"Fenomenal ədib-Qəzənfər Paşayev": metodik vəsait / tərt ed



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə2/7
tarix31.10.2018
ölçüsü0,79 Mb.
#77317
1   2   3   4   5   6   7

 

xarici  dillər  kafedrasının  müdiri  (1972-1989)  olmuşdur.  ABŞ 



(1983) və İngiltərədə (1988) ixtisasartırma kurslarını bitirmişdir. 

1989-1999-cu 

illərdə  BDU-nun  Qərbi 

Avropa  dilləri 

kafedrasında çalışmışdır. Azərbaycan Milli Elmlər Akademiyası 

Nizami  adına  Azərbaycan  Ədəbiyyatı  Muzeyində  şöbə  müdiri 

(2001-2005),  eyni  zamanda  2003-ci  ildən  Nizami  adına 

Ədəbiyyat  İnstitutunda  baş  elmi  işçisi  işləmişdir.    Ədəbi-elmi 

fəaliyyətində 

İraqda 


yaşayan 

azərbaycanlıların-İraq 

türkmanlarının  ədəbi-mənəvi  yaradıcılığının  tədqiqi  və  təbliği 

xüsusi yer tutur. Paşayevin elmi fəaliyyətinin zirvəsi onun “İraq-

türkman folkloru” adlı monumental əsəridir. Ə.Bəndəroğlunun 

“Şah  əsər”,  professor  M.Naqibin  “Abidə  bir  əsər”  başlıqlı 

məqalələr həsr etdikləri, müəllifin 20 illik axtarışlarının məhsulu 

olan  bu  monoqrafiya  Bakıda,  Bağdadda  və  İstanbulda  nəşr 

edilmiş,  Azərbaycanda  və  xaricdə  tədqiqatçıların  diqqət 

mərkəzində olmuşdur. Q.Paşayev “Ədəbiyyat” qəzetinin (1995-

ci  ildən),  “Vəfa”  (2004-cü  ildən),  “Folklor  və  etnoqrafiya” 

(2004-cü  ildən),  “Xəmsə”  (2002-ci  ildən),  “Qopuz”  (2005-ci 

ildən)  jurnallarının,  Nizami  adına  Ədəbiyyat  İnstitutunun 

“Ədəbi-nəzəri  məcmuə”  sinin  redaksiya  heyətinin  üzvüdür. 

1994-cü  ildən  Nizami  adına  Ədəbiyyat  İnstitutu  nəzdində 

müdafiə  Şurasının  üzvüdür.  1997-2005-ci  illər  arası  həmin 

şuranın  həmsədri  olub.  Pedaqoji  və  elmi  kadrların 

hazırlanmasında  xidmətləri  vardır.  Rəhbərliyi  ilə  namizədlik 

dissertasiyaları müdafiə edilib. Onlarla doktorluq və namizədlik 

dissertasiyaları  üzrə  opponent  olub.  Bir  çox  dərslik  və 

monoqrafiyaların  redaktoru  və  ya  rəyçisi  olmuşdur.  Uzun 

müddət  Azərbaycan-İraq  Dostluq  Cəmiyyətinin  sədr  müavini 

(1990-2003)  olmuşdur.  1997-ci  ildən  Qafqaz  Müsəlmanları 

İdarəsinin  nəzdində  fəaliyyət  göstərən  Elmi-Dini  şuranın 

üzvüdür. 

2004-cü 


ildən 

Yazıçılar 

Birliyinin 

Təftiş 


komissiyasının  sədridir.  Azərbaycanda:  akademiklər:  Bəxtiyar 


 

Vahabzadə,  Bəkir  Nəbiyev,  Teymur  Bünyadov,  akademiyanın 



müxbir  üzvləri:  Yaşar  Qarayev,  Vasim  Məmmədəliyev,  Tofiq 

Hacıyev,  Azad  Nəbiyev,  Nizami  Cəfərov,  Filologiya  elmləri 

doktorları, professorlar: M.Təhmasib, Qasım Qasımzadə, Vaqif 

Vəliyev,  Musa  Adilov,  Murtuz  Sadıxov,  Əzizə  Cəfərzadə, 

Zeydulla  Ağayev,  Sədnik  Paşayev,  Gülrux  Əlibəyli,  Qəzənfər 

Kazımov, tibb elmləri doktoru Mehdi Sultanov və başqaları, o 

cümlədən  də  xarici  ölkə  alimləri  Ə.Tərzibaşı,  Ə.Bəndəroğlu, 

filologiya  elmlər  namizədi    Sinan  Səid,  M.Xurşid,  professor 

Mahir Naqib, professor Sübhi Saatçı, M.T.Qayaçı, E.Hürmüzlü 

(İraq),  professor    Mustafa  Arqunşah,  professor  Cəlal  Ərtuq, 

professor  İsa Özgan, Kamal Çapraz, İsa Qayacan, dosent doktor 

T.Abbasxanlı və b. (Türkiyə) Q.Paşayevin tədqiqatlarını yüksək 

qiymətləndirmiş,  onun  yaradıcılığına  sanballı  məqalələr  həsr 

etmişlər. 

         Qəzənfər Paşayev 1995-ci ildə öz vəsaiti hesabına Nizami 

adına  Ədəbiyyat  İnstitutunun  Folklor  Elm  Mərkəzində  İraq 

Türkman 

Ocağı 


muzeyi 

yaratmış, 

İraqda 

yaşayan 


azərbaycanlıların  ədəbiyyatı  və  mədəniyyəti  ilə  bağlı  olan  son 

otuz  ildə  topladığı  şəxsi  əşyaların  (o  cümlədən  incəsənət 

əsərləri),  əlyazmaların,  elmi  mənbələrin,  kitabların  hamısını 

burada  cəm  etmişdir.  2001-ci  ildə  ocağın  kolleksiyası  Nizami 

adına Azərbaycan Ədəbiyyatı muzeyinə köçürülmüş  və  ayrıca 

bir  zalda  “İraq-türkman  ədəbiyyatı  və  mədəniyyəti”  daimi 

ekspozisiyası açılmışdır. İraq Respublikasının “Əməkdə şücaətə 

görə” medalı ilə təltif edilmiş (1876), Kərkük vəqfinin (1999) və 

türkman  cəbhəsinin  (2003)  diplom  və  yüksək  mükafatlarına 

layiq görülmüşdür. Paşayevin həyat və fəaliyyətindən bəhs edən 

“Bu sevda ölüncədi” (2001), “İraq bizə iraq deyil” (2002) və s. 

kitablar  nəşr  edilmiş,  şair  H.Kürdoğlunun  “Tovuzum  mənim, 

Oğuzum mənim” poeması (1998) Paşayevə həsr olunmuşdur. 



 

Tanınmış  ədəbiyyatşünas,  səmimi  şəxsiyyət



 

Qəzənfər 

Paşayevin 80-illik yubileyi münasibəti ilə kitabxanada bir sıra 

tədbirlər; kitab müzakirəsi,  oxucu konfransı,  rəsm  müsabiqəsi, 

ədəbi-bədii gecə keçirilə bilər.  

Yazıçını  sevdirmək,  yaradıcılığını  gənc  nəslə  və 

oxuculara  tanıtmaq  məqsədilə  kitabxanada  kitab  sərgisi 

keçirilməsi  məqsədə  uyğundur.  Qəzənfər  Paşayevin  müxtəlif 

illərdə  çəkilmiş  foto  stendi,  bundan  başqa  kitabları  sərgidə  öz 

yerini alır. Yazıçının nəşr olunmuş öz əsərləri ilə yanaşı müxtəlif 

ədiblərin onun haqqında yazdığı materiallar da sərgidə nümayiş 

olunur. Sərgiyə müxtəlif başlıqlar verilə bilər:   

“80 yaşının qənşərində olan müqtədir alim - Qəzənfər Paşayev”,   

“Ziyalı  ömrü”,    “Elmə  “öz  mətnləri”  ilə    gələn    alim”, 

“Fenomenal ədib”, “Kərkük sevdalısı”, “Ədəbi məktublar-əbədi 

məktublar”,  “Solmayan  sevdalar”,  “Alimlik  və  insanlıq 

istedadı”,  “Yada  düşdü”,  “Ziyalı  ömrü”,    “Yorulmayan  insan

 

Qəzənfər Paşayev” və s.   



 

 

 



 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə