"Fenomenal ədib-Qəzənfər Paşayev": metodik vəsait / tərt ed



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə5/7
tarix31.10.2018
ölçüsü0,79 Mb.
#77317
1   2   3   4   5   6   7

16 

 

olmasını  arzulayan  hər  kəs  dost  xalqlarımız  arasındakı  ədəbi-



mədəni  əlaqələrin  inkişafına  qüvvəsi  çatdığı  qədər  kömək 

göstərməlidir. “Altı il Dəclə-Fərat  sahillərində”  əsəri də məhz 

belə nəcib bir niyyətlə  oxuculara təqdim olunur.  

Professor 

Qəzənfər 

Paşayevin 



“Nəsimi 

haqqında 

araşdırmalar”  adlı kitabı 2010-cu ildə işıq üzü görmüşdür. Altı 

əsrdir  ki,  qismətinə  bol-bol  kədər  və  sevinc  payı  düşən 

Nəsiminin  poeziyası  ürəkləri  fəth  edir.  Bununla  belə,  şairin 

həyat və yaradıçılığı ilə bağlı bir çox məqamlar, xüsusən də onun 

qətli və “dönüklüyü” ilə bağlı məsələlər üzərində qara bir pərdə 

mövcud  idi.  Son  vaxtlarda  aparılmış  təqdiqatlarda  Nəsiminin 

poetik irsi və müdhiş taleyi üzərinə yeni işıq salınmış, bu sahədə 

bəzi irəliləyişə nail olunmuşdur. Professor Qəzənfər Paşayevin 

kitabında bu deyilənlərdən və elm aləmi üçün maraqlı olan başqa 

məsələlərdən  söz  açılır.  Kitabda  alimin  müxtəlif  illərdə 

Nəsiminin  həyat  və  yaradıcılığına  həsr  etdiyi  məqalələri 

toplanmışdır. Əminik ki, əsər kitabsevərlər və ədəbiyyatşünaslar  

tərəfindən maraqla qarşılanacaq.  

Professor  Qəzənfər

 

    Paşayevin  “Borcumuzdur  bu  ehtiram”  



kitabı 2010-cu ildə nəşr olunmuşdur. Kitabda filologiya elmləri 

doktoru,  professor  Qəzənfər  Paşayevin  ünsiyyətdə  olduğu, 

əksəriyyəti  ilə  illər  boyu  dostluq  etdiyi  dünyasını  dəyişmiş 

dəyərli  insanlar  haqqında  fikirləri,  düşüncələri  yer  alır.  O 

insanlar  ki,  örnək  olan  əməlləri  və  müdrik  kəlamları  ilə 

bizimlədir. “Borcumuzdur bu ehtiram”  xalq tərəfindən sevilən 

unudulmaz  insanların  xatirəsinə  bir  töhfədir.  Qəzənfər 

Paşayevin    kitabı  ömrünü  xalq,  millət,  elm,  mədəniyyət  və 

dövlət  yolunda  fədakarlıqla  həsr  edib,  bu  dünyadan  ləyaqətlə 

köçənlərə  həsr  olunub.    Bu  dəyərli  kitabın  bir  məziyyəti  də 

ondadır ki, kitabın müəllifi bu dünyada qalib gedənlər haqqında 

yazmağa mənəvi haqqı olan insandır.  



Sözlərimizə Cabir Novruzun fikri ilə aydınlıq gətirə bilərik.  


17 

 

                          Sağlığnda qiymət verin insanlara,  



                          Sağlığnda yaxşılara yaxşı  deyin. 

                          Sağlığnda yaman deyin yamanlara.  

 

Qəzənfər Paşayev həm sağlığında, həm də yoxluğunda insanlara 



qiymət verməyi bacaran biridir. 

İstedadlı  şəxsiyyət  Qəzənfər  Paşayevin    “Ədəbi  məktublar”  

kitabında yer alan məktublar XX əsrin 80-ci illərindən başlamış 

günümüzədək 35 illik dövrü əhatə edir. Tədqiqatçının XX əsrin 

60-80-ci  illərdə  xarici  alim  və  ədəbiyyatçılara  ünvanladığı 

məktubları  “Altı  il  Dəclə-Fərat  sahillərində”  kitabında  çap 

olunduğundan,  onları  “Ədəbi  məktublar”    a  daxil  edilmədi. 

Kitabda akademiklər Bəkir Nəbiyev, İsa Həbibbəyli, AMEA-nın 

müxbir üzvü Nizami Cəfərov, Xalq yazıçısı Elçin,  Xalq şairləri 

Nəriman Həsənzadə, Sabir Rüstəmxanlı, professor Süphi Saatçı, 

Nizaməddin Şəmsizadə, Vilayət Quliyev, Cəlil Nağıyev, Yavuz 

Axundlu, İmamverdi Əbilov, Əflatun Nemətzadə, Vaqif Yusifli, 

Ağaverdi  Paşayev,  şair  Məmməd  İsmayıl  və  ingilis  yazıçısı 

Ceyms Oldricə, “Qardaşlıq” dərgisinə, “Ədəbiyyat  qəzeti” nə, 

şair  Əli  Rza  Xələfliyə,  ədəbiyyatşünas  İntiqam  Qasımzadəyə, 

yazıçı-alimlər  Salatın  Əhmədliyə,  Pərvinə  və  başqalarına  

ünvanlanmış maraqlı məktublardan söhbət açılır.  

Filologiya 

elmləri 

doktoru, 

professor 

Qəzənfər 

Paşayevin  “Seçilmiş  əsərləri”  nin    I  cildinə  müəllifin  “İraq-

Türkman  folkloru  “  (Bakı,  “Yazıçı”,  1992,  Bağdad,  1995)  və 

“Altı il Dəclə-Fərat sahillərində” (Bakı, 1985, təkrar nəşr) 1987;

 

Bağdad, 1996-ərəbcə) əsərləri daxil edilmişdir. Xalqın ən böyük 



milli sərvəti onun folklorudur. Monoqrafiyası bayatıda, nağıl və 

dastanda əbədiləşən,  canlı  yaddaşa çevrilən, hər  kəsin  soyunu, 

əslini,  zatını  unutmağa  qoymayan,  şüurda,  düşüncədə, 

mənəviyyatda  xalqın  bütövlüyünü  təmin  edən  folklordur.  Bu 

baxımdan, 

müəyyən 


içtimai-siyasi 

səbəblər 

üzündən 



18 

 

soykökündən  ayrı  düşmüş,  iraqın  şimalında,  əsasən,  Kərkük 



vilayətində  toplu  halda  yaşayan,  Azərbaycanca  danışan  elatın 

folkloru xüsusi əhəmiyyət kəsb edir. Canlı bir dildə, elmi-kütləvi 

şəkildə  yazılmış  bu  əsərdə  İraq-Türkman  folkloru,  ilk  dəfə 

olaraq  sistemli  monoqrafik  təhlildən  keçirilir,  onun  epik,  lirik, 

arxaik  janr  və  növləri  ətraflı  tədqiq  olunur,  əhəmiyyətli, 

səciyyəvi xüsusiyyətlər üzə çıxarılır.  

Filologiya 

elmləri 


doktoru, 

professor 

Qəzənfər 

Paşayevin  “Seçilmiş  əsərləri”  nin    II  cildinə  “Dilimiz-

varlığımız”

 

(Bakı,  2011),  “Kərkük  dialektlərinin  fonetikası” 



(Bakı,  2003)  monoqrafiyaları,  mətnlər  İraq-türkman  ləhcəsi 

üçün  səciyyəvi  olan  sözlərin  lüğəti  və  ədəbi  əlaqələrimizdən 

bəhs edən “Könüldən könülə yollar görünür” başlıqlı məqalələr 

toplusu  daxil  edilmişdir.  Folklorçu,  ədəbiyyatşünas,  tərcüməçi 

və  publisist    kimi  tanınan  professor  Qəzənfər  Paşayev  eyni 

zamanda  dəyərli  dilçi  alimdir.  Tədqiqatçının  bu  əsərində  yer 

alan “Kitabi Dədə Qorqud”, “İraq-türkman tarixinə və dialektinə 

bir baxış”, “Qürur duyduğum tarixi şəxsiyyətlər” bölməsini və 

ayrı-ayrı  məqalələri  həyacansız  oxumaq  olmur.  Şirin  və  axıcı 

dildə  yazılan,  intelekt  məhsulu  olan  “Türkologiya  elmimizin  

iftixarı”,  “Çoxşaxəli  yaradıcılıq  yolu”  “Gələcək  nəsillərə 

yadigar” kimi səmimi yazılar oxucular tərəfindən daima maraqla 

qarşılanmışdır.  

Professor Qəzənfər Paşayevin “Seçilmiş əsərləri” nin  III 

cildinə  alimin  “İraq-türkman  folklorunun  janrları  (İstanbul, 

1998;  Bakı,  2003;  Tehran  2008)  monoqrafiyası  və    

“Borcumuzdur bu ehtiram”  ( Bakı 2010) əsəri daxil edilmişdir. 

1-ci  əsərdə  İraq-türkman  folkloru  ilk  dəfə  olaraq  elmi-nəzəri 

cəhətdən  araşdırılaraq  elm  aləminə  təqdim  edilmişdir. 

“Borcumuzdur  bu  ehtiram”    əsərində  isə  dünyasını  dəyişmiş, 

lakin  qəlblərdə  yaşayan  tanınmış  və  xalq  qarşısında  əlahiddə 

xidmətləri olan görkəmli şəxsiyyətlərdən bəhs edilir.  




Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə