Fərman kəÐÈÌÇÀÄƏ



Yüklə 2,53 Mb.
Pdf görüntüsü
səhifə100/101
tarix07.08.2018
ölçüsü2,53 Mb.
#60921
növüYazı
1   ...   93   94   95   96   97   98   99   100   101

203
Fərrux Yasar gördü ki, döyüşdə uduzub, özü də ələ keçə bilər, atın başını döndərib geriyə
çapmaq  üçün  hazırlaşdı.  Onun  ağarmış  kirpikləri  arasında  yaş  damlaları  göründü.  Qoca  vaxtı
belə  bir  döyüşdə,  evin  içində,  qoşunundan  çox-çox  az  qoşuna  məğlub  olmağı  onun  ürəyini 
kövrəltmişdi. Oğlanları yadına düşdü. Onlardan heç biri yanında yox idi. 
Atını  Nağaraxana  tərəfə  çapmağa  başladı.  Oradan  Ağsu  çayının  kənarındakı  möhkəm 
Buğurd  qalasına  sığınmaq  üçün  qaçırdı.  Gülüstana  qalxmağa  heç  bir  ümidi  yox  idi.  Yolları
qızılbaşlar kəsə bilərdilər. Amma çox çapa bilmədi. Qarşıdan üç qızılbaş çıxdı. O, atı döndərə
bilmədi.  Qılıncını  çıxardıb  vuruşmaqdan  başqa  çarəsi  qalmadı.  Amma  o  qocalmışdı, 
qarşısındakılar isə cavan müridlər idi. Onlardan biri gürzü atın başına necə endirdisə, atın dizləri 
qatlandı,  Fərrux  Yasar  atla  birgə  aşıb  düşdü,  ikinci  mürid  onun  qalxmağına  imkan  vermədi. 
Yəhərdən bir başa onun üstünə tullandı, xəncərlə başını kəsdi. Qalxıb atına tərəf gedəndə dönüb 
baxdı. Dəbilqəsi düşüb ağ saçları açılan Fərrux Yasarın bədənsiz başına baxıb fikirləşdi: “Mən 
niyə belə ixtiyara əl qaldırdım. Belə hərəkət heç bir cavana şöhrət gətirmir”. Bu vaxt iki qızılbaş
onların  yanından  beş-altı  Şirvanşah  döyüşçüsünü  atdöşü  eləyib  aparırdı.  Bu  yerə  çatanda 
onlardan  biri  hönkür-hönkür  ağlayıb,  o  birilər  də  fəryad  qopardılar.  Cavan  mürid  onların  bu 
hərəkətinə baxıb soruşdu: 
– Bunlara nə olub? 
– Nə oldu sizə? – deyə onları saxladı. Onlardan biri əlinin dalı ilə gözlərinin yaşını silib 
Şirvanşahın gözləri böyümüş atını göstərdi: 
– Şirvanın çırağı söndü? 
– Bu kimin atıdı? 
– Qibleyi aləmin, Şirvanşah Fərrux Yasarın. 
– Bu onun meyitidi? Onlardan dördü meyiti tanımadı. 
– Özünün sifətini görməmişdik. Atını tanıyırdıq. Beşincisi daha bərkdən hönkürdü. 
– Odur, odur!  
Cavan mürid dedi: 
– Ağla, ağlıyan günündü. 
Hava  qaralanda,  insanlar  qaraltılara  çevriləndə,  havada  hələ  də  qızartı  qalmışdı.  Yerdəki 
qırğının qanı səmaya da yaxılmışdı. Döyüş artıq qurtarmışdı. Təkcə iniltilər, bir də öz dəstəsinin 
müridlərini  səsləyən  onbaşıların,  yüzbaşıların  səsi  eşidilirdi.  Zamanın  sahibinin  qərargahında 
toplanış təbili çalındı. Sərkərdələr çadırın yanına gəldilər. Onların hamısı salamat idi. Lələ bəy 
də, Qara Piri bəy də, Dədə bəy də, Bayram bəy də, Qaramanlı da, Xadim bəy Xulafa da. Təkcə
İlyas bəyin sol əli yaralanmışdı. Hamı yorulsa da sevinc içindəydi. Dədə bəy isə dilxor olmuşdu. 
Muradı səhvən öldürməyi onu sarsıtmışdı, amma bunu heç kimə deməyi lazım bilmirdi. 
Çadıra girib Şeyx İsmayılı təbrik etdilər, ona daha böyük qələbələr arzuladılar. 
– Şirvanşah necə oldu? – deyə zamanın sahibi soruşdu. 
– Gördüm deyən yoxdu, görünür qorxusundan vuruşma meydanına gəlməyib.  
– Yerin altında da olsa belə tapılmalıdır.  
Yalnız səhərisi gün müridlər Fərrux Yasarın öldürüldüyünü deyib onun meyitini zamanın 
sahibinə göstərdilər. 
– Dəfn eləyin. Mənim daha heç bir arzum qalmadı. 
– Ey mürşüdümüz, bəs Əbih Sultanı nə eləyək? 
İsmayıl  təpənin  üstündə  dayanıb  döyüş  meydanına  baxırdı.  İnsan  meyitləri  üst-üstə 
qalanmışdı.  Düzəngah  başdan-başa  qan  içindəydi.  O,  hələ  belə  qanlı  döyüş  görməmişdi  və  bu 
gördükləri onu sarsıtdı. 
– Bu qədər qan bəs deyilmi, Lələ? 
– Axı o böyük günah sahibidi. 
– Düzdür, amma Cəbanini şəhidlərin qanı suvarıb. Onun murdar qanı bura tökülməyəcək. 
Həmin gün Cəbaniyə daha bir şəhidin qanı axdı. 
 Səfər  ölənlərin  arasında  Muradın  meyitini  axtarırdı.  Bir  qızılbaşla  bir  şirvan  döyüşçüsü 
qardaş  kimi  qucaqlaşıb  ölmüşdü.  Görünür  ağrı  onları  biri-birinə  mehribanlaşdırmışdı.  Üst-üstə
qalanan  meyitlərin  arasından  keçdi.  Birdən  inilti  eşitdi.  Neçə  meyiti  kənara  atdı,  səs  aydın 


204
eşidiləndə  o  üzü  üstə  onların  üstünə  düşdü.  Yaralı  bir  Şirvan  əsgəri  axırıncı  gücünü  toplayıb 
xəncərini onun böyrünə sapladı, özü də yıxılıb bir daha tərpənmədi. Səfər Muradı tapmamış özü 
də  meyitə  çevrildi  və qanı axıb Şirvan torpağına hopdu.  İsmayıl Xətai üç gün Cəbanidə qaldı. 
Şirvanlıları  qızılbaşlardan  ayırtdırmadı.  Hamısını  bir  qəbiristanda,  bütün  adət-ən’ənə  ilə  dəfn 
elətdirib cənazə namazlarını özü qıldı. 
Artıq Şamaxı əhalisi dağlardan, kəndlərdən evlərinə qayıtmışdı. Üçüncü gün yetmiş nəfər 
Şamaxı ağsaqqalı əllərində Qur’an ona iltimasa gəlib Şirvan camaatına aman diləyəndən sonra o, 
şəhərə varid oldu: 
Mülayim  bir  qış  gəlib  keçdi.  Həmin  qışı  İsmayıl  Mahmudabadda  keçirtdi.  Qoşunun  bir 
hissəsi  isə  bütün  bu  vaxtda  Bakı  qalasını  mühasirəyə  almışdı.  Xəbərlərdən  mə’lum  olurdu  ki, 
Qazi  bəyin  arvadı,  Fərrux  Yasarın  gəlini  qalanı  təslim  eləmək  istəmir.  Nəhayət  o,  İlyas  bəyə
kömək olaraq Xadim bəy Xulafanı göndərdi, özü də tab gətirməyib Bakı qalasına gəldi. 
Boz,  quru  təpələrin  arasındakı  qala  dənizə  sığınmışdı.  Möhkəm  bürcləri  vardı.  Uzaqdan 
baxanda  möhtəşəm  Qız  qalası  görünürdü  və  o  qalanın  üstündə  həmişə  adam  görmək  mümkün 
idi.  Ona  danışdılar  ki,  həmin  o  adı  bilinməyən  şir  ürəkli  qadın  Qız  qalasının  üstündə  dayanıb 
baxır, bürcləri gəzir, hamını ürəkli olmağa çağırır. Qadının igidliyi neçə aydan bəri mühasirədə
olan kişiləri də qeyrətə gətirir. 
Zamanın  sahibinin  gəlməyi  qızılbaş  qoşununu  da  həvəsləndirdi.  Neçə  vaxtdan  bəri 
qazdıqları lağıma barıt doldurub quzey tərəfdəki bürclərdən birini partlatdılar. Amma üç gün bu 
uçuqdan şəhərə girə bilmədilər. Şəhər əhli həmin yerə keçə tutmuşdu. Yaxına gedənlərin üstünə
qaynar qır tökür, bardaqlara doldurulan neftə od vurub aşağı tullayırdılar. 
Döyüşə baxan Şeyx İsmayıl Xətai Lələ bəyə dedi: 
–  Bura  oddu-alovdu.  Bu  gəlin  qayınatasından  igid  və  cəsarətlidir.  İndidən  ona  aman 
verirəm.  Şəhər  alınanda  onun  ləyaqətinə  toxunan  bir  hərəkəti  kim  eləsə  başı  bədənindən 
ayrılmalıdır. 
– Bəs?!! 
İsmayıl tərs-tərs Lələyə baxdı. 
– Gəlindəki bu qəhrəmanlıq əsl sərkərdələrə layiqdir. Düzdür, o mənim elçimi də öldürüb. 
Amma o cəzaya yox, ənam verilməyə layiqdir. Əhsən onu doğan anaya. 
– Belədirsə onda bu bir qalaya görə niyə bu qədər qoşunu güdaza veririk?  
– Şirvanın möhkəm qalası Bakı alınmalıdı. Fərrux Yasarın əsas xəzinəsi də buradadır. Onu 
ələ keçirməsək sonrakı işlərimiz fəna olar. 
Üçüncü gün günortadan sonra qızılbaş qoşunu qalaya girdi və axşama yaxın Şirvanşahlar 
sarayı da, Qız qalası da onların əlində idi. Xəzinə də ələ keçmişdi. Qala qapıları taybatay açıldı. 
İsmayıl Qızılqanadın üstündə şəhərə girdi. Burada da onu şəhər ağsaqqalları qarşıladı. Duz-çörək 
gətirdilər.  Damlardan  onun  atının  ayaqları  altına  neçə  örpək,  çadra  atdılar.  O,  Şirvanşahlar 
sarayını gəzdi, sarayın yanındakı məsciddə namaz qıldı. İlk dəfə bu məsciddə Bakı üləmalarının 
yanında “Məhəmmədin Rəsul illah, Əliyən Vəliyullah” nidaları eşidildi. 
Bu  vaxt  Bakı  axundu  yerindən  qalxdı,  özünü  saxlaya  bilməyib  əllərini  yuxarı  qaldırıb 
qışqırdı. 
– Dinimizə toxunmayın, Əli Məhəmmədin valisi deyil. 
– Bu, Bakı axundu Mirzə Xəlilullah idi. 
Namaz,  ibadət  pozulmuşdu.  Lələ  bəy  göstəriş  verdi,  həmin  üləmanı  məsciddən  çıxarıb 
divanxanaya apardılar. Sanki bütöv bir daşdan tökülmüş divanxananın hər tərəfə açıq eyvanları
vardı və aşağıda dayanan qızılbaşlar, Bakı əyani-əşrəfləri burada baş verənləri görürdü. Axundun 
başı  divanxananın  zirzəmisindəki  deşikdən  çıxarılmışdı.  Lələ  bəyin,  qızılbaş  ruhanilərinin 
ayaqları  altında  görünən  bu  ağ  saç-saqqallı  axundun  ağarmış  dodaqları  tərpənir,  o  Qur’andan 
surələr oxuyurdu. Lahicanda olarkən İsmayıla şəriət dərslərini keçən Qazi Şəmsəddin Gilani onu 
istintaq eləyirdi. Onların ikisi də bir yaşda idilər, saç-saqqalları da bir-birinə bənzəyirdi. Amma 
birinin başı çox hündürdəydi, o birinin başı çox aşağıda. 
– Qayıt Allah yoluna, Əlini vali bil, şiəliyi qəbul elə, Yezidə, Müaviyəyə lə’nət oxu, yenə
də Bakı qazisi ol. Yoxsa... 


Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə