Fərman kəÐÈÌÇÀÄƏ



Yüklə 2,53 Mb.
Pdf görüntüsü
səhifə92/101
tarix07.08.2018
ölçüsü2,53 Mb.
#60921
növüYazı
1   ...   88   89   90   91   92   93   94   95   ...   101

186
Qorxudan  nitqi  qurumuş  uşağı  alıb  buraxmış,  onu  isə  Lələnin  yanına  gətirmişdilər. 
Əhvalatı da olduğu kimi ona danışmışdılar. 
– Sən kimsən? Hardan gəlmisən? 
Əlini qulağına aparıb kar olduğunu, eşitmədiyini bildirmişdi. Bir də sözləri bərkdən təkrar 
eləyəndən sonra demişdi. 
– Biləsuvar tərəfdənəm, qadan alım. 
Bəs bu nə işdi, sən tutursan? O körpə uşağın nə günahı var?  
– O uşaq mənim belimdən gəlib, qadan alım. Sahibi zamana qurban demişəm.  
– Nəyə görə? 
– Necə yə’ni nəyə görə? Zülm ərşə dayanıb. Onnan evdə onu da var. Hamısı da acından 
ölür. Ən gözə gələnini qurban deyib gətirdim. Qoy biri qurban getsin, o biri uşaqlar heç olmasa 
zamanın sahibinin kəramətindən çörək tapsınlar. 
– Bir qoç gətirin, – deyə Lələ göstəriş vermişdi. 
Qoçu  gətirmiş,  Lələ  məcbur  etmişdi  ki,  atası  uşağını  qurban  kəsdiyi  yerdə  qoçu  qurban 
kəssin. Bundan sonra ona pul da vermişdi. 
İndi get uşaqlarını dolandır, zamanın sahibinin kəraməti onların ruzusunu yetirər. 
–  Yox,  qadan  alım.  Heç  yerə  gedən  deyiləm.  Bu  lap  İsmayıl  qurbanına  oxşadı.  Bundan 
sonra mən onun qurbanıyam. Özümü qurban verməsəm gözümə yuxu getməz. 
Həmin  kişini  düşərgənin  aşpazlarına  qəssab  vermişdilər.  Qoyunları  kəsir,  soyur, 
doğrayırdı. Hamı bu fikirdəydi ki, onun kimi sadiq ürəklə Ərcivana gələn olmayıb. Öz işindən 
əlavə, odun yarır, qazanların altını yandırır, su daşıyır, xırım-xırda işləri də cani-dildən görürdü. 
Təmizliyinə, səliqə-səhmanına görə ona yeməkləri daşımağı da ümid eləmişdilər. 
Bu  yağışlı  gündə  aşpaz  çardağın  altında  dəm  almış  plovu  ocaqdan  düşürüb,  o  birisi 
nimçələrdən fərqlənən çini qaba aş çəkdi. Başı nəyəsə qarışdı. Amma o qabın yanından kiminsə
qaraltısının keçməyinə əhəmiyyət vermədi. Amma qayıdanda özündə nəsə bir narahatlıq duydu. 
Ürəyi  nədənsə  döyünməyə  başladı.  Başını  qaldırıb  odun  doğrayan  kişini  gördü.  Deyəsən  o  da 
nədənsə narahat idi və gözucu aşpaza baxırdı. Aşpaz onu əlinin hərəkəti ilə yanına çağırıb, çini 
qabı  aparmağı  ona  tapşırdı.  Kişi  bir  an  tərəddüd elədi, sonra aş çəkilmiş qabı götürdü. Plovun 
istisi  keçəndə  əlləri  əsdi.  Bir  an  duruxdu  və  yeridi.  Amma  elə  bil  hər  ayağına  bir  putluq  daş
bağlanmışdı. Gedə bilmirdi. Aşpaz da bunu hiss eləmişdi. Ocağın yanından ucu qırğı burnu kimi 
qabağa  əyilmiş  dəhrəni  götürüb  yavaş-yavaş  onun  dalınca  getdi.  Çadıra  çatmamış  birdən-birə
dedi: 
– Dayan! 
Kişi  dayandı.  Aşpaz  qabın  rənginə  fikir  verdi.  Bu,  Mirzə  Məhəmməd  xanın  İsmayıla 
bağışladığı mərtəbeyi idi və onun rəngi açıq yaşıldan dönmüş, qaralmışdı. Aşpaz özünü saxlaya 
bilməyib qışqırdı: 
– Lələ, özünü çatdır! 
Bir anda Lələ çöldə idi. Aşpaz başı üstünə qaldırdığı dəhrəyə və qozbel, çəp kişinin əlində 
əsən  qaba  baxdı.  Qozbel  Lələni  görəndə  əlindəki  qab  düşüb  çilik-çilik  oldu  və  plov  palçığa 
qarışdı. 
Lələ,  məsələnin  nə  yerdə  olduğunu  başa  düşüb  qılıncını  siyirdi.  Xadim  bəy  Xulafanı  da 
çağırtdırıb elə oradaca məhkəmə qurdu: 
– Bu kimin günahıdı? – O, əvvəl aşpazdan soruşdu. 
– Onun, – deyə aşpaz çəpgöz qozbeli göstərdi. O, çəpgözə baxdı. 
– O plova zəhəri kim qatıb? 
İldırım vurmuş kimi yerində quruyub qalmış çəpgöz başı ilə aşpazı göstərdi. Amma birdən 
diz üstə düşüb palçığın içindən plovu ovuclayıb ovurduna təpməyə başladı. 
– Dayan, səni bura kim göndərib? 
– Şirvanşah. Bu gün mənə min tümən verdilər, bir də bu zəhəri. Dedilər ədviyyə kimi səp. 
– Kim verdi? 
– Tanımıram. 
– Bizim müridlərdəndi? 


187
– Hə. 
– Görsən tanıyarsan?  
– Hə. – O artıq hər sözü eşidirdi. Karlığı yox idi. 
Beli isə qozbel idi. Əlini atıb plovu palçıqqarışıq götürüb ağzına təpirdi. – Allah, itin olum, 
Allah,  pişiyin  olum.  Gör  mən  nə  günah  işlətmişəm.  Tez  öldür  məni,  elə  bildim  heç  kəs  başa 
düşməz. Yox, İsmayıl zamanın sahibidi. Ona şəkk eləyənə min arxa lə’nət. Heç kəs görməmişdi. 
Qab satdı məni. Allahın qabı da dil bilirmiş, ona qulluq göstərirmiş. 
Getdikcə onun səsi kallaşırdı. Lələ bir şeyi də dürüstləşdirmək istəyirdi. Aşpazın bu işdə
günahı olub-olmadığını bilməliydi. 
– Aşpazın bu işdən xəbəri var? Ölüm ayağında düzünü de. 
– Yox, – o başını buladı. 
– Bəs sən İsmayılın ayağı altında oğlunu qurban kəsirdin? 
– Mənim oğlum deyildi. Oğurlamışdım.  
Lələ qılıncın iti ucuyla onu dümsüklədi. 
– O mürid hardadır, adı nədir? 
– Adını bilmirəm. Sağ gözündə titə var. – Artıq o plovu yeyə bilmirdi. Bayaqdan palçığın 
içində iməkləyən uşaq kimi dayanmışdı, ayaqları arxaya, əlləri qabağa sürüşdü, o üzü üstə yerə
gəldi.  Beli  qırılmış  ilan  kimi  qıvrıldı.  Sifətini  palçığa  sürtdü.  Zarıdı,  öyüdü  və  birdən-birə
çarmıxdakı adam kimi dartıldı və quruyub qaldı. Lələnin bir işi də artmışdı. Gözü titəli adamı
tapmalıydı. Hələlik isə başını qaldırıb aşpaza baxdı. Amma aşpaz oturub uşaq kimi ağlayırdı.  
Sən necə oldu ki, belə adama inandın? 
– Bilmirəm. Ona hamı inanmışdı. Nə yaxşı ki, şübhələndim. Elə bil ki, mənə kimsə dedi, 
agah oldu. 
Lələ zamanın sahibinə zəhər vermək istəyən adamın bu hala düşməyini də yaymaq, hamıya 
bildirmək istəyirdi. “Mö’cüzə”nin biri də artırdı. 
ÇUXUR SƏƏD1 SƏFƏRİ 
Başındakı  sədəf  rəngli  buzlaqlar  parlayan  dağların  əhatəsinə  kainatın  ən  böyük  zümrüdü 
düşmüşdü. Bu zümrüd yaz günəşinin altında parıldayırdı, qırçınlanırdı. O, zümrüd üzüklərdəki, 
taclardakı, qolbağ və bilərziklərdəki, xalxal və bazubəndlərdəki zümrüddən daha zərif rəngdəydi. 
Onun közəlliyini heç bir şeylə müqayisə eləmək mümkün deyildi. İsmayıl çadırın qabağında da- 
yanıb  bu  gözəlliyə  baxırdı.  Ayağı  altına  isə  təbiətin  elə  bir  xalçası  salınmışdı  ki,  onu 
ayaqlamağa insanın ürəyi gəlmirdi. Züm- 
----------------------- 
1. Orta əsrlərdə İrəvanın və Ararat vadisinin adı. 
rüddən  daha  yaşıl  otların  arasında  sarı  çiçəklər  bitmişdi.  Beş  ləçəkli  bu  qaymaq 
çiçəklərinin  ləçəklərini  təbiət-zərgər  ən  son  həddə  qədər  cilalamışdı.  Çox  xırda,  barmaqlar 
arasına götürmək mümkün olmayan, rəngi göylərdən mavi çiçəklər açmışdı. 
Ağ çadırdan bir az yuxarıda qar xarlayıb qalmışdı. Və rəngi elə bu çadır kimi, İsmayılın 
mindiyi Qızıl qanad kimi ağappaq idi, ayrı-ayrı danələri parıldayırdı. O qar topasının aşağısında 
sarımtıl rəng vardı. Qar əridikcə damcı-damcı sular torpağa hopurdu və elə buradaca novruzgülü 
iki nov yarpağının arasından qalxıb boylanırdı. 
Onun ürəyində misralar dolanmağa başladı. 
Qış getdi, yenə bahar gəldi,  
Gül bitdivü laləzar gəldi. 
Elə gözəl bir gün, elə gözəl təbiət, elə gözəl əhvali-ruhiyyə vardı ki, insanın qəlbinə zərrə 
qədər də pis fikir gəlmirdi. Tale də yaddan çıxmışdı, düşdüyü xətalar da, başına gələn müsibətlər 
də, irəlidə onu gözləyən işlər də. 
Həyatda, dünyada hər şey niyə belə gözəl və həmahənk deyil. Dünyanın bir tərəfinə belə
gözəllik, o birisi tərəfinə səmum yelinin göylərə qaldırdığı qum tufanları düşür. 


Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə