Fərman kəÐÈÌÇÀÄƏ



Yüklə 2,53 Mb.
Pdf görüntüsü
səhifə98/101
tarix07.08.2018
ölçüsü2,53 Mb.
#60921
növüYazı
1   ...   93   94   95   96   97   98   99   100   101

198
Dərvişlər də buradadı. Biri ömrünü sənə bağışladı. Qalanları da budu. 
Lələ də Cibo Səfərin tapılmağına sevindi. Həm canı qurtarmışdı, həm də onların Şamaxını 
yaxşı tanıyan öz adamları vardı. 
Qarşıda iki dağ dayanmışdı. Hər ikisi qızılı rəngdə idi. Otlar, kollar... Ağaclar saralmışdı. 
Bu  dağlardan  biri  qala  divarının  bürcündə  dayanan  İsmayıla  daha  yaxın  idi.  Ona  Pirdirəyi 
deyirdilər. Döşündən dolanan cığır yuxarıya, üstündə ağ bir tikili görünən yerə qalxırdı, həm də
düyünlənə-düyünlənə, əyilə-əyilə qalxırdı. O cığır nəhəng, bədheybət pəhləvanın atdığı kəmənd 
kimi ağ tikiliyə-pirə ilişmişdi və aşağı sallanmışdı. Pəhləvanın o kəməndi çəkməyə artıq taqəti 
qalmamışdı. 
Pirdirəyinin günbatan tərəfində isə onun yarısı enində, onunla bir hündürlükdə Qız qalası
dağı yüksəlmişdi. Onları biri-birindən dar bir dərə ayırırdı. Dərənin başı üstündə qayalar qartal 
dimdiyi  kimi  yaxınlaşmışdı,  amma  toxunmamışdı.  Qız  qalası  dağının  zirvəsində  əzəmətli  qala 
ucalırdı. O, Şirvanşahların indiyə qədər heç bir düşmən tərəfindən alınmayan Gülüstan qalası idi. 
İsmayıla elə gəldi ki, o ağ bürclər kinayə ilə güldüyündən Fərrux Yasarın açıq qalmış dişləridir. 
Ona  bir  əfsanə  də  danışmışdılar.  Həmin  əfsanəyə  görə  Gülüstan  qalasından 
Şirvanşahlardan hansınınsa oğlu kəmənd atıb, gecələr o kəmənddən tuta-tuta Pirdirəyinə keçir və
orada vəzirin qızı ilə görüşürmüş. İndi Pirdirəyindən qalaya kəmənd atıb qoşunu ora keçirmək 
olmazmı? Yox, bu mümkün deyil. Gülüstan doğrudan da alınmaz qaladır. Yaxşı ki, Fərrux Yasar 
orada  yoxdur.  Qoşunu  da  Pirqulu  dağındakı  Nağaraxanada,  bir  də  Qız  meydanındadır.  Onları
açıq döyüşə çağırmaq lazımdır. Yoxsa heç bir şey hasil olmayacaq. Fərrux Yasar orada gizlənsə
onu heç cür o daş yuvadan çıxarmaq mümkün olmayacaq. 
İsmayıl döndü və gördü ki... Yox, gördüklərinə inanmadı. Bu ola bilməzdi. O birisi bürcdə, 
ondan on beş, iyirmi addım kənarda onun elə özü dayanmışdı. İkinci bir İsmayıl. Bu nədir? Onu 
qaramı basır? Hamını sehrlədiyi yerdə özü sehrəmi düşüb? Əynindəki paltar da, üzündəki niqab 
da,  belindəki  kəmər  də  eynidir.  Olmaya  bu  ruhdur,  qaraçuxadır,  nədir?  İsmayıl  yaxınlaşdı.  Öz 
əksinə  yaxınlaşdı.  Elə  bil  güzgüdə  görürdü.  Yox,  bu  boyda  güzgü  ola  bilməzdi.  Bir  də  axı
güzgüdəki əks adamın düz gözlərinin içinə baxır. Bu isə üzünü döndərib. 
– Ey şəxs, sən kimsən?   
O dönüb baxdı və heç nə demədi. 
– Səninləyəm, mənə cavab ver. 
– Mən İsmayılam. 
Bu ola bilməz. O yuxuda deyil və hər şeyi aydın görür. Odur, qala divarının qotur daşı ilə 
bir balaca kərtənkələ qaçdı. Gülüstan qalasının üstündə isə, dağlarda topa, ağ buludlar görünür. 
Bir dəstə göyərçin uçub Cümə məscidinə tərəf keçdi. Bunlar hamısı həqiqətdi, hamısı ayıqlıqdı. 
Yuxu ola bilməz, heç ola bilməz. 
– Bəs mən kiməm? 
– Sən də İsmayılsan. Biz ikimiz də bir adamıq. Heydər oğlu İsmayıl. 
– Bu necə ola bilər? 
– Elə belə. Burada təəccüblü heç nə yoxdur.  
Lələ İsmayıla bir üz alma kimi oxşayan Xızıra elə dərs vermişdi, onu elə öyrətmişdi, elə 
təlqin  etmişdi  ki,  o  artıq  öz  adını  unutmuşdu  və  özünə  İsmayıl  demişdi.  Düzdür,  onda 
hökmdarlıq,  şeyxlik  ruhunu,  əqidəsini  qüvvətləndirməmişdi.  Bunun  ziyanı  xeyrindən  çox  ola 
bilərdi. 
Lələ  bu  oxşarlıqdan  daha  bir  məqsəd  üçün  istifadə  etməyi  lazım  bilirdi.  Şair  İsmayılın 
qəlbində kin və küdurət yox idi. O, ölüm hökmlərini verməyəcəkdi. O hökmlər lazım olan yerdə
Lələ ikinci İsmayıldan-Xızırdan istifadə edəcəkdi. Lələ İsmayılın dalınca qala divarının üstünə
çıxanda onları yanaşı gördü və sirrin açılmağı onu çıxılmaz vəziyyətdə qoydu. Artıq İsmayılla 
Xızır  üz-üzə  dayanıb  söhbət  edirdilər.  Lələdən  başqa  onları  biri-birindən  çox  az  adam  ayıra 
bilirdi. O, tez Xızırın qolundan tutub çadıra apardı. 
– Soyun bu libası. Sənə kim icazə verib ki, çadırdan çıxasan? 
– Özüm istədim. 


199
– Özün çox şey istəyirsən. Bizi elə pis günə salarsan ki, sonra özümüzü düzəldə bilmərik. 
Mən dediyim kimi. 
Geri qayıdıb əsl İsmayılla üz-üzə dayandı. Heydər oğlu İsmayıl Lələdən soruşdu: 
– Bu nə mö’cüzədi, Lələ? 
– Soruşma, mürşüdüm. 
– Yox, mən bilməliyəm. 
Lələ ona sirri açmağa məcbur oldu. O, İsmayılın qəzəblənəcəyini gözləyirdi, amma qəzəb 
yox, onda mülayim bir əhvali-ruhiyyə əmələ gəldi. 
Sən nə tədbirlisən, Lələ? – dedi. 
– Ayrı əlacımız yoxdu. 
Bu vaxt bir mürid içəri girdi və Lələyə dedi:   
–  Lələ  bəy,  Şirvanşah  Qəbələdən  qayıdıb,  Qaleyi  Buğurdla  Gülüstanın  arasında  –  Cəngi 
meşəsindədi. 
– Qoşunu çoxdu? 
– Bəli, bizdən çoxdu. 
– Qorxma, şir ürəkli müridimiz. Hər müridin qəlbində aslan yatıb, o aslan əqidəmizdi. Bu 
söhbəti də heç yerdə yayma. 
– Oldu! 
– Sən mürəxxəssən. 
O, İsmayılla bir fikrə gəlməliydi. Şamaxı onların əlindəydi. Şəhərdə qalıb Fərrux Yasarın 
hücumunu, mühasirəsini gözləmək onlar üçün ölüm demək idi. Şəhərdə heç bir azuqə yox idi. 
Suyun  yolunu  da  onlardan  yaxşı  bilirdilər.  Çatan  kimi  o  suyu  qurudacaqdılar.  Tezliklə
Şamaxıdan  çıxmalı,  döyüş  üçün  əlverişli  yer  seçməliydilər.  Bu  yeri  isə  o  tapmışdı.  Pirsaat 
çayının  sağ  sahilində,  Pirquludan  başlayıb  uzanan  dağ  silsiləsi  Cəbani  kəndi  yanında  qurtarır, 
təpəliyə  çevrilirdi.  Cəbaninin  üstündə  geniş  düzənlik  vardı.  Oradan  Nağaraxanaya,  Qız 
meydanına,  aşağıdakı  Şamaxıya  yol  vardı.  Haradan  qoşun  gəlsə  bu  düzə  qalxmaq  üçün  dağa 
dırmaşmalıydı.  Belə  bir  vəziyyətdə  onlar  üstünlük  əldə  edəcəkdilər.  O,  bu  fikirlərini  İsmayıla 
danışdı və onun gözəl sifətindəki ifadə razı olduğunu söyləyirdi. 
– Yaxşı fikirləşmisən. Bəs Fərrux Yasar qalada gizlənməyəcəkmi? 
–  Bu  qədər  qoşunu  o  qalada  gizlətmək  üçünmü  gətirib?  Gizlənməz.  O  bizim  də
qüvvəmizdən  xəbərdardır  yəqin.  Ona  görə  meydan  müharibəsinə  çıxacaq.  Qalada  gizlənsə, 
Şirvan əhlinin gözündən düşər. 
– Bu da düzgün fikirdi. Nə vaxt tərpənməliyik? 
– Qaranlıq düşən kimi. 
Qızılbaş sərkərdələri – Dədə bəy də, Qara Piri bəy də, Bayram bəy də, İlyas bəy də, Xadim 
bəy  də,  Əbdi  bəy  də  onun  fikri  ilə  razılaşdılar,  hava  qaralan  kimi,  qızılbaş  qoşunu  şəhərin 
gündoğan darvazalarından çıxıb Cəbaniyə yol aldı. 
Cəbani  düzündə  payızın  qızılı  rənglərini  yazda  olduğu  kimi  yenə  də  qırmızı  rəng  əvəz 
elədi. Elə bil lalələr açmışdı. Qızılbaş qoşununun on iki ləçəkli atlas çalmaları lalələrə bənzəyirdi 
və bir azdan bu lalələrin çoxusu solacaqdı, amma qırmızı rəng daha da artacaq, taxılı biçilmiş bu 
düz  al  qırmızı  boyanacaqdı  və  yəqin  ki,  hələ  neçə  illər  bundan  sonra  da  orada  xışla  torpağı
çevirib dən səpməyəcəkdilər. 
Qədim  qəbiristanlıqla  üz-üzə  dayanan  təpədə  ağ  çadır  qurulmuşdu  və  orada  qırmızı
qızılbaş bayrağı dalğalanırdı. İsmayıl burada idi. Aşağıdakı düzdə isə qoşunun ehtiyat hissələri 
düzülmüşdü.  Yuxarıda  isə  ön  dəstələr  səf  çəkmişdi.  Lələ  bəy  sərkərdələrlə  yanaşı  dayanmışdı. 
Onlar sağ tərəfdəki Qız meydanında göründülər. Ora Şirvan qoşunlarının məşq yeri idi. Qarşıda 
Pirqulu dağı görünürdü, oradakı Nağaraxanada Şirvanşahın qoşunu cəm olmuşdu və hərdən bir 
əsən  meh  o  qoşunun  yanında  çalınan  qara  zurna  və  nağaranın  sədalarını  gətirib  çıxarırdı.  Bu 
sədalar döyüşə çağırış demək idi. 
Cəbani  düzündə  qızılbaş  qoşunu  dayanmışdı.  Ortada  Dədə  bəyin  varsağı  tayfası,  sağ
cinahda  Qara  Piri  bəyin  sərkərdəliyi  ilə  qacar  tayfası,  Solda  Əbdi  bəyin  Ərzincandan, 
Ağbabadan  gətirdiyi  rumlu,  şamlı,  Ağbaba  igidləri  düzülmüşdü.  Bayram  bəy  Qaramanlının 


Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə