Fənnin adı: Fövqəladə halların təhlükəli amilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/82
tarix28.11.2023
ölçüsü5,01 Kb.
#135238
növüMühazirə
1   ...   13   14   15   16   17   18   19   20   ...   82
a35522fd6f49dc7d35fba0d0b6a3640c

Forşoklar və afterşoklar. 
Güclü zəlzələdən əvvəl (forşok) və sonra (afterşok) 
qeydə alınan nisbətən zəif təkanlar. Zəif təkanların episentri əsas (güclü) zəlzələnin 
episentri ilə eyni yerdə və ya eyni qırılma sistemi ilə əlaqədar olanda da, bunlar 
forşok və ya afterşok hesab edilə bilər. 
Zəlzələ ocağının dərinliyi
- müxtəlif seysmik rayonlarda 0-dan 700 km-dək dəyişə 
bilər. Hər bir seysmik rayon üçün ehtimal olunan zəlzələnin dərinliyinin müəyyən 
həddi mövcuddur. 
Yerin səthində 
zəlzələ enerjisinin intensivliyi 
on iki ballıq şkala üzrə ölçülür
gücünə (intensivliyinə görə) müvafiq olaraq zəlzələlər belə adlanır: hiss edilməyən, 
çox zəif, zəif, mülayim, xeyli güclü, çox güclü, dağıdıcı, dəhşətli, 
məhvedici,fəlakət,güclüfəlakət.Zəlzələ 
ocağının 
yerin 
altındakı 
mərkəzi 
hipomərkəz (hipodərin deməkdir), onun yerin səthindəki proyeksiyası epimərkəz 
(epidayaz) adlanır. Epimərkəzin ətrafında zəlzələ zamanı ən güclü təkanlar hiss 
edilən sahəyə episentral sahə deyilir Zəlzələnin yaratdığı titrəyiş zəlzələ ocağından 
və ya epimərkəzdən yerin səthi üzrə hər tərəfə yayılır ki, bunlar elastik dalğalar, 
yaxud seysmik dalğalar (yeraltı nüvə partlayışında olduğu kimi) adlandırılır. 
Zəlzələ zamanı meydana çıxan enerji meqatonluq nüvə partlayışının enerjisindən 
dəfələrlə artıq olur, dağıntılar isə yerüstü nüvə partlayışı ocağındakı dağıntılara 
bənzəyir.
 
Zəlzələlər əsasən dağlıq rayonlarda baş verir. Respublikamız da seysmik cəhətdən 
narahat regiondur. 


Vulkanik zəlzələlər vulkan püskürmələri nəticəsində meydana gəlir. Vulkan 
püskürməsində yeraltı uğultu eşidilir, yeraltı təkan və titrəyiş hiss edilir. Vulkanın 
gövdəsində və kraterində çatlar yaranır, bu çatlardan boğucu qazlar və qaynar su 
sızmağa başlayır. 
Uçqun zəlzələləri yeraltı karet boşluqları və ya tərk edilmiş köhnə mədən 
sahələrinin uçulub tökülməsi zamanı müşahidə olunur. Bu zaman meydana çıxan 
təkanlar və seysmik dalğalar böyük gücə malik olmur və uzaq məsafələrə yayıla 
bilmir. 
Törəmə zəlzələlər iri su bəndləri, tutumları və s. tikilərkən yaranan təzyiq 
nəticəsində törəyir. 
Zəlzələlər çoxa ağır, bəzən katostrofik, bir çox cəhətlərdən nüvə partlayışının 
nəticəsinə oxşayan nəticələrlə müşayət olunur. Zəlzələlər aşağıdakı hallarla 
səciyyələnir: 
· binaların, qurğuların dağılması və aşması, uçqunlar altında insanların məhv 
olması. Məlum olduğu kimi insanları məhv edən zəlzələnin özü deyil, adamların 
tikdiyi binaların dağıntılarıdır; 
· enerji şəbəkələrindəki qısa qapanmalar, istehsalat qəzaları və şəhərlərdə böyük 
miqdarda alışqan mayelər olması nəticəsində partlayışlar və kütləvi yanğınlar baş 
verməsi; 
· ərazidə çoxlu satlar, çökmə və sürüşmələr baş verməsi nəticəsində yaşayış 
məntəqələrinin dağılması və uçqunların yaranması; 
· şəlalələr, süni göllər yaranması və çayların məcrasının dəyişməsi nəticəsində 
yaşayış məntəqələrini və geniş rayonları su basması; 
· vulkan püskürmələri zamanı boğucu qazlarla zəhərlənmə halları; 
· vulkan məhsullarından adamların zədələnməsi və binaların dağılması; 
· yaşayış məntəqələrinin vulkanik kül və qum yığınları altında qalması; 
· vulkanın kraterindən saatda 30 km-dək sürətlə odlu maye şəklində axan lavanın 
təsirindən adamların zədələnməsi və yaşayış məntəqəsində yanğınların törənməsi; 
· uçqun zəlzələsi zamanı yaşayış məntəqələrinin çökməsi; 


· sunami dalğalarının yaşayış məntəqələrini dağıtması və yuyub aparması; 
· insanlarla çox ağır, bəzən ölümlə nəticələnən psixoloji təsir göstərilməsi. 
Zəlzələnin ilk təkanları adətən gözlənilmədən baş verir. Bu zaman əhalini dərhal 
xəbərdar etmək olduqca vacibdir, çünki ilk təkanların ardınca adətən yeni təkanlar 
olur. 
Mənzillərini tərk edən insanlar oraya tez bir vaxtda qayıda bilmir. Buna görə də 
seysmik rayonlardakı müəssisələrin belə hallar üzrə fəaliyyət planlarında əhalinin 
yerləşdirilməsi üçün çadır şəhərciklərinin yaradılması, eləcə də lazımi köçürmə 
vasitələri, ərzaq, dərman və s. ehtiyatların hazırlanması əvvəlcədən nəzərdə 
tutulmalıdır. İstehsalat qəzalarının, kütləvi yanğınların qarşısını almaq üçün 
zəlzələnin başladığı barədə siqnal verilən anda sinxron olaraq (eyni anda) enerji 
verilməsinin kəsilməsi və s. üçün tədbirlər də görülür. 
Gözlənilən zəlzələnin vaxtında proqnozlaşdırılması, onun yeri və vaxtı barədə 
əhalinin xəbərdar edilməsi seysmik rayonlar üçün çox vacib əhəmiyyət kəsb edir. 
Olduqca vacibdir ki, adamlar bir neçə saniyə ərzində binaları tərk etsinlər, yaxud 
da bu mümkün olmayan hallarda qapıların tağı altında və ya möhkəm mebellərdən 
istifadə etməklə daldalansınlar. 
Yoxlama sualları: 
1.Geoloji xarakterli fövqəladə hadisələr hansılardır? 
2.
Forşoklar və afterşoklar nədir? 
3.
Maqnituda nədir? 



Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə