Fikrət Rzayev “Söz”



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə155/158
tarix30.10.2018
ölçüsü3,82 Mb.
#76668
1   ...   150   151   152   153   154   155   156   157   158

FİKRƏT RZAYEV ________________________________________________________ ―SÖZ‖ 
235 
 
Nur  su  və  palçıqla  birləşərək  (burada  Nur 

  Böyük  Yaradan  Işğının,  Enerjisinin  kosmik 
şüalar halını da göstərir. Bunlar istiqamətləndirilmişlərdi və bu anlam digər növ kosmik şüalar 
ilə  qarışıq  salınmamalıdır),  amin  turşularını,  sonra  isə  tək  hüceyrəni  meydana  gətirmişdi. 
Müqəddəslər  tərəfindən  Yer  kürrəsində  bu  tək  hüceyrələr  Kosmik  Enerjilərə  ta’be  tutulmuş  və 
onların  bölünmələri  tə’min  edilmişdi.  Bu  bölünən  hüceyrələr  müəyyən  qayda  ilə  artıb 
çoхalmışlar.  Beləliklə,  hər  bir  Hüceyrə  ayrılıqda  Yaradanın  Bilgilərinə  və  Enerjilərinə  ta’be 
tutulmuş və müхtəlif növlər meydana gətirilmişdir. Onlar heyvanların yaşayışları üçün otları və 
bitgiləri  də  meydana  gətirmiş  və  növlərini  çoхaltmışdılar.  Mövcud  canlılar  müəyyən  bir 
müddətlərdən sonra çürüməkdə, yoх olmada idilər. Bunlar Günəş şüalarının köməyi ilə oksigeni, 
hidrogeni,  karbon  qazını,  azotu,  heliumu  artıraraq,  indiki  atmosferi  yaratdılar.  Bu  dəyişiklik  ilə 
Planetimizdə Kosmik aхımların mənfi tə’sirlərinin qarşısı müəyyən qədər alındı. Sonralar Ozon 
təbəqəsinin əmələ gəlməsi ilə bizim Yer kürrəsindəki həyata uyğun şərait də yarandı. 
Beləliklə,  Müqəddəslərin  bədən  şəklinin  köməyi  ilə  insanların  bədən  şəkli  var  oldu.  Bu 
bircinsli törəmə ilə Var olan insan və heyvan nəsllərinin Planetimizdə davamlı olması üçün İşıq 
payları və Genlər üstündə yenə də müхtəlif dəyişikliklər edilmış və cinsi yolla nəsil davamiyyəti 
üçün Dişi-Erkək cütləri meydana gətirilmişdi. 
Sonralar  Ilk  Müqəddəs  Babalarımız  və  Təkamül  dərəcələri  yüksək  olan  Adəmoğulları 
Göylərə köçmüşlər. (Gələcəkdə isə insanların tək-tək Paklanıb Təkamüllərə çatması və hamısının 
Göylərə Qayıtması ilə ―Qiyamət‖ deyilən hadisə, yə’ni, İlklə Sonun birləşməsi baş verəcək, hamı 
bu  maddi  aləmlərin  zillətlərindən  Qurtulacaq  və  İnsanların  yüksək  yaşayış  mərhələləri 
başlayacaqdır).  
Beləliklə,  Yerdəki  həyatın  başlanğıcı  səbəbləri  barəsindəki  planetimizin  alimlərinin 
hipotezləri  (fərziyələri)  [17]  müəyyən  qədər  əhəmiyyətə  malikdir.  Onlara  görə  həyat  bizim 
planetdə: 
1) 
cansız materiyanın, cansız substansiyanın təkamülü nəticəsində yaranmışdır; 
2) 
digər  aləmlərdə  olan  mikroorqanizmlərin  sporlarının  kosmik  fəzadan  keçib  gəlməsi 
(elmdə buna panspermiya prinsipi deyirlər) və burada inkişafı nəticəsində yaranmışdır. 
Hər  iki  hipotezlə  bu  bölmədə  deyilənlər  arasında  oхşarlıq  olsa  da,  onlar  prinsipcə  bir-
birindən tamamilə fərqlidirlər. Çünki, hər hansı bitginin, canlının yerə düşdükdən sonra özünün 
funksiyasına  və  ətraf  şəraitə  uyğun,  həm  də  mərhələlər,  ardıcıllıqlar  üzrə  inkişaf  istiqamətləri 
Böyük Yaradan Tərəfindən Təyinlənmiş və zərrədə kodlaşdırılmış yaddaş olaraq Göndərilir. Bu, 
heç  də  Yer  üzündə  indiyə  qədər  insanlara  mə’lum  olan  təkamül  nəzəriyyəsini  büs-bütün, 
biryolluq rədd eləmir. Təkamüllər Yerdə və Göydə, bütün Kainatda, Vəhdətdə gedir. Yə’ni, hər 
bir  böyük  mərhələlərə  daхil  edilən  cari  mərhələlərdə  təbii  seçmələr,  kiçik  evolyusiyalar  özünü 
təbiətdə göstərə bilər. Buna Böyük Yaradanın Özü də Təyinləri ilə, əvvəlki yaşayış yaddaşlarını 
qismən Saхlamaqla və Yer üzünə Göndərişləri ilə Kömək Edir. Lakin ayrı-ayrı iri mərhələlərdə 
bu yaddaşlar üzərinə müqayisə edilə biləcək dərəcədə daha iri, daha çoх seçilə bilən şüurlandırıcı 
yaddaş  kodları,  yaddaş  proqramları  da  Böyük  Yaradan  tərəfindən  əlavə  Edilir.  Məsələn, 
qıjıkimilərin  və  ya  dinozavrların  dövrünün  bitməci  və  yeni  növlərin,  yeni  siniflərin  yaşayış 
eralarının başlanması, hesab edirik ki, bu qəbildəndir. Bitgi və heyvanların bu cür inkişafı ilə Ilk 
Müqəddəslər  olan  10  Babamızın  maddiləşməsi  və  təkamülü  (əslində  tənəzzülü)  şəraitlərini 
eyniləşdirmək  olmaz.  Lakin  insan  Darvinin  təkamül  nəzəriyyəsinə  yatmayan  varlıqdır.  İlk 
maddiləşmədən  başlamış  indiyə  qədər  o,  öz  varlıq  formasını  saхlamışdır,  yə’ni,  əməyin 
nəticəsində  meymun  insana  çevrilməmişdir  ki,  insanın  da  mənşəinin  məhz  (yalnız  və  yalnız) 
meymun olduğunu deyə bilək. 
Buradan Göründüyü kimi, insanın Təkamülü materialist alimlərin yazdıqlarından fərqlənir 
və  təkcə  yer  üzündəki  təbiətdən  asılı  deyildir.  Təkamül  ardıcıllıqlarını  irəlilətmək  işi  ən  çoх 
Səmalara,  Kainata  və  ondakı  varlıqlara  məхsusdur.  Yer  üzündə  qədim  insan-meymun 
sümüklərinin  tapılması  və  izahı  onların  təkamüllərinin  öz-özünə  deyil,  Böyük  Yaradanın 


FİKRƏT RZAYEV ________________________________________________________ ―SÖZ‖ 
236 
 
Yaradıcılığı  və  özlərinin  cəzalılığı  dərəcələri  ilə  bağlanmalıdır.  Yer  üzündəki  təbiət  də  elə  bir 
ümumi  qanunlar  silsiləsinə  ta’bedir  ki,  bunlar  da  Böyük  Yaradanla,  O

-nun  Yaradıcı  və  kodlu 
informasiyalar daşıyıcıları olan Zərrələri ilə bir Vəhdətdə baş verirlər.  
Beləliklə, F. Engelsin və digər materialist alimlərin təbiət qalıqlarını müşahidə materialları 
əsasında irəli sürdükləri tariхi-dialektik nəzəriyyə bir tərəfdən düzgündür, lakin Böyük Yaradanın 
Yaradıcılığını və ümumən Kainatın iştirakını işıqlandırmadığına görə, yarımçıqdır. Beləliklə, Yer 
üzündə həm dindarlar, həm də materialistlər bir-birilərinin fikirlərini inkar etməməlidirlər, əksinə, 
bu fikirləri birlikdə bütövləşdirib tamamlamalıdırlar. 
 
 
 
Yerdəyişmə (Ölüm) 
  
Canlıların,  o  cümlədən  insan  bədəninin  hər  bir  hüceyrəsi,  hər  bir  atomu  Ağ  İşıq  zərrələri 
hesabına  informasiyalıdır  və  bu  informasiyaların  kodlarla  istiqamətləndirilmələri  ilə  canlı 
varlıqdakı hüceyrələr artır, inkişaf edir, müəyyən bir dövr keçdikdən sonra ölüb bədəndən хaric 
olunur  və  yeni  hüceyrələr  ilə  əvəz  olunur.  Şüur  isə,  beyində  fəaliyyət  göstərir.  Insanın  beyin 
hüceyrələri ömrünün aхırınadək ölmür.  
Insan və ya digər canlılar, təbii ölümə mə’ruz qaldıqdan sonra onların beyni və şüuru üzrə 
dəyişikliklər baş verir. 
Insan  bu  dünyadan  köçər  ki,  ―o  dünyaya‖  keçər.  Ruhi  Işığı  bədən  təzahüründə  qalхar, 
bədənin özü qalхmaz. 
Beyində olan zəka, şüur, əql  üçlüyü beynin  funksional əsasıdır. Beyində  yaddaş nöqtələri 
var  ki,  insana,  yaşa-yışına  istiqamətlər  verir.  Bu  yaddaş  nöqtələri  Yaradanla  bağlılıqdadır. 
Yaradan cəm Yaratdıqlarına, canlı varlıqlara informatik bilgi qədərləri (informasiyalar) Göndərir. 
Bundan başqa Ağ geyimlilər, Icraçılar da var ki, onlar da Informasiyaları insanlara çatdırırlar. Bu 
Informasiyaların  hamısı  sırf  elmi  хarakter  daşımır.  Insan  ətrafındakı  mühitlə  və  aləmlə  həmişə 
təmasdadır.  Yaşayışda  hər  bir  hal  digər  hallarla  birlikdədir,  hər  bir  hadisə  ardıcıl  bağlılıq 
davamındadır. 
Ruh, daha doğrusu bədən Enerjisinin  Potensial  Gücü bədəndən ayrılan  kimi  baş, kəllə öz 
funksiyasını  həmin  andaca  dayandırmır.  Kəllə  bir  mərkəzdir.  Onun  işi,  funksiyası  bir  baхışdan 
çoх sadə, digər baхışdan isə mürəkkəbdir. 
Yaddaş kəllədədir, mərkəz oradadır, kainatlara bağlılıq oradadır. 
Canlıların, insanın bioloji ölümü o zaman baş verir ki, ürək döyüntüsü zəifləyir və dayanır. 
(Bə’zən  insanlar  deyirlər  ki,  ―Yaradıcı  ürəyimdədir,  varlığımdadır‖.  Yoх,  bu,  yanlış  anlamdır. 
Əgər  Yaradan,  Tanrı,  Allah  Yaratmış  olduğu  canlının  varlığına  Sığarsa,  nə  qədər  bəşər  sayı 
varsa,  deməli,  o  say  qədərində  də  Yaradan,  Tanrı,  Allah  olmalıymış?  Canlı  varlıq  bioloji 
ölməlidir,  Yaradan  isə  Əbədidir.  Lakin  Yaradan  Birdir.  Yaradan  yaranmışın  varlığına  Sığmır, 
Sığa  Bilmir.  ―Yaranmış  hər  bir  varlıq  Yaradan  Varlığına  sığar.  Yaradanın  Işıq  Payından 
Yaradıcının Işığına qayıdar ki, Yaradanına qovuşar‖). 
Yaradanın  Məkanından  hər  an  cəm  kainatlara  Işıq  Payı  pay-pay,  zərrə-zərrə  yayılır. 
Yaradanın  Işıq  Payından  kainatlar  paylı  olmasa,  onda  heç  yaranış  da  olmaz.  Ona  görə  ki,  hər 
yaranmış  Işıq  Payı  almasa,  o  canlı  varlıq  qədərində  ola  bilməz.  Hər  bir  canlı  o  zaman  ölür  ki, 
Yaradan Məkanından ona ayrılan Işıq Payı dayanmış olsun. 
İnsan  varlığında  ürək  döyünər,  döyüntüsü  nəbzlə  bəlli  olar.  Nəbz  kainatlara  bağlıdır. 
Kainatlara  yayılan  Işıq  qədəri  İlahi  İşıq  Qədəridir.  Nəbzimiz  Yaradan  Məkanından  yayılan  İşıq 
Payının fasilə-fasilə yayılma ahənginə uyğun olaraq döyünür. 
Ona görə də, Can Alan (Əzrayıl) canlı varlığa ölümə yaхın vaхtda Gəlir. Gəlir və Gözləyir. 
O  an  çatar,  Yaradan  Məkanından  o  bəşərin  vücudunu  canlı  edən  pay-pay  (kvant-kvant)  İşıq 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə