Fərman kəÐÈÌÇÀÄƏ



Yüklə 2,53 Mb.
Pdf görüntüsü
səhifə93/101
tarix07.08.2018
ölçüsü2,53 Mb.
#60921
növüYazı
1   ...   89   90   91   92   93   94   95   96   ...   101

188
Lələ isə bu gözəlliyi görmürdü. Bu yaşıllıqdan, çiçəklərdən, bahardan xəbər tutmamış kimi 
qırmızı,  üstündə  mamır  da  bitməmiş  qayanın  dibindəki  buğlanan,  isti  gölməçənin  kənarında 
oturub fikrə getmişdi və hərdən bir yerdəki ağ, kövrək daşları suya salır, onların qaynamağına 
baxıb tullayırdı. 
Yaz gələn kimi o məsləhət görmüşdü ki, Ərcivandan tərpənsinlər. Orada düşərgənin yerini 
hamı  bilirdi  və  hər  gün  sui-qəsd  gözləyirdilər.  Həm  də  üz-üzdən  utanır.  Rumlu  və  şamlı
tayfalarına özləri dəyib müridlərin sayını artırmalıydılar. 
Ölkənin,  səltənətin  iki  yerə  bölünməsi  nə  qədər  ağır  və  acı  olsa  da,  onların  məqsədə
çatmağını  asanlaşdırırdı.  Əlvənd  Mirzə  güclü  deyildi.  Fərrux  Yasar  da  təklənmişdi.  Yenə  də
onların fikri ilk dəfə Şirvan üstünə yerimək idi. Bunun üçün də şərait yetişmişdi. 
Ərcivandan  tərpənməmişdən  əvvəl  o,  müridlərin  arasında  sağ  gözü  titəlini  axtarmış,  bu 
nəm-nişanda  səkkiz  nəfər  tapmışdı.  Onların  arasında  isə  Şirvanşahın  göndərdiyini  ayıra 
bilməmiş,  əvvəl  hamısını  e’dam  elətdirmək  istəmiş,  amma  İsmayıl  onların  hamısına  aman 
vermiş, müridlikdən çıxarmaqla kifayətlənmişdi. 
Çox  da  böyük  olmayan  dəstələri  artıq  Göyçə  gölünün  kənarındaydı.  Qarabağı  adlamış, 
Tərtər  çayının  vadisi  ilə  isti  sular  qaynayan  Dəlidağa  gəlmiş,  Sarı  yer  yaylağından  Göyçə
gölünün  sahilinə  çıxmışdılar.  Buradan  isə  Cığın  vadisi  ilə  Çüxur  Səədə  enəcək,  Arazı  keçib 
Ərzincana gedəcəkdilər. 
Artıq Əyricə yaylağına köçlər düşmüş, alaçıqlar qurulmuşdu. 
Lələ birdən bir məsələyə məəttəl qaldı. Onun suya saldığı yüngül, kövrək, ağ daşlar qayaya 
dəyəndə yapışıb orada qalırdı. Bu ki, mö’cüzədi. O, yenə də daşı isladıb baxdı. İsti su dəyən kimi 
ağ  daşda  köpük  əmələ  gəlirdi.  Daşı  qayaya  tulladı.  Bu  da  yapışıb qaldı. Daşı suya batırmamış
atdı, qayaya yapışmadı. 
Geri  qayıdıb  İsmayılın  yanına  gəldi.  Onun  yenə  də  şe’r  aləminə  cumduğunu  görüb 
dinmədi.  Arxada  dayanıb  qollarını  qoynuna  qoydu.  Əyricə  yaylaqlarına  tərəf  baxdı.  Yaşıl 
təpələrin  üstündən  göyümtül  dağ  görünürdü  və  o  dağın  yamaclarında  qar  şırımları  yuxarıya 
getdikcə  nazilən  ağ,  iti  dişlər  kimi  dayanmışdı.  Aşağıdakı  təpələrdə  sürülər,  ilxılar  görünürdü. 
Düzənlikdə isə yaz yerdə işaran bulaqların qarışıb artırdığı ilan kimi əyri, gümüş kimi parıltılı bir 
çay axırdı, həmin çayın da hər iki tərəfində baldırğanlıqlar görünürdü. Buraya axşam çatmışdılar. 
Düşərgə  qurmuş,  yatıb  dincəlmişdilər.  Bu  gün  də  atlarını  yemləyib,  dinclərini  alandan  sonra 
səhər yola düşəcəkdilər. 
İsmayıl dönüb Lələni gördü. 
– Lələ, 
Qış getdi, yenə bahar gəldi,  
Gül bitdivü laləzar gəldi. 
– bəli, mürşüdüm. Təbiətin bahar, günahsız vaxtıdır. Dünyanın ən acizi olan gül-çiçəklərin 
belə xətrinə toxunmur təbiət.   
– Gözəl yerlərdi. Bu hansı dəryadı? 
– Bu Göyçə gölüdür. Suyunu bulaqlardan alır. Bu isə bal kimi şirindi. Onun Tirrix1 balığı
kimi dünyada dadlı balıq yoxdu. On- 
dan xeyli tutdurmuşam. Amma daha bir mö’cüzə də var. 
– Nədir o mö’cüzə? 
-------------------- 
1. Tirrix– (qızıl xamı balıq-ərəbcə) 
Lələ İsmayılı isti gölün kənarına gətirib daşın qayaya yapışmağını danışdı, göstərdi. 
– Doğrudan da mö’cüzədir. 
– Bu mö’cüzəni isə zamanın sahibinə Allah təala əta eləyib. 
O,  bu  mö’cüzədən  istifadə  eləməyin  yolunu  öyrənmişdi. Uzun yolda yorulub deyinənlər, 
Şirvana yox, yolu özgə səmtə çevirəndə narazı qalanlar vardı ki, onları inandırmaq lazım gəlirdi. 
Bu  fikrini  İsmayıla  danışandan  sonra  geri  qayıtdılar.  O,  müridlərin  arasında  olan  Dədə  bəyi, 


189
Qara Piri bəy, Xadim bəy Xulafanı, Bayram bəy Qaramanlını çağırtdırdı. Hər on müriddən birini 
ayırmağı tapşırdı. Mö’cüzə baş verəcəyini dedi. Amma sirri onlara da açmadı. 
Hər on nəfərdən biri ayrılıb isti gölün kənarına gələndən sonra, o üzünü bu adamlara tutub 
soruşdu: 
– Daş-daşa yapışar? 
– Yox, – deyə Dədə bəy cavab verdi. 
– Düzdür, bir-birindan ayrılan daşların hələ yapışdığını heç kəs görməyib. Amma zamanın 
sahibi  burada  sizə  möcüzə  göstərmək  istəyir.  Daş  qayaya  yapışacaq.  Mən  ürəyimdə  bir  niyyət 
tutmuşam. Bu niyyət də ondan ibarətdir ki, əgər mənim götürüb o qayaya atdığım daş dəydiyi 
yerə yapışıb qalsa, onda bizim getdiyimiz niyyət baş tutacaq və bizim zəfər sancağımız hər yerdə
dalğalanacaq. 
Hamı  təəccüblə  ona  baxırdı.  Lələ  əyilib  yerdən  bir  ağ  daş  götürdü.  Burada  ağ  daşdan 
qeyrisi də yox idi. Dua oxudu, onu suya salıb nələrsə dedi, sonra çıxaran kimi qayaya atdı və o 
daş yapışıb qayada qaldı. Heyrət nidaları eşidildi.   
– İndi o daşdan birini Dədə bəy atsın. Dədə bəyin atdığı daş da yapışdı. 
Lələ dedi: 
– O qayaya yapışanlar isə zamanın sahibinin atdığı daşlardı. Qara Piri bəy də, Xadim bəy 
də, Bayram bəy də daşlarını atsınlar, gedin hamıya danışın. Gətirib hamıya göstərin. Nəbadə ora 
daş atasınız. 
– Baş üstə, baş üstə, – deyə səslər eşidildi. Müridlərdən biri dedi: 
– Niyə atmayaq? 
– Zamanın sahibi belə buyurub. 
Onu yoldaşları dürtmələyib susdurdular. Hamısının kefi duruldu. Qızılbaş ağsaqqalları isə 
İsmayılın yanına qayıtdılar. Bu mö’cüzənin tə’sirindən danışdılar. Ona dualar elədilər. 
Bu vaxt müridlər bir nəfəri sürüyə-sürüyə gətirdilər. Lələ soruşdu: 
– Deyir ilxıları buraxıb otlaqlarımızı otarırsınız. Bilmir ki, bu kimin atlarıdı. 
Lələ bəy əmr etdi ki, onunla işləri olmasın, onu mehribanlıqla dilə tutdu: 
– Sən kimin adamısan?  
– Mən? 
– Bəli. 
– Sultan Hüseyni tanıyırsan?   
– Yox tanımıram. – Lələ doğrudan belə adam tanımırdı. 
– Necə? Göydən-zaddan gəlmisən? O kişi bu yerlərin ağasıdır. 
– Elə göydən gələn kimiyik. Bu Sultan Hüseyn kimlərdəndi? 
Qaraqoyunlu  hökmdarı  Cahan  şah  Həqiqi  vardı  ha,  Allah  ona  min  rəhmət  eləsin,  onun 
dost-doğma nəvəsidi. 
– Biz də qonağıq, torpaq basdı haqqını verərik. 
–  Onun  heç  nəyə  ehtiyacı  yoxdu.  Çəmənlərini  tapdamısınız.  Belə  şeydən  xoşu  gəlmir.
 
 
Lələ məsələnin ciddiliyini başa düşürdü. Cahan şahın nəvəsi indiyə qədər Ağqoyunluların 
əlindən qurtarıb qalıbsa güclü adamdır. Yəqin ki, köhnə kin-küdurət hələ də onun ürəyində qalıb. 
İndi  də  əlinə  imkan  düşəcək,  düşmənçiliyini  eləyəcək.  Axı  Şeyx  Heydər  də  Cahan  şah 
öldürüləndə  iştirakçı  olub.  Bunu  da  bilməmiş  deyil.  Ona  görə  də  buradan  tez  uzaqlaşmaq 
məqsədəuyğun olar. Lələ Sultan Hüseynin adamlarına pul verdi. Özünə də dedi: 
–  Gedərsən  ağanın  yanına,  deyərsən  burada  köç  salan  zamanın  sahibidi.  Allah  onu  yer 
üzünə  göndərib.  Heç  bir  qüvvə  onun  qarşısında  dayana  bilmir.  Vaxtı  varsa  onun  ziyarətinə
gəlsin. Yoxsa gec olar. Yaxşı, de görüm Sultan hüseynin mülkləri hardan haradı? 
–  Mülkləri  çoxdu.  Bu  Cığın  dərəsinin  başında  onun  ata-baba  kəndi  var,  Qaraqoyunlu. 
Oradan da o yana Çuxur Səədə qədər nə qədər kəndləri var, bu qədər də yaylaqları. 
– Yaxşı, indi get, mən deyəni çatdır. 
– Baş üstə. 
 


Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə