9
Görkəmli şəxslərin Qəzənfər Paşayev haqqında söylədikləri:
Qəzənfər Paşayev bizim alimlərimiz içərisində , bəlkə də ən çox
iş görən və ən təvazökar tədqiqatçılardandır. O, böyük bir
institutun görə bilməyəcəyi işi görmüşdür.
Nizami Çəfərov,
professor
Bizim üçün İraq Füzulidən, Füzuli Kərbaladan başladığı kimi,
Kərkük də Qəzənfər Paşayevdən başlayır.
Yaşar Qarayev,
professor
Qəzənfər Paşayev təkcə özü üçün yox, başqaları üçün də
yaşamağı bacaran açıq ürəkli, səmimi və səxavətli bir insandır.
Nizaməddin Şəmsizadə,
professor
10
Professor Qəzənfər Paşayevin “Ədəbi məktublar” kitabını
vərəqləyirəm. Deyə bilərəm ki, ədəbi məktublar dünyada və
Azərbaycan ədəbiyyatşünaslığında yeni bir formadır.
Bədirxan Əhmədli,
professor
İndi filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev
çoxşaxəli elmi, bədii və tərcümə yaradıçılığı ilə təkcə
respublikamızda deyil, onun hüdudlarından uzaqlarda da
mötəbər elm adamı kimi tanınır.
Nahid Hacızadə,
ədəbiyyatşünas
Qəzənfər Paşayevin yubileyi ilə bağlı kitabxanada keçirilən
tədbirlərdən biri də “konfrans” dır. Konfrans ali məktəb
tələbələri və yuxarı sinif şagirdləri arasında keçirilir.
Kitabxanaçı konfransda iştirak edən oxuculara və qonaqlara
Qəzənfər Paşayevin haqqında məlumat verir.
Kitabxanaçı:
Türkiyə xaricindəki türk xalqlarına mənsub elm
və fikir adamlarının Türk dünyası ilə bağlı çalışmalarının həcmi
və səviyyəsi danılmazdır. Hətta bəzi sahələrdə aparılan tədqi-
qatların dərinliyinə nəzər salındıqda, onların Türkiyənin özündə
belə bənzəri çətin tapılar. Ancaq 1990-cı ilə qədər siyasi
azadlıqların olmamasını göz önünə gətirsək görərik ki, bu
ölkələrdəki tədqiqatçıların çoxu əsərlərini içində yaşadığı siyasi
rejimin ideologiyasına uyğun yaratmaq məcburiyyəti altında
qalmışlar. Çünki burada Türk dünyasının mədəniyyət
baxımından eyniliyini isbatlamaq belə suç hesab olunurdu.
Ancaq bunun az istisnaları da olmuşdur. Bu istisnalardan biri,
bəlkə də, ən önəmlisi dəyərli elm adamı Qəzənfər Paşayevin
11
göstərdiyi xidmətlərdir. Q.Paşayev XX əsrin 60-70-ci illərində
altı il İraqda bir rus firmasında ingilis dili üzrə mütərcim işlədiyi
vaxt, gecəsini gündüzünə qataraq İraq türkləri barədə folklor
materialları toplamış, İraq türklərinin şair, ədəbiyyatçı və
araşdırmaçıları ilə tanış olmuş, yazılı və şifahi qaynaqlara nüfuz
etmiş, çox zəngin bir kolleksiya ilə məmləkəti Azərbaycana
dönmüşdü. Həmin tarixdən sonra bir ipliyə inci dənələri düzən
kimi, qiymətli kitablarını sıralamağa başlamışdır. Qəzənfər
Paşayevin yüzlərlə məqaləsi, səksəndən çox kitabı, kərpic-
kərpic yeddicildliyə sığmayan yeddi cilddən ibarət “Seçilmiş
əsərləri” mövcuddur. Onun qələmə aldığı bütün əsərlər həmişə
ədəbi, elmi sferanın diqqətini cəlb etmiş, maraqla
qarşılanmışdır. Bu da təbiidir... Çünki Qəzənfər müəllimin
müraciət etdiyi mövzular əsasən “xam torpaqlar” aləmindən
alınır, təkrarsız bir hadisəyə çevrilir. Lakin bütün bunlara
rəğmən, onun yaradıcılığının Everest zirvəsi “Altı il Dəclə-
Fərat sahillərində” (1985) bədii-publisist, elmi-memuar
üslubunda qələmə aldığı, qızların cehizinə, oğlanların qüdrət
daşına çevrilmiş əsəridir... Tayı-bərabəri olmayan bu əsəri
milyonlar oxudu. Bu əsər Qəzənfər Paşayev yaradıcılığının
rəmzinə, pasportuna döndü. Hələ sağlığında qəlblərdə Qəzənfər
Paşayevin mənəvi heykəli ucaldı. Necə ki, Üzeyir Hacıbəylinin
“Koroğlu” uvertürası, Bülbülün “Sənsiz” i, Səməd Vurğunun
“Azərbaycan” ı, Tahir Salahovun “Qara Qarayev” portreti,
Səttar Bəhlulzadənin “Təbiət mənzərələri”, Məmməd Arazın
“Dünya sənin, dünya mənim” i, Sabir Rustəmxanlının “Ömür
kitabı” əsərləri kimi.”
12
Kitabxanaçının çıxışından sonra məruzəçilər öz çıxışlarına
başlayırlar.
Iməruzəçi: Elmi fəaliyyətində İraqda yaşayan azərbaycanlıların-
İraq türkmanlarının ədəbi-mənəvi yaradıcılığının tədqiqi və
təbliği xüsusi yer tutur. Q.Paşayevin elmi fəaliyyətinin zirvəsi
onun “İraq-türkman folkloru” adlı monumental əsəridir. Ə.
Bəndəroğlunun “Şah əsər”, professor M.Naqibin “Abidə bir
əsər” başlıqlı məqalələr həsr etdikləri, müəllifin 20 illik
axtarışlarının məhsulu olan bu monoqrafiya Bakıda, Bağdadda
və İstanbulda nəşr edilmiş, Azərbaycanda və xaricdə
tədqiqatçıların diqqət mərkəzində olmuşdur. Onun “Kərkük
bayatıları”-Rəsul Rza ilə birlikdə (1968), “Arzu-Qənbər
dastanı” (1972), “İraq kərkük atalar sözləri” (1978), “İraq
Türkmən folkloru” (1982), “İraq kərkük bayatıları” (1984),
“Kərkük tapmacaları” (1984), “Kərkük folklor antologiyası”
(1987), “Altı il Dəclə-Fərat sahillərində” (1985, təkrar nəşr-
1987), “Nəsiminin İraq divanı” (1987), “Kərkük folkloru
antologiyası” (1987, təkrar nəşr-1990), “İraq-Türkman folkloru”
(Bakı, 1992),” İraq-Türkman folkloru” (Bağdad, 1995), “İraq-
Türkman folkloru” (İstanbul, 1998), “Kərkük dialektinin
fonetikası” (2003), “İraq-Türkman folklorunun janrlar sistemi”-
rusca, (2003), “Kərkük folklorunun janrları” (2003), “İraq-
Türkman ləhcəsi-ortaqlı” (2004), “Nostrdamusun möcüzəli
aləmi” (2007), “Nəsimi haqqında araşdırmalar” (2010),
“Borcumuzdur bu ehtiram” (2010), “Dilimiz-varlığımız”
(2011), “Seçilmiş əsərləri”, VII cilddə (2012), “Elçin haqqında
düşüncələrim” (2013) və başqa kitabları nəşr edilmişdir. A.
Dümanın “Qafqaz səfəri”, “Necə yaşayasan yüzü haqlayasan”
və digər bu qəbildən kitabları Azərbaycan türkcəsinə çevirən
Qəzənfər Paşayevə böyük uğur qazandırdı.
Dostları ilə paylaş: |