"Fenomenal ədib-Qəzənfər Paşayev": metodik vəsait / tərt ed



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə4/7
tarix31.10.2018
ölçüsü0,79 Mb.
#77317
1   2   3   4   5   6   7

13 

 

  II  məruzəçi:    Professor  Q.Paşayev  “Hüseyn  Arif-80”  (2004), 

“İsi Məlikzadə-70” (2004), “Tofiq Bayram-70” (2005), “Əlibala 

Hacızadə-70”  (2005),  “Fikrət  Qoca  -70”  (2005),  “Bəkir 

Nəbiyev-70”  (2005)  kimi  çox  maraqlı  portret  kitabları  da  öz 

vəsaiti hesabına çap etdirmişdir. İngiltərənin tarixi, coğrafiyası 

və  mədəniyyətindən  bəhs  edən  “İngiltərə  haqqında”  (1981, 

ingilis  dilində)  adlı  kitab,  eləcə  də  ingilis  filologiyasına  dair 

onlarca  elmi  məqalə  yazmışdır.  ABŞ,  İngiltərə,  İraq,  Türkiyə, 

Rusiya,  Özbəkistan,  Qazaxıstan,  Gürcüstan  və  s.  ölkələrdə 

keçirilən elmi simpoziumlarda məruzələr etmiş, elmi məqalələri 

çap  olunmuşdur.  “Füzulinin  həyat  və  yaradıcılığı”  ndan  bəhs 

edən məqaləsi  ABŞ-da çıxan “Reforma” (№ 2, 1996, s.17-25) 

jurnalında və Bağdadda  ərəbcə elmi məcmuədə (1995),  “İraq 

türkmanlarının tarixi, folkloru və ləhcəsi” ndən bəhs edən əsəri 

ABŞ-da  nəşr  olunan  “Azerbaijan  international”  jurnalında 

(1.1.2003,  5.22-25),  “Azərbaycanlılar  İraqda  az  tanınan  elat” 

adlı  məqalə  İraq  türkmanlarının  İstanbulda  çıxan  “Qardaşlıq” 

(№  22  və  №  23,  2004)  dərgisində  ingiliscə,  “İraq-Türkman 

tarixinə  və  ədəbiyyatına  bir  baxış”  iki  məqalə,    “Aleksandr 

Dümanın Qafqaz səfəri”  məqaləsi “Literaturnıy Azerbaydjan” 

jurnalında (№ 3, 2004) və  “Düma Qafqazda” adlı rusca ssenarisi 

çap olunmuşdur. Onun  A. Dümanın “Qafqaz səfəri” (1985, H. 

Abbasovla 

birgə), 

S.Benetin 

“Necə  yaşayasan,  yüzü 

haqlayasan” (1989) ,  A.  Kristinin “Mavi  qatarın  sirri” (1995), 

Professor İ.Pərsinacın “M.F.Axundovun kritikası” (ABŞ, 1989) 

orijinaldan dilimizə  tərcümələri oxuculara çatdırılmışdır. 

 

Qəzənfər  Paşayevin  yubileyi  ilə  bağlı  kitabxanada 



keçirilən  tədbirlərdən  biri  də  “biblioqrafik  icmal  dır. 

Kitabxanaçı  biblioqrafik  icmal  keçirərkən  oxuculara

 

Qəzənfər 



Paşayevin kitabları haqqında məlumat verir.  


14 

 

 Kitabxanaçı: 

Professor 

Qəzənfər 

Paşayevin  dilçi-alim 

dialektoloq,  ədəbiyyatşünas,  folklorşünas,  etnoqraf,  salnaməçi, 

publisist,  tərcüməçi,  pedoqoq  kimi  zəngin  yaradıcılığı  ilə 

çoxşaxəli  fəaliyyətindən  xaricdə  və  ölkəmizdə  görkəmli  elm 

xadimləri dərin ehtiramla bəhs ediblər. Məlumdur ki, hər hansı 

bir  xalqın  tarixini,  dilini,  ədəbiyyatını,  bütövlükdə 

mədəniyyətini  “unikal  sistem”,  tarixin  yaddaşı  və  informasiya 

daşıyıcısı  olan  mətnlər  vasitəsilə  öyrənmək  mümkündür... 

Q.Paşayev elmə “öz mətnləri”- özünün topladığı mətnlərlə gəlib 

və tədqiqat obyektini böyük zəhmətlə özü əldə edib. Mətnlərin 

toplanması və nəşrə hazırlanması professorun elmi fəaliyyətinin 

təməlində  dayanır.  Və  çoxşaxəli  yaradıcılığının  böyük  bir 

hissəsini təşkil edir: o hər biri ədəbiyyatşünaslığımızda hadisəyə 

çevrilən 15 elmi 

 

əsərin müəllifi  olmaqla yanaşı, 21 çox dəyərli 



kitabın da tərtibçisidir... 

“Altı  il  Dəclə-Fərat  sahillərində”  kitabı  filologiya  elmləri 

namizədi Qəzənfər Paşayevin altı illik müşahidə və tədqiqatının 

nəticəsi  olan  bu  kitab  qədim  mədəniyyətin  beşiyi  İraq  və 

iraqlıların dünəni, bu günü, adət-ənənəsi, içtimai həyatı, inkişafı 

haqqında  geniş  məlumat  verir.  Bir  vaxtlar  gözəl  nəfəsli 

müğənnimiz Nərminə Məmmədovanın iraqlı Sinan Səidlə birgə 

oxuduğu 

                                    Evlərinin önü yonca,    

                                    Yonca qalxıb dam boyunca... 

misralı məşhur Kərkük bayatısı varlığımıza süzülərək bizə çox 

mətləbləri  açıqlayırdı.  Bu  həzin  və  məlahətli  səsin  qəlbimizdə 

yaratdığı ilk təlatüm sonralar görkəmli tədqiqatçı-alim Qəzənfər 

Paşayevin  “Altı il Dəclə-Fərat sahillərində” kitabı ilə bir daha 

ruhumuzu dara çəkərək bizi silkələdi. Ötən əsrin 80-ci illərində 

Qəzənfər  Paşayevin  ən  böyük  tirajla  (130  min)  çap  olunmuş 



15 

 

“Altı il Dəclə-Fərat sahillərində” adlı  sanballı, elmi publisistik 



daha  dəqiqi,  bir  səyahət  salnaməsi  olan      kitabı  əllərdə  gəzdi, 

dillər  əzbərinə  çevrildi.  Hamı  bu  əsərdən  danışırdı.  Qapalı  bir 

mühitdə-sovet  quruluşunun  ağır  diktələri  və  rejimi  altında 

yaşadığımız bir zamanda biz əslində böyük dünyadan xəbərsiz 

idik. Məhz Qəzənfər Paşayevin bu kitabının vasitəsilə bizə bəlli 

oldu  ki,  o  qədər  də  iraq  olmayan  ölkədə,  İraqda  dilimizdə 

danışan  İraq  türkmanları  yaşayır.  Biz  ilk  dəfə  məhz  professor 

Qəzənfər  Paşayevin  bu  kitabının  vasitəsilə  İraq  ellərindən, 

Kərkükdən  xəbər  tutduq.  Bizi  təccübləndirən  təkcə  bu  xəbər 

deyildi, bizi heyrətləndirən bütün buxovları, sədd və sərhədləri 

sözün  böyük  qüdrəti  ilə  vurub  dağıtmağı  bacaran  Qəzənfər 

Paşayevin  yazıçılıq  məharəti,  vətəndaşlıq  yanğısı,  milli 

təəssübkeşliyi və cəsarəti idi. O zaman Qəzənfər Paşayev bizim 

üçün  bir  əfsanəvi  insana  çevrilmişdi.  Qəzənfər  Paşayev  İraq-

Azərbaycan ədəbi əlaqələrində bir elmi institutunun görəcəyi  işi 

təkbaşına yerinə yetirir. “Altı il Dəclə-Fərat sahillərində” 1996-

cı ildə Bağdadda ərəbcə nəşr olunmuş və bu ölkədə böyük ədəbi 

hadisəyə çevrilmişdi.  

Müəllifin  “İraq-türkmən  folklorunun  janrları”  kitabı 

da həm Bakıda, həm Bağdadda, həm də İstanbulda nəşr edilib. 

“İraq-Türkmən  ləhcəsi”  araşdırmasıda  böyük    rəğbətlə 

qarşılanıb.  Kərkükdə  yaşayıb-yaradan  söz  adamları  haqqında 

professor  Qəzənfər  Paşayevin  müxtəlif  yazılarını  oxumuşuq. 

Görkəmli  alimimizin  çap  etdirdiyi  “İraq-Kərkük  bayatıları”, 

“Kərkük  mahnıları”,    “İraq-Kərkük  atalar  sözləri”,  “Kərkük 

tapmacaları”,  “Kərkük  folklor  antologiyası”,  “Nəsiminin  İraq 

divanı”  və  s.  kitabları  ədəbiyyatımızın  zənginləşməsinin  bu 

yöndə böyük fədakarlıq, vətəndaşlıq mövqeyinin göstəricisidir. 

Müəllif  kitabın  bir  fəslin  belə  adlandırmışdır:  “İraq  bizə  iraq 

deyil”. Burada onu qeyd edə bilərik ki, ümumən uzaqların yaxın 

olmasını,  o  cümlədən  İraqın  bizə  iraq  yox,  daha  da  yaxın 



Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə