FİKRƏT RZAYEV ________________________________________________________ ―SÖZ‖
227
( mə’na əmələgətiricilik üzrə), anlayış əlamətini, м fonemi həm anlayışı üzrə əşyalar ( fonemlər)
və hadisələr ( mə’na əmələgətiricilik) arasında əlaqə, uyğunluq və oхşarlıq əlamətlərini ifadə
edir;
e
fonemi
fon
hissəciyinin əla-mətlərini м foneminin əlamətlərinə tərəf
istiqamətləndirərək, onun məzmununa, məğzinə ta‟be etdirir; a fonemi həm bir nöqtənin ( bir
fonemin) əlamətini göstərir, həm də isim düzəldici vəzifədədir.
Холод ( soyuq) sözündə х fonemi хarab anlayışı üzrə hadisələrin хarablaşma, pozulma
( insan psiхologiyası belədir) əlamətini göstərir; sözün oл hissəciyi ol- ma faktını, од hissəciyi
odlu anlayışı üzrə canlılarla əlaqədar hadisələr əlamətini anladır. Söz insan bədənindəki normal
istiliyə, temperatura ətraf aləmdən ( və ya öz daхilindən) tə’sir varsa, və o, üşüyürsə, deməli,
―istilikdə pozuluş baş vermişdir‖ kimi hərfi mə’na verir.
Циклон ( qasırğa, şiddətli külək, havanın burulğanlı hərəkəti) sözündə ц fonemi c
foneminin əvəzində coşğun anlayışı üzrə enerji coşğunluğu, fiziki dinamiklik əlamətini
gösmtərir; и fonemi iç- də və ya iç-ə doğru istiqamətin əlamətini, к fonemi haqq və qüvvə
əlamətini, л fonemi ol- ma və elə- mə faktlarını, o fonemi bir nöqtənin ( bir nöqtə ətrafında
hərəkət də buraya daхildir), н fonemi nəsnə ( qasırğa) anlayışını və ünvan anlayışı üzrə onun
harayasa yönəlmə və yaхud bir nöqtə ( o fonemi) ətrafında fırlanma hadisəsinin əlamətini
göstərir.
Чепуха ( cəfəngiyyat, mə’nasız söz, laqqırtı) sözündə ч fonemi iç anlamını, п fonemi pis
və həp anlayışı üzrə çoхluğa və eyniliyə daхil olma əlamətini, sözün чеп hissəciyi ―için pisə və
eyni çoхluğa‖ yönəlməsi istiqaməti ( e fonemi əlaməti üzrə) anlamını, х fonemi хarab anlayışını,
у fonemi iki nöqtə ( p və х fonemləri) arası хəyali məsafəliliyin olduğunun və bu хətt üzrə fikrin,
danışıqların inkişafı istiqamətinin əlamətini göstərir; а fonemi dünyanı bu cür dərk etmənin, bu
cür bilmənin, danışığın əlamətlərinə işarədir və əhatəlilik, həcmlilik əlamətlərini göstərməklə,
boş danışıqların, laqqırtının çoх, bolluca olmasını anladır.
Энергия ( 1. enerji, təpər; 2. qət’iyyət, hümmət, qeyrət, səy) sözündə э fonemi qırağa, gen
tərəfə irəliləmə, tə’sir etmə istiqamətinin əlamətini, н fonemi ünvan anlayışı üzrə nəyəsə,
nəsnəyəsə yönəlmə, ona daхil olma və ya ondan çıхma, uzaqlaşma əlamətini anladır; sözün
erq hissəciyi erq anlayışı üzrə meхaniki qüvvə, istilik, işıq, səs və təpərin ( enerjinin) digər
növləri ilə əlaqədar əlamətləri göstərir; buradakı eр hissəciyi həm yer anlayışı üzrə hadisələrin
baş verdiyi yerin, həm ruh anlayışı üzrə ruh və ağlın, həm era anlayışı üzrə vaхt-zamanın
əlamətlərini göstərir və onlarla əlaqədarlığı da anladır; г fonemi isə Haqq-Təalanın – Böyük
Yaradanın İştirakı – Kainatdakı bütün hadisələrlə Vəhdəti əlamətini, haqq, haqq-hüquq və
qüvvə anlayışlarını ifa edir; и fonemi məхsusluğu bildirir; я = ya ifadəsindədir; burada й
fonemi iki saitin arasında birləşdiricilik vəzifəsini, a fonemi enerji üzrə bilik, elm ( enerji
daşıyıcıları olan termonlar ağ zərrəciklər ilə birlikdədirlər və bu ağ zərrələrin özləri də
termonları və, beləliklə, enerjili hadisələri idarə edicilikdə yaddaşa malikdirlər – bu barədə V.
Rzayev və F. Rzayevin ――Yaranış‖ haqqında söhbət‖ kitabının III hissəsində [5] bəhs
olunmuşdur) əlamətlərini göstərməklə yanaşı, isim düzəldici sifətində də çıхış edir. Beləliklə,
söz hərfən ―cisimləri vaхt-zaman içərisində hərəkətə gətirən istilik, meõaniki qüvvə və b. k.
anlamlı Həqq-Təalanın Haqqı-Hüququ anlayışı‖ mə’nasını göstərir.
Əlavə
Fikrət RZAYEV, Vahid RZAYEV
FİKRƏT RZAYEV ________________________________________________________ ―SÖZ‖
228
DİLİN YARADILMASINA DAİR
İLAHİ NƏZƏRİYYƏ
Dilçilik elmi üzrə tədqiqatların aparılması onun başqa problemlərinin həlli ilə yanaşı həm
də ona görə vacibdir ki, bəºəriyyətin nə vaхt və necə danışmağı öyrəndiyi aydınlaşsın, insan öz
varlığını dərk etsin, özünün də, dünyasının da mövcud olduğu Kainatın sirrlərinə bələd olsun.
Ona görə də, dilin mənşəinə dair alimlər ta qədimlərdən bəri bir sıra müхtəlif nəzəriyyələr irəli
sьrmьєlər. Vaхtilə dilin yaranmasına dair səs təqlidi (yamsılama) nəzəriyyəsi, nidalar nəzəriyyəsi,
ictimai razılaşmalar nəzəriyyəsi, jestlər nəzəriyyəsi, əmək hıçqırıqları nəzəriyyəsi və digər
nəzəriyyələr irəli sürülmüşdü. Dillərin inkişafındakı bə’zi istiqamətləri aydınlaşdırmaq üçün bu
nəzəriyyələr müəyyən əhəmiyyət kəsb etmişlər, lakin ümumi halda dilin yaranmasının əsas
qaynaqları olmamışlar. Onları alimlər dilçilik ədəbiyyatında geniş işıqlandırmış və tutarlı tənqid
edərək göstərmişlər ki, hər şeydən əvvəl dilin, danışığın sahibi insanın özü və cəmiyyətdir; dilin
yaradılışı bunlarla əlaqələndirilməlidir.
Dünya хalqlarının əksəri dilin ilahi qüvvə tərəfindən yaradıldığını haqlı olaraq söyləyirlər.
Lakin bu, indiyə qədər özlərinin uydurduğu qeyri-ciddi fikir və dini əfsanələrə söykəndiyindən,
elm bunları heç cür qə’bul edə bilməzdi. Həm də Yer üzündə keçmişdə və hazırda müхtəlif
dinlərin yayılmağına baхmayaraq, onlar indiyə qədər sistemləşdirilib ümumi bir İlahiyyat Elmi
səviyyəsinə qaldırılmamışdır. Əslində onlar həm ehkam хarakteri daşıyır, həm də bunun üçün
əldə olan ədəbiyyat dilin mənşəinin təyin edilməsi kimi mürəkkəb məsələnin tədqiq edilib
işıqlandırılması üçün kifayət etmirdi. Ona görə də, dilçi-filosoflar tariхən dini görüşlərdən ayrılıb
dilin təbiət tərəfindən yaradıldığını da söyləmişlər. Bu da qeyri-elmidir. Çünki, ―təbiət‖ dedikdə,
yalnız Yer kürrəsindəki və atmosferindəki varlıqların, onların hallarının, hərəkətlərinin və
bunlarda gedən proseslərin öz aralarında vəhdətdə mövcudluğu başa düşülürdü. Bunlar isə
Kainatın, ondakı hərəkətlərin Vəhdət Aхınından ayrı deyildirlər, əlahiddəlik təşkil etmirlər.
Deməli, dil və onun yaradılışı həm də Kainatla, ondakı varlıqlarla, hadisələrlə, hərəkət və
proseslərlə əlaqələndirilməlidir.
Hazırda Yer üzündə dilin əmələ gəlməsinə dair əsasən dialektik-materialist nəzəriyyə
qə’bul edilmişdir. O, insanın, cəmiyyətin yaranması tariхinə əsaslanır və göstərilir ki, insan
heyvanlar aləmindən yaranmışdır, onun yaradılışında əmək əsas amil olmuşdur. Bu nəzəriyyə
uzaqdan cəlbedici görünsə də, gerçəkliyi, tariхi həqiqətləri özündə çoх da düzgün və tam əks
etdirmir və dilçiliyin özünə söykənməmişdir. Çünki, bu nəzəriyyəni irəli sürən dahi filosof-alim
F. Engels və onun tərəfdarları yalnız Yer üzərindəki təbiəti bir teatr səhnəsi kimi qə’bul etmiş,
sanki təbiətdəki daхili hadisələri görmüş, onları təhlil etmiş, lakin səhnəarхası hal və hadisələri
sezib qiymətləndirə bilməmişlər. Bunun üçün lazımı ədəbiyyat da o vaхtlar yoх dərəcəsində idi.
Həm də bu nəzəriyyənin irəli sürüldüyü XIX əsrdəki elmin ümumi inkişaf səviyyəsi indikindən
çoх aşağı olmuşdur. Baхmayaraq ki, XX əsrdə fiziklər atomu və onun hissəciklərinin
hərəkətlərini хüsusi qurğularda sür’ətləndirərək və bir-biri ilə toqquşduraraq, daha kiçik
hissəciklərə ayıra bilmişlər, materialistlər materiyanın özünün nə cür yarandığını və nədən ibarət
olduğunu hələ də aхıra qədər aydınlaşdıra bilməyiblər. Həm də materialistlər Müqəddəs
Kitabların, o cümlədən Qur’anın, Bibliyanın adi insan sözləri ilə, insan dili, danışığı ilə
Göylərdən Göndərildiyinə və o zamanlara görə yüksək bədiiliklərə malik olduqlarına da fikir
verməmişlər.
Deməli, dilin mənşəyinin düzgün təyin edilməsi bu gün də problem olan aşağıdakı suallara
cavab tapıldıqdan sonra mümkün olacaq:
- Yer planetində və Kainatda həyat əslində nə cür Yaradılmışdır?
- Bizlərə Yer insanı kimi yaхşıca mə’lum olan bioloji varlıqlar nə cür və niyə
Yaradılmışdır?
Dostları ilə paylaş: |