"Fenomenal ədib-Qəzənfər Paşayev": metodik vəsait / tərt ed



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə6/7
tarix31.10.2018
ölçüsü0,79 Mb.
#77317
1   2   3   4   5   6   7

19 

 

Professor Qəzənfər Paşayevin “Seçilmiş əsərləri” nin  IV 



cildinə  “Nəsimi  haqqında  araşdırmalar”

 

monoqrafiyası  və 



“Ədəbiyyatşünaslıq elmimizin patriarxı” əsəri, eləcə də nümunə 

məktəbinə  çevrilən  görkəmli  şəxsiyyətlərə,  ədəbi  əlaqələrə, 

mədəniyyətimiz 

yolunda 


əzmlə 

çalışan 


insanlara, 

ədəbiyyatımızı  yaradan  və  yaşadan  qələm  sahiblərinə  İraqda 

yaşayan  və  azərbaycanca  danışan  kərküklülərə  və  s.  həsr 

olunmuş  məqalələr  daxil  edilmişdir.  Müəllifin  “Sevərək 

yaşayanlar”  başlığı  altında  təqdim  etdiyi  bölmdə  elm,  sənət, 

ədəbiyyat  fədailərindən,  başqa  bölmələrdə  isə  ədəbi-elmi 

əlaqələrdən,  Kərkük  dünyasından,  ürəkdən  gələni  deməsən 

olmur, sazlı-sözlü dünyamızdan və s. bəhs edilir.  



Kitabxanada poeziyamızın fatehi böyük şair, filosof İmadəddin 

Nəsiminin vəfatının 600-illik yubileyi və eyni zamanda istedadlı 

qələm  sahibi  professor  Qəzənfər  Paşayevin  80  illik  yubileyi 

münasibətilə  onun  “Nəsimi  haqqında  araşdırmalar”  adlı 

kitabının    müzakirəsi  keçirilə  bilər.  “Kitab  müzakirəsi”  nə 

yuxarı  sinif  şagirdləri  və  ali  məktəb  tələbələri  qatıla  bilər. 

İştirakçılar  əvvəlcədən  sözü  gedən  kitabla  yaxından  tanış 

olurlar. Kitabxanaçının professor Qəzənfər Paşayev haqqında 

qısa  məlumatından  sonra  tədbirə  qatılan  iştirakçılar  Nəsimi 

yaradıcılığından və bu kitabda verilən dəyərli bilgilərdən söhbət 

açırlar:  

I  məruzəçi:  Qəzənfər  Paşayevin  qələmə  aldığı  bu  kitabda  da 

qeyd olunduğu kimi,  ədəbi əlaqələr genişləndikcə bir sıra Yaxın 

Şərq  ölkələrində  Azərbaycan  ədəbi  dilinin  inkişafında  və     

formalaşmasında    müstəsna  xidmətləri  olan  Azərbaycan 

xalqının  qüdrətli  sənətkarı  İmadəddin  Nəsiminin  yeni-yeni 

əlyazma  nüsxələri  aşkar  edilir.  Bu,  şairin  sağlığında  və 

ölümündən  sonra  onun  poeziyasının  Şərq  ölkələrində  yüksək 

qiymətləndirildiyinə,  geniş  yayıldığına  və  böyük  rəğbət 

qazandığına  dəlalət  edir.  Şairin  İraq  Divan  nüsxəsini 



20 

 

Ə.Bəndəroğluna  Kərkük  vilayətinin  Tus  Xurmatu  qəzasının 



Bəşir  kəndində  yaşayan,  yaşı  yüzü  keçən  özünü  şah  İsmayılın 

nəvə-nəticələrindən  hesab  edən  Səyid  Heydər  töhfə  etmişdir. 

Divanın  üzü  Molla  Turab  ibn  Molla  Səfil,  ibn  Molla  Əmin 

tərəfindən  köçürülmüşdür.  Tünd  qəhvəyi  rəngli,  dəri  cildli  bu 

divan nüsxəsi 286 səhifədən ibarətdir. Əlyazmanın vərəqləri iki 

sütunludur. Divanın səhifələrində 14-19 beyt vardır. Ölçüsü 15-

21  santimetrdir.  Divan  nüsxəsində  şairin  400-dən  artıq  şeiri 

verilmişdir.  398  şeir  Nəsimi  təxəllüsü  ilə  tamamlanır.  Üç  şeir 

şairin ilk təxəllüslərindən olan Səyyid Nəsimi təxəllüsü ilə bitir. 

Bir çox ölkələrdə kitab səhifələrinin  nömrələnməsinə XVI əsrdə 

başlansa da, Şərq ölkələrində köhnə “nömrələmə” üsulu ilə XIX 

əsrin axırlarına qədər davam etdiyinə görədir ki, Nəsiminin İraq 

Divan  nüsxəsində  də  bu  ənənəyə  riayət  edilmişdir.  Nüsxənin 

bədii tərtibatı  yoxdur. Şeirlər bir-birindən şairin təxəllüsü olan 

misralar və iki sətirlik  boş yerlə ayrılır. 

 

II məruzəçi:        Çin  bəqasızdır cahanın mülki mali  dövləti.  

                             Tükəndi əqlimin səbri, qərarı qalmadı canın... 

 

Nəsimi zəngin irs qoyub  getmişdir. Onun



 

Azərbaycan  və Fars 

dillərinə divanları vardır.  Bu bir yandan Nəsiminin xalq dilini  

gözəl  bilməsinə  dəlalət  edirsə,  digər  tərəfdən  də  hələ    Nəsimi 

dövründə Azərbaycan ədəbi dilinin böyük inkişaf yolu keçmiş 

olduğunu  göstərir.  Şairin  İraq  divanı  göründüyü  kimi,  bir  çox 

mətləblərdən  xəbər  verir.  Onlardan  biri  “türkman”  termini  ilə 

bağlıdır.  Başqa əlyazma  nüsxələrində də tez-tez rast gəldiyimiz 

bu sözə  İraq Divan nüsxəsində də təsadüf edilir: 

 

                   Ərəbin nitqi bağlandı dilindən



                   Səni kimdir deyən kim türkmansan... 


21 

 

Kitabı  təhlil  etdikcə  anlayırıq  ki,  türkman  terminin  lap  qədim 



zamanlardan məlum olduğunu nəzərə alsaq, onun “ulu türk” ,” 

əzəmətli  türk”,  “qüdrətli  türk”,  “xalis  türk”,“əsl  türk” 

anlamlarında işlənməsi şübhə doğurmur.    

III məruzəçi:  Kitabda söhbət açılan əsas məqamlardan biri də

Nəsimin  edamı  ilə  bağlıdır.  Demək  lazımdır  ki,  Orta  əsrlərdə 

açıq  fikirli  adamları  dini  ittihamlarla  məhv  etmək  geniş 

yayılmışdı. Din xadimlərinə, dövlətin siyasətinə qarşı çıxanları 

ölüm  gözləyirdi.  Bu  baxımdan,  dövrləri  ilə  müxalifətdə  olan 

şairlərin,  o  cümlədən  də  “Ağalar  və  qullar  dünyası”  nın 

əksiklərini bədii sözün qüdrəti ilə aşkarlayan, məslək mücahidi 

Nəsiminin aqibəti, qismət payı işgəncəli ölüm olmuşdur.  

 Kitabxanada professor Qəzənfər Paşayevdən bəhs edən  xatirə 

gecəsi də təşkil etmək olar. Görkəmli şəxsiyyətin  xatirəsinə həsr 

olunmuş  “Alimlik  və  insanlıq  istedadı”  adlı  gecəyə  görkəmli 

elm adamları, alim və akademiklər, folklorşünaslar və s. ixtisas 

sahibləri ilə  yanaşı oxucular və ali məktəb tələbələri  də dəvət 

olunurlar.  Gecənin  qonaqlarına  öncə  Qəzənfər  Paşayev 

haqqında  hazırlanmış  slayd  təqdim  edilir.  Gecəni  açıq  elan 

etmək üçün aparıcılar səhnəyə yaxınlaşırlar. 



I aparıcı: Salam, dəyərli qonaqlar, mütaliyə sevər oxucular, bu 

gözəl  düşüncə  dolu  tədbirə  xoş  gəlmisiniz.  Bu  gün  hamımız

 

professor  Qəzənfər  Paşayevin  80-illik  yubileyi    münasibətilə 



buraya  yığışmışıq.  Sözlərimi  elə  dəyərli  şəxsiyyət  Qəzənfər 

Paşayevin sözləri ilə başlamaq istərdim: “Elm əvvəli görünən, 

sonu görünməyən bir aləmdir. Bu aləmdə hərə bir yolla gedir. 

Hərə  bir  nəticəyə  gəlir.  Yenilik  görülmüş  işlərin  sayəsində 

yaranır”.  Gəlin ən gözəl yolla gedən, elm, maarif yoluyla gedən 

professor Qəzənfər Paşayevin ömür  yoluna,  yaradıcılıq yoluna 

nəzər  salaq.  Bu  vüsətli  işlər  əsas  verir  deyək  ki,  filologiya 

elmləri doktoru,

 

professor Qəzənfər Paşayev öz alim  ömrünün 



bu  ahıl  çağında  da  xalqımız,  ədəbiyyatımız  və  elmimiz  üçün 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə