Fənnin adı: Fövqəladə halların təhlükəli amilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/82
tarix28.11.2023
ölçüsü5,01 Kb.
#135238
növüMühazirə
1   ...   11   12   13   14   15   16   17   18   ...   82
a35522fd6f49dc7d35fba0d0b6a3640c

 
 
 
 


Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Memarlıq və İnşaat Universiteti
Fakültə : İnşaat-texnologiya
Kafedra: Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi
Fənnin adı:
Fövqəladə halların təhlükəli amilləri
Mövzu: 4
.
 
Geofiziki təhlükəli hadisələr
və onların xüsusiyyəti.
 
Mühazirəçi:
E.K.Qafarov
Mühazirənin planı : 
1. Zəlzələlər və onların növləri,xüsusiyyəti. 
2. Zəlzələlərın baş verməsi ilə yaranan dağıntıların xarakteristikası. 
Ədəbiyyat: 
1. Ocaqov H.O., Nağıyev. N.T., Muxtarov .R.M ,Müliki müdafiə Bakı -2011. 397 s 
2.C.N.Qasımov .,N.Z.Abdullayev. Fövqəladə halların təhlükəli amilləri Bakı -
2017. 390 səh. 
3.С.В.Ефремов,В.В.Цаплин.Безопасность в чрезвычайных ситуациях.Санкт-
Петербург,2011 .253 səh.
4. Сычев, Ю. Н. Безопасность жизнедеятельности в чрезвычайных ситуациях
- М.: Финансы и статистика, 2015. - 224 c.
 
5. H.O.Ocaqov. Fövqəladə hallarda həyat fəaliyyətinin təhlükəsizliyi (Mülki 
müdafiə) Bakı 2010, səh.388 
6.Ocaqov H.O., Hacıyev A.İ.Sabitliyi pozan amillər və onların nəticələrinin
xarakteristikası. Bakı-2003. 189 səh.
 
7.
 
Fövqəladə halların təhlükəli amilləri
fənni üzrə elektron mühazirələr 
toplusu.Bakı-2021 (azmiu.edu.az) 
 

Bakı-2021 
 


1. Zəlzələlər və onların növləri,xüsusiyyəti.
 
Geoloji xarakterli 
fəlakətlər ekzogen və endogen proseslər nəticəsində baş verir. 
Məlum olduğu kimi, endogen proseslər zəlzələ törədir. Yalnız son beş ildə 
respublikamızın ərazisində 10-dan artıq zəlzələ qeydə alınmış, onların ikisi daha 
güclü olmuş və fövqəladə hal yaratmışdır. 
Hər iki zəlzələ zamanı insan tələfatı olmuş, zəlzələ mərkəzinin yaxınlığındakı 
rayonlarındakı sosial və sənaye obyektlərində güclü dağıntılar baş vermiş, yerin 
səthində çatlar, qırılmalar, sürüşmələr və digər deformasiya halları müşahidə 
edilmişdir. Bu fəlakətlər nəticəsində 2 nəfər həyatını itirmiş, 32 nəfər yaralanmış, 
1,5 min nəfər əhali zərər çəkmişdir. Çoxlu ictimai tikililər, yaşayış və sənaye 
binaları dağılmış və ya zədələnmiş, 631 ailə evsiz-eşiksiz qalmışdır. 
Planetimizdə təbii fəlakətlər çox tez-tez baş verir. BMT Statistika xidmətinin 
məlumatına görə, 1947-ci ildən 1970-ci ilə qədərki dövrdə təbii mənşəli fövqəladə 
hadisələr nəticəsində dünyada 1 milyondan artıq insan məhv olmuşdur. 
Təbii fəlakətlərin çoxunun bir vaxtda baş verməsi, onların intensivliyi və müəyyən 
dövrlər ərzində təkrar olunması, günəşin aktivliyi ilə bilavasitə əlaqədə olur. Bizim 
respublikamızın bu və ya digər rayonu üçün ancaq təbii fəlakətlərin bəzi növləri 
xarakterikdir. Belə təbii proseslərin, xüsusən də kortəbii hadisələrin dövriliyinin 
öyrənilməsi, proqnozlaşdırılması ölkədə xeyli vəsaitlərə qənaət edilməsinə, insan 
həyatının qorunub saxlanmasına imkan yaradır. 
Təbii xarakterli FH-i törədən amilləri ayrı-ayrılıqda nəzərdən keçirək: 


Yer qabığının və ya mantiyanın üst hissəsinin qəflətən yerdəyişməsi, yaxud 
qırılması nəticəsində baş verən yeraltı təkanlardan və bu zaman yer səthinin xeyli 
məsafələrdə elastik titrəyiş halında yayılan tərpənməsindən ibarətdir. Zəlzələlər 
Yer qabığı strukturlarının fəzadlı hərəkətləri nəticəsində deformasiyaya uğramış 
suxurlarda toplanmış enerjinin qısa zamanda boşalması nəticəsində baş verir. Qısa 
zaman ərzində (1 dəqiqədən az müddətdə) əmələ gətirdiyi dağıntılara, insan 
yaşayan mühitə destruktiv təsirinə, ölənlərin və zərərçəkənlərin sayına görə 
zəlzələlər təbii fəlakətlər arasında ən dəhşətlisi sayılır. Orta hesabla Yer üzərində 
ilə ərzində 10-dan çox dağıdıcı və 100-ə yaxın güclü zəlzələ baş verir. Bu 
zəlzələlər nəticəsində dünyada minlərlə insan həlak olur, milyonlarla dollar 
həcmində ziyan dəyir. 
Azərbaycan Respublikası ərazisində orta hesabla ildə minə yaxın müxtəlif güclü 
zəlzələlər qeyd edilir. 
Zəlzələlərin törətdiyini təsəvvür etmək üçün Azərbaycan ərazisində baş vermiş 
güclü zəlzələlərdən bir neçəsini misal gətirmək kifayətdir. 
1139-cu ildə baş vermiş zəlzələ nəticəsində Gəncə şəhəri tamamilə dağılmış, çoxlu 
sayda insan həlak olmuş, böyük dağ uçqunları nəticəsində indiki Göy-Göl əmələ 
gəlmişdir. 
1667-ci ildə zəlzələ nəticəsində Şamaxı şəhəri yerlə yeksan olmuş, şəhərdə və 
onun ətraf məntəqələrində minlərlə adam həlak olmuşdur. 1669, 1828, 1859, 1872 
və 1902-ci illərdəki zəlzələlər də dəfələrlə Şamaxını viran qoymuş, çoxlu insan 
təlafatı ilə nəticələnmişdir. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə