Fərman kəÐÈÌÇÀÄƏ



Yüklə 2,53 Mb.
Pdf görüntüsü
səhifə94/101
tarix07.08.2018
ölçüsü2,53 Mb.
#60921
növüYazı
1   ...   90   91   92   93   94   95   96   97   ...   101

190
Demək onların keçəcəkləri yollar onun mülkləridir. Buna görə də işlər çətinləşirdi. Amma 
bilmək  olmaz.  Bəlkə  də  İsmayılın  Ağqoyunlular  əleyhinə  olduğunu  bilsə,  fikrini  dəyişər,  ona 
kömək eləyər. Hər halda qazdan ayıq olmaq lazımdır. 
– Ya mürşüdüm, mö’cüzə göstərdiyin yerə ad qoymalıyıq. 
– Ad. Tut niyyəti, at daşı. 
 
– At daşı! 
Onların qayaya daş atdıqları yerin adı “At daşı”* qaldı. 
Gün əyiləndə Sultan Hüseynin adamları gəldi. Onlar uzaqda atdan düşdülər. Piyada gəlib 
Lələnin qabağında baş əydilər. 
– Biz Sultan Hüseynin adamlarıyıq. Onun yazdığı naməni sahibi əz zamana gətirmişik. 
– Özü gələ bilmədimi? 
– Özü tədarük görür.   
Lələ naməni almışdı. Diqqətlə onların sifətinə baxdı. 
– Nə tədarük? 
– Onun mülklərinə bu cür müqəddəs qonaq gəlib. Bir sürü qoç kəsdirir. Xörək hazırlatdırır. 
Axşama  hamınızı  qonaq  çağırır.  Bayram  eləmək  istəyir.  Sultan  Hüseynin  bu  gün  qaşqabağı
açılan gündür. Xəbəri eşidən kimi gülümsədi. Hələ onun gülümsəməyini heç kim görməyib. 
“Onun  qaşqabağı  niyə  tutqundu?  Nə  üçün  qaraqabaqdı?  Bunun  səbəbi  nədir?”  Həyat 
Lələni  elə  imtahanlara  çəkmişdi,  elə  sınaqlardan  keçirmişdi  ki,  o  artıq  heç  kimə,  heç  nəyə
inanmırdı. Çox vaxt xoş təbəssümdən, ürəkdən qopan gülüşdən belə şübhələnirdi. Hələ sifətini 
görmədiyi Qaraqoyunlu hökmdarlarının qohumlarından da şübhələnməyə başlamışdı, qaraqabaq 
adamın gülməyi onu heç açmırdı. 
O, elçiləri İsmayılın yanına aparmadı. Çadırın ağzında, keşikçilərin yanında gözlətdi. Özü 
girib naməni İsmayıla oxudu. Yavaş səslə oxuyurdu eşitməsinlər. 
Sultan Hüseyn Pərani naməsində İsmayıla öz itaətini bildirir, onu zamanın sahibi kimi, əsl 
Təbriz taxtının padşahı kimi tanıdı- 
------------------------ 
* Ermənistan SSR, Martuni rayonunda qəsəbə. 
ğını yazırdı. Çox böyük nəzakətlə onu öz obasına-Sultan yurduna* də’vət eləyirdi. 
Sənin məsləhətin nədir, – İsmayıl Lələdən soruşdu. 
– Nə dostun, nə düşmənin al dilinə aldanmaq olmaz. 
Qonaqlığa Piri bəylə, Bayram bəy getsinlər. Dədə bəy qalsın, mən də qalacam, Xadim bəy 
qalsın. Üzr istəyib deyərlər zamanın sahibi soyuqlayıb. Gələ bilmədi. 
 
Belə  də  elədilər.  Çeşt  vaxtı  Piri  bəy  Qacarla  Bayram  bəy  Qaramanlı  yüzə  qədər  mürid 
götürüb Sultan Hüseyn Pəraniyə qonaq getdilər. 
 
Onların  atlarını  tutdular.  Özlərini  bu  qonaqlıq  üçün  tikilmiş  iri  mağar  evinə  çağırdılar. 
Süfrədə quş südü də tapmaq mümkün idi. Baş tərəfdə sol ayağını qatlayıb, sağ dizini qaldıran, iri 
gözlərindən nə desən oxunan Sultan Hüseyn oturmuşdu. Deyəsən bu gözlər kimi isə hərisliklə
axtarırdı.  Amma  istədiyini  tapmadığına  görə  heç  kimə  marağı  qalmamışdı.  Laqeydliklə  “xoş
gəlmisiniz” dedi. Qonaqlar oturdu. Piri bəyi isə onun yanında oturtdular. 
– Bəs mən zamanın sahibini görmürəm axı. 
– Zamanın sahibi laməkandı. O həm burdadı, həm də burda deyil. O eyni vaxtda iki yerdə
görünə bilir. 
– Necə, necə? 
– Bəli, bunu bütün ölkə bilir. Nə yaxşı xəbər tutmamısan? – Kötük kimi möhkəm, gur səsli 
Qara Piri bəy cavab verdi. 
Xəbər indi tutmuşam, indi də bizi saymadı. 
– Ay Sultan Hüseyn, onun pişvazına hökmdarlar gəlib, görməyib geri qayıdırlar. Bu gün 
bir mö’cüzə göstərib. Bundan sonra o heç kəsə görünmür. 
– Nə mö’cüzə? 
– Daşı atır daşa, yapışır biri-birinə. 
– Elə şey olmaz. 


191
– Şahidi bizik, – müridlər də bir yerdə səslərini qaldırdılar. 
– Yə’ni bu İsmayıl Şeyx Heydərin oğlu deyil? 
– Bəli – deyə Bayram bəy başladı – Məhəmməd Əleyhəsalam  
peyğəmbəriydi,  atası  peyğəmbər  deyildi  ha.  Özünə  də  peyğəmbərlik  nə  az,  nə  çox,  qırx 
yaşında əta olunmuşdu. Düzdü, ya düz-  
----------------------- 
* Bu ad indiyə qədər yaşayır. 
deyil? 
– Düzdü, – Sultan Hüseyni də belə tezlikdə inandırmaq çox çətin iş idi. O belə bir günü 
çoxdan axtarırdı. Babasını öldürmüş Uzun Həsənin nəvəsi gəlib onun torpağına çıxmışdı. Köhnə
qan  intiqamını  almaq  onun  ən  müqəddəs  arzusu  idi.  Amma  heç  vaxt  fikirləşməzdi  ki,  belə  bir 
imkan düşəcək. Belə fürsəti isə heç cür əldən vermək fikrində deyildi. 
– Yaxşı, indi zamanın sahibinin məqsədi nədi? 
 
Qara Piri bəyin gur səsi eşidildi.  
– Onu biz bilmərik. Ona vəh yuxuda gəlir. O vəhdə nə buyurulubsa, o da elə hərəkət eləyir. 
Bircə onu bilirəm ki, üzünə bağlı qapı yoxdur. 
 
– Yaxşı, bismillah eləyin. 
 
Hamı  “bismillah”  deyib  yeməyə  girişdi.  Sultan  Hüseyn  Pərani  də  uzun,  iri,  kök 
barmaqlarını sinidə təpə kimi qalanmış, qarlı dağa oxşar plova endirib bir tərəfini uçurdu, iri-iri 
tikələri  əli  qabdan  ayrılmamış  açılan  yekə  ağzına  apardı.  Bu  yeməyi  o  İsmayılın  ehsanı  kimi 
ürəkdən,  cani  dildən  və  iştahla  yeyirdi.  “Eybi  yoxdu,  qoy  o  gəlməsin,  səhərə  yaxın  onu  öz 
çadırına  büküb  gətirmək  mənə  borc  olsun.  Qurban  olum  tanrının  işlərinə  heç  kimi  heç  kimə
borclu qoymur. Səbri çox genişdi. Hərləyir, fırlayır, gətirib məqamı yetişdirir”. 
Onun  ata  babasını  qaraqoyunlu  sultanı  Cahan  şah  öldürüb.  Uzun  Həsən  taxta  çıxanda  o, 
Əmir  Teymurun  nəvəsi  Sultan  Əbu  Səidin  sayəsində  taxta  çıxmağa  çalışsa  da  bacarmamış, 
nəhayət,  onun  yolu  kəsilib  əsgərləri  xəstəlikdən  və  aclıqdan  öləndə  adamlarını  yığıb  aradan 
çıxmış, var-dövləti, xəzinəni yığıb Çuxur Səəd tərəfə qaçmışdı. 
Göyçə gölü yaylaqlarından Ağrı dağının vadisinə enən çayın lap başlandığı yerdə kiçik bir 
kənd  salıb  adını  da  Qaraqoyunlu  qoymuşdu.  Vedidən  buraya  ensiz  bir  cığır  qalxırdı.  Kəndin 
ətrafında qala, istehkam qurulmamışdı. Nəhəng bir qayanın kölgəsinə sığınan kənd elə qala kimi 
möhkəm  idi.  Kənddən  yuxarıya  qalxanda  isə  dağların  piyaləsində  gözəl  bir  göl  insanı  heyran 
qoyurdu. Bu göl isə onların qətl yeriydi. Düşmənlərini diri-diri bu gölə atardı. Ona görə də gölün 
adı “Qanlı göl” qalmışdı. 
Vedi çayının başlanğıcında Kolanlı tayfasına yer vermişdi, onlar kənd salmışdılar. Burada 
oturaq həyat keçirən köçəri tayfası Ağqoyunlulardan qaçaq düşən qoluydu. Yayda heyvanlarını
yarım mənzillik yoldakı Əyircə yaylaqlarına qaldırar, qışda buraya endirərdilər. 
Aşağılarda isə Camışbasan, Məngük, Dəhnəz, Qarabağlar adlı kiçik kəndlər vardı. Atla bir 
günorta yol sürəndə Ağrı dağının ətəyindəki Çuxur Səəd düzənliyi başlayırdı ki, burada da Vedi 
kəndi  vardı.  Amma  onun  ixtiyarı  bu  yerlərə  çatmırdı.  Vaxtilə  Şərqin  yarısını  tutan  Əmir 
Teymurla baş-başa gələn Qaraqoyunluların son nəsli kiçik bir çay vadisinə sığınmışdı. 
Bütün bunları fikirləşəndən sonra Sultan Hüseyn öz-özünə dedi: 
Fil  ən  böyük  heyvandı.  Siçan  da  dünyanın  ən  gücsüz  məxluğudu.  Ancaq  fil  onun  əlində 
acizdi.  Qulağına  girib  onun  beynini  didib  dağıdır.  Bu  gün  bayram  günümüzdü.  Babam  Cahan 
şahın heyfini nəvəsi onun düşməni Uzun Həsənin nəvəsindən alacaq. O zamanın sahibini qanlı
gölə atıb boğmaq mənim boynuma. 
Gecə düşmüşdü. Qonaqlıq qurtaranda o qızılbaşları çıxıb özü yola saldı. Təpənin üstündən 
uzaqda iri tonqallar qalanmış İsmayılın düşərgəsinə baxdı. 
“Eybi yoxdu, işığının sönməyinə çox qalmayıb”-dedi. 
O  bütün  obalardakı  əli  silah  tutan  adamlarını  yığmış,  dərənin  birində  hazır  olmağı 
tapşırmışdı.  Səhərə  yaxın,  yuxunun  şirin  vaxtı  atları  çapıb  çadırlarda  yatanları  qılıncdan 
keçirəcək, İsmayılı diri tutacaqdı. 


Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə