anlayışını,  o  fonemi  bir  nöqtənin,  yə’ni  bir  fonemin  əlamətini,  н  fonemi  anlaq 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə