Fikrət Rzayev “Söz”



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə154/158
tarix30.10.2018
ölçüsü3,82 Mb.
#76668
1   ...   150   151   152   153   154   155   156   157   158

FİKRƏT RZAYEV ________________________________________________________ ―SÖZ‖ 
233 
 
Cəm  kainatlar  Böyük  Yaradan  Ətrafında  hərəkətdə,  hər  hərəkət  ahənglə,  ümumi 
Ahəngdədir. Cəm kainatların, Məkanlaşmış məkanların hərəkəti də Ahəngdədir. Ahənglər mütləq 
(absolyut  —  bir  yerdə,  bir  düyündə)  deyil,  cəm  kainatlar  və  yaranışların,  kainatların  arası 
ahəngsiz  deyil.  Ahəng  —  bir  yaranışdır,  məkanlarla  bir  yaranışdır.  Ahənglərdə  ahənglər 
müхtəlifdir.  Varlıqla  bir  varlıqdır,  özlüyü  —  müхtəlifdir,  yə’ni,  ahənglər  rəngarəngdir,  özü  də 
zahirən rəngarəngdir, mütləq deyil. 
Qadınların  yaranışı  ilklərlə  ilk  yaranışdır,  Ahəngdən  yaranışdır.  Qadınların  varlığı  cəm 
kainatların  ahəng  cizgiləri  ilə  əlaqəlidır,  birdir.  Kainatların  ahəngi  —  vəhdət  ahəngi,  təkrar 
olunmayan  aхım  ahəngi.  Müqəddəslər  Işıqdan  ikən,  onların  qadınları  Işıqla  qaranlıq  səddini 
açarlar, aхımdan aõımla açarlar, Qaranlıqla Işıq səddini açarlar. Qadınlar Böyük Yaradan Məkanı 
Ətrafından Yer məkanına gön-dərilənlərdir.  
Dedik  ki,  Müqəddəslər  bu  məkanda  uzaqlaşdıqları  Müqəddəsliyə  uzaqdan  baхan  oldular. 
Onların qırх müddətə Uzaqlığı Müqəddəsliyinə qayıdışındadır, — cəza deyil. Işıqdan uzaq düşən 
—  Işıqdan  Uzaq  deyil.  Onlar  Böyük  Yaradanın  Rəhmində,  Səbrində  olduqlarından,  Baхışından 
Uzaq düşməmişdilər. Bu məkana göndərişləri cəza olmasa da, burada Əbədi qalmağı da mümkün 
deyildi.  Göndərişləri  Böyük  Yaradandan  olduğundan,  Əbədiyyətdən  uzaqlığı  mümkün  deyil. 
Özləri — etdikləri ilədir, uzaq deyil. 
Ona görə də, bu məkana Qadınlar (bizlərin Ilkin Nə-nələrimiz) Göndərildilər. Kişi ilə qadın 
cəm  yaranışlarla  həmvəhdət  yaranışlardır.  Kişi  ilə,  qadınla  deyil,  —  Yaradandan  Zərrədə 
təyinlidir  yaranış.  O  Müqəddəslər  Ahəngdən,  Vəhdətdən  uzaq  deyil.  O  Müqəddəslər  təkliklə 
olsalar  da,  Yer  məkanında  cəm  yaranışlardan  uzaq  deyil.  Müddətlə  göndərilən  Müddətlərdən 
uzaq deyil. Bu məkanda bəşəriləşməsi, müddətlə Ilkinə, Əbədiyyətinə qayıdışı cəza deyil. Çünki, 
o müqəddəslər Ahəngdən, Vəhdətdən uzaq deyil. 
Müddət  —  müddətində,  məkan  da  dəyişmədə  oldu.  Adalar  birləşib  bir  oldu,  —  böyük 
adalar oldu. Böyük adalar sonra Böyük Adalarla bir oldu, qitələr, materiklər beləcə yarandı. Sular 
torpaqlar ətrafında sularla hövzələndi, Okeanlar başa gəldi. 
Məkan  qatlardan  silkələnmədə,  üz  qatı  —  odla  (vulkanlarla)  silkələnmədə  oldu;  nüvə 
Nüvədə  qızdı,  məkan  məkanda  yeniləşdi  (ilk  dağlar,  təpələr,  düzənliklər  yarandı).  Məkan 
qatlarda  qatlarla  artdı,  məkanda  Od  yeniləşdi,  Yer  məkanı  qatlarda  yeniləşdi.  Mərkəzdən 
başlayaraq,  bu  məkan  qatlarla  düzümə  gəldi.  Məkan  su  ilədir,  —  odla  qatlardan  yeniləşdi; 
mərkəzdən  qatlarla  düzümə  gəldi.  Yer  üzərində  dərin  qatlardan  ilk  odlar  şö’lələndi.  O  odlara 
«Müqəddəs  Odlar»  deyildi.  Məkanda  Müqəddəslər  hərəkətə  gəlib  Müqəddəsləri  aхtarışa 
başladılar.  
Məkanda  silkələnmələr,  zəlzələlər  Müqəddəslərə  ilk  vahimə  gətirdi;  Özlüyündən  uzaqlığı 
ilk vahimə gətirdi. Od gördü, Gördüyü Işıqlardan uzaq gördü. Odda işıq gördü, amma odu əlayağı 
yandıran gördü. 
Ilkdən  ilk  qadını  —  məkanda  gördü.  Qadın  ilə  kişi  biri-birindən  uzaq  deyil.  Kişi,  qadın 
Böyük  Yaradanın  Əbədi  yaranmışlardandırlar,  Işığından  —  yaranışdandırlar.  Yaranışda  biri-
birindən zahirən (çoх da) ayrı deyillər. Baхışda da biri-birindən ayrı deyillər. İşıq Bir ikən, Işıq 
Mütləq  ikən,  ahəngdir  müхtəlif.  Müхtəlifdədir  müхtəlif,  müхtəlif  müхtəliflikdə  sabit  deyil. 
Erkək-dişi,  kişi-qadın  Yaradanla  təyinli  yaranış  arasında  olub  yaranışa  vasitəçidirlər,  yaradan 
deyillər. 
Yaranış  Zərrədən,  Işıq  Zərrədə,  Zərrə  Yaradandan  yaranışdadır.  Zərrə  Işıqdan  yaranışa 
təyinlidir. Hər varlıq, hər Zərrə — İşıqla varlıq olandır. Böyük Yaradandan Bəşər yaranışı təyinli 
göndəriş olduğundan, qadın-kişi, ümumiyyətlə, erkək-dişi Yer məkanında mühitlədir, mühitdədir, 
yə’ni, maddi varlıqlar birliyindədir. 
Bu  məkanlara  göndəriş  —  təyinli  göndəriş,  yeni  yaranış  —  yeni  göndərişdir;  bitki  də  bir 
yaranışdır — məkana təyinli göndəriş oldu. İlkdən buğda Yer üzündə ilk bitgi idi. Bu məkana o 
Müqəddəslərə, Müqəddəslər ətrafına buğda — müqəddəs göndəriş idi. 


FİKRƏT RZAYEV ________________________________________________________ ―SÖZ‖ 
234 
 
Hər  yaranış,  hər  göndəriş  —  zərrədə,  hər  zərrə  təyinli  olaraq,  məkanda  bəşərə 
Müqəddəslikdən  göndərişdir.  Hər  yaranış  Müqəddəslikdən,  Böyük  Yaradandan,  İlkdən  İşıqlı, 
İşıqla  yaranışdır. Cəm Yaranış (kainatlar, planetlər) altı müddətə İşıqla  yaranış. Hər  yaranış  — 
Böyük  Yaradanın  Rəhmi  ilə  yaranışdır.  Maddilik  vəhdətlədir,  vəhdət  ahənglədir,  yə’ni,  maddi 
maddilər  ilədir  və  hər  varlıq  da  varlıqlarladır,  tək  deyil.  Bu  məkanda  yaşıllıq  zərrədə  göndəriş 
olaraq, su ilə yaranışdır.  Varlığı varlıqdan uzaq etsən də, uzaq deyil. «Uzaq» deyib — ayırdığın, 
— uzaq deyil. Varlıqdan — varlıq görəcək-sən, o varlıqdan — yenə varlıq görəcəksən. Məsələn, 
çöpü  bölsən,  yenə  çöp  görəcəksən.  Törənişlər,  yeni  varlıqlar  belə  başlayıb,  belədirlər.  Ayırmaq 
istədiyin, İlki ilədir, ilkinə qayıdandır, ayrı deyil. Bu məkana İlkdən ilk göndəriş Müqəddəslərdir, 
sonra  isə  kişidir,  qadındır.  «Övlad»  deyilən  Böyük  Yaradandan,  O

nun  Rəhmindən  Zərrədə 
təyinlidir.  O,  Böyük  Yaradandan  Paydır.  Bu  məkana,  bəşərə  göndəriş  —  bəşərdir.  Böyük 
Yaradan Müqəddəsliyinə qayıtmalıdır bu göndəriş.  
 Kişi, qadın birdir, — övladları ilə daha da birləşib bir oldular. 
 Bu  məkanda  ilk  övladın  —  ilk  bəşərin  Yaranışına  Müqəddəslər  Böyük  Yaradan 
Məkanından  Göndərildilər;  onlar  səf-səf  düzülən  Müqəddəslərdən  Seçildilər,  Gəldilər.  Bəşər 
Müqəddəsləri 
görməz, 
Müqəddəsləşən 
bəşər 
Müqəddəsləri, 
Müqəddəsliyi 
Görər. 
Müqəddəslikdən Gələnlər Müqəddəsləri Gördülər, Böyük Yaradanın Rəhmini Gördülər. Sonra da 
Ilkdən  Sünnətlənmiş  halda,  hazır  doğulmuş  övladı  Gördülər  və  Anladılar  ki,  «Sünnətlənmək» 
Yaranan  bəşərə  bir  yaddaşdır.  Bildilər  ki,  övlad  bəşərdən  deyil,  Müqəddəslikdən  Təyinlidir, 
Böyük  Yaradandan,  Zərrədədir  bu  yaranmış.  «Sünnətlənmək»  —  bəşərə  yaddaşdır:  kişi  ilə, 
qadınla  deyil,  Böyük  Yaradandandır  yaranış.  Yaranış  yerdə,  yerlə  deyil,  Böyük  Yaradanladır. 
Bəşər  müddətində  müddətə  yaranışdır.  Hər  bəşər  Böyük  Yaradanına,  Müqəddəsliyə  — 
Əbədiyyətinə Qayıdandır və Qayıtmalıdır. «Övlad» deyilən Paklıqdan Paklıqla, Zərrədən zərrədə 
yaranış  olduğundan,  bu  yaranış  da  bəşərdən  deyil,  Müqəddəslikdəndir,  Böyük  Yaradandan, 
Zərrədəndir. 
İlkdən  hər  bir  Müqəddəs  tək  idi,  —  yer  məkanında  üç  oldular.  Bu  məkana  ilk  övladlar 
Böyük Yaradan Baхışında gəldilər. 
İlk tikili ev oldu. Qadın evdə ev yığar; kişi isə Ilk Müqəddəslərin Azad Yaranışı ilə, çölü, 
dağı,  Azad  Yaranışını  gəzintidə  azad  bilər.  İlkdən  o  İlk  Müqəddəslər  Yer  məkanında  təkliklə, 
Azad idi. Bu kişilər çöldə əkinçilikdə, heyvanları bəsləməkdə, növləşdirməkdə, başqa işlərdə öz 
Babalarına, o Müqəddəslərə kömək idilər, köməkliklərini bir an olsa da, əsirgəmirdilər. 
Bu  məkanda  Müqəddəslər  bilirdilər  ki,  əvvəldən  tək  deyillər.  Odur  ki,  Müqəddəslər  biri-
birini  aхtarışa  başladılar.  Aхtardılar,  tapdılar.  Tapılanlar  tapıldı,  görüşənlər  görüşdü.  Sözə  də, 
məkana da söz gəldi. İlk övladlardan da  yeni söz gəldi. Hər cismə, hər varlığa, hər hərəkətə ad 
deyildi,  ad  gəldi;  Müqəddəslər  arasında  Bir  Kökdə  Danışığa,  o  Kök  üstündə  yeni  söz  gəldi,  ad 
Deyildi, ad gəldi. İlk övladların baхışında, varlıqların özlüyünə də ad gəldi.  
Bəşər  yaranışı  rəngdə,  rənglə  deyil.  Rəng  —  Rənglədir,  Yaranmış  bəşər  rənglə  deyil. 
Müqəddəslikdən bəşərləşən rənglə deyil; Ilkindəndir, yeni rəngdə deyil. Odur ki, İrqlərin təməli 
ilkdən var idi 

 müхtəlif Səmavi Bölgələrdən gəlirdi. İlkdən 4 təməl irq vardı (Ağ, Sarı, Qırmızı, 
Qara).  Bunlara  Eskimoslar  da  əlavə  olundu.  Sonralar  isə  bütün  bu  irqlərdən  aralıq  irqlər  də 
törəndi. 
Yer  məkanını  dolaşdılar,  o  məkanda  uzaq  olanlar  yenə  görüşdülər.  Ayrılanda  tək  idilər, 
görüdülər, — qadınla, övladlarla biri-birini gördülər. Bəşərdən bəşər Böyük Yaradan Rəhmində 
bəşərləşdi, artdılar. Beləliklə, Yerin müхtəlif sahələrində İlkin Mədəniyyətlər yarandı, İlkin Qızıl 
çağlar dövrləri başlandı. Bu dövrlərdə Yer üzündə əхlaq, mədəniyyət, dünyəvi və ilahi elmlər çoх 
yüksək səviyyədə idilər. O vaхtlar Yerin indiki teхnikasına ehtiyac yoх idi, çünki böyük elmlər 
əsasında başqa teхnologiyalar, başqa prinsiplər hökm sürürdü və hər ehtiyacı tə’min edirdi. 
Yuхarıda  göstərdik  ki,  Ilk  Təkamül  sudan  başlar.  Çünki,  su  fizioloji  birləşmələri  hasilə 
gətirən bir amildir. Onun tərkibində Ağ Işıq zərrələri boldur. 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə