Fərman kəÐÈÌÇÀÄƏ



Yüklə 2,53 Mb.
Pdf görüntüsü
səhifə95/101
tarix07.08.2018
ölçüsü2,53 Mb.
#60921
növüYazı
1   ...   91   92   93   94   95   96   97   98   ...   101

192
–  Həmin  gecə  Sultan  Hüseyn  yatmadı.  Tonqalların  sönməsini  gözlədi.  Tonqallar  isə
sönmək, öləzimək bilmirdi. Dan yeri sökülməyə başlayanda o atına süvar oldu. 
– Ya Allah, səndən mədəd, – deyib atını sürdü. 
Çadırlara çatanda onun adamları qıyya çəkə-çəkə çadırların tənəflərini doğramağa başladı. 
Tənəf  kəsiləndə  çadır  yatır,  içəridəkilər  oradan  çıxmağa  macal  tapmır.  Özü  isə  İsmayılın  ağ
çadırına  cumdu.  Qılıncla  çadırı  doğrayıb  özünə  yol  açdı.  İçəriyə  düşən  tonqal  işığında  heç  nə
görmədi. Qurulu çadırların heç birində bir ins, bir cins yox idi. 
Lələ  hazırlığını  çoxdan  görmüşdü.  Qonaq  gedənlər  qayıdan  kimi  çadırlar  boyda  qaladığı
tonqallara təzədən odun atdırıb bələdçinin dalınca sakitcə Vedi çayının vadisinə enib sür’ətlərini 
artıraraq  Çuxur  Səədə  tərəf  çapmışdılar.  Aldandığını  görən  Sultan  Hüseyn  bığlarını  çeynəyir, 
qılıncla çadırın dirəyini doğrayırdı. 
Çadırın  qapısı  açıq  idi.  Keşikçilərin  arasından  qəribə  bir  mənzərə  görünürdü.  Böyük  bir 
çiçəklik  idi.  Elə  çiçəklik  ki,  heç  Göyçə  gölü  kənarından  geri  qalmırdı.  Amma  orada  hər  şey 
zümrüd rəngindəydi. Burada isə bütün düzənlik və təpələr qırmızı rəngdə lalədən başqa heç nə
görünmürdü.  Bu  laləlikdə  bir  cəhlim  düşmüşdü.  Kimsə  o  laləliyi  pozub  onun  dərinliyinə
getmişdi. 
Lələ görürdü ki, İsmayıl təbiətin gözəlliyindən cuşa gəlir. Ona görə də onun çadırını elə
qurdururdu ki, yalnız təbiət gözəlliyi görünsün. 
Kağızmandan, Ərzincandan keçib Sarıqaya yaylaqlarına gəlmişdilər. Bura elə bir yerdi ki, 
bütün  Rum  elinin  qızılbaşları  buraya  yığılırdı.  Artıq  xeyli  vaxtdı  burada  məskən  salmışdılar. 
Bütün  qızılbaşlar  toy-bayram  eləyirdilər.  Tayfa  başçıları  onların  yanına  gəlir,  qoşun  toplayır, 
səfərə  hazırlaşırdılar.  Çadırın  qabağındakı  laləliyə  isə  heç  kim  toxunmamışdı.  Bu  gözəlliyi 
İsmayıl  üçün  qoruyub  saxlayırdılar. Laləlik qurtaran yerdə isə haça qaya qalxmışdı, o qayanın 
haçasından isə şəlalə tökülürdü.  
Bəs  birdən-birə  bu  cəhlimi-laləlik  arasında  bu  cığırı  kim  açdı?  İsmayıl  özünü  saxlaya 
bilməyib çadırdan bayıra çıxdı. Lələ bəy onun yanında yox idi. Keşikçilər isə heç nə demədilər. 
İsmayıl  laləliyin  arasındakı  cəhlimlə  xeyli  getdi. İri laləliyin qırçınlanan ləçəkləri arasında  şeh 
piyalədəki  bulaq  suyu  kimi  dayanmışdı.  Ləçəkləri  düşən  lalələrin  iri  xaşxaşları  görünürdü. 
Lalələr o qədər hündür idi ki, onlar İsmayılın qırmızı qızılbaş çalması ilə bərabər dayanmışdı. O, 
yeriyir,  cəhlimdə  heç  kimi  görmürdü.  Bu  cəhlim  çayın  kənarına  çatanda  şəlalənin  çaya  dönüb 
axdığı  dərə  göründü!  O  dərəyə  neçə  yerdən  bulaqlar  qarışırdı.  Bulağın  birinin  başında  isə  lalə
içində  itmiş  bir  məxluq  oturmuşdu  və  İsmayıl  onun  kim  olduğunu  ayıra  bilmədi.  Yavaş-yavaş
yaxınlaşdı. 
Bulaq yerdən qaynayırdı. Suyun axını qum boyda qızıl danələrinin qumu, çınqılı qaldırıb 
onlarla oynayır, göllənir, axıb nilufərlərin arası ilə gedirdi. O suda lalədən libas geyinənin şəkli 
görünürdü. İsmayıl onun sifətini elə suda gördü. Ona iri qara gözlər baxırdı. O gözlərin üstündə
qara qaşlar çatılmışdı. Yanaqlarına isə elə bil lalə yarpağı yapışdırmışdılar. 
– Sən kimsən ay qız? 
Qız başını qaldırıb suda əksini gördüyü gözəl oğlana baxdı və gülümsədi. Amma heç nə 
demədi. 
– Mən sənin adını soruşuram. Eşitmirsən məni? 
– Zamanın sahibi adımı bilmir?  
Bu qız da elə İsmayıl yaşda idi. 
– Mən zamanın sahibiyəm. Sənin adının sahibi deyiləm. 
– Adım, Bəhruzədi. 
– Kimin qızısan? 
– Əbdi bəyin. 
İsmayıl ona ağır söz demək üçün gəlmişdi. Amma onu görən kimi fikri dəyişdi. Belə qıza 
sözmü demək olar? Həm də o heç vaxt öz yaşıdı qızlarla söhbət eləməmişdi. 
– Bəhruzə bəyim. Bəs bilmirsən bu laləliyə heç kim girmir? 
– Bilirəm. Mənim xoşum gəldi, girib o lalələri dərdim. Onsuz da üç-dörd günə xaşam olub 
töküləcək. Laləni saxlamaqmı olar? 


193
İsmayıl ona deməyə söz tapmadı. 
– Sənə icazə verirəm. Bu laləlik sənin. Nə qədər dərirsən, dər. 
 
Lələ  arxada  dayanıb  onların  söhbətinə  qulaq  asırdı.  Özü  də  gülümsəyirdi.  Əbdi  bəy  də 
gəlib  onunla  yanaşı  dayananda  Lələ  öskürdü.  İsmayıl  dönüb  onlara  baxdı.  Başı  ilə  hər  ikisini 
salamladı. Əbdi bəy qızını bulağın başında, lalə çələngləri arasında görüb dedi: 
– Ay şeytan, səni bayaqdan axtarmırıq?! 
– Zamanın sahibi indicə laləliyə girməyə özü icazə verdi. Heç yerdə lalə qalmayıb. Bura 
isə məni buraxmır. 
– Olmaz! 
–  Olar,  qoy  nə  qədər  istəyir  toplasın,  –  deyə  İsmayıl  Əbdi  bəyə  baxdı.  –  Tək  Bəhruzə
bəyim, başqa heç kim. 
Bu  söhbətlərdən  Lələ  də, Əbdi bəy də xeyli eyhamlar oxudular. Hər ikisi də görürdü ki, 
yeniyetmə İsmayılın qəlbində ilk cəhlim salan Bəhruzə bəyimdi. 
Geri – çadıra qayıtdılar. Lələ İsmayıla xəbər verdi ki, şamlı, rumlu, tərəkəmə, əfşar, qacar, 
varsaq  tayfalarından,  bir  də  Qaradağ  sufilərindən  ibarət  yeddi  min  mürid  toplanıb  və  səfər 
təbilinin çalınmasını gözləyirlər. 
– Nəhayət ki, bütün tayfalarımız bir yerə yığıldı. Çox şükür. Onlara mürid yox, qazi adı
verərəm.  Əqidə,  inam,  məqsəd  yolunda  ölümə  gedən  qazi.  Daha  bizi  vaxt  gözləmir.  Fərrux 
Yasarın üstünə yerimək məqamı yetişib. 
Çadıra  bütün  qızılbaş  ağsaqqalları  toplanmışdı.  Əbdi  bəylə  yanaşı  burada  Ustaclı
tayfasının başbiləni Məhəmməd bəy Ustaclı da oturmuşdu. Bu, ilan boğazından keçən cəld, odlu 
baxışlı,  ucaboy  və  zərif  bir  gəncdi.  Lələ  bəy  ona  baxıb  gözləriylə  nəyəsə  işarə  verdi  O, 
danışmağa başladı. 
– Mürşüdümüz izn versə bir kəlmə deyərdim. 
– Buyurun. 
– Əli qılınc tutanlarımız süvar olub. Bu müqəddəs iş üçün öz canlarından keçməyə hazırdı. 
Elatlarda qalır qocalar, uşaqlar, bir də arvadlar. Bir basqın olsa, onlar kimsəsiz qalacaq. El-elatla 
da gedə bilmərik. Buna bir əncam çəkmək lazımdır.  
Əbdi bəy də o deyəni təsdiq elədi. Amma eyni vaxtda İsmayıla da toxunan söz deməmək 
üçün  onun  tərəfinə  keçdi.  –  Bu  səfər  çox  çəkməz.  Bir  ayda  Şirvanşahı  çığnayıb  geri  dönərik, 
inşallah. 
– Məhəmməd bəyin dediyində həqiqət var. Onları başsız qoyub getmək də kişilikdən deyil. 
Mənim bir təklifim var. – Bundan sonra o, İsmayılın qulağına tərəf əyilib xeyli pıçıldadı, onun 
razılığını alandan sonra dedi: – Rum Sultanı Bəyazid Ağqoyunlulardan çox çəkib. İndi onların 
başını qatan belə bir qüvvəyə arxa durmağa hazır olar. Odur ki, əgər zamanın sahibi ona namə
yazıb bu elatları qanadları altına almağı rica buyursa, o çox güman ki, razı olar. Hamı bu fikirlə
razılaşdı. 
ŞİRVAN SƏFƏRİ 
Qızılbaş  qoşunu  qayaların  arasından  çıxanda  qarşılarında  Araz  çayı  göründü.  Payızın 
durulmuş,  mavi  suları  üstündən  qırmızı,  qurumuş  qan  rəngində  bişmiş  kərpicdən  körpü  bu 
taydan o birisi taya uzanırdı. İsmayıl körpünü görəndə üzündəki niqabı qaldırdı. Onun gözlərinin 
giləsinə  diqqətlə  baxan  olsaydı,  orada  Xudafərin  körpüsünün  yüz  dəfələrlə  kiçildilmiş  əksini 
görə bilərdi. O, körpünün tağlarını saydı. 
– Bir, iki, üç... On üç. 
Bəli,  onun  öz  yaşı  da  on  üç  idi.  Amma  heç  kim  ona  bu  yaşı  verməzdi.  O,  xeyli  böyük 
görünürdü. Əlləri də irəlmişdi, sifətindəki ifadə də yaşlanmışdı.  
Bu  tağlar  mənim  yaşım  qədərdi.  Görünür  bu  yaxşı  əlamətdi.  Qoy  bu  körpünün  ustadına 
afərin deyən xuda da mənə afərin desin. Həmişə başımın üstündə dayansın. Məni ömrüm bu çaya 
oxşayan  burulğanlardan  sağ-salamat  keçirsin.  İlk  dəfədir  ki,  Xudafərindən  keçirəm.  Bu  yol 


Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə