Fərman kəÐÈÌÇÀÄƏ



Yüklə 2,53 Mb.
Pdf görüntüsü
səhifə97/101
tarix07.08.2018
ölçüsü2,53 Mb.
#60921
növüYazı
1   ...   93   94   95   96   97   98   99   100   101

196
olunmalıydı. Bu titrətmə qorxu deyildi, namə’lumluqla qarşılaşmaq idi. Atasının qanı tökülən bu 
torpaqla ilk görüş idi. 
–  Sursatı  keçirmək  üçün  Mahmudabada  bir  dəstə  göndərmək  lazımdı.  Qoy  gəmiçilərin 
hamısını  bura  gətirsinlər.  Ağqoyunlu  sarayının  keçmiş  vəziri  Zəkəriyyə  Keçəçini  də  mənim 
hüzuruma. 
– O, bizə vaxtında yaxşı qulluq göstərib, – deyə Lələ dilləndi. 
–  Ərcivanda  olarkən  Şirvanşahın  adamlarının  Talış  xanının  yanına  getməyi  xəbərini  o 
göndərmişdi. 
Zamanın  sahibinin  isə  öz  fikirləri,  öz  ölçü-biçisi  vardı.  Əvvəla,  Şirvanda  məğlub 
olmayacağına  tam  əmindi.  Yəqin  eləmişdi  ki,  onun  cəsədi  də  burada,  ata  və  babalarının 
gömüldüyü torpağa basdırılmayacaq. Bundan ötəri onun dəlili vardı – Təbrizdən Fərrux Yasara 
heç  bir  kömək  göndərilməyəcəkdi.  Artıq  Süleyman  Bicanoğlu  yoxdu.  Əlvənd  Mirzə  özünü  – 
laxlayan taxtını qorumağa çalışır, həm də atalar üçəcən deyib. Bu isə üçüncü yürüşdü. Əgər o 
Şirvanşahı məğlub eləsə Təbriz üstünə yeriyə biləcək. Zamana sahib olmaq üçün bundan yaxşı
imkan  ola  bilməz.  Ona  görə  də  indidən  dövlət  işlərini  qaydaya  salmaq  üçün  bacarıqlı,  bilikli, 
təcrübəli adamlar lazımdı. Onun ətrafındakıların heç biri isə vəzirliyə yaramır. 
 
– Lələ, mən belə başa düşürəm ki, Şirvanın sünnüməzhəb camaatını şiəliyə də’vət eləyib, 
razı  olmasalar  qan  tökmək,  bu  Fərrux  Yasarın  qüvvələrini  artırar.  Biz  hələ  dözməliyik.  Necə
baxırsan bu işə? 
– Mürşüdümüz çox düz buyurur. Şamaxı böyük şəhərdi. Oraya adamlarımızı göndərib başa 
salmalıyıq. Deməliyik bizim düşmənimiz camaat yox, Şirvanşahdı. Belə bir təklif onların çoxunu 
bizim tərəfə keçirər. 
Axşam  buludlar  qızaranda,  günəş  qırmızı  kürə  kimi  Muğan  düzünün  üstündə  üfüqdə
solğunlaşanda bir dəstə atlı düşərgəyə qayıtdı. Bunlar Şirvan düzündə yolları yoxlayan, kəşfiyyat 
aparan  atlılar  idi  və  onlar  başında  təsək,  əyni  cır-cındır  içində  dərvişə  oxşayan  bir  adam  tutub 
gətirmişdilər. Onun əlində iri bir torba vardı. Onu Lələnin yanına apardılar. 
– Sən kimsən? 
– Mən Şirvanşahın ilan tutanıyam. 
– İlantutanı? 
– Bəli. 
– Neynirsən ilanı? 
– Satıram, hörmətli ali zat. 
– Neçəyə satırsan? 
–  İndiyə  qədər  ucuz  satırdım.  İndi  baha  satacağam.  İllərdən  bəri  gəzdiyim  əjdahalaşmış
gürzəni tutmuşam. – İlantutanın əllərində, ayaqlarında neçə çapıq vardı. 
Lələ təəçcüb elədi: 
– Şirvanşah özü ilan ola-ola, o ilanları neynəyir? 
– Əstəğfürulla, əstəğfürulla. Yavaş de bu sözü, səni də o ilanın yanına atar. 
Lələnin qanı qurudu, əlinin üstündəki tüklər dümdüz dayandı. İlanla qarşı qarşıya gəlmək 
həmişə onun bədəninə üşütmə gətirirdi. 
– Hanı bəs o əjdahalaşan gürzə? 
– Bu torbadadı. – O torbanın ağzını açmaq istədi. 
– Dayan. Bəs o gürzə səni çalmaz? 
– Məni o qədər çalıblar ha, indi çalanda ləzzət alıram. Tiryək çəkmiş kimi sərxoş oluram. 
Sonra da hər ləzzət ötüb keçir. 
Lələnin ondan zəhləsi getdi. Elə bu da ilan kimi bir şey idi. 
– İlan səni çalsa elə ilanın özü ölər. Şirvanşah bu ilanı nə eləyir, məni bir əməlli-başlı başa 
sal. 
Rəngi  hindlilər  kimi  qara  olan  bu  seyrəksaqqal  adam  kirli  barmaqlarını  uzadıb  təsəyin 
altında keçəl, təzə tüklənən ördək balası dərisinə oxşayan başını qaşıdı. 
–  Şirvanşah  ən  qatı  düşmənlərini  belə  ilanların  yanına  saldırır.  Bundan  yaxşı  cəza?  Bu 
gürzənin sorağını ona çatdırmışdım. Deyirdi onu tutub gətirsən sənə yüz tümən verəcəm. Deyir 


197
bu yanda, Ərdəbil tərəfdə onun çox qatı bir düşməni var. Ondan ötəri axtarırdı bu əjdahalaşan 
gürzəni. Bilirsən necə gözəl heyvandı, bu gürzə? 
– Lap ceyran kimi, hə? – deyə Lələ kinayə ilə soruşdu. 
–  Ceyran  nədi,  canım.  Bu  ceyrandan  min  dəfə  gözəldi.  Bu  da  o  qədər  qalıb  buynuz 
çıxardıb, o buynuzların arasında qapqara tük əmələ gəlib. Beləsinin dişi çatmağı ilə dəvənin süd 
kimi çürüməyi bir olur. Dəvənin əti, dərisi piltə-piltə olub tökülür. Belə zəhəri heç yerdə tapmaq 
olmaz. 
– Aparın, bunu rədd eləyin. İlantutanı dartıb apardılar. 
Lələ torbaya baxdı. Orada yatan ilanın iriliyi elə torbadan bilinirdi.   
– Bunu isə torbadan çıxarmamış yer qazıb basdırın. 
Bütün bunlardan sonra o, Fərrux Yasarın İsmayıla hazırladığı ölümün dəhşətini dərk elədi, 
bədəninə soyuq tər gəldi. 
Gecə Mahmudabaddan qayıdan dəstə ilə gəlmiş Zəkəriyyə Keçəçini səhər tezdən İsmayılın 
yanına  apardılar.  O,  sarayda  olan  vaxt  geydiyi  paltarını  geymiş,  başına  çalma  bağlamışdı. 
Çadırdan girən kimi gənc İsmayılın qarşısında əyilib torpağı öpdü. Namaz qıldığı möhürü öpən 
kimi. 
–  Qalx,  ey  müdrik  insan.  Ağqoyunlular  sənə  nə  deyirdilər,  desinlər,  mən  sənə  bir  ad 
verəcəm: Azərbaycanın açarı. 
Sonra  onlar  xeyli  söhbət  elədilər.  Dövlətin  quruluşundan,  vergilərdən,  maliyyədən, 
xəzinədən,  qoşunun  saxlanmasından,  ölkənin  abadlaşdırılmasından.  Axırda  Zəkəriyyə  Keçəçi 
dedi: 
– Ağacı içindən o qədər qurd yeyib ha, üfürsən yıxılar. Onun yerində təzə tingi əkilməsə
bardan-bəhərdən əlinizi üzün. O ting isə zamanın sahibidir. And içirəm Allah təalanın birliyinə, 
o daş qoyduğu yerə, mən baş qoyacam. 
Günortaya yaxın gəmiçilər, qayıqçılar da gəlib yetişdi. Sursatı daşımağa başladılar. 
Alınan  xəbərlərə  görə  Fərrux  Yasar  Şamaxıda  yox  idi,  qoşun  toplamaq  üçün  Qəbələ 
qalasına getmişdi. Onun qayıdacağı günə qədər elə bir döyüş meydanı seçmək lazım idi ki, orada 
yeddi  min  qazi  Şirvanşahın  yəqin  onlardan  qat-qat  çox  olan  qüvvələrinin  qabağında  dayana 
bilsin,  onu  əzib  pərən-pərən  salsın.  Pirsaat  çayının  yanı  ilə  gah  dağlara,  gah  çay  sahilinə  enən 
yolla  Şamaxıya  qədər  gəlib  çatdı.  Əvvəlcə  şəhərə  göndərilən  dəstə  adamları  sakitləşdirmək 
istəmiş,  amma  burada  çox  az  adam  tapmışdı.  Qızılbaş  qoşunu  bir  qılınc  çalmadan,  bir  ox 
atmadan, qədim Şamaxı şəhərinə girdi. İsmayıl atını bir-başa Cümə məscidinə sürdü və burda ilk 
dəfə namazda Həzrət Əlinin adını çəkdi. Namaz qurtarandan sonra o, sərkərdələrinin müşayiəti 
ilə şəhəri gəzməyə çıxdı. Bazarda bir inni-cinni yox idi. Arakəsmələr üstündə iri qırmızı qabıq 
gülöyşə narlar qalaqlanıb qalmış, bazar küp sınıqları, qab-qacaq, tərəzi gözləri, çəki daşları, mer-
meyvə  ilə  dolmuşdu.  Görünür  camaat  onların  gəlişini  eşidəndə  hər  şeyi  atıb  dağlara  qaçmışdı. 
Təkcə karvansarayda qapıları bağlayıb qorxularından tir-tir əsən slavyan, Xarzəm, hind, ərəb və
Təbriz tacirləri qalmışdı. İsmayıl onlara “aman” e’lan elədi, mallarını almaq üçün göstəriş verdi. 
Onlardan biri qorxa-qorxa irəli yeriyib vacib bir məsələni demək istədiyini bildirdi. 
– Buyurun, – deyə Lələ onu dinlədi. 
–  Bu  karvansaraya  yaxın  yerdə  bir  zindan  var,  orada  dustaqları  saxlayırdılar,  apara 
bilməyiblər. Üç gündü onlara mer-meyvəni, yeməyi bacadan mən atıram. 
Onun göstərdiyi yerdəki zindanın qapılarını sındırıb məhbusları çıxartdılar. Bu vaxt seyrək 
saqqalının uzanan təkəm-seyrək tükləri sinəsinə çatan bir arıq adam özünü Lələnin üstünə atıb 
onun ayaqlarını qucaqladı. 
–  Qurbanın  olum,  ay  Lələ.  Nə  yerdə  dadıma  çatmısan.  Lələ  xeyli  baxandan  sonra  Səfəri 
tanıdı. 
– Bu sənsən? 
– Mənəm, başına dönüm. 
 
Lələ də onu qucaqladı. 
– Səni bəs kim tutub bura salıb? 
– Əbih Sultan. Məni tutdurandan sonra özü qaçdı. 


Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə