Fərman kəÐÈÌÇÀÄƏ



Yüklə 2,53 Mb.
Pdf görüntüsü
səhifə96/101
tarix07.08.2018
ölçüsü2,53 Mb.
#60921
növüYazı
1   ...   93   94   95   96   97   98   99   100   101

194
həmişə  açıq  olsun.  Qaradağ  Qarabağa,  Qarabağ  Şirvana  qarışsın.  Mən  bütün  qapıları  açmağı
özümə məqsəd seçmişəmsə, Xudafərin körpüsü də açıq olar, inşallah. Onun üstündən keçən dəvə
karvanları Gəncəyə, Şamaxıya, Dərbəndə, oradan isə uzaq-uzaq ölkələrə gedər. 
Məndən  qərinə-qərinə  böyük  olan  körpü,  allah  sənə  bundan  sonra  da  qərinələrlə  ömür 
versin, qonaqlı-qaralı olasan. Üstündən keçənlər əskik olmasın”. 
O soruşub öyrənmişdi ki, Arazdan da böyük Kür çayında körpü yoxdur. Şirvanşahlar onu 
həmişə özlərinə keçilməz sədd seçiblər. Üstündən körpü sallayıblar. Muğanda, Cavad kəndində
bir bərə varmış. Gəlib-gedənlər həmin bərəylə keçirmiş. İndi o bərəni də söküb atıblar. “Heçim 
ayrı, köçüm ayrı” deyiblar. Hərə üzünü bir tərəfə tutub. Oğuz eli gör neçə yerə bölünüb. Hərə bir 
dərədə  bəydi.  Qaradağlının  qarabağlıdan,  gəncəlinin  şirvanlıdan,  şamaxılının  təbrizlidən  xoşu 
gəlmir. Axı tarix başlayanda onlar bir ata-ananın övladları olublar. Sonra hər dərənin bəyi özünü 
hamıdan üstün tutub. Bir ocaqdan çıxan qardaşlar düşmən kəsilib, hərə evinin üzünü bir səmtə
tikib. İndi o qardaşları yenə ata evinə yığmaq lazımdır. Bu çox çətin işdir. Ağır məramdı. Neçə
dərə bəyini aradan götürmək, neçə-neçə tayfaları sakitləşdirmək, nə qədər qanlar tökmək lazım 
gələcək.  Buna  görə  qar-daş  qardaşın  qanını  tökməli  olacaq.  Amma  bütün  bunlara  baxmadan 
kimsə belə bir müqəddəs işə girişməlidir. Oğlanları düşmən, asi kəsilən ata evdən çölə çıxmağa 
xəcalət  çəkir.  Bəs  evləri  dağılan  başbilənlər  nə  fikirləşiblər?  Axı  bu  ən  böyük  şərəfsizlik, 
namussuzluqdur.  Çingiz  xan  gəlib  buranı  öz  ölkəsinə  qatıb.  Əmir  Teymur  gəlib  belə
eləyib.Təkcə  Uzun  Həsən  o  birliyə  çalışıb.  Ondan  sonra  gələnlər  isə  dağıdıb  töküb,  ölkəni 
mahal-mahal, şəhər-şəhər, kənd-kənd, ev-ev, adamları bir-birinə düşmən eləyib. Hamısı da İran-
İran  deyib.  Bəs  mənim  doğulduğum,  dilində  danışdığım,  şe’r  söylədiyim  millət  necə  olub?  O 
birdimi? Yox, o yox kimidi. Hələ ki, tayfalardı. Ustaclıdı, qacardı, əfşardı, bəydillidi, nə bilim nə
qədər  dili  bir,  qanı  bir  tayfa  var.  Hələ  ki,  bir  adımız  da  yoxdu.  Onların  hamısı  birləşib  bir 
olmalıdı.  Azərbaycan  olmalıdı.  Düzdür,  bu  tayfabazlıq  hələ  çox  çəkəcək.  Amma  o  birliyin 
başlanğıcını bu gün qoyuram. Mən başlayıram. Bu Xudafərin körpüsündən, bu Araz çayından. 
Bacararam, dünyanın ən xoşbəxt bəndəsiyəm. Bacarmaram, heç. Ya allah, səndən mədəd. 
O, atını birinci olaraq körpüyə sürdü. Yəhərdən sulara baxırdı. Dalğalar onun baxışlarını
alıb özü ilə aparır, o yenə baxışlarını bir az yuxarıya qaldırırdı. Elə bil suyun axınına qarşı axan 
üzgüçüydü. Su ondan güclüydü, o sudan. Araz onun baxışlarını axıtmağa nə qədər can atsa da 
təslim olmurdu. Onun başı yüngülcə hərlənirdi və o özündə sərməstlik hiss eləyirdi. Arxadan səs 
eşitdi. Lələ dedi: 
– Suya çox baxma, mürşüdüm. 
İsmayıl başını qaldırdı və Xudafərindən bir az yuxarıda uçuqları qalmış möhtəşəm körpüyə 
baxdı. Onu görünür bundan da xeyli əvvəl tikmişdilər. Bu çay üstündən demək əvvəllər də körpü 
salanlar  olub.  Amma  zaman  da,  çərxi-fələk  də  dəhşətlidir.  Heç  bir  şeylə  hesablaşmır.  Sökür, 
dağıdır, götürüb aparır. Ən yaxşı niyyətlər, işlər də körpü kimi kərpic-kərpic daş-daş uçurulub. 
Tikən, quran, davam elətdirən isə olmayıb. 
Yox,  zaman  dağıdırsa,  təzə  nəsillər  də  gəlir.  O  nəsillər  dağılanları  düzəltməli,  yenilərini 
tikməli, bərpa eləməli, işə elə başlamalıdı ki, çərxi-fələk özü aciz qalsın. Bir adama, bir nəslə, bir 
tayfaya  gücü  çatar.  Bütün  insanlığa  isə  çətin.  Bir  şərtlə  ki,  o  insanlıq  getdikcə  kamilləşsin, 
nurlaşsın, öz nuru ilə zülmətdən yarananları belə işığa çevirsin. 
İndi Şirvanşah Fərrux Yasarın üstünə gedirik. Bu yeddi minlik süvari qazilərin fikrində bir 
şey  var.  Hamısı  elə  bilir  mən  atamın  qanını  almağa  gedirəm.  Bunun  üçün  canlarını  verməyə
hazırdı.  Onların  çoxusu  bir  daha  bu  körpüdən  geriyə  keçməyəcək.  Babam  Cüneyd  kimi 
doğulduğu  yerdən  uzaqlarda  dəfn  olunacaq.  Nə  olar,  vətən  hamımızın  beşiyi  və  hamımızın  da 
məzarıdır. Onu qanımızla sulayıb, sümüyümüzlə bərkitməsək heç vaxt möhkəm və barlı-bəhərli 
olmaz. Amma bu adamlara desəm yox, mən atamın qan intiqamını almaq yox, hamını bir yerə
yığmaq  istəyirəm,  onda  çoxusu  könüldən  düşəcək,  yarı  yoldan  geri  qayıdacaq.  İnsan  xilqəti 
belədir də. Xırda, kiçik məqsəd yolunda ölümə gedir, böyük məqsədi isə başa düşmür. 
Mən  babam  Şeyx  Səfiyyəddinin  batin  əqidəsini  açsam  bu  özünü  ölümə  verənlər  məni 
daşqalaq  eləyər,  hamısı  üz  döndərər.  Baxmayaraq  o  əqidə  daha  gözəl,  insanlar  üçün  daha 
vacibdi. Bu qədər tayfaların fikrini bir eləmək naminə gərək onları bir təriqətdə birləşdirək. Ya 


195
hamı  şiə  olmalıdı,  ya  da  sünnü.  Sünnü  olmağa  mən  heç  cür  razılaşa  bilmərəm.  Günbatanda 
Bəyazid  onda  bizi  öz  içində  əridər.  Əksər  əhali  şiə  olduğuna  görə  sünnüləri  də  şiəliyə
çağırmalıyam.  Özgə  heç  bir  yol  görmürəm.  Şirvan  isə  sünnülərdi.  Onlar  da  bu  təriqətdən  əl 
çəkməyəcəklər.  Bir  evdə  isə  bir  adət,  bir  ən’ənə  olmalıdır.  Olmasa  onda  ağız  deyəni  qulaq 
eşitməyəcək. 
Qızılbaş qoşunu Qarabağa keçəndən sonra onlar bələdçilərin məsləhəti ilə Araz qırağı ilə
Kürün  Arazla  qovuşduğu  yerə  tərəf  irəlilədilər.  Kürü  yalnız  burada  keçmək  mümkün  idi. 
Quraqlıq keçən yaydan sonra payızda su azalmalıydı. Kürdə isə Qoyun ölümü adlı yer vardı. Nə
vaxtsa  sürünü  buradan  keçirmək  istəmiş,  lal  axan  Kür  onların  hamısını  aparmışdı.  Amma 
buradan atlı qoşunlar çox keçmişdi. İndi də ən əlverişli yer elə bura idi. 
Bayram  bəy  Qaramanlını  Şeyx  İsmayıl  əvvəlcə  göndərmişdi.  Tapşırmışdı  ki,  çayı  keçib 
düşərgə  salsınlar.  Yəqin  ki,  onun  Şirvan  üstünə  getməyindən  Fərrux  Yasarın  xəbəri  vardı  və
Kürün  sahilinə  qoşun  göndərmişdi.  Geciksə  də,  tezliklə  göndərə  bilərdi.  Kürü  keçəndən  sonra 
onların gəlməyi o qədər də təhlükəli deyildi. 
İsmayıl  ətrafındakılarla  bərabər  Qoyun  ölümünə  yetişdi.  Qazilər  namaza  dayanmışdı, 
Bayram  bəy  isə  atını  Kürün  sahilində  saxlayıb  sulara  baxırdı.  Gömgöy  payız  suları  sakit  bir 
axınla elə axırdı ki, onun axdığını da hiss eləmək mümkün deyildi. 
“Suyun  lal  axanı,  adamın  yerə  baxanı”-deyə  o  fikrindən  keçirir,  atını  sulara  vurmaq 
istəmirdi.  Qazilər  isə  buraya  çatandan  namaz  qılırdılar.  Allahdan,  onun  yerdəki  rəsulundan  bu 
sudan,  Kürdən  keçməkdə  kömək  istəyirdilər.  Bayram  bəyi  xəcalət  təri  basmışdı.  O,  Mürşüdün 
tapşırığını yerinə yetirməmişdi. Qorxmuşdu. Öz canından qorxmuşdu. 
İsmayıl çatdı, ağ Qızılqanadını onun yanında saxladı. Niqabın altından onun səsi eşidildi: 
– Bayram bəy, sən bir qaşıq qanından ötəri bir qaşıq sudan qorxdun. Bəs daş qalaları necə
alacaqsan? 
– Günahkaram, mürşüdüm. 
– Eyb eləməz, sənin günahını mən yuyaram. 
O, heç kimlə məsləhətləşmədi. Bir az sulara baxdı. Baxdı görsün burulğanlar yoxdurmu? 
Düzdür, o burulğanlardan çox çıxmışdı. İndi odun içindən salamat çıxan suda boğulmayacaqdı
ki...  “Kürün  bu  yerindən  babam  Cüneyd  də  adlayıb,  atam  Heydər  də  dəfələrlə  keçib.  Mən  də
keçməliyəm. Mən keçməsəm, heç kim keçməyəcək”. 
O,  Qızılqanadın  yalını  tumarladı.  Ürəyində  dedi:  “Qoy  bu  çayın  üstündən  salınacaq 
gələcək “Xudafərin körpüsü” əvvəl sən ol. O körpüdən isə əvvəl mən keçim. Ya Allah, səndən 
mədəd”. 
İsmayıl  Qızılqanadı  Kürə  sürdü.  Bütün  qoşun  dayanıb  ona  baxırdı.  Lələ  də  nə  edəcəyini 
bilmirdi.  Nə  onu  geri  qaytarmağa,  nə  də  onunla  getməyə  ürəyi  gəlirdi.  Lələ  ilk  dəfə  qorxub 
çəkinirdi. O, qışqırsa, İsmayılı dayandırmaq istəsə qazilərin ürəyindəki inama xal düşərdi. Özü 
isə  hələ  belə  dərin  çaylar  keçməmişdi.  O,  fikirdə  ikən  Qara  Piri  bəy,  Dədə  bəy  də  atlarını
İsmayılın  dalınca  sürdülər.  Lələ  də  atını  tərpətməli  oldu  və  özünü  elə  danladı  ki,  “nədən 
qorxdun,  niyə  çəkildin,  niyə  özünü  itirdin?  Axı  sən  qılıncdan,  nizədən,  zəhərdən,  qurulan 
torlardan qorxmamısan”. 
Qızılqanadın təkcə yəhəri və yəhərdə möhkəm və inamla oturmuş İsmayıl görünürdü. Atın 
yuxarıya qaldırdığı başı suyu yarıb keçir, burun pərələrindən çıxan hava suyu ətrafa çiləyirdi. 
Lələ də atını suya vurdu. O görürdü ki, Qara Piri bəyin atı Qızılqanaddan aşağıda, Dədə
bəyin  Alapaçası  isə  yuxarıda  üzür.  Onun  da  kəhəri  çaya  girdi  və  Lələ  hiss  elədi  ki,  atının 
ayaqları torpaqdan üzüldü, amma heyvan özünü itirmədi, suda üzməyə başladı. O, çayın ortasına 
çatanda  artıq  Qızılqanad  qarşı  sahildə  dayanmışdı.  İsmayıl  üzünü  Kürün  o  biri  sahilindəki 
qoşuna tərəf tutub əli ilə işarə verirdi ki, qorxmasınlar, özlərini suya vursunlar. 
İsmayılın  bu  qorxmaz  hərəkəti  bütün  qoşunu  Arandan  Şirvana  keçirdi.  Qoşunun  dalınca 
gələn kəl qoşulmuş arabaları da, içindəki sursatı da keçirmək lazım idi. 
Bir  anda  yovşan  iyi  bürümüş  Kür  qırağı  düzənlikdə,  Kür  qırağındakı Toğay meşəliyində
çadırlar quruldu. Zamanın sahibi sərkərdələrini ətrafına yığıb məsləhətə başladı. Onun bədənində
yüngül  bir  titrəyiş  vardı.  İlk  dəfə  Şirvan  torpağına  ayaq  basmışdı.  Bütün  tale  burada  həll 


Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə