Fənnin adı: Fövqəladə halların təhlükəli amilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/82
tarix28.11.2023
ölçüsü5,01 Kb.
#135238
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   82
a35522fd6f49dc7d35fba0d0b6a3640c

Birincisi, 
əhali, onun əmlakı və təbii mühit üçün mövcud olan təhlükəli, qorxulu 
halların növlərini və xüsusiyyətlərini dəqiq müəyyən etmək, yəni onların təsnifatını 
tərtib etmək, baş vermə səbəblərini, qanunauyğunluğunu, habelə meydana 
çıxmasının xarakterini aşkar etmək lazımdır.
İkincisi,
Azərbaycanın milli təhlükəsizliyi sistemində mülki mühafizənin rolu və 
mövqeyi təhlil edilməli, ölkənin sosial-iqtisadi, ekoloji, hərbi, informasiya, ictimai 
təhlükəsizliyi və digər təhlükəsizlik məsələləri ilə mülki mühafizənin qarşılıqlı 
əlaqələri dəqiq müəyyənləşdirilməlidir. 
Üçüncüsü, 
mülki mühafizə qüvvələri, vasitələri və ehtiyatlarının daha da 
təkmilləşdirilməsi, daim hazır vəziyyətdə saxlanması lüzumu əsaslandırılmalıdır.
Qəza təhlükəsi yaradan digər daxili səbəblərdən aşağıdakıları da qeyd etmək 
lazımdır: 
· istehsal vasitələrinin, xüsusən də texnoloji avadanlıqların, nəqliyyat 
vasitələrinin və əsas istehsal fondlarının yolverilməz dərəcədə artan aşınması və 
köhnəlməsi; belə hallar bəzi iqtisadiyyat sahələrində 70-80% təşkil edir; 
· Respublikada, eləcə də ondan kənarda, qəza və fəlakət törədə biləcək 
partlayış, yanğın, kimyəvi, radioaktiv, bioloji təhlükəli istehsalatlardan, maddə və 
texnologiyalardan istifadə olunmasının miqyasca artması, eyni zamanda 
təhlükəsizlik təminatı sistemlərinin etibarsızlığı sənaye, nəqliyyat, energetika, kənd 
təsərrüfatı, idarəetmə sistemləri sahələrində texniki təhlükəsizlik səviyyəsinin 
kəskin dərəcədə aşağı düşməsi; 


· istehsalat mədəniyyəti səviyyəsinin və texnoloji intizamın zəifləməsi, iri 
müəssisələrdə texnologiyanın və vahid texnoloji proseslərin pozulması. Həmçinin 
əməyə hörmətin, səriştəsizliyin, məsuliyyətin azalması nəticəsində zərərli və 
yüksək texnologiyalı müəssisələrdən ən yaxşısı, hətta unikal mütəxəssislərin 
müxtəlif kommersiya qrumlarına, yaxud xaricə getməsi halları da müşahidə 
olunur; 
-iqtisadiyyatda böhranlı halın davam etməsi, respublikanın müəssisələri arasında, 
eləcə də digər MDB ölkələrindəki müəssisələrlə iqtisadi və texnoloji əlaqələrin 
qırılması. Hazırda təhlükə potensiallı obyektlər tikilərkən məhdud sahələrdə çoxlu, 
bəzən isə yolverilməz dərəcədə sıx halda xeyli energetik obyektlər, radioaktiv və 
kimyəvi təhlükəli maddə və material işlədilən müəssisələr, güclü elektromaqnit və 
akustik şüalanma yaradan qurğular yerləşdirilərkən, adətən onların təsirinin nəinki 
uzunmüddətli nəticələri, hər şeydən əvvəl genetik nəticələri nəzərə alınmır, hətta 
onların ətraf mühitə heç indiki neqativ təsirinə də diqqət yetirilmir, lazımi 
təhlükəsizlik tədbirləri görülmür; 
· ekstremist qüvvələr və ambisiyalı siyasi dairələr tərəfindən qızışdırılan milli və 
dini separatizm, milli-etnik münaqişələr də ictimai fəlakətlər törədə biləcək 
səbəblərdəndir. 
Fövqəladə halların sayının artmasına səbəb olan texnogen amillər sırasına 
aşağıdakılar aiddir: 
· iqtisadiyyat sahələrində ən yeni təhlükəsiz texnologiyalar, istehsalatlar və 
materialların tətbiqi nəzərdə tutulmaqla inkişafın struktur siyasəti və prioritetlər 
sistemi hələ işlənib hazırlanmamışdır; 
· israfçıl texnologiyalardan istifadə olunması davam edir ki, bu zaman işlədilən 
təbii ehtiyatların 90%-dən çoxu zərərli istehsalat və məişət tullantıları kimi ətraf 
mühitə atılır.
Təhsilin, fundamental və tətbiqi elmi araşdırmaların lazımi səviyyədə olmaması, ən 
əvvəl isə həyat fəaliyyətində təhlükəsizliyin təmin olunması sahəsində elmi 
araşdırmaların qıtlığı kimi amillər cəmiyyətin təhlükəsizliyinə xeyli pis təsir edir. 


Müxtəlif fövqəladə halların yaranma səbəblərini təhlil edərkən həm təhlükəsiz 
texnologiyalar, təhlükəsizlik texnikası, sosial münaqişələr və texnogen qəzalar 
arasında, həm də sosial və təbii kataklizmlər arasında müəyyən bir qarşılıqlı əlaqə, 
yəni paragenetik effekt olduğunu da nəzərə almaq lazımdır. 
Bədxah qonşularımızın ərazi iddiaları, milli münaqişə, milli ekstremizm 
respublikamız üçün kənardan ciddi hərbi təhlükə yaradır. 
Bununla yanaşı, dünyadakı müasir hərbi-siyasi vəziyyət göstərir ki, iri miqyaslı 
müharibə təhlükəsi ehtimalı xeyli azalmışdır. Azərbaycan üçün başlıca təhlükəni 
lokal və regional milli silahlı münaqişələr törədir. 
Əgər 1-ci dünya müharibəsi zamanı dinc əhali arasında tələfat cəbhədəki 
tələfatdan 20 dəfə az, 2-ci dünya müharibəsində təxminən cəbhədəki tələfatla eyni 
olmuşdusa, adi silahlar işlədilən lokal müharibələrdə dinc əhalinin tələfatı 
cəbhələrdəki tələfatdan 13 dəfə artıq olmuşdur. 
Sosial və texnogen fövqəladə hallar həmçinin kənardan həm ayrı-ayrı adamlara və 
idarəetmə orqanlarına, həm də bütün cəmiyyətə fitnəkarlıqla psixoloji-informasiya 
təsiri göstərilməklə törədilə bilər. 
Azərbaycan Respublikasında Fövqəladə Hallar nazirliyinin yaradılmasında(16 
dekabr 2005 -ci il) məqsəd fövqəladə halların vahid mərkəzdən idarəolunmasına 
xidmət edir.
Sülh 
və müharibə dövrlərində ehtimal edilən fövqəladə halların 
proqnozlaşdırılması, qarşısının alınması, məhdudlaşdırılması və aradan 
qaldırılması işləri üzrə respublika səviyyəsindən başlamış obyektlərədək bütün 
hakimiyyət orqanlarının funksiyaları və məsuliyyətinin müəyyən edilib 
dəqiqləşdirilməsi, onlar arasında fasiləsiz qarşılıqlı fəaliyyətin təşkil edilməsi tələb 
olunur.Mülki mühafizə problemləri üzrə kompleks elmi tədqiqatların aparılmasını 
təşkil etmək, obyektlərin, ətraf mühitin təhlükəsizliyinin vəziyyətinə nəzarət, eləcə 
də MM qüvvə və vasitələrinin fəaliyyətinin idarə edilməsi üzrə avtomatlaşdırılmış 
sistemlər günün tələbidir.


Bütün bu problemlər həyat fəaliyyətində təhlükəsizliyin təminatı sahəsində 
aparılan fundamental, elmi və tətbiqi araşdırmalar kompleksinin nəticələri əsasında 
həll edilə bilər. 
Hesab edirik ki, belə araşdırmaları ancaq əhali, avadanlıqlar və ətraf mühit üçün 
təhlükə, qorxu törədə bilən (ehtimal olunan) bütün fövqəladə hadisə növlərini, 
eləcə də onlardan mühafizə tədbirləri kompleksini modelləşdirmək və sistemli 
təhlil etmək yolu ilə yerinə yetirmək mümkündür. Belə modelləşdirilmənin obyekt, 
rayon, sahə və ümumrespublika səviyyələrində yerinə yetirilməsi daha 
məqsədyönlü olardı, çünki bu halda modelləşdirmə sahələrin konyuktur təsirlərinə 
məruz qalmazdı 
Nəticə olaraq qeyd edək ki, XXI-ci əsrdə cəmiyyətin və dövlətin təhlükəsizliyinin 
səviyyəsi mülki mühafizənin inkişafı istiqamətinin nə dərəcədə düzgün 
seçilməsindən, onun proqram və planlarının nə qədər dəqiq işlənib 
hazırlanmasından və vaxtında reallaşdırılmasından xeyli asılı olacaqdır. 
Yoxlama sualları: 
1.Təhlükəsizliyin təminatı problemi hansı istiqamətlər üzrə aparılan elmi 
axtarışları əhatə edir? 
2.
Qəza təhlükəsi yaradan digər daxili səbəblər hansılardır? 
3.
Fövqəladə halların sayının artmasına səbəb olan texnogen amillərə nələr aiddir? 



Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə