"Fenomenal ədib-Qəzənfər Paşayev": metodik vəsait / tərt ed



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə7/7
tarix31.10.2018
ölçüsü0,79 Mb.
#77317
1   2   3   4   5   6   7

22 

 

gənclik  həvəsi  ilə  çalışmaqda,  bir-birindən  maraqlı  olan  yeni 



əsərlər yazıb yaratmaqdadır.  

II  aparıcı:  Hər  bir  xalqın  folkloru  o  xalqın  güzgüsüdür.  O 

güzgüdə  xalqın  tarixi,  dili,  inancı,  inanışı,  adət  və  ənənələri 

görünür.  Bir  xalqı  çox  yaxından  anlamaq  üçün  o  xalqın  hər 

şeydən əvvəl folklorunu öyrənmək gərəkdir. Professor Qəzənfər 

Paşayev  İraqda  yaşadığı  uzun  illər  boyunca  həm  İraq  xalqını 

yaxından  tanıdı,  həm  də  İraqda  yaşayan-danışdıqları  dilin 

Azərbaycan  dilindən  fərqli  olmayan  İraq  türkmanlarının 

ədəbiyyat  və  folkloru  üzrə  tədqiqatını  davam  etdirdi.  İraq 

türkmanlarının 

folklorunu 

azərbaycanlı 

qardaşlarımıza 

çatdırmaq üçün tədqiqatçı alim, folklorşünas Qəzənfər Paşayev 

böyük çətinliklərə qatlandı. Yorğunluq bilmədən yaradıcılığını 

sürdürdü. Gözəl və unudulmayan əsərlər ortaya atdı. Qəzənfər 

Paşayevin  İraq  türkmanları  ilə  əlaqəli  çap  etdirdiyi  qiymətli 

folklor  kitabları,  Oğuz  kökündən  və  soyundan  olan 

azərbaycanlılara  İraq  türkmanlarının  nə  qədər  bir-birilərinə  dil 

və  folklor  baxımından  bağlı  olduqlarını-yüzillər  boyunca 

zamanın  qopartdığı  qanlı  və  dumanlı  qasırğalara  baxmayaraq, 

yenə  də  dədə  misrasına,  Dədə  Qorquda,  əzabkeş  Nəsimiyə 

Kərbalanın  müqəddəs  torpağında  uyuyan  böyük  Füzuliyə  olan 

bağlılığlarını göstərmək üçün ölümsüz bir tarixdir.

  

I aparıcı:    Kərküklü İrmağın doğru olaraq qeyd etdiyi kimi, 

“Vətən  torpağı  kiçilib-genişlənə  bilər,  sərhədləri  tükənə  bilər, 

hətta şan və şərəfi tapdalana bilər. Dini dəyişdirilə bilər, tarixi 

təhrif edilə bilər”. Lakin dil folklor adlandırılan iki varlıq vardır 

ki,  həyat  yaşadıqca  yaşayır,  xalqın  keçmişi  haqqında 

təkzibolunmaz tarixi sənədə çevrilir. İraq-Türkman folklorunun 

tarixi qiyməti, bizcə hər şeydən əvvəl bundadır.  Bu gerçək tarixi 

bizdən  sonra  gələn  nəsillər  oxuduqca  öz  xalqlarına,  dillərinə, 

tarixlərinə, adət-ənənələrinə, milli miraslarına, doğma torpağın 

müqəddəsliyinə  sayğılrını  artıracaqlar.

 

Qəzənfər  Paşayevin 




23 

 

“İraq-türkman folkloru” kitabına bənzər bir kitab indiyə qədər 



nə  İraq-türkmanlarının  folkloru  ilə  məşğul  olan  xarici  alim  və 

tədqiqatçılar tərəfindən yazılmışdır. Qəzənfər Paşayevin yazdığı 

bu  əsər  hər  kəs  üçün  sevgi  və  sevinc  doğuran,  könüllərdə 

yaşayıb-unudulmayan, işıqlarla dolu bir hadisə kimi qalacaqdır. 



II aparıcı:  Qəzənfər Paşayevin Azərbaycan aşıq sənəti və aşıq 

yaradıcılığına  həsr  etdiyi  məqalələri  və  tərtib  etdiyi  kitabları 

içtimaiyyətin  rəğbətini  qazanmışdır.  Xüsusən  də  “Qoca 

Azaflıyam”  kitabı  nəinki  təkcə  ölkəmizdə,  eləcə  də  İranda  və 

Türkiyədə  geniş  şöhrət  qazanmışdır.  Q.

 

Paşayev  ayrıca  olaraq 



maddi-mədəniyyət  abidələrini  yaşadan  bir  adamdır.  O,  sadəcə 

Kərkük  folklorunu  tədqiq  etməklə  kifayətlənməmiş,  silinməyə 

üz tutan bu abidələri toplayaraq yaşatmağa və əzmli və qərarlı 

davranmışdır. Bakının folklor qoxuyan İçərişəhərində əski bir ev 

təmir  etdirərək  onu  “İraq-Türkman  ocağı”  adı  altında  muzeyə 

çevirmişdir.    İçinə  də  bu  qədər  İraq  türkləri  haqqında  İraqda, 

Türkiyədə  və  Azərbaycanda  yayınlanmış  bütün  kitab  və 

dərgiləri şüşəli vitrinlərdə sərgiləmişdir. 



I  aparıcı:        Filologiya  elmləri  doktoru,  professor  Qəzənfər 

Paşayev elmi maraq dairəsi çox geniş olan tanınmış Azərbaycan 

alimlərindən 

biridir. 

Onun  yaradıcılığına  işıq  salan 

mütəxəsislərin yazısından görərik ki, Qəzənfər müəllimin 40-a 

yaxın  kitabı  (monoqrafiyaları,  tərtibləri  tərcümə  əsrələri), 

çoxsaylı elmi və publisistik məqalələri, rəyləri vardır. Onu xarici 

ölkələrdə ingilis,  rus, türk və ərəb dillərində də xeyli kitab və 

məqaləsi nəşr olunmuşdur. Bütün bunlar onu deməyə əsas verir 

ki, professor Qəzənfər Paşayev öz alim ömrünün bu ahıl çağında 

da xalqımız, ədəbiyyatımız və elmimiz üçün gənclik həvəsi ilə 

çalışmaqda,  bir-birindən  maraqlı  olan  yeni  əsərlər  yazıb 

yaratmaqdadır.  

 



24 

 

II aparıcı



:   

Qəzənfər Paşayev zamanın ağır ruzigarlarının, tufan 

və qasırğalarının yaddaşlardan qoparıb apara bilmədiyi, əsrlərin 

və  nəsillərin  əmanət  kimi  yaşatdığı,  sirli-soraqlı  folklor 

xəzinəsinə  baş  vurduqca  qəlbində  bir    ilham  çağlayır.  O,  yeni 

güc  və  qüdrətlə  qanadlanır...    Professor  Qəzənfər  Paşayevin 

çoxşaxəli fəaliyyətində xeyriyyəçilik, mesenatlıq həmişə razılıq 

və minnətdarlıqla qarşılanır, təqdir olunur.  Çətinə-dara düşənin 

yanında  olmaq,  yıxılanı  qaldırmaq  istəyi  onun  təbiətində, 

fitrətindədir. O, əsl xalq adamı, xalqın ürəyindən qopan, xalqla 

nəfəs  alan  ziyalıdır.  Qəzənfər  Paşayevin  çoxlarına  örnək  olan 

mənalı  həyatı,  elmi,  bədii  yaradıcılığı  ayrı-ayrı  publisistik  və 

bədii  əsərlərin  mövzusuna  çevrilmişdir.  Oxucular  tərəfindən 

maraqla qarşılanan “Bu sevda ölüncədir”, “İraq  bizə iraq deyil” 

kitabları  və  görkəmli  şair  H.Kürdoğlunun  ona  həsr  etdiyi 

“Tovuzum mənim, Oğuzum mənim” poeması bu qəbildəndir.  



I aparıcı:   Professor Qəzənfər Paşayev fenomeni elmi və ədəbi 

içtimaiyyət, eləcə də oxucular arasında mötəbər nüfuz rəmzinə 

çevrilmişdir.O, klassik və müasir ədəbiyyatımızı, incəsənətimizi 

geniş arenada-dünyada təmsil edən söz-sənət adamları haqqında 

həmişə qürur duyğusu ilə söz açır. Müxtəlif dillərdə çap olunan 

məqalələrində  Azərbaycan  elmini  ləyaqətlə  təmsil  edir.   

“Qəzənfər müəllimi tanıyanlar, dostları deyəcəklər ki, biz onun 

bu adda əsərini görməmişik, oxumamışıq. Elə Qəzənfər müəllim 

özü də bu adda kitab yazmadığını söyləyəcək.

 

Düşünürük ki, hər gün gördüyümüz, oxuduğumuz bu “İNSAN” 



əsəri elə Qəzənfər müəllimin özüdür. Bəli, bu kitabı oxuduqca, 

onunla  tanış  olduqca,  ünsiyyət  bağladıqca  gözlərimiz  önündə 

özü bütöv, sözü bütöv, amalı yalnız yaxşılıq, xeyirxahlıq olan, 

kimsənin qəlbini qırmayan, “əl tutmaq Əlidən qalıb” ideyasını 

kredosuna çevirən, ödədiyindən ödənc gözləməyən, istəməyən, 

əməlpərvər,  ürəyiaçıq,  mehriban,  səmimi  bir  insan  yüksəlir, 

heykəlləşir: Qəzənfər Paşayev!” (Vüqar Əhməd). 



25 

 

 I aparıcı:  Məncə Qəzənfər Paşayevin insanlığına, iç dünyasına, 

özü də sağlığında bundan böyük qiymət ola bilməz. Ömrünün 

bir müdriklik zirvəsi də keçildi, 80 yaş arxada qaldı. Qarşıda isə 

yeni zirvələr, yeni yaradıcılıq üfüqləri... Bu zirvələr də, üfüqlər 

də ona “gəl-gəl” deyir. Gəlin, bu dəyərli şəxsiyyət,  elm adamı 

Qəzənfər Paşayevi 80-illik yubileyi münasıbəti ilə təbrik edək, 

ona həyatda və yaradıcılığında yeni-yeni nailiyyətlər arzu edək. 

Allah amanında, tanrı sevgisində, uğurlar qanadında!   

 

                                   Ədəbiyyat siyahısı 

 

Qəzənfər Paşayev 

Əsərləri 

 

Seçilmiş əsərləri : 7 cilddə. I cild. - Bakı : Təhsil, 2012. - 568 s.  



Seçilmiş əsərləri : 7 cilddə. II cild. - Bakı : Təhsil, 2012. - 536 

s.    


Seçilmiş əsərləri : 7 cilddə. III cild. - Bakı : Təhsil, 2012. - 512 

s.  


Seçilmiş əsərləri : 7 cilddə. IV cild. - Bakı : Təhsil, 2012. - 544 

s. 


Altı il Dəclə-Fərat sahillərində. - Bakı : Kitab klubu, 2015. - 

312 s.  


Borcumuzdur bu ehtiram. - Bakı : Qarabağ, 2010. - 199 s.  

Əbədi məktublar.  - Bakı : "Təhsil" , 2015. - 256 s.  

Nəsimi haqqında araşdırmalar. - Bakı : Qarabağ, 2010. - 168 s.  

Nostradamusun möcüzəli aləmi. - Bakı : Təhsil, 2007. - 760 s.  

 

 



26 

 

Kitablarda 

 

Abbas müəllimi anarkən : Abbas Zamanov haqqında // 



Borcumuzdur bu ehtiram. - Bakı : Qarabağ, 2010. - S. 29-46.  

Bilməz idim ayrılıq var : Ağalar Mirzə haqqında // 

Borcumuzdur bu ehtiram. - B. : Qarabağ, 2010. - S. 179-181.  

Ədəbiyyatşünaslıq elmimizin iftixarı : Yaşar Qarayev haqqında 

// Borcumuzdur bu ehtiram. - Bakı : Qarabağ, 2010. - S. 47-57.  

Fərman Kərimzadə // Borcumuzdur bu ehtiram. - Bakı : 

Qarabağ, 2010. - S. 102-104.  

Həlim xasiyyətli, dağ vüqarlı... : Qasım Qasımzadə haqqında // 

Borcumuzdur bu ehtiram. - Bakı : Qarabağ, 2010. - S. 67-71.  

Hüseyn Arif dünyası // Borcumuzdur bu ehtiram. - Bakı : 

Qarabağ, 2010. - S. 81-86.  

Nəcabətli adam : Nəsir İmanquliyev haqqında // Borcumuzdur 

bu ehtiram. - Bakı : Qarabağ, 2010. - S. 63-66.  

Nəsrimizdə İsi Məlikzadə nəfəsi  // Borcumuzdur bu ehtiram. - 

Bakı : Qarabağ, 2010. - S. 105-108.  

O, xalqın ümid və güvənc yeri idi : Bəxtiyar Vahabzadə 

haqqında// Borcumuzdur bu ehtiram. - Bakı : Qarabağ, 2010. - 

S. 10-17.  

Ömrüm sənsiz olmasın : Nigar Rəfibəyli haqqında // 

Borcumuzdur bu ehtiram. - Bakı : Qarabağ, 2010. - S. 78-80.  

Öyünməyə haqqı olan şair : Tofiq Bayram haqqında  // 

Borcumuzdur bu ehtiram. - Bakı : Qarabağ, 2010. - S. 87-101.  

Son görüş : Əlfi Qasımov haqqında // Borcumuzdur bu 

ehtiram. - Bakı : Qarabağ, 2010. - S. 187-190.  

Son şəkil : Əzizə Cəfərzadə haqqında // Borcumuzdur bu 

ehtiram. - Bakı : Qarabağ, 2010. - S. 58-62.  




27 

 

Xilaskar : Heydər Əliyev haqqında // Borcumuzdur bu ehtiram. 



- Bakı : Qarabağ, 2010. - S. 7-9.  

Dövri mətbuatda  

 

Aşıq-ozan sənətinin memarlarından biri : Aşıq Şəmşir 



haqqında // Ədəbiyyat qəzeti. - 2011. - 16 dekabr. - № 46. - S. 

3.  


Azərbaycan jurnalının baş redaktoru İntiqam Qasımzadəyə // 

Ədəbiyyat qəzeti. - 2016. - 9 aprel. - № 13. - S. 3.  

Azərbaycan və Hindistan ədəbi-mədəni əlaqələrinə bir baxış : 

Nizami Gəncəvi - 870 // Ədəbiyyat qəzeti. - 2012. - 7 dekabr. - 

№ 45. - S. 1,3.  

Bölgələrdə ədəbi həyatın yorulmaz tədqiqatçısı : [Vaqif 

Yusiflinin yaradıcılığı haqqında ] // Ədəbiyyat qəzeti. - 2016. - 

17 dekabr. - № 50. - S. 10-11.  

Böyük alim, bənzərsiz şəxsiyyət : Vasim Məmmədəliyev - 70 // 

Ədəbiyyat qəzeti. - 2012. - 28 dekabr. - № 48/52. - S. 3.  

Deyilən söz yadigardır : zəlimxan Yaqubun yaradıcılığı 

haqqında // Ədəbiyyat qəzeti. - 2011. - 30 sentyabr. - № 36. - S. 

5.  

Dilçilik elmimizin iftixarı haqqında xatirələr : [Ağamusa 



Axundov haqqında] // Ədəbiyyat qəzeti. - 2017. - 18 fevral. - 

№ 6. - S. 11.  

Elçinin folklor dünyası : Elçin Əfəndiyev - 70 // Mədəni Həyat. 

- 2013. - № 12. - S. 7-11. ; 2014. - № 1. - S.18-23. 

Elçinin sənət dünyası : Azərbaycanın xalq yazıçısı Elçin 

Əfəndiyev haqqında // Respublika. - 2013. - 7 may. - № 96. - S. 

12.  

Əta Tərzibaşı və Azərbaycan-İraq-türkman ədəbi-elmi əlaqələri 



// Ədəbiyyat qəzeti. - 2015. - 14 noyabr. - № 58. - S. 16-17.  


28 

 

Folklora bağlı ömür : Bəhlul Abdulla - 70 // Ədəbiyyat qəzeti. - 



2010. - 23 aprel. - № 16. - S. 4.  

Folklorumuza vicdanla xidmət edən alim : Bəhlul Abdulla 

haqqında // Ədəbiyyat qəzeti. - 2013. - 21 iyun. - № 23. - S. 5.  

Görkəmli alim, nüfuzlu ziyalı : Teymur Bünyadov - 85 // 

Ədəbiyyat qəzeti. - 2013. - 1 fevral. - № 4. - S. 5.  

Həlim xasiyyətli, dağ vüqarlı... : Qasım Qasımzadə haqqında : 

"Ədəbiyyat qəzeti" - 75 // Ədəbiyyat qəzeti. - 2010. - 22 

yanvar. - № 3. - S. 5.  

İmamverdi müəllim nümunə məktəbi idi // Ədəbiyyat qəzeti. - 

2016. - 16 aprel. - № 14. - S. 7.  

İtirdiklərimiz və qazandıqlarımız : Xalq yazıçısı Elçinin 

"Sosrealizm bizə nə verdi?" silsilə məqalələrini ("ƏQ", N41-

44) oxuyarkən // Ədəbiyyat qəzeti. - 2010. - 17 dekabr. - № 49. 

- S. 1-2.  

Kərkük ruhu : Rəsul Rza -100// Ədəbiyyat qəzeti. - 2010. - 3 

sentyabr. - N 35. - S. 4.  

"Kitabi-Dədə Qorqud" un izi ilə // Azərbaycan. - 2011. - 13 

mart. - № 57. - S. 4.  

"Koroğlu" operasının tamaşası haqqında düşüncələrim // 

Ədəbiyyat qəzeti. - 2014. - 5 dekabr. - № 47. - S. 7.  

Mirəlinin siğə kəbini : novella // Ədəbiyyat qəzeti. - 2014. - 19 

sentyabr. - № 36. - S. 3.  

Nigar Rəfibəylinin keşməkeşli həyatı və yaradıcılıq yolu // 

Ədəbiyyat qəzeti. - 2013. - 1 noyabr. - № 40. - S. 5-6.  

O da Bakı həsrəti ilə yaşayırdı : Mövlud Taha Qayaçı haqqında 

// Ədəbiyyat qəzeti. - 2011. - 6 may. - № 16. - S. 3.  

 

 



29 

 

Qibtə ediləsi həqiqət salnaməsi : Aleksandr Dümanın "Qafqaz" 



əsərinin nəşri haqqında // Ədəbiyyat qəzeti. - 2011. 14 yanvar. 

- № 1. - S. 1-2.  

Sadə və ləyaqətli : İmamverdi Əbilov - 90 // Ədəbiyyat qəzeti. 

- 2017. - 8 aprel. - № 12. - S. 16.  

Şair Məmməd İsmayıla açıq məktub // Ədəbiyyat qəzeti. - 

2014. - 4 iyul. - № 25. - S. 3.  

"Teleskop"dan görünən dünyamız : Elçinin "Teleskop" 

pyesinin tamaşası haqqında  // Ədəbiyyat qəzeti. - 2011. - 13 

may. - № 17. - S. 4.  

Tələbəm haqqında vida sözü : Zeydulla Ağayev haqqında // 

Ədəbiyyat qəzeti. - 2014. - 21 fevral. - № 7. - S. 8.  

Türkologiya elmimizin iftixarı : Tofiq Hacıyev - 75// 

Ədəbiyyat qəzeti. - 2011. - 29 aprel. - № 15. - S. 5.  

Unudulmaz Bəkir müəllim : Bəkir Nəbiyev haqqında // 

Ədəbiyyat qəzeti. - 2013. - 15 mart. - № 10. - S. 5.  

Üzeyir bəyi düşünərkən...// Ədəbiyyat qəzeti. - 2011. - 7 

oktyabr. - № 37. - S. 5.  

Xalq yazıçısı Elçinə açıq məktub // Ədəbiyyat qəzeti. - 2015. - 

31 oktyabr. - № 56. - S. 8-9.  

Xalqın ümid və güvənc yeri : Bəxtiyar Vahabzadə haqqında // 

Ədəbiyyat qəzeti. - 2010. - 12 fevral. - № 6. - S. 3.  

Xalqın və nəslin iftixarı // Respublika. - 2013. - 14 sentyabr. - 

№ 201. - S. 12.  

Xalqın və nəslin iftixarı : Nigar Rəfibəylı - 100 // Azərbaycan. 

- 2013. - 29 iyun. - № 139. - S. 5.  

Yarım əsrlik yolun yorulmaz yolçusu : Ayaz Vəfalı – 75 // 

Ədəbiyyat qəzeti. - 2012. - 2 iyun. - № 20. - S. 4.  



30 

 

Yaxşılar ölmür : Vilayət Rüstəmzadə haqqında // Ədəbiyyat 



qəzeti. - 2010. - 5 fevral. - № 5. - S. 5.  

 

Haqqında 

Kitablarda 

Hacızadə N. Alimlik və insanlıq istedadı : Professor Qəzənfər 

Paşayevin 70 yaşına // Yada düşdü. - B. : Araz, 2008. - S. 498-

510.  

 

Dövri mətbuatda 

 

Arzumanlı V. 7 cildə sığmayan 75 il : Professor Qəzənfər 

Paşayevin "Seçilmiş əsərləri"nin yeddi cildliyi haqqında 

düşüncələr // Ədəbiyyat qəzeti. - 2012. - 12 may. - № 17. - S. 4.  



Bəşirqızı Z. Elə bir aləm ki... // Xalq qəzeti. - 2007. - 6 may. - 

S.7.  


Əhmədli B. Ədəbi məktublar-əbədi məktublar : Professor 

Q.Paşayevin "Ədəbi məktublar" (B. 2016) kitabı üzərinə // 

Ədəbiyyat qəzeti. - 2016. - 2 iyul. - № 25. - S. 28.  

Əhmədoğlu A. "Azərbaycan ədəbiyyatına yeni dəyərlər 

prizmasından baxış" : Beynəlxalq konfrans // Ədəbiyyat qəzeti. 

- 2006. - 15 dekabr. - S.1-2.   

Əlişanoğlu T. Fenomenal ədib - Qəzənfər Paşayev // 

Ədəbiyyat qəzeti. - 2016. - 30 yanvar. - № 4. - S. 27.  



Fərəcova Z. Ölümə qarşı... // EL. - 2005. - sentyabr. - № 9. - S. 

85-95.  


Hacızadə N. Alimlik və və insanlıq istedadı : P rofessor 

Qəzənfər Paşayev haqqında // Ədəbiyyat. - 2007. - 16 noyabr. - 

S. 5.  

Həmidov M. İllərlə söylənən söz : Qəzənfər Paşayev - 75 // 

Zaman. - 2012. - 15-16 noyabr. - № 137. - S. 12.  




31 

 

Hüseynoğlu S. Nə arayırsansa - sənsən : elçin - 70 // 

Ədəbiyyat qəzeti. - 2013. - 3 may. - № 16. - S. 4.  

Xəlilzadə F. Solmayan sevdaların Kərkük həsrəti : 

[Azərbaycan ədəbiyyatşünası, folklorşünas Qəzənfər Paşayev 

haqqında] // Kaspi. - 2016. - 27 avqust. - № 134. - S. 7.  

“İlk dəfə beşinci sinifdə vurulmuşam" : [ədəbiyyatşünas, 

publisist, dilçi və tərcüməçi, filologiya elmləri doktoru 

Qəzənfər Paşayev ilə / söhbətləşdi Fərqanə M.] // Ulduz. - 

2010. - № 10. - S. 4-6.  

Kazımoğlu M. Kərkük sevdası : Qəzənfər Paşayev // 

Ədəbiyyat qəzeti. - 2012. - 4 avqust. - № 29. - S. 4.  



Kazımov Q. Əbədiyaşar ədəbi-elmi abidə // Respublika. - 

2012. - 22 aprel. - № 87. - S. 6. - [alim ədəbiyyatşünas 

Qəzənfər Paşayevin 7 cilddə çap edilmiş "Seçilmiş əsərləri" 

kitabı haqqında].  



Qarabağlı S. Bir yazının düşündürdükləri : Qəzənfər 

Paşayevin "Koroğlu" operasının tamaşası haqqında // 

Ədəbiyyat qəzeti. - 2015. - 16 yanvar. - № 2/3. - S. 23.  

Qayaçı Mövlud Taha. Onu sevməmək olmur : Qəzənfər 

Paşayev haqqında // Ədəbiyyat qəzeti. - 2011. - 1 iyul. - № 24. 

- S. 3.  

Mədətoğlu Ə. O, ürəyimdə qeydiyyatdadı : Azərbaycan 

ədəbiyyatşünası, folklorşünas, publisist, dilçi, yazıçı Qəzənfər 

Paşayev haqqında // Yada düşdü. - 2015. - № 1. - S. 20-23.  

Mehdixanlı T. Milli dəyərlərə bağlı alim : Qəzənfər Paşayev // 

Azərbaycan. - 20007. - 18 sentyabr. - S.8.   



Musaqızı E. Varlığı ilə öyündüklərimiz : Qəzənfər Paşayev-

75. // Mədəni həyat. - 2012. - № 6. - S. 39.  



Nəbiyev B.   Alim haqqında dost sözü : Qəzənfər Paşayev - 

70 // Ədəbiyyat qəzeti. - 2007. - 24 avqust. - S.3.   




32 

 

Rüstəmxanlı S. Milli qeyrət : Qəzənfər Paşayev haqqında // 

Ədəbiyyat qəzeti. - 2012. - 1 sentyabr. - № 32. - S. 5.  

Salmansoy A. Elmə "öz mətnləri" ilə gələn alim : [Qəzənfər 

Paşayev haqqında] // Ədəbiyyat qəzeti. - 2013. - 19 aprel. - № 

14. - S. 7.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

              



 

 

 

 

 

 

                     


33 

 

                 “Fenomenal ədib-Qəzənfər Paşayev”      



                                    (metodik vəsait) 

 

 



 

 

Ünvan:AZ-1022 Bakı şəh.,S.Vurğun küç.88; 



E-mail: childlibbaku@yahoo.com 

URL:www.clb.az 

 

 

 



F.Köçərli adına Respublika 

Uşaq Kitabxanasında 

çap olunmuşdur. 

Sifariş: 27 

Çapa imzalanmışdır:15.05.2017 

Tirajı:100 

Pulsuz 

 

 



 

                             

 

 

 



 

 

 



              

 

 



Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə