Fənnin adı: Fövqəladə halların təhlükəli amilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/82
tarix28.11.2023
ölçüsü5,01 Kb.
#135238
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   82
a35522fd6f49dc7d35fba0d0b6a3640c

Zəhərlənmə zonası
- ərazisinə insanlar, k/t heyvanları və bitkiləri üçün müəyyən 
müddət ərzində təhlükə törədən miqdarda qorxulu kimyəvi maddələr, yaxud bioloji 
maddələr yayılmış və ya gətirilmiş (küləklə və s.) əraziyə deyilir. 
Zəhərləyici maddə (ZM)
- canlı qüvvələri zəhərləməklə müvəqqəti sıradan çıxaran 
və ya məhv edə bilən kimyəvi birləşmələrdir, kimyəvi silahın əsasını təşkil edir. 
Zərbə dalğasının cəbhəsi
- partlayış mərkəzindən ətrafa yayılan çıxılmış havanın 
atmosferdəkindən artıq təzyiqə malik ön həddinə deyilir.
 
2.Risk anlayışı, riskin idarə olunması,riskin növləri. 
Risk dedikdə hər hansı bir əməli iş, yaxud hadisə zamanı baş verə biləcək arzu 
olunmuş nəticələr başa düşülür. Riskin dərəcəsi belə nəticələrin baş verməsi 
ehtimalına və yaxud itkilərin gözlənilən miqyasına görə müəyyən edilir. Riski 
qabaqcadan görüb onun zəiflədilməsi üçün tədbirlər həyata keçirilməsinə riskin 
idarə edilməsi deyilir. 
Risk onun qiymətləndirilməsi əsasında idarə edilir. Riskin qiymətləndirilməsi isə 
onun dərəcəsinin bir sıra amillərdən asılılığının müəyyən olunmasına deyilir, belə 
ki, risk aşağıdakı amillərdən asılı olur: 
· nəzərdən keçirilən obyektin müəyyən təhlükəli təsirlərə məruz qalmağa meyilliyi; 
· bu obyektin həmin təsirlərə həssaslığı, yaxud təsirə qarşı müqavimətdə zəif 
cəhətləri; 
· bu obyektin təsirlərdən mühafizə edilməsi (olunması) dərəcəsi. 
Əgər risk xeyli yüksəkdirsə onda obyektin mühafizə qabiliyyətini mümkün qədər 
artırır, onun təsirə məruz qalma meylliyini və ya təsirə həssaslığını azaldırlar. 
Bəzi hallarda riski əvvəlcədən hesablayır, digər hallarda isə onu itkilərin 
kəmiyyətinə görə keçmişdə baş vermiş zərərə görə qiymətləndirirlər. Buna görə də 
bir sıra hallarda “risk” və “zərər” terminləri eyni mənada işlədilir. 
“Risk anlayışı”, təhlükəsizlik anlayışının əksidir. 


Təhlükəsizlik nəzərdən keçirilən obyektin elə vəziyyətidir ki, bu zaman onun özü 
üçün yaranan risk və ya onun digər obyektlər üçün yaratdığı risk (məsələn AES-in) 
yol verilən müəyyən səviyyədən artıq olmur, və ya ola bilsin ki, heç olmur. Riskin 
idarə edilməsində məqsəd təhlükəsizliyə nail olmaqdır. Təhlükəsizliyin vacibliyi 
son dərəcə aydın, riskin qiymətləndirilməsinin məntiqi olduqca sadədir və belə 
hesab etmək olardı ki, təhlükəsizliyin hər yerdə və həmişə təmin edilməsi üçün ən 
adi sağlam düşüncə belə, kifayətdir. 
Riskin əsas növləri təbii, texnogen, ekoloji və sosial xarakterli risklərdir, bunlar 
aşağıda geniş izah ediləcək. Təbii və texnogen təhlükələrin törətdiyi itkilərin 
kəmiyyətləri 1.1. cədvəlində göstərilmişdir. Sosial səbəblərdən baş verən itkilər isə 
ağır olur. 
Aydındır ki, riskin idarə edilməsində nöqsanlar olur. Təbii və texnogen risklər üzrə 
mütəxəssislər bu problemin səbəblərini elmi-metodiki və informasiya sahələrində 
olan çatışmazlıqla, habelə riskin idarə edilməsi üzrə tədbirlər üçün ayrılan vəsaitin 
kifayət dərəcədə olmasında görürlər. Həqiqətdə isə bu problemin kökü insanlar 
(əhali, hakimiyyət nümayəndələri və s.) tərəfindən riskin necə dərk edilməsi və 
qiymətləndirilməsinin xüsusiyyətlərindəndir. Mütəxəssislər, xüsusi vəzifələrin 
icrası və ayrı-ayrı obyektlər üzrə iqtisadi hesablamalar əsasında, riskin ancaq 
konkret bir növünün idarə edilməsinə dair tövsiyyələr verirlər. Real həyat 
hadisələri və risk haqqında elm, sanki müxtəlif dillərdə danışır, bir-birini çətin 
anlayırlar. 
Buna görə də riskin qiymətləndirilməsi üzrə üç amilə - təsirə məruz qalma 
meyilliyinə, təsirə həssaslığına və mühafizə dərəcəsinə. Dördüncü daha bir amil - 
riskin sosial psixoloji cəhətdən dərk edilməsi amilini də əlavə etmək vacibdir. 
Məhz bu amil həlledici və mühafizə tədbirlərinin maliyyələşdirilməsi də daxil 
olmaqla, hərtərəfli təsirə malik əsas bir amildir. 


Risklərin ayrı-ayrı müxtəlif növləri öyrənilərkən bu növlərin bütün çoxluğu da 
nəzərdən qaçırılmamalıdır. Ədəbiyyatda cürbəcür təbii, texnogen, sosial, hərbi-
siyasi, iqtisadi, demoqrafik, etno-mədəni (etnik), ərzaq qıtlığı və s. kimi risk 
növlərinin adlarına rast gəlinir. Cəmiyyətdə və istehsalatda bu və ya digər 
prosesləri izləyən müşahidəçilər orada qeyri-sabitliyin yüksəldiyini aşkar etdikcə, 
riskin növləri üzrə terminlərin sayı da çoxalır. Riskə diqqətin artması ümüdverici 
haldır. Lakin arzu olunardı ki, risk barədə terminlərin dəqiqliyinə də diqqət 
yetirilsin. 
Yəqin ki, bütün növlərini: 
1. Onların mənbələrinin yerinə görə cəmiyyətdə, təbiətdə və ya texnosferdə olan 
risklər; 2. Mənsub olduğu obyektlərə - ünvanlara görə - cəmiyyətə aid (C), təbii 
mühitə aid (T) və texnosfera aid (Tex) tiplərə ayırmaq mümkündür. Bu zaman 
riskin mənbələri və mənsubiyyəti üzrə 8 cüt risk tipi meydana çıxır: C-C; C-T; C-
TEX; TEX-TEX; TEX-C; TEX-T; T-C; T-TEX; Göründüyü kimi burada T-T risk 
cütü yoxdur, çünki təbiət özü-özünə zərər yetirmir, əgər söhbət təbii ehtiyatların 
itkilərindən gedirsə. Müəllifin istifadə etdiyi terminlər aşağıdakı mənaya 
malikdirlər: ekoloji risk ünvanı üzrə (C-T; TEX-T) ifadə edilir, iqtisadi risk 
həmçinin (C-TEX; TEX-TEX; T-TEX); təbii və texnogen risklər mənbəyinə görə; 
sosial risklər isə mənbəyinə və ya ünvanına görə ifadə olunurlar. Risklərin bu cür 
müxtəlif surətdə müəyyən edilməsi naqolaydır, lakin terminlər artıq sabitləşdiyi 
üçün onları dəyişdirmək məsləhət deyil. Təbii-texnogen risk müxtəlif müəlliflər 
tərəfindən texnogen (antropogen) amillə gözlənən təbii risk kimi, ya da təbii 
hadisələrin doğurduğu texnogen risk (məs., yerin sürüşməsi nəticəsində AES-də 
qəza törəməsi) kimi qəbul edilir. Sosial mənbəli və həmçinin sosial ünvana malik 
risk, əlavə olaraq, mühafizə obyekti kimi nəzərdən keçirilən bir qrup insana 
münasibət baxımından, xarici və daxili risk növlərinə ayrılır. Belə insan qrupları 
üçün xarici sosial risk digər qruplar tərəfindən yaranır (məs., dövlət üçün - hərbi 
risk, daha güclü xalqlar tərəfindən az saylı xalqlar üçün - etnik risk). Daxili sosial 
risk isə bu insan qruplarının öz içərisində meydana çıxır (məs., dövlətdə - ideoloji 
siyasi parçalanma və siyasi risk, cinayətkarlıq, intihar halları və s.). 


İndi isə insanların fəaliyyəti ilə əlaqədar olaraq riskin dərəcəsinin dəyişməsində iki 
ən ümumi qanunauyğunluğu qeyd edək Birincisi, fəaliyyət davam etdikcə risk elə 
artır ki, bir vaxt itkilərin kəmiyyəti mənfəətin kəmiyyətindən artıq olur; ikincisi
müxtəlif mühafizə tədbirləri görməklə riski xeyli dərəcədə zəiflətmək mümkün 
olsa da, prinsipcə, o, heç vaxt sıfıra qədər zəiflədilə bilməz. 
Bütün deyilənlərdən aydın olur ki, təbii və digər mənşəli riskləri nəzərdən 
keçirərkən onların törətdiyi təkcə mühəndis-iqtisadi problemləri deyil, həm də 
sosial-iqtisadi problemləri nəzərə almaq vacibdir. 
Sosial ekologiya dedikdə, bəşəriyyətin sabit tərəqqisi yollarını tapmaq məqsədi 
daşıyan çox cəhətli bilik sahəsi nəzərdə tutulur. Bəşəriyyətin sabit tərəqqisi üçün 
isə, təxminən iyirmiyədək müxtəlif - sosial, texnoloji, təbii balansların 
tarazlaşdırılması lazımdır, belə ki, bəşəriyyətin durumu məhz belə tarazlığa 
əsaslanır. Təbii və digər növ risk (zərər) eyni zamanda bütün balanslar üçün 
təhlükə yaradır. 
Mütəxəssis baxımından müxtəlif növə aid risklər, təhlükəyə məruz qalan insanlar 
tərəfindən nə isə bütöv, vahid bir hal kimi dərk edilir. Bir fəlakətdən digər yeni bir 
fəlakət törəyə bilər. Təbii riski təhlil edərkən bu halın nəzərə alınması olduqca 
vacibdir. 
Riskə meyilli obyektlər sırasına təkcə ayrı-ayrı qurğuları, yaşayış məntəqələrini, 
müəyyən sayda əhali qruplarını deyil, həm də hətta qlobal sosial-ekoloji sahəyədək 
müxtəlif dərəcəli əhali və təsərrüfat-ərazi komplekslərini də (ƏTƏK) daxil etmək 
məqsədəuyğundur. 
Buna görə də, məhz itkilərin miqyası müəyyən edilərkən riski idarə edən 
mütəxəssislər “kortəbii hadisə termini əvəzinə “fövqəladə hal (situasiya) 
termininin işlədilməsinə üstünlük verirlər. Növlərinə və baş verən tələfatı ən aşağı 
hüdudlarına görə fövqəladə hal (FH) terminini təbii fəlakətə (kortəbii hadisəyə) 
nisbətən daha ümumi anlayışa malik bir mənada işlədəcəyik. 


Mühafizə üsulunu seçərkən ən əvvəl belə bir sual qarşıya çıxır: təhlükədən sadəcə 
olaraq qaçmaq mümkündür? Təhlükəli halların bəzi növlərinin təsir sahəsi o qədər 
məhduddur ki, təhlükəsiz yerə çıxmaq üçün bəzən bir neçə metr kənara çəkilmək 
kifayət edər. Təhlükəli halların digər növlərində isə belə imkan olmur, çünki 
onların təsir dairəsinin hüdudları qeyri-müəyyəndir. Müxtəlif mühafizə 
tədbirlərindən necə istifadə edilməsi isə yaranan vəziyyətə uyğun olaraq və riskin 
idarə olunmasının ümumi strategiyasına uyğun surətdə müəyyən edilir. 
Yoxlama sualları: 
1.Fövqəladə hadisə nədir ? 
2.
Zədələnmə ocağı nədir ? 
3.Risk nədir ? 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə